dəyişmə saatı

ру часы переключения en switching clock de Schaltuhr fr minuterie es reloj de conmutación it orologio di commutazione
dəyişmə nöqtəsi
dəyişmə tsikli
OBASTAN VİKİ
Dəyişmə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Atom saatı
Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Günəş saatı
Günəş saatı — Günəşin səmadakı mövqeyinə görə qnomonun kölgəsinin uzunluğunun dəyişməsi və kölgənin siferblat üzərindəki hərəkətinə əsasən vaxtın təyin edilməsinə imkan verən qurğu. Adi günəş saatı dizaynlarında, şaquli şəkildə yerləşdirilmiş çubuğun kölgəsi, üfüqi şəkildə yerləşdirilmiş səthdə günün saatlarını göstərən siferblatın üzərinə düşür. Günəş səmada hərəkət etdikcə saatın üzərindəki çubuğun kölgəsi müxtəlif saat xətləmələri ilə üst-üstə düşərək hərəkət edir. Bu qurğularda çubuq Yerin fırlanma oxuna uyğunlaşdırılmalıdır. Buna görə də bu növ günəş saatının düzgün vaxtı göstərməsi üçün çubuq maqnit şimalını deyil, coğrafi şimalı göstərməlidir. Bundan əlavə, çubuğun üzərində dayandığı üfüqi səthlə yaratdığı bucaq saatın yerləşdiyi coğrafi enliyə bərabər olmalıdır. Ancaq bu iki xüsusiyyətə uyğun olmayan, lakin fərqli prinsiplər çərçivəsində işləyən günəş saatları da qurula bilər. Bu saatları dairənin ortasına çubuq qoyaraq və kompasdan istifadə etməklə (o, şimalı göstərməlidir) kölgənin hər saatın tamamında düşdüyü yeri işarələməklə etmək olar. Amma buludlu günlər və gecə kimi amillər bu tip saatları yararsız hala salır.
Komendant saatı
Komendant saatı — hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi.
Qol saatı
Qol saatı — biləkdə gəzdirilən və vaxtı öyrənmək üçün istifadə edilən cihaz. Qol saatı barədə tarixdə məlum olan ilk qeyd 1571-ci ildə Lester qrafı Robert Dadlinin ingilis kraliçası I Yelizavetaya qiymətli daş-qaşla bəzədilmiş qol saatı hədiyyə etməsidir. İndiyədək gəlib çatan ən qədim qol saatı isə 1806-cı ildə hazırlanan və Jozefina de Boqarneyə hədiyyə edilən saatdır. XX əsrə qədər qol saatlarını yalnız qadınlar istifadə edir, kişilər isə cib saatı işlədirdilər. XIX əsrin sonlarında hərbçilər döyüş şəraitində cib saatından istifadə etməyin çətinliyinə görə saatı biləyə taxmağa başladılar. Lakin yalnız XX əsrin əvvəllərindən başlayaraq qol saatları geniş populyarlıq qazanmağa başladı.
Qum saatı
Qum saatı — vaxtı ölçmək üçün ən sadə cihaz. Əsasən bir-biri ilə nazik boğazla birləşdirilmiş iki qabdan ibarətdir. Qum saatını insanlar qədim zamanlardan istifadə etsələr də, Avropaya bu saat növü orta əsrlərdə gətirilmişdir. Əsasən gəmi səyahətlərində gəminin sürətini ölçmək üçün istifadə edilirdi. Müasir dövrdə istifadə sahəsi daralmışdır. Qum saatı yuxarıdakı qabın içində olan qumun aşağadakı qaba endikdə vaxt zaman bitmişdir deməkdir .
Su saatı
Su saatı və ya klepsydra (yun. κλεψύδρα — κλέπτειν kleptein, 'oğurlamaq'; ὕδωρ hidor, 'su') — mayenin axın növü və ya daxil olan axın növü ilə zamanın ölçüldüyü saat növüdür. Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi.
Yer saatı
Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir. Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.
Şahmat saatı
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Azərbaycan saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bakı saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Sistem saatı
Sistem saatı (system clock) – 1. Kompüterdə bütün əməliyyatların sinxronlaşdırılması üçün sabit qiymətli takt impulsları ardıcıllığını generasiya edən elektron sxem. Sistem saatı, adətən, saniyədə milyonlarla dövrə ilə hesablanan müəyyən tezliyə malik olur ki, bu da saatın sxeminin içərisində olan kvars kristalı vasitəsilə təmin olunur. Kompüterlərin takt tezliyi (CLOCK RATE), onun ümumi sürətini müəyyənləşdirən başlıca amildir, ancaq kompüterin maksimal sürəti onun başqa qurğularının da həmin tezlikdə işləyə bilməsindən asılıdır. 2. Kompüterdə vaxtın və tarixin hesabını aparan və batareya ilə işləyən sxem. Tut: CLOCK/CALENDAR. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrinviç saatı
Qrinviç saatı, Qrinviç vaxtı, Qrinviç zamanı, Orta Qrinviç zamanı (ing. Greenwich Mean Time) və ya qısaca GMT — Qrinviç meridianı üstündə yerləşən orta günəş vaxtıdır. GMT Britaniya adalarının standart saat qurşağı hesab olunur. Adını Londonun cənub-şərq hissəsində yerləşən Qrinviç ətrafından götürmüşdür. Burada yerləşən rəsədxananın üstündə olduğu olduğu qəbul edilmiş meridian əsas meridian (0°) hesab olunur. Atom üsulu ilə hesablanan və GMT-dən daha dəqiq hesab olunan Ümumdünya vaxtı (qısaca: UTC) istifadə olunmazdan əvvəl Qrinviçdən keçən meridiana əsasən dünyadakı zaman tənzimləmələri həyata keçirilirdi. Buradakı hər uzunluq dərəcəsi arasında olan zaman 4 dəqiqə hesab olunur. Məhz buna görə də, hər 15 dərəcəlik meridian qurşağı bir saata bərabərdir. Beləliklə də, 12 saat şərqdə və 12 saat qərbdə olmaqla Yer kürəsi ümumilikdə 24 saat qurşağına bölünmüşdür. Qrinviç meridianından şərq istiqamətində hərəkət etdikcə saatlar irəli (+), qərb istiqamətində hərəkət etdikdə isə geriyə (-) gedir.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Praqa astronomik saatı
Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür.Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər.Həmdə bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır.Çünki Praqaya gələn turistlər qohumlarını və ya orda yaşayanları Astronomik saatın yanına çağırırlar. Orloy Praqanın Qədim şəhər meydanında yerləşən Köhnə Şəhər Zalının cənub divarında yerləşir. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi", hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları – zamanı dayandıran Ölüm fiquru (skelet şəklində təsvir olunub) onlardan ən diqqət çəkənidir — göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı. Yerli əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər, saatın yaxşı fəaliyyəti təhlükədədir və yanda hərəkət edən ölüm fiquru başını qabağa əyərək bunu təsdiq edir. Əfsanəyə görə, yeganə ümid Yeni il gecəsi doğulacaq oğlan uşağınadı. Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik sferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Qiyamət günü saatı
Qiyamət günü — Kainatın və bütün canlıların məhv olacağı deyilən, dini cəhətdən qəbul edilən bir zaman kəsimidir. Bir çox dini əhəmiyyətli kitablarda bu günün mövcudluğu və mütləqiyyətliyi barədə yazılsa da, elmi cəhətdən mümkünsüzlüyünü göstərən bir sıra sübutlar da vardır. Sonuncu dəfə qiyamət gününün yaxınlaşdığı tarix 12 dekabr 2012-ci ildə verilmişdir, lakin tamamilə yalan olduğu sübuta yetirilmişdir.
Ömrün ilk saatı
Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar. Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir. Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография.
Pik saatı (film, 1998)
Pik saatı (ing. Rush Hour) — 1998-ci ildə Brett Ratner tərəfindən çəkilən ABŞ filmidir. Filmin distribütori New Line Cinema kompaniyasıdır. Filmin kostyum üzrə rəssamı Şeren Devisdir. Honq Konqun Britaniya hakimiyyəti altında qaldığı son illər. Müfəttiş Li mafiya başçısı Cuntaonun qarşısını almaq niyyətindədir. Cuntaonun adamı Senq qaçmağa nail olsa da, oğurladığı bir çox sərvətlər Müfəttiş Linin sayəsində hökumətə geri qaytarılır. Bu uğura görə Çin Konsulu Solon Han və Britaniya polislərinin müfəttişi Tomas Qriffin Lini təbrik edir. Solon Han ABŞ-də yeni diplomatik vəzifəsini yerinə yetirmək üçün Los-Anceles şəhərinə yola düşür, lakin bu müddətdə gözlənilmədən Cuntaoya işləyən Senqin sayəsində Hanın qızı Su Yunq ilk məktəb günü ərəfəsində girov götürülür. Su Yunqu qaçıranlar Solon Handan böyük miqdarda pul tələb edirlər.
Ömrün İlk Saatı (1973)
Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır. Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orijinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır. Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir. Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır: İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir. Pavilyon d'Orloj Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.
Mərkəzi avropa yaz saatı
Mərkəzi avropa yaz saatı (MAYS) — UTC+02.00 saat qurşaqlarından birinin adı, UTC-dən iki saat qabaqdadır. Bir çox Avropa ölkəsində və Şimali Afrika ölkələrində gün işığından faydalanmaq üçün istifadə olunur. Qış vaxtı (+01.00) istifadə olunur. Aşağıdakı ölkələr və Quru məkanları yayda Mərkəzi Avropa Yay Vaxtından martın son bazar günü saat UTC 1:00-dan oktyabrın son bazar günü saat 1:00-a qədər istifadə edir. Albaniya – 1974-cü ildən müntəzəm olaraq Andorra – 1985-ci ildən müntəzəm olaraq Avstriya – 1980-ci ildən müntəzəm olaraq Belçika – 1980-ci ildən müntəzəm olaraq Bosniya və Herseqovina, 1983-cü ildən müntəzəm olaraq Xorvatiya – 1983-cü ildən müntəzəm olaraq Çexoslovakiya – 1979-cu ildən bəri Danimarka – 1980-ci ildən müntəzəm olaraq Fransa – 1976-cı ildən müntəzəm olaraq Almaniya – 1980-ci ildən müntəzəm olaraq Cəbəllütariq – 1982-ci ildən müntəzəm olaraq Macarıstan – 1980-ci ildən müntəzəm olaraq İtaliya – 1966-cı ildən müntəzəm olaraq Lixtenşteyn Lüksemburq – 1977-ci ildən müntəzəm olaraq Şimali Makedoniya – 1983-cü ildən müntəzəm olaraq Malta – 1974-cü ildən müntəzəm olaraq Mərakeş – 1976-cı ildən müntəzəm olaraq Monteneqro – 1983-cü ildən müntəzəm olaraq Niderland – 1977-ci ildən müntəzəm olaraq Norveç – 1980-ci ildən müntəzəm olaraq Polşa – 1977-ci ildən müntəzəm olaraq San-Marino – 1966-cı ildən müntəzəm olaraq Serbiya – 1983-cü ildən müntəzəm olaraq Slovakiya – 1979-cu ildən müntəzəm olaraq Sloveniya – 1983-cü ildən müntəzəm olaraq İspaniya (Kanar adaları istisna) – 1974-cü ildən müntəzəm olaraq İsveç – 1980-ci ildən müntəzəm olaraq İsveçrə – 1981-ci ildən müntəzəm olaraq Tunis – 2005-ci ildən bəri Vatikan – 1966-cı ildən müntəzəm olaraq CEST 1993–1995-ci illərdə Portuqaliyada da istifadə edilib.
Dəməşq saatı ilə (film, 2018)
Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir. 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir. Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir. Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır. Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir.
Pik saatı 2 (film, 2001)
Pik saatı 2 (ing. Rush Hour 2) — filmin rejissoru Brett Ratnerdir.Film Pik saatı filminin davamıdır. Hadisələr Honq Konqda başlayır, burada müfəttiş Li yeni dostu Karterə məmləkətinin görməli yerlərini göstərir. Birdən Amerika səfirliyinin partlaması haqqında məlumat əldə edirlər. Li araşdırmaq üçün təyin olunur və Karter bu işdə ona kömək etmək qərarına gəlir. Keçmiş bir polis və indi Li'nin atasının ortağı olan kriminal avtoritet Riki Tan'ın onunla əlaqəli olduğu ortaya çıxdıqda iş çətin bir dönüş keçir. Li və Karter təhlükəli cinayətkar Hu Li'nin yanına gedirlər. Li Hu Li ilə vuruşur, onu tutmağa çalışır, ancaq geri çəkilib gizlənməyi bacarır. Tezliklə polis binasında terror hadisəsi baş verir, bundan sonra Li və Karter, bir-birlərindən asılı olmayaraq (Li Karterin öldüyünü düşünür) qayıqda olan Riki Tanın yanına getdilər.Onun üçün işləyən Hu Li-yə xəyanət edir, sonra Li-dən qorunmasını xahiş edir, amma Hu Li Rikini vurur və suya düşür. Karter yaxta milyarderi Stiven Raini görür və onun bu işdə iştirakından şübhələnir.
Pik saatı 3 (film, 2007)
Pik saatı 3 (ing. Rush Hour 3) — film Brett Ratnerin rejissorluğu ilə döyüş-komediya janrında 2007-ci ildə çəkilmişdir. Pik saatı 2-in bitməsindən üç il keçdi, Ceyms Karter indi Los-Ancelesdəki trafiki tənzimləyir və Li, ilk filmdəki keçmiş konsulu, dostu səfir Xanın cangüdənidir. Lakin Li hələ də New Yorkda Karter Li'nin o vaxtkı sevgilisi, Gizli Xidmət agenti Isabella Molini boynuna vurduğu bir hadisəyə görə Karterə qəzəblənir. Dünya Cinayət Məhkəməsinin müzakirəsi zamanı səfir Xan ən yaxşı Trialların kimliyini bildiyini iddia edir. Lakin sonra snayper Xana atəş açır və tamaşaçıların çaxnaşması. Li qatilin arxasınca gedir və onunla son bir xiyabanda görüşür, lakin qatilin onun babası Kenji olduğunu aşkar edir. Li şübhə içində olanda, Karter görünür, amma Kenji bir səs-küy içində qaçır. Xəstəxanada Li güllənin Xanın ürəyinə dəymədiyini və sağ qalacağını aşkar etdi. Xanın qızı Su Yunq, artıq böyüdü və Li və Karter'in atasından başqa heç kimə təhdid etməməsi üçün uğursuz bir qatil tapacaqları vədi tələb edir.