D-Zug

(Durchgangszug) der; -(e)s, -¨e ekspress qatar, sürətlə gedən qatar. x
d.j.
da
OBASTAN VİKİ
D
Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf, 23 samitdən biri. D cingiltili samitdir və kar qarşılığı t samitidir.
D-20
D-20 — Sovet (SSRİ) istehsalı olan 152 mm-lik yedəklənən haubiça-topu . İri kaliberli artilleriya silahi olub, sərrast və asma atəşi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 24000m-dir. Haubiça-topu ikinci dünya müharibəsindən sonra hazırlanmağa başlamış və 1955-ci ildə ordu sıralarında görünmüşdür. D-20 topu ilk olaraq vertikal işləyən yarımavtomatik pazlı çaxmaq sistemi ilə təhciz olunmuş haubiçadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lülə ucu əyləcdən (tormoz) ibarətdir. Top bir oxlu lafet üzərinə quraşdırılmış və yedəklənəndir. Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır. Mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür: Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi. Atış məsafəsi 17400m-dir .
D-30
122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top. 1963-cü ildə ilk dəfə Sovet ordusunda xidmətə qəbul olunmuşdur. Maksimum atəş məsafəsi 15.4 km-dir. Variantları: 2A18 2A18M 2A18M1 2A31 2A32 Üç ədəd dayaq üzərində dayanır və 360 dərəcə çevrilərək atəş aça bilir. Bu toplar hal-hazırda da 60-dan çox ölkənin silahlı qüvvələrində istifadə olunur və istehsalı da davam etdirilir. Düşmənin açıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək; Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək; Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək; Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq; Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq. Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır.
D-8
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 (ing. D-8 Organization for Economic Cooperation, also known as Developing-8) — 8 müsəlman dövlətindən ibarət təşkilat. D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulmuşdur. D8 15 iyun 1997 tarixində ölkələrin dövlət və hökumət başçılarının iştirakıyla İstanbulda, Türkiyənin dövr başçılığında rəsmi olaraq toplanmışdır. 15 iyun 2017-ci ildə İstanbulda, Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilmişdir. Təşkilatın əsaslandığı əsas qarşılıqlı əlaqə prinsipləri: Münaqişələr əvəzinə sülh Mübahisələr əvəzinə dialoq İstismar əvəzinə kooperasiyalar İkili standartlar əvəzinə hüquq Zülm əvəzinə demokratiya Diskriminasiya əvəzinə hüquqi bərabərlik. İslam Əməkdaşlıq Təşkilatı Müsəlman dünyası Rəsmi saytı (ing.) Facebookda D8 (ing.) Twitterdə D8 (ing.) Youtubeda D8 (ing.) D8 jurnalının 2014 buraxılışı D8 türkcə rəsmi bloqu (türk.) Necmettin ERBAKAN. "NO:103 Prof. Dr. NECMETTİN ERBAKAN, (D--8) Çırağan Buluşması. 2005" ( (türk.)).
D-Smart
D-Smart — 2006-cı ildə fəaliyyətə başlamış və 10 Fevral 2007-ci ildə istifadəyə verilən, Doğan Yayın Holdinq tərəfindən qurulan və 24 Mart 2018-ci ildə Demirören Holdinqə satılan rəqəmsal yayım platformasıdır. Türksat 3A və Türksat 4A peyklərində yayımlanır. 1 yanvar 2016-cı il tarixinə 85-i HD olmaqla, 270-dən çox yerli və xarici kanala sahib olan, D-Smart Türkiyədə ən çox kanala sahib olan rəqəmsal platformadır. D-Smart özəl kanallarda, VideoGuard şifrələmə sistemindən istifadə edir. D-Smart platformasında, "Hoş Geldin Paketi", "Aile Spor Paketi", "Sinema Dizi Paketi", "Mega Paket" olmaqla 4 əsas paketindən əlavə "Belgeselsever", "Eğlencesever", "Belgeselsever +" "Eğlencesever" və "Sporsever" adında 4 əlavə paket də vardır. UEFA Çempionlar Liqasının oyunları 2008-2009-cu il mövsümündən etibarən bu platformada yayımlanır və 2014-2015-ci il mövsümünə qədər yayım hüququnu saxlayır. Növbəti mövsüm UEFA Avropa Liqasının yayım hüquqlarını satın aldı. 2014-2015 mövsümünə qədər matçlar da D-Smart-da canlı yayımlanırdı. MTV və Nickelodeon kanalından sonra Türkiyədəki 2011 nəşrlərinin sona çatan müqaviləsi dayandırıldığı üçün D-Smartın hər iki kanalı da Avropada yayımlanır MTV Avropa və Nickelodeon da Avropa kanallarının siyahısına əlavə edildi. Daha sonra Digitürkün Viacom ilə razılaşması səbəbindən platformadakı yayımlara xitam verildi.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
D (dəqiqləşdirmə)
D — Latın qrafikalı Azərbaycan əlifbasında 5-ci hərf. D (çay) — çay D (videooyun) — videooyun D (proqramlaşdırma dili) — obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biri.
D vitamini
D vitamini (кalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır. D vitamini antiraхit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda кalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raхit хəstəliyi əmələ gəlir. Gündəliк tələbat 400 beynəlхalq vahidə və ya 10 mкq-a bərabərdir. Beynəlхalq vahid (BV) olaraq erqoкalsiferolun 0,025 miкroqramı qəbul edilmişdir.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Kanal D
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Smile! :D
Smile! :D (böyük hərflərlə) — ABŞ elektronika musiqisi prodüseri Porter Robinsonun üçüncü studiya albomu. 26 iyul 2024-cü ildə Mom + Pop Music tərəfindən buraxılıb.
D'Antrkasto boğazı
D'Antrkasto boğazı (ing. D'Entrecasteaux Channel) — Tasmaniya adasının cənub-şərqində, Bruni adası ilə Tasmaniya adaları arasında yerləşir. Bruni adası kimi boğazda fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkastonun şərəfinə adlandırılmışdır. Holladiyalı səyyah Abel Tasman özünün 1642-ci ildə həyata keçirdiyi ekspedisiyası zamanı boğaza daxil olsa da onu körfəz zənn etmişdir. Boğaz 1792-cı ildə fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkasto tərəfindən daha ətraflı araşdırılır. Boğazın şimalında Deruent və Storm çaylarının töküldüyü yerdə estuari əmələ gətirir. Cənub qurtaracağında Xuyon çayının estuarisi vardır və buradan isə Tasman dənizinə çıxır. Boğazın uzunluğu 55 km təşkil edir. D'Antrkasto boğazında bir çox adalar vardır: Partridj, Hyuon, Satellayt, Grin, Skeyk və s. Hyuon çayının estuarisində bir sıra yaşayış məntəqələri vardır.
D.A.Webb
Devid Allardis Uebb (ing. David Allardice Webb; 1912[…], Dublin, İrlandiya – 26 sentyabr 1994, Oksford, İngiltərə, Birləşmiş Krallıq) — İrlandiya botaniki. Devid Allardis Uebb toxumlu bitkilər sahəsində ixtisaslaşıb. 1948. Notes Preliminary to a Revision of the Irish Dactyloid Saxifrages. Proc. Royal Irish Academy 51 (B): 16. Webb, DA; MJP Scannell. 1983. Flora of Connemara and the Burren.
D.B.Kuper
D. B Kuper (ing. D. B. Cooper; güm. 27 aprel 1933 – 24 noyabr 1971) — Amerika kütləvi mədəniyyətinə təsir etmiş şəxslərdən biri. D. B Kuper 1972-ci ildə Portlend — Sietl daxili təyyarə reysini qaçıraraq 200.000 $ (günümüzdə — 1,160,000 $) dollar və iki dəst paraşut istəməklə bir təyyarə soyğunu gercəkləşdirmişdir. Kuper qaçırdığı təyyarədən tələb etdiyi pullarla birlikdə tullanmışdır. Federal Təhqiqat Bürosu tərəfindən aparılan uzun axtarışlara baxmayaraq bu gün belə D. B Kuperin izinə rast gəlinməmişdir. Yaşanmış təyyarə soyğunu Amerika aviasiya tarixnin qatı açılmamış tək hadisəsi hesab olunur. Şübhəli təyyarə bileti alan zaman özünü Den Kuper kimi təqdim etsədə, ABŞ kütləvi informasiya vasitələrindən biri şəxsi D. B Kuper formasında təqdim etmiş və elə həmin tarixdən etibarən Den Kuper daha çox D. B Kuper qısaltması ilə tanınmışdır. Şahidələrin ifadələrinə əsasən hazırlanan fotorobot rəsm əsasında şəkil ilə bənzərliyi olan və Kuper soyadını daşıyan yüzlərlə ABŞ vətəndaşı dindirilsədə bu gün belə D. B Kuperin əsil şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Federal Təhqiqat Bürosu əməkdaşlarının əsas ehtimallardan biri Kuperin təyyarədən tullandığı zaman həlak olması ilə bağlıdır.
D.L.Jones
Devid Lloyd Cons (ing. David Lloyd Jones; 1944, Viktoriya) — Avstraliya botaniki. Devid Lloyd Cons qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Native Orchids of Australia. 1988.
D. W. Griffith
David Llewelyn Wark Griffith (22 yanvar 1875[…], La-Qreynj[d], Kentukki – 23 iyul 1948[…], Hollivud, Kaliforniya) Akademiya Mükafatına layiq görülmüş Amerika kinorejissoru idi. O, 1915-ci ildə çəkdiyi və kinematoqrafik şücaətinə görə bəyənilən və eyni zamanda bütün zamanların ən mübahisəli filmlərindən biri olan və "Bir millətin doğulması" filmi ilə tanınır. David Wark Griffith (1875–1948), jurnalist, teatr tənqidçisi, teatr aktyoru kimi müxtəlif işlərdə çalışdıqdan və tamaşaçılar tərəfindən maraqla qarşılanmayan "The Fool and The Girl" ("Axmaq və Qız", yaxud "Çılğın və Qız") adlı komediya yazdıqdan sonra Biograph Production House adlı studiyaya daxil olan və filmlərə rejissorluq etməyə başlayan cənublu bir zabitin oğlu olub, qeyri-adi intuisiyası və nadir məharəti ilə yalnız istehlak mallarının istehsalı ilə məşğul olan kinonu müstəqil ifadə vasitəsinə, şəxsi baxışın ifadəsi üçün müvafiq olan yeni bədii dilə çevirməyə müvəffəq olmuşdur. Dostu ilə ilk dəfə kinoya getdiyi zaman kinonu çox darıxdırıcı görmüş və "belə bir şoudan zövq alan hər kəsi səhər tezdən güllələmək lazımdır" demişdir, lakin Nyu-Yorkda işsiz qalandan sonra o, Edison və Bioqraf şirkətlərinə film mövzularını tövsiyə etməyə başlamışdır. 15 il nümayiş etdirilmiş və Qriffitin şah əsəri sayılan "Bir millətin doğulması" filmi Tomas Diksonun həm roman, həm də pyes kimi yazdığı "The Clansmen" əsərindən uyğunlaşdırılmışdır. Hətta prezident Uilson üçün belə Ağ Evdə filmi xüsusi olaraq nümayiş etdirmişdirlər və o filmi "videoya çəkilmiş tarix" kimi təsvir edərək filmi çox yüksək səviyyədə qiymətləndirilmişdir. Məşhur Variety jurnalında da "Qriffitin iki dollarlıq filmi kino sənayesinə həyəcan gətirdi" başlığı ilə bir məqalə çap olunmuşdur. Bir Millətin Doğulması öz istehsalçılarına öz dövrünə görə inanılmaz sayılacaq bir miqdarda, iyirmi milyon dollar gəlir qazandırmışdır. Bir Millətin Doğulması xüsusi ilə Atlanta yanğını, Peterburq müharibəsi, ağdərili qadının zorlanması və Linkolnun qətli kimi səhnələrin yer aldığı kino tarixinin əsas filmlərindən biridir. "Bir Millətin Doğulması" əsərindən sonra, qismən də ona ünvanlanan tənqidlərə cavab vermək üçün Qriffit tarix boyu dözümsüzlük anlayışından bəhs edən dörd hissədən ibarət Intolerance ("Dözümsüzlük") (1916) əsərini çəkmişdir.
D (proqramlaşdırma dili)
D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir. 2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb. D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Desmond D'Sa
Desmond D'Sa (afrik. Desmond D'Sa) — Cənubi Afrikadan olan ekoloq. 2014-cü ildə Goldman Ətraf Mühitin Mühafizəsi mükafatını alır. Desmond 25 ildən artıqdır ki, Durbanın cənubunda ekoloji təhlükəsizliyə ciddi ziyan vuran əsas neft emalı zavodları ilə mübarizə aparır və onları təqib edir. O, Durbanda (Cənubi Afrika) ekoloji ədalət hüququ üçün yaşıl fəzalara girişin təşkili və ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyaları təşkil etdikdən sonra tanınır. Şəhərin ətrafındakı ərazi "Xərçəng xiyabanı" kimi tanınır, çünki ərazidə 300-dən çox sənaye müəssisəsi yerləşir[5]. Bu problemlə mübarizə aparmaq üçün o, Durban Cənubi İcmasının Ekoloji Alyansını qurur. Bu icma çirklənmə ilə mübarizədə və Durban limanının genişlənməsinin qarşısının alınmasında uğur qazanmışdır. 2011-ci ildə təbliğat fəaliyyəti üçün onun evinə yanğın bombası atılır. O, aparteid dövründə böyüyür və ona qarşı mübarizə aparmaqla yanaşı, ekoloji və sosial ədalət məsələləri ilə də məşğul olmağa başlayır.
Entoni D. Smit
Entoni Deyvid Stefan Smit (23 sentyabr 1939, London – 19 iyul 2016, London) — britaniyalı tarixi sosiologiya mütəxəssisi. Vəfat etdiyi zaman London İqtisadiyyat Məktəbində millətçilik və etnik mənsubiyyət üzrə professor emeritus olmuşdur. O, millətçilik elmləri sahəsində disiplinlərarasılığın banilərindən biri hesab edilir. Smit ilk dərəcəsini Oksford Universitetində almışdır. O, burada klassik dövr və fəlsəfə üzrə təhsil almışdır. Doktorantura təhsilini isə London İqtisadiyyat Məktəbində sosiologiya sahəsində müdafiə etmişdir. O, Etnik mənsubiyyət və Millətçilik Araşdırmaları Assosiasiyasının ilk prezidentidir. Smitin millətçiliyin öyrənilməsi sahəsindəki ən çox tanınan qatqısı vətəndaş və etnik millət və millətçilik arasındakı fərqi göstərməsi olmuşdur. Həmçinin, hər bir millətin dominant "etnik nüvə"yə sahib olması ideyası da ona məxsusdur. Smit millətçiliyin modern fenomen olduğu məsələsində digər müəlliflərlə razı olsa da, millətin premodern köklərinin olduğunu iddia edirdi.
Fabriza D'Ottavio
Fabriza D'Ottavio (d. 3 fevral 1985) — İtaliyanı təmsil edən bədii gimnast. Fabriza D'Ottavio İtaliyanı 2004 Afina, 2012 London Olimpiadalarında təmsil etdi. Fabriza D'Ottavio 2004-cü ildə İtaliyanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Laura Vernizzi ilə birgə finalda 49.450 xal topladı və 3-cü yeri tutdu. Fabriza D'Ottavio növbəti Olimpiya Oyunlarında 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Elisa Blançi, Marinella Falca, Daniela Masseroni, Elisa Santoni və Anjelika Savrayuk ilə birgə finalda 34.425 xal topladı və fəxri 4-cü yeri tutdu.
Janna d'Ark
Janna d'Ark (təq. 6 yanvar 1412, Domremi[d], Fransa krallığı – 30 may 1431, Ruan, Normandiya, İngiltərə və Fransa ikili monarxiyası[d]) — Arklı Janna, Fransanın milli qəhrəmanı. Janna d'Ark 1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Məzə çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak d’Ark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d’Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu "Tanrının və Həzrəti Məryəmin xidmətçisi" adlandırmışdı. Janna d’Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi.
K.D.Hill
Kennet Hill (ing. Kenneth D. Hill; 6 avqust 1948 – 4 avqust 2010, Sidney) — Avstraliya botaniki. Kennet Hill toxumlu bitkilər üzrə ixtisaslaşmışdır və 400-dən artıq növ təsnif etmişdir. Hill, K.; Osborne, R. Cycads of Australia. — Sydney, 2001. — 116 p. — ISBN 0–7318-0886-X. Stanberg, Leonie. "Hill, Kenneth (Ken) D. (1948 - 2010)". Australian National Herbarium. 2010.
Kalusko d'Adda
Kalusko d'Adda (it. Calusco d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo əyalətində yerləşir. Kommunanın adı Berqamo ləhcəsində Calösch [kaˈløsk], Brianza ləhcəsində isə Kaluş kimi səslənir. Əhalisi 8125 nəfər (2008), əhalinin sıxlığı 1007 nəfər/km². Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24033. Telefon kodu — 035.
Kanal D (Türkiyə)
Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur. "Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi. 2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir.
Kanonika d'Adda
Kanonika d'Adda (it. Canonica d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4158 nəfər (2008), əhalinin sıxlığı 1311,67 nəfər/km²-dir. Sahəsi 3 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 02. Kommunanın himayədarı müqəddəs həvari və müjdəçi İlahiyyatçı Yəhyadır. Onu xatirə günu 27 dekabrda qeyd olunur.