DAMDANDÜŞMƏ
DAMĞAÇI
OBASTAN VİKİ
Damğa
Tamğa və ya Damğa — türk və monqol tarixi baxımından son dərəcə vacib sənəd. == Tarixi == Tamğalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk qrupları tərəfındən bir simvol olaraq işlədilib. Ayrıca bu tamğaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim sənəd olan orxon abidələri də Runik əlifbayla yazılıb. Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları tamğalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb. Tamğa qədim türk dilində "tamka", qumuq dilində "tamğa", tatarca "tamqa" Azərbaycan türkcəsində "damğa" , monqolca "tamaqa", rus dilində isə "tamqa" şəklində keçir. Elmə məlum olan ən qədim tamğaların təqribən 5000 il yaşı vardır. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir.
Damğa (roman)
Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı. == Məzmun == Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür... Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib... Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir... Roman isə heç kimin gözləmədiyi sonluqla bitir... == Nəşr və tərcümə == Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Bakı Kitab Klubu.
Daraq damğa
Daraq damğa — Krım xanlarından olan Gəraylar sülaləsi tərəfindən istifadə olunan dövlət simvolu. Damğa Krım tatarlarının milli bayraqlarında da təsvir edilib. == Haqqında == Krım tatar milli bayrağında da yer alan daraq damğası Krım xanlığının paytaxt şəhəri olan Baxçasarayda bəzi giriş qapıları və divarların üzərində də təsvir edilmişdir. Damğa əsasən Gəraylar sülaləsi dövründə istifadə olunub. 1917-ci ildə qurulan Krım Xalq Cümhuriyyətinin də milli bayrağında mavi fonda daraq damğası təsvir edilmişdir. 1991-ci ildə II Krım Tatar Milli Qurultayında mavi fonda sol yuxarı küncdə daraq damğası təsvir edilmiş bayraq Krım tatarlarının bayrağı kimi qəbul edilmişdir.
Soyombo (damğa)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı"adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. "Damğalı" tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı "S" hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın "qoç","qoyun"mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında "Oğuznamə"də söz açılan üçoxları təmsil edir. "Oğuznamə"də deyilir". Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.
Damğan
Damğan (fars. دامغان‎) — İranın Simnan ostanında yerləşən şəhər, Damğan şəhristanının mərkəzi. == Ümumi məlumat == Şəhər Tehran ilə Məşhəd arasındaki avtomobil yolu üzərində, Tehrana 342 km uzaqlıqdadır. 2006-cı il siyahıya alınmasına görə əhalisi 57331 nəfərdir. == Tarixi == Damğan orta əsrlərdə Kumis (Koomes) bölgəsinin mərkəzi olan önəmli bir şəhərdir. Amma o zamana aid bir neçə böyük sütun qalıntısından başqa bir əsər günümüzə çatmamışdır. İslam dönəminə aid ən önəmli əsərsə XI əsrdə inşa edilən indi yıxıq durumdaki, iki minarəli Tarixaneh Camidir. Bu cami İranın bilinən ən qədim məscididir. Şəhərin təqribən 26 km. şimalında Hecatompylos qalıntıları vardır.
Damğan döyüşü (1063)
Damğan döyüşü — Səlcuqlu Vətəndaş müharibəsi dövründə 1063-cü ildə baş vermiş döyüşdür. == Arxa plan == Oğuz türklərindən olan Səlcuqlular XI əsrdə Səlcuqlu imperiyasının əsasını qoydular. İmperiyanın əsasını qoyan Toğrul övladı olmadan vəfat etdi və taxt-tac onun qardaşı Çağrı bəyin oğlu Alp Arslana keçdi. Sultan Toğrulun ölümündən sonra Səlcuqlu şahzadəsi Qutalmış yeni sultan olmağı arzulayırdı, çünki Toğrulun övladı yoxdu və Qutalmış sülalənin yaşayan ən yaşlı üzvü idi. Qutalmışın taxta olan iddiası atası üzərindən idi. Belə ki, Qutalmışın atası Arslan Yabqu Səlcuqun ən böyük oğlu idi. Arslan Mahmud Qəznəvi tərəfindən ələ keçirilmiş və həbsdə öldürülmüşdü. Nəticədə Toğrul sultan olmuşdu. == Əvvəldə baş vermiş hadisələr == Toğrul 4 sentyabr 1063-cü ildə vəfat etdi. Toğrulun ölümü xəbərlərinin yayılmasından sonra həm Qutalmış, həm də Alp Arslan (Süleymanın böyük qardaşı) paytaxt olan Reyə doğru taxtı ələ keçirmək üçün yürüşə başladılar.
Damğan döyüşü (1729)
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular. Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi.
Damğan savaşı
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular. Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi.
Damğan zəlzələsi
Damğan zəlzələsi – 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələ zamanı 200000-dən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal olaraq qiymətləndirilir.
Damğan şəhristanı
Damğan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Damğan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,993 nəfər və 23,020 ailədən ibarət idi.
İsmayıl xan Damğani
İsmayıl xan Damğani (?-1826)—XIX əsr İran Qacarlar dövləti ordusunun sərkərdəsi. Sərdar. İsmayıl xan Damğani Simnan vilayətinin Mehdişəhr şəhərində anadan olmuşdu.İran Qacarlar dövləti ordusunun sərkərdəsi idi. Əvvəlcə sarayda qulam pişxidmətbaşı vəzifəsində xidmət etmişdi. Sonra orduya qatılmışdı. 1804-cü ildə Fətəli şah Qacar Qafqaz uğrunda savaşların çox zor olduğu haqda Abbas mirzə Qovanlı-Qacardan gələn bilgiləri dəyərləndirdikdən sonra Xorasanda İsmayıl xan Damğaninin komandanlığında olan süvari ordunun Azərbaycana gəlməsi, Abbas Mirzəyə qatılmasını istədi. Özü də saray adamları, əyanları və dövlət ərkanı ilə bərabər Qarabağa yola düşdü. Tarixçi Əminə Pakrəvan yazır: "Abbas Mirzə müdafiə sistemini gücləndirmək amacı ilə bir neçə gün İrəvanda qaldı. Sonra da ordusunun Əhərdə oturaq salmasını istədi. Abbas mirzə geri çəkilərkən İsmayıl Damğanini ordunun önəmli bir bölümü ilə Sisyanovla savaşmağa göndərmişdi.
Kassandra Damğası
Damğan döyüşü
Damğan döyüşü (1063) — Səlcuq imperiyasında Alp Arslan və Qutalmış arasında baş vermiş dövlət daxili hərbi toqquşma. Damğan döyüşü (1729) — Səfəvilər və Hotakilər arasında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş.

Digər lüğətlərdə