DAĞIT

Dağılmaq, dağınıq, darmadağın kəlmələri ilə qohumdur. Sözün kökü “dağ”dır. şəkilçisi isimdən feil düzəldib (bərk-i-mək qəlibi üzrə). İndi dağı feili müstəqil söz kimi işlədilmir, amma dağı-t, dağı-l sözləri göstərir ki, dağı törəmə kökdür. Bəs niyə ilk kök “dağ”dır? Çünki dağıtmaq “bu dağdan o dağa səpələmək”, ”diyar­ba­diyar etmək” deməkdir. İkinci ehtimal da var: söz, əslində, yağıtmaq kimi olub ki, bu da yaymaq feili ilə bağlıdır. Türk dillərində d-y əvəzlənməsi mümkün­dür. Mə­sələn, qabaqlar quyu yerinə, qudu işlədilib və s. Deməli, dağıtmaq sözü yaymaq kəlməsi ilə qohum ola bilər. Darmadağın (əsli: dağ-ma-dağ-ın) sözü də dağıtmaq kəlməsi ilə qohumdur. Darmadağın kəlməsinin birinci komponenti (dağ) feil deyil, -ma bağlayıcıdır (“və” deməkdir), dağın isə feildən düzəlib (dağ-ı-n). Əslində, dağıl, dağıt formaları göstərir ki, törəmə kökü dağı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAĞINTI
DAXMA
OBASTAN VİKİ
Qama dağıtması
Qamma paylanması, Ehtimal nəzəriyyəsi və Riyaziyyatda, təsadüfi kəsilməz paylanmalar ailəsindən sayılır. Bu paylanmanın bir parametri miqyas parametri (θ) və başqa parametri isə, şəkilli parametr (k) dir. Əgər k Tam ədəd olarsa, paylanma hər birinin ədədi ortası θ(1/θnın nisbət parametri ilə ekvivalentdir) olan k qədər qüvvət funksiyası şəklində paylanmış təsadüfi dəyişənin cəmini göstərir.
İsgəndərin atəşgahları dağıtdırması
İsgəndərin atəşgahları dağıtdırması — Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında təsvir edilmiş səhnə əsasında naməlum tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu M-535 Xəmsə əlyazması Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır və "İsgəndərnamə"nin tarixi müəyyən olan ən qədim əlyazması hesab edilir. Nəfis şəkildə tərtib edilmiş bu nadir əlyazmada mövzu və tərtib baxımından fərqlənən çox maraqlı miniatür vardır. Nizaminin “İsgəndərnamə” poemasında Daranı məğlub edib İranda hakimiyyəti ələ keçirmiş Makedoniyalı İsgəndər öz dinini yaymaq üçün yerli əhalinin istifadə etdiyi atəşgahları dağıtmağı əmr edir: Kompozisiyada Azərbaycan memarlığı üslubunda sxematik bir atəşgah təsviri fonunda iki insan fiquru verilmişdir. Bunlardan biri əlini qaldırmış əsgər, digəri isə əlində bir parça qızıl tutaraq diz çökmüş yerli sakindir. Atəşgah fiquru qarşısında daha dörd əsgər görünür. Miniatürün fonunda güclə sezilən mənzərə izləri vardır. Onun kompozisiyası əzəmətli, rəng çalarları parlaq və bir-birinə uyardır. Sənətşünas B.Denike həmin miniatürdən bəhs edərək göstərir ki, “O, böyük tarixi və bədii əhəmiyyətə malikdir və bütün əlyazma möhkəm tədqiq və müqayisəli təhlil tələb edir. Yalnız o zaman bu miniatürrün mənsub olduğu məktəbi dəqiq təyin etmək mümkündür.” Sonra tədqiqatçı miniatürə qiymət verərək göstərir ki, «haqqında danışılan nümunə SSRİ-də Nizami poemalarını illüstrə edən miniatürlərdən tarixcə ən qədimidir, bütün dünyada isə üçüncü yeri tutur.” Zamanov, Nadir.