Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi.
Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M. Seyidov, akad. V. V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə" hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.