DANİMARKA

прил. датский. Danimarka dili датский язык, danimarka qırmızı malı животн. датский красный скот
DANIŞMAZLIQ
DANİMARKALI
OBASTAN VİKİ
Danimarka
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka-Norveç
Danimarka-Norveç — hazırkı Danimarka və Norveç torpaqlarında qurulmuş uniya. Həmçinin İslandiya, Qrenlandiya və Farer adalarını da əhatə edirdi. 1536-cı ildə qurulmuş, 1814-cü ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmuş; İslandiya, Qrenlandiya və Farer adaları isə Danimarkaya bağlı qalmağa davam etmişdir. Danimarka-Norveç əslində Kalmar Birliyinin qanuni varisi idi. Lakin İsveçdə baş verən üsyan Qustav Vazanın hakimiyyətə gəlməsinə və İsveçin ayrı bir dövlət yaratmasına təkan verdi. Bundan sonra dövlət Danimarka-Norveç adlanmağa başladı. İsveç'in dövlətdən ayrılmasını qəbul edə bilməyən Kral III Kristian özünü hələ də İsveçin hökmdarı kimi görürdü. İsveçlə mütəmadi olaraq müharibə aparan dövlət 7 ildən sonra Stettin sülhünü imzaladı. Böyük coğrafi kəşflər dövründə Danimarkanın da əsas maraqlarından biri Amerika və Hindistan oldu.
Danimarka Krallığı
Danimarka (dan. Danmark) — Avropada dövlət. Danimarkada yerli idarəetmələr iki səviyyəli sistemə əsaslanmaqdadır. Üst səviyyədə kontluklar (amtskommuner) və alt səviyyədə isə bələdiyyələr (kommuner) vardır. Bununla bərabər Kopenhagen və Frederiksberq həm kontluk, həm də eyni zamanda bələdiyyədir. Ölkə 14 kontluk və 275 bələdiyyədən ibarətdir. Buna Kopenhagen və Frederiksberq şəhərləri də daxildir. Danimarka Krallığı Şimali Avropada yerləşir. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Ölkənin əsas hissəsi yarımadada yerləşir.
Danimarka adası
Danimarka adası (norv. Danskoya, ing. Danes Island) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Barens dənizi suları ilə əhatələnir. Qərbi Şpisbergen adasından şimal-qərbdə, Magdalenefjorden fiordu yaxınlığında yerləşir.. Ondan şimalda Amsterdam adası qərarlaşır. Arxipelaqın bir çox adaları kimi daimi yaşayışa sahib deyildir. Adada 1631-ci ildə Balina ov bazası təşkil olunmuşdur. Bu baza 1658-ci ildə isə tərk edilmişdir. 1897-ci ildə Andre tərəfindən təşkil olunan isveç qütb ekspedisiyası bu adadan başlamışdır.
Danimarka azərbaycanlıları
Danimarka azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Danimarkada yaşayan hissəsinin adı. Hazırda bu ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir: "Vətən" Cəmiyyəti; Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti; Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi; Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi; Danimarka-Azərbaycan Cəmiyyəti; Danimarka Azərbaycan Gənclər Təşkilatı. Qeyd olunan qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Həmçinin, paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır. Danimarkada yaşayan azərbaycanlılar hər ilin mart ayında Herlev şəhərində Novruz bayramı münasibətilə tədbir keçirirlə. Türklər, ruslar, özbəklər, uyğurlar, latışlar, ukraynalılar və başqa millətlərin nümayəndələrinin də iştirak etdiyi bu bayram şənliyi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. 28 may Respublika Günü də dünyanın hər bir ölkəsində olduğu kimi Danimarkada da azərbaycanlılar tərəfindən geniş qeyd edilir. Bu bayram ənənəvi olaraq hər il Hillerod şəhərinin mərkəzindəki "Torvet" meydanında qeyd edilir. Məsud Aşina; Səfər Sadiqi. Səid Aşina "Vətən" Cəmiyyətinin saytı.
Danimarka bayrağı
Danimarka bayrağı — Danimarkanın Dövlət bayrağı Danimarka bayrağı qırmızı fonun üzərinə bayrağın künclərinə doğru uzanan ağ xaçdan ibarətdir. Xaçın üfüqi hissəsi bayrağın irəli tərəflərinə doğru sürüşdürülür. Dannebrogun (Danimarka bayrağı) simvolu digər şimal ölkələrinə Finlandiya, İslandiya, Norveç, İsveç sonradan qəbul edilmişdir. Danimarka bayrağı Dünyanın ən qədim bayrağıdır. Danimarkada bu ölkənin bayrağı istisna olmaqla, başqa dövlətlərin bayraqlarına zərər vuran şəxs cəzalandırılır. Ağ üzərində qırmızı xaç olan pankartın 14-cü əsrdən bəri Danimarka kralları tərəfindən istifadə edildiyi təsdiqlənir.Danimarka milli tarixşünaslığına əhəmiyyətli təsir göstərmiş bir mənşə əfsanəsi bayrağın təqdim edilməsini 2009-cu ildə Lindanis döyüşü ilə əlaqələndirir.1219.Uzun Nordic xaçı 18-ci əsrə aiddir.onun dəniz donanması kimi istifadəsini əks etdirir.Bayraq 16-cı əsrin əvvəllərində milli bayraq kimi məşhurlaşdı.Onun şəxsi istifadəsi 1834-cü ildə qadağan edildi, lakin 1854-cü il tənzimləməsi ilə yenidən icazə verildi.Bayraq davamlı istifadədə olan ən qədimdir.dövlət bayrağı olmaq üzrə dünya rekorduna sahibdir.
Danimarka boğazları
Danimarka boğazları — Skandinaviya və Yutlandiya yarımadaları arasındakı boğazlar sistemi. Kəmərlər sisteminə daxildir: Kiçik Kəmər (ən dar yeri 0,5 km), Böyük Kəmər (3,7 km), Öresund (10,5 km), Kattegat (60 km) və Skagerrak (110 km). Danimarka Boğazlar Baltik dənizinin limanlarını Dünya okeanının limanları ilə birləşdirən əsas dəniz yoludur.
Danimarka boğazı
Danimarka boğazı (dan. Danmarksstrædet) — Qrenlandiya adasını İslandiya adasından ayıran boğaz . Qrenland dənizini Atlantik okeanı ilə birləşdirir. Eni 260 km, uzunluğu 480 km təşkil edir. Dərinliyi 227 metrdir. İslandiya adası sahillərində İrminqur isti cərəyanı keçir. Qrenlandiya adası sahilindən isə Şərqi Qrenlandiya cərəyanı keçir. Bu boğazda 1941-ci ildə Britaniya kreyseri "Xud" və Alman "Bismark" gəmisi arasında döyüş baş vermişdir. Döyüş zamanı Xud kreyseri batırılmışdır. Uzunluğu 50 km, ən dar yeri isə 50 km təşkil edir.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Danimarka dili
Dan dili (dan. dansk) — Danimarkanın dövlət dili, skandinav dillərindən biri. Danimarkada və Almaniyanın şimalında istifadə olunur. Dilin daşıyıcılarının ümumi sayı 5,7 milyon nəfərdir. XV-XIX əsrlərdə Norveçin, XIX əsrin ortalarınadək Şlezviq-Qolşteynin rəsmi dili olmuşdur. Dan dili aşağıdakı ölkələrdə yayılmışdır; Danimarkada - Əhalinin sayı 5 425 420 nəfər, onlardan 461 614 nəfəri mühacirdir və bir hissəsi dan dilini bilmir (2005) Qrenlandiyada - adada yaşayan və etnik mənşəyi dan olan 6,8 min nəfər (2005) arasında yayılmışdır və bir çox qrenlandiyalılar üçün ikinci dildir. Farer adalarında - Rəsmi dairələrdə farer dili ilə yanaşı istifadə olunur (Farer adaları sakinlərinin, demək olar ki, hamısı dan dilini xarici dil kimi yaxşı mənimsəmişlər), lakin burada etnik mənşəyinə görə dan olanların sayı azdır. Almaniyada - Şlezviq-Qolşteyn torpaqlarında yaşayan 50 min nəfər danın ana dilidir, bundan əlavə, yaxın keçmişdə təxminən 50 min dan da Almaniyada məskunlaşmışdır.
Danimarka-Norveç əməliyyatı
Danimarka-Norveç əməliyyatı və ya "Vezerübunq" əməliyyatı (alm. Fall Weserübung‎) — 1940-cı ilin aprel-iyun aylarında İkinci dünya müharibəsi zamanı almanların Danimarkanı (alm. Weserübung-Süd‎) və Norveçi (alm. Weserübung-Nord‎) ələ keçirmək üçün apardığı hərbi əməliyyat. 1940-cı il 3 aprel tarixindən etibarən Alman limanlarını Stavanger, Trondheym və Narvikə gedən nəqliyyat vasitələri tərk etdi. Aprelin 7-də səhər üçdə Şimali Norveç üçün nəzərdə tutulmuş ordu birləşmələrini daşıyan Alman hərbi gəmiləri Şilliq yaxınlaşmalarına (Vilhelmshaven körfəzindən çıxışda) toplaşaraq şimala yönəldilər: bunlar "Qneyzenau" (vitse-admiral Günter Lütensin flaqmanlığı ilə) döyüş gəmiləri və "Şarnhorst," "Admiral Hipper" ağır kreyseri və 12 esmines. Şimal dənizinə və Şetland adaları-İslandiya xəttinə bir neçə donanma göndərildi. Gecə, alman donanması bir neçə gün davam edən bir fırtınaya düşdü: gəmilərə bir sıra ziyan vurdu və naviqasiyanı ciddi şəkildə çətinləşdirdi. Aprelin 8-də səhər 10-da admiral Hipper tək hərəkət edən "Qlouuolm"u vuraraq batırdı; Bundan sonra o və 4 esmines Trondheym əyalətinə yola düşdü. Vilhelm Heidkampın başçılıq etdiyi 1-ci desant qrupu, 9 aprel səhəri Narvik körfəzinə girdilər, burada danışıqlardan sonra Norveç döyüş gəmiləri Eysvold və Norge batırıldı.
Danimarka Kral Kitabxanası
Kral Kitabxanası (dan. Det Kongelige Bibliotek) — Danimarkanın Milli Kitabxanası. Dünya və Skandinaviyada ən böyük kitabxanalardan biridir. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb.
Danimarka Qərbi Hindistanı
Danimarka Qərbi Hindistanı (dan. Dansk Vestindien) — Sent-Tomas, Sent-Con və Sent-Krua adalarını və yaxınlıqdakı bir sıra adaları əhatə edən Kiçik Antil adaları arxipelağında Danimarka koloniyası. Koloniya, Danimarkanın bir Qərbi Hindistan şirkəti tərəfindən 1672-ci ildə quruldu. 1755-ci ildə şirkət milliləşdirildi. Afrikadan adalara kölələr əkinlərdə işləmək üçün gətirildi, lakin 1792-ci ildə Danimarka hökuməti kölə ticarətini qadağan etdi və 1848-ci ildə köləlik ləğv edildi. 19-cu əsrin ikinci yarısında adaların Amerika Birləşmiş Ştatlarına satılması ilə bağlı müzakirələr başladı, lakin bu müqavilə Ştatlarda başlayan vətəndaş müharibəsi ilə qarşısı alındı. Birinci Dünya müharibəsinin başlamasından sonra, adaların Almaniya tərəfindən işğalı təhlükəsi var idi. 1917-ci ildə adalar 25 milyon dollara ABŞ-yə satıldı. Birləşmiş Ştatların bir hissəsi olaraq, Danimarka Qərbi Hindistanına ABŞ Vircin adaları adı verildi. Danimarka Qərbi Hindistanını təşkil edən adalar Puerto-Rikodan 60 kilometr şərqdə yerləşir.
Danimarka kronu
Danimarka kronu - Danimarka, Qrenlandiya və Farer adalarında istifadə olunan pul vahidi. Kron sözü Skandinaviyada geniş yayılmış krone sözündən yaranmışdır. Danimarkada 2007-ci ildə infilyasiya 1.5% olmuşdur. 2000-ci ildə ölkədə avrozonaya keçidlə əlaqdər avroya keçid məsələsi gündəmə gəlmişdir. Keçirilən referendum nəticəsində əhalinin böyük bir qismi buna qarşı çıxmışdır. Danimarka maliyyə idarəsinin son illərdə gördüyü işlər nəticəsində Danimarka kronu avroya sabitləşdirilmişdir.
Danimarka tarixi
Danimarka tarixi, bugünkü Danimarka Krallığı torpaqlarının tarix öncəsi dövrlərdən günümüzə qədər uzanan tarixdən ibarətdir. Danimarkada insanların 100.000 ildən çox bir tarixi var, lakin Danimarkanın şimalda yerləşməsi səbəbindən insanlar son buz dövründə Danimarkanı tərk etməli oldular və insanlar eramızdan əvvəl 12.000-də buzlaqların geri çəkilməsi ilə yenidən Danimarka torpağında gəldilər. Eramızdan əvvəl 3000-ci ildə Danimarkanın yerli sakinləri öz torpaqlarında əkib becərməyə başladılar. Dəmir dövründə (eramızdan əvvəl IV — I əsrdə Skandinav iqlimi soyuq və yağışlı bir dövrdən keçdi. Bu dövrdə Danimarkalıların cənubi Almaniya bölgəsinə köç etdikləri təyin olunub Roma İmperiyasının ən güclü dövründə belə, sərhədləri Danimarkanı əhatə etmirdi. Bununla birlikdə, Danimarkada tapılan Roma sikkələri, iki bölgə arasında ticarət əlaqələrinin güclü olduğunu sübut edir. Bundan əlavə, Danimarkanın Roma ordusuna əsgər verdikləri təyin olundu. Danimarkada yayılmış torf bataqlıqları arxeoloji məlumatların böyük bir mənbəyidir. Danimarkada Antik dövrdən qalma yazılı sənədlər olmadığından, bu bataqlıqlarda aşkar edilmiş yaxşı qorunan insan cəsədləri tarixçilərə o dövrdə Danimarkalıların mədəniyyəti və həyat tərzi haqqında bir fikir verə bilər. 8-ci və 11-ci əsrlər arasında Danimarkada Vikinqlər kimi tanınan tayfa hökm sürürdü.
Danimarka şəhərləri
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri 2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı 3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir. a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).
Azərbaycan–Danimarka münasibətləri
Azərbaycan–Danimarka münasibətləri — Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 32 ünvanındakı "Elektriçeskaya Sila" şirkətinin binasında Danimarkanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul E.F.Bisrinq rəhbərlik etmişdir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Hazırda Danimarkanın Azərbaycandakı səfiri 2017-ci ilin mart ayının 26-da öz etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmiş Svend Ollinqdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fərəməz Maqsudov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sevinc Fətəliyeva işçi qrupunun rəhbəridir.
Danimarka şəhərlərinin siyahısı
1 = 20,000 və ya daha çox əhalisi olan şəhərləri 2 = Ölstükke-Stenlöse yeni şəhərdir, Ölstükke və Stenlöse şəhərlərinin birləşməsi nəticəsində yaranışdı 3 = Hörsholm şəhəri bir neçə bələdiyyələrin bir hissəsidir. a = Kopenhagen aqlomerasiyasının bir hissəsi (da: Hovedstadsområdet).
Danimarka–Ermənistan münasibətləri
Danimarka—Ermənistan münasibətləri — Danimarka və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanın Kopenhagendə səfirliyi var. Danimarka isə Ukraynanın Kiyevdəki səfirliyi vasitəsilə Ermənistanda təmsil olunur. Diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulmuşdur. Ermənistanın Danimarkadakı hazırkı səfiri Hraçya Ağacanyandır. 2008-ci ildə Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Ermənistan və Danimarka arasındakı münasibətləri "dostyana" və "yüksək" olaraq adlandırdı. 2013-cü ildə müstəqil Amstream təşkilatı qeyri-siyasi və qeyri-iqtisadi qurum olaraq Ermənistan və Skandinaviya arasında iş, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq və tərəfdaşlığa başlamaq məqsədilə quruldu. Ermənistanla Danimarka arasındakı ticarət əlaqələri 1568-ci ildə, erməni səyyah və yazıçı Pirzadə Qapanetsinin Danimarkanı ziyarət etməsindən sonra başlayır. Müasir Ermənistan dövləti 1991-ci ildə müstəqillik qazandıqdan bəri, iki ölkə həm hökumət, həm də Qeyri Hökumət Təşkilatları əlaqələr qurmağa çalışırdı. Danimarka Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Mission Ost, Danimarka Erməni Missiyası və Danimarka Qafqaz Araşdırmaları Cəmiyyəti kimi vətəndaş cəmiyyəti təşkilatları ikitərəfli münasibətlərin inkişafında fəal iştirak edir.
Danimarka–Gürcüstan münasibətləri
Gürcüstan–Danimarka münasibətləri — Gürcüstan Respublikası və Danimarka arasındakı mövcud ikitərəfli münasibətlər. Danimarka Kiyevdəki (Ukrayna) səfirliyi vasitəsilə Gürcüstanda təmsil olunur. Gürcüstanın isə Kopenhagendə səfirliyi vardır. Danimarka Gürcüstanı Avropa İttifaqı və NATO-ya daxil olmaq istəyini dəstəkləyir. Gürcüstanın Danimarkadakı hazırkı səfiri Qiqi Qicadzedir. 1 iyul 1992-ci ildə Gürcüstan və Danimarka arasında diplomatik münasibətlər qurulur. 2007-ci ildə Danimarka və Gürcüstan miqrasiya ilə bağlı bir memorandum imzalayır. 22 aprel 2009-cu il tarixində isə Danimarka ilə Gürcüstan arasında hərbi müqavilə imzalanmışdır. 2008-ci il hadisələri zamanı Danimarka Baş Naziri Anders Foq Rasmussen Rusiyanın Gürcüstana hücumunu qınamışdır. O, 2010-cu ilin fevralında Danimarkanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti "beynəlxalq ictimaiyyətin Rusiyanın Gürcüstan qarşısında öhdəliklərini yerinə yetirməsində maraqlı olduğunu və bu səbəbdən Rusiyaya təzyiqlərin artırılması lazım olduğunu" söyləyir.
Danimarka–Qazaxıstan münasibətləri
Qazaxıstan–Danimarka münasibətləri — Qazaxıstan Respublikası ilə Danimarka Krallığı arasında ikitərəfli diplomatik əlaqələr 7 may 1992-ci ildə qurulmuşdur. 21 fevral 2015-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev eyni vaxtda Qazaxıstanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Dastan Eleukenovu Danimarkaya səfir təyin etdi. 28 noyabr 2013-cü ildə Qazaxıstanın Dövlət Katibi Marat Tacin, Danimarka Krallığının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Vinklerdən və həmçinin Qazaxıstan, Qırğızıstan, Belarus, Türkmənistan və TacikistanÖzbəkistandan etimadnamə aldı. 2000-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Danimarka Krallığına rəsmi səfər etdi. 9 fevral 2010-cu ildə Qazaxıstanın Almaniyadakı və eyni zamanda Danimarkadakı səfiri Nurlan Onjanov Danimarka Xarici İşlər Nazirliyinin Dövlət katibi Maykl Zilmer-Cons ilə görüşdü. 1 may 2015-ci il tarixinə Qazaxıstanda 35 birgə Qazaxıstan-Danimarka müəssisəsi qeydiyyatdan keçmişdir. Qazaxıstan (14 fevral 2009), sonra Danimarka (6 aprel 2010) bütün diplomatik pasport sahibləri üçün vizaları ləğv etdi. 1993-2003-cü illərdə Danimarka Qazaxıstan iqtisadiyyatına təxminən 1,7 milyon dollar sərmayə qoydu. Danimarkanın 2004-2008 -ci illərdə Qazaxıstana ixracatı 253 milyon DKK -dan 488 milyon DKK -ya yüksəldi. Amma 2009-cu ildə 297 milyon DKK -ya düşdü.
Danimarka–Türkiyə münasibətləri
Türkiyə—Danimarka münasibətləri — Danimarka Krallığı ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr rəsmi olaraq 1923-cü ildə quruldu; Danimarka ilə Osmanlı İmperiyası arasında XVIII əsrdə başlayan əlaqələrin davamı idi. Danimarkanın Ankarada, Türkiyənin Kopenhagendə səfirliyi var . Hər iki ölkə NATO üzvüdür. Danimarka ilə Türkiyə arasındakı diplomatik münasibətlərdə bir cizgi filmi qalmaqalı və bir kürd peyk televiziya kanalı ilə əlaqədar gərginlik yaşandı. 14 oktyabr 1756-cı ildə Sultan III Osman ilə Kral V Frederik arasında Dostluq və Ticarət Müqaviləsi imzalandı. 1758-ci ildə Danimarka Osmanlı İmperiyasına fövqəladə nümayəndə təyin etdi . 1618-1648-ci illərdə Danimarka və Osmanlı İmperiyası Müqəddəs Roma İmperiyasına qarşı birlikdə mübarizə apardı. Şimali müharibə zamanı Danimarka ilə Osmanlı İmperiyası bir-biri ilə müharibə vəziyyətində idi . Ölkələr 1803-1815-ci illər arasındakı Napoleon müharibələri zamanı müttəfiq idilər. 1920-ci il Türkiyə-Ermənistan müharibəsi zamanı Danimarka, Ermənistan Demokratik Respublikası ilə Türkiyə arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış etdi.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Saksonun Danimarka tarixi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir. Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir.
Corc (Danimarka şahzadəsi)
Danimarka və Norveç Şahzadəsi Corc (dan. Jørgen; ən tezi 1 mart 1653 və ən geci 11 noyabr 1653, Kopenhagen qəsri[d], Kopenhagen, Danimarka – 28 oktyabr 1708, Kensinqton, London, Böyük Britaniya krallığı) — Böyük Britaniya kraliçası Annanın əri idi. 1702-ci il martın 8-də Anna taxtdan çıxdıqdan 1708-ci ildə ölümünə qədər Britaniya monarxının yoldaşı idi.
Danimarka-İslandiya Birləşmə Aktı
Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu.
Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində
Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Danimarka 2015 Avropa Oyunlarında
Danimarka — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Danimarka ümumilikdə 65 idmançı ilə təmsil olunub.
Danimarka 2018 Qış Olimpiya Oyunlarında
Danimarka 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 19 idmançı ilə təmsil olunacaqdır. Bu olimpiya oyunlarında idmançı sayı 2010 Qış Olimpiya Oyunları iştirak edən iştirakçılardan 1 nəfər azdır. Yelena Riqas bayraqdar olmuşdur. Qış Olimpiya Oyunlarında ölkə yalnız 1998-ci ildə körlinqdə medal ala bilmişdir Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Danimarka «A» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Ancaq bir qadın iştirakçısı kvotadan imtina etmişdir. Bundan sonra isə yenidən bir kişi idmançı ilə təmsil olunmaq hüquuq əldə etmişdir. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər.
Danimarka Avroviziya Mahnı Müsabiqəsində
Danimarka Avroviziya Mahnı Müsabiqəsinə 1957-ci ildə qoşulmuş və ümumilikdə 48 dəfə iştirak etmişdir. Ölkə 1966-cı ilədək hər il müsabiqədə iştirak etmiş, lakin 1967-1977-ci illərdə Avroviziyada iştirak etməmişdir. 1978-ci ildən bəri isə müsabiqədə yalnız dörd dəfə iştirak etməmişdir. Danimarka Avroviziyada iştirak etdiyi illər ərzində 3 dəfə qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan DR telekanalı Danimarkanın Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Dansk Melodi Grand Prix mahnı yarışması vasitəsilə seçir. Danimarka Avroviziyada ilk qələbəsini 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin səsləndirdiyi "Dansevise" mahnısı ilə, ikinci qalibiyyətini 2000-ci ildə Olsen Brothers qrupunun ifa etdiyi "Fly on the Wings of Love" mahnısı ilə və ən son qalibiyyətini isə 2013-cü ildə Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə qazanmışdır. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası
Danimarka Həmkarlar İttifaqları Konfederasiyası (dan. Landsorganisationen i Danmark - LO) — Danimarkanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 3 yanvar 1898-ci ildə yaranmışdır. Konfederasiyanın əsas məqsədi işəgötürənlər və hakimiyyət orqanları ilə münasibətdə işçilərin mənafelərini rəhbər tutaraq onları müdafiə etməkdən ibarətdir. Müxtəlif assosiasiyalar və həmkarlar ittifaqları ilə əməkdaşlıq edən Konfederasiya ölkədə qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək bazarı ilə bağlı siyasətin hazırlanması və həyata keçirilməsi prosesində həm hökumətə, həm də siyasi partiyalara təsir etməyə çalışır. Kollektiv danışıqların aparılması zamanı Konfederasiya işçilərin sosial-iqtisadi maraqlarının təmin olunmasına səy göstərir. Danimarka həmkarlar ittifaqları hərəkatı qarşısına qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilər. Lakin müasir cəmiyyətdə müntəzəm olaraq qarşıya yeni vəzifələr və problemlər çıxır. Belə ki, hazırda həllinə çalışdığı ən mühüm məsələlərdən biri işçilərin iş və ailə həyatı arasında daha yaxşı harmoniya yaradılmasına köməklik göstərməkdən ibarətdir.
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı (dan. Dansk Metalarbejderforbund - Dansk Metal) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Bu təşkilat ətrafına təxminən 142 min üzvü toplanmışdır. 2012-ci ildən təşkilatın rəhbəri Klaus Yensendir. International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Danimarka Sosial-Demokrat Partiyası
Mətbu orqanı: "Aktual" (Aktual) qəzeti və "Nyu politik" (Təzə siyasət) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1918; 1924-1940; 1945-1960; 1971-1973; 1975-1982; 1992 – indiyə kimi. Sosial Demokratiya nədir?
Danimarka Sosial Demokrat Partiyası
Mətbu orqanı: "Aktual" (Aktual) qəzeti və "Nyu politik" (Təzə siyasət) jurnalı. Hakimiyyətdə olduğu illər: 1916-1918; 1924-1940; 1945-1960; 1971-1973; 1975-1982; 1992 – indiyə kimi. Sosial Demokratiya nədir?
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı (dan. FOA – Fag og Arbejde) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 2005-ci ildə yaranmışdır. İttifaqın 47 yerli təşkilatı, 206 min üzvü var. 4 fəaliyyət sahəsinə bölünür: səhiyyə, pedaqoji, qida sənayesi, maşınqayırma sənayesi. İttifaq üzvlərinin əksəriyyəti dövlət müəssisələrində işləyir. Təşkilata hazırda Dennis Kristensen rəhbərlik edir.
Futbol üzrə Danimarka çempionatı
Superliqa (dan. Superligaen) - Futbol üzrə Danimarka çempionatlarının ən yüksək liqası. Əsası 1991-ci ildə qoyulmuş və I divizionu əvəz etmişdir. Çempionat 14 komandadan ibarət olub üç dövrəli turnir şəklində keçirilir. İyulda startı verilən yarış mayda bitir. 26-cı turdan sonra klublar 2 hissəyə ayrılır. Turnir cədvəlində ilk 6 yeri tutan komanda Çempionlar qrupunda çıxış edir. Qalan 8 komanda isə bərabər saylı 2 qrupa bölünürlər. Çempionatın sonu Çempionlar qrupunda 4-cü yerin sahibi ilə ikinci səbətdəki hər bir qrupun ilk 2 komandası arasında Avropa liqasına vəsiqə uģrunda pley/off maçları oynanır. Bununla yanaşı ikinci səbətdə hər bir qrupda son 2 yerin sahibi çempionstds qalmaq uğrunda ev və səfərdə olmaqla qarşılıqlı oyunlar keçirilir.

Digər lüğətlərdə