dalayıcı

sif. piquant, -e, mordant, -e, caustique

dalatmaq
dalayıcılıq
OBASTAN VİKİ
Dalayıcılar
Dalayıcılar (lat. Cnidaria) — heyvanlar aləminə aid heyvan tipi. Suda yaşayırlar. Tipə daxil olan növlərin əksəriyyəti dənizlərdə, bir qismi isə şirin sularda yaşayır. 11000-ə yaxın növü qeydə alınıb. Xarakterik numayəndələri meduzalar, mərcanlar və hidralardır. Knidarialar sırf su heyvanları olub başlıca olaraq normal-dəniz hövzələrində, abissala qədər bütün dərinliklərdə məskunlaşmış; bəziləri şor və şirin su hövzələrində yaşayır. Knidarialar dalayıcı və ya gicitkan adlanan xüsusi kapsullar var. Bu kapsullar zəhərli maye dolmuş, içərisində sap dolağı olan boşluqdan ibarətdir. Bu saplar xaricə atılır, müxtəlif heyvanları yaralayır və iflic halına salır.
Dalayıcılar tipi
== Ümumi xarakteristika == Bu tipin nümayəndələri, əsasən, dənizlərdə yaşayır, bəzi növlərinə isə şirin su hövzələrində də rast gəlmək olar. Onlar üçün radial simmetriya xarakterikdir. Bu heyvan tipinə aid olan canlılar knidosit (nematosit) adlanan xüsusi tutucu, qoruyucu hüceyrələrə malikdir. Bu hüceyrələr şikarın ovlanması və düşmənlərdən müdafiə məqsədi daşıyır. Bədən quruluşları sadə olan bu canlıların 11000-dən çox növü məlumdur. Bədənləri ektoderma və endodermadan ibarətdir. Onların arasında mezoqley qatı yerləşir. == Həyat tərzi == Bu canlılar tipinin xarakterik nümayəndələri dəniz sularında yaşayan, hərəkətsiz həyat tərzi keçirən, koloniyalar yaradan mərcan polipləri, aktiv hərəkətdə olan, tək-tək yaşayan meduzalardır. == Dalayıcı hüceyrə == Hər bir dalayıcı hüceyrə həssas tükcüyə malikdir. Bu tükcük dalayıcı sapın atılmasını, zəhərin şikarın bədəninə düşməsini həyata keçirir.

Digər lüğətlərdə