DEK

“bərədən təhvil” – satıcının malı gömrük baxışından keçirdikdən sonra, əvvəlcədən razılaşdırılmış bərədə alıcıya təhvil verməsidir.
Defolter
Dekholder
OBASTAN VİKİ
Dek (tatu)
Dek (kürd. deq, دەق) və ya xal (kürd. xał , خاڵ) — kürdlərə aid ənənəvi və unikal tatular. Dek daha çox kürd qadınları arasında rast gəlinir, lakin kişilər arasında da müşahidə olunur. İslamın təsiri ilə dekin tətbiqi daha az yayılmış və xına ilə əvəz edilmişdir. Xınadan fərqli olaraq, dek müvəqqəti deyil. Kürd kimliyini yenidən təsdiq etmək üçün dekdən istifadəni canlandırmaq üçün səylər göstərilmişdir. Dek yezidilər tərəfindən də tətbiq edilir. Dekin mənşəyi məlum deyil. XVI əsrin əvvəllərində Amidalı Aesi "Medicae Artis Principes" əsərində dek və onun necə hazırlandığını yazmışdır.
Dekart koordinat sistemi
R × R {\displaystyle \mathbb {R} \times \mathbb {R} } Karteziyan hasilindəki hər sıralı cütlüyün Evklid müstəvisindəki bir nöqtəyə və birinci dərəcədən iki dəyişənli hər bir polinomun müstəvidəki bir düz xəttə, birəbir uyğunlaşdırılması ilə yaradılan cəbri həndəsi qurulaşa Karteziyan koordinat sistemi və ya Dik oxlar sistemi adı verilir. Evklid həndəsəsinin bir modelidir. Koordinat oxları x və y-dir, bunlar 0 da kəsişir . y-oxu - (ing. y-axis, ru. ось y) – ikiölçülü və üçölçülü torun, diaqramın, yaxud qrafikin şaquli koordinat oxu z-oxu - (ing. z-axis, ru. ось z)– üçölçülü koordinat sistemində, adətən, dərinliyi göstərən ox. x-oxu- ikiölçülü və ikiölçülü diaqramın, yaxud qrafikin üfüqi koordinat oxu x-y-z koordinat sistemi - (ing.x-y-z coordinate system) – üçüncü z oxunun üfüqi x və şaquli y oxuna perpendikulyar olduğu Dekart koordinat sistemi. x-y-z koordinat sistemindən kompüter qrafikasında həcmli, yəni uzunluğu, eni və dərinliyi olan modellər yaratmaq, eləcə də modelləri üçölçülü fəzada hərəkət etdirmək üçün istifadə olunur.
Dekartelizasiya
Dekartelizasiya — kartellər, sindikatlar, trestlər və digər növ inhisarçı birliklər şəklində iqtisadi potensialın təmərküzləşməsinin dövlət tərəfindən qanunvericiliklə məhdudlaşdırılması. Dekartelizasiyanın müasir nümunəsi 1945-ci ildə Üçüncü Reyxin süqutundan sonra Almaniya iqtisadiyyatının yenidən qurulmasıdır. Kartel şirkətlər arasında rəsmi müqavilədir. Kartellər adətən az sayda satıcının olduğu və adətən homojen məhsulların istehsalı ilə əlaqəli olan oliqopolist sənayedə baş verir. Kartel üzvləri qiymət, ümumi sənaye məhsulu, bazar payı, müştəri bölgüsü, torpaq sahəsinin ayrılması, tenderlərin saxtalaşdırılması, birgə satış müəssisələrinin yaradılması və mənfəətin bölüşdürülməsi və ya bunların birləşməsi kimi məsələlərdə razılığa gələ bilərlər. Belə sövdələşmənin məqsədi rəqabəti azaltmaqla ayrı-ayrı üzvlərin gəlirlərini artırmaqdır. Rəqabət qanunları kartelləri qadağan edir. Kartellərin müəyyən edilməsi və məhv edilməsi əksər ölkələrdə rəqabət siyasətinin mühüm hissəsidir, baxmayaraq ki, karteli sübut etmək çox nadir hallarda asan olur, çünki firmalar ümumiyyətlə müqavilə müqavilələrini kağız üzərində yazmaq üçün kifayət qədər diqqətsiz deyillər.
Dekazvil
Dekazvil (fr. Decazeville, oks. La Sala) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12089. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 35 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 6164 nəfər təşkil edirdi. 2007-ci ildə 3469 yaşda olan (15–64 yaş arasında) 2261 nəfər iqtisadi cəhətdən fəal, 1208 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 65,2%, 1999-cu ildə 63,1%).
Dekazvil (kanton)
Dekazvil (fr. Decazeville) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Dekazvil kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası Dekazvil kommunasıdır. 2006-cı ildə əhalinin sayı 10 328 nəfər təşkil edirdi.
Deki deki (mahnı)
Dekkan sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur. Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Deklamasiya
Deklamasiya — şeir və nəsr əsərlərini, yaxud dram ya faciənin seçmə parçasını bədii söyləmə məharəti. Natiqlik sənətində böyük yer tutur.
Deklan O'Breyn
Deklan O'Breyn (ing. Declan O'Brien; 1962, ABŞ – 16 fevral 2022, Beverli-Hillz, Kaliforniya) — ABŞ ssenaristi, prodüseri və rejissori, "Utopia Pictures-Television"nın prezidenti. Deklan O'Breyn əvvəlcə "Say fay" adlı telekanalda işləyib. Bu telekanal qorxu və mistika kimi proqramlar hazırlayırdı. 2006-cı ildə İlanlar Kralı və The Harpy adlı filmlərin ssenarisini yazdı. Bundan sonra o, Yanlış Döngə filminin 3–4-5-ci seriyalarına rejissorluq etdi.
Deklarasiya
Deklarasiya [lat. declaratio – bəyanat vermə, ərizə, məlumat, elan etmə; fr. declaration – ərizə, demək, söyləmək]: bir məsələ haqqında dövlət və ya partiya tərəfindən verilən bəyanat; gömrükxana haqqı ödənilən zaman təqdim olunan mal siyahısı; xaricə pul və ya qiymətli bağlama göndərilərkən əlavə edilən poçt vərəqəsi; vergi tələb olunan şəxsin əmlakı və gəliri haqqında verdiyi məlumat; bəyannamə, bəyanat; rəsmi və ya təntənəli proqram müraciəti, nəyinsə elan olunması, həmçinin onun yazıldığı sənəd; hər hansı bir məlumatları çatdıran bəzi rəsmi sənədlərin adı; hökumət və ya partiyanın bildirişi, bəyanatı; gömrük bəyannaməsi; poçt sənədi; vergi bəyannaməsi. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Deklarativ proqramlaşdırma
Deklarativ proqramlaşdırma — proqramın axınını təsvir etmədən onun yazılmasını imkan verən proqramlaşdırma paradiqmasıdır. Başqa sözlə desək, proqrama necə icra etmək əvəzinə nə icra etdiyi yazılır. Bu isə alqoritmaların köməyi ilə yazılan imperativ proqramlaşdırmanın əksidir. Deklaritiv proqramlaşdırma paralel proqramların yazılmasını sadələşdirdiyi üçün son vaxtlar bu paradiqmaya böyük maraq yaranmışdır. Frans Koenen. Deklarativ proqramlaşdırma dillərinin xüsusiyyətləri. 1999.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Dekolonizasiya
Müstəmləkəçilikdən azad olma (ing. Decolonization) — müstəmləkələrə, protektoratlara, dominionlara, mandat altında olan ərazilərə tam müstəqillik və suverenliyin verilməsi. Müstəmləkə imperiyalarının ləğv edilməsi siyasəti 1941-ci ildə Atlantik Xartiyanın qəbulunda elan edilmişdi. Xartiya ABŞ-nin müstəmləkə ərazilərinin bazarlarına buraxılması barədə tələbindən sonra qəbul edilmişdi. Dekolonizasiya termininin mənaları və tətbiqləri mübahisəlidir. Dekolonizasiyanın mənasını siyasi müstəqillikdən kənara çıxaran geniş yanaşmalar mübahisələrə səbəb olmuş və tənqidlərə məruz qalmışdır. Bir qrup araşdırmaçılar analitik cəhətdən bu terminin əsassız olduğunu müdafiə etdilər, digərləri iddia edirdilər ki, “dekolonizasiya” üçün elmi və praktiki tətbiqlər şəxsiyyətlər haqqında şəksiz və əsaslı anlayışları öyrənməyə imkan verir. Dekolonizasiya ilə bağlı ilk araşdırmalar 1960-1970-ci illərdə ortaya çıxdı. Bu dövrə aid mühüm kitab Martinika müəllifi Frantz Fanonun "Yerin bədbəxtləri" (1961) əsəri idi ki, bu əsər dekolonizasiyanın bir çox aspektlərini ortaya qoydu. Dekolonizasiyanın sonrakı tədqiqatları iqtisadi bərabərsizlikləri müstəmləkəçiliyin mirası kimi, eləcə də insanların mədəniyyətlərinin məhvi kimi nəzərdən keçirdi.
Dekompozisiya
Dekompozisiya — hər hansı bir sistem üzərində aparılan əməliyyatın uğurla həyata keçirilməsi üçün onun hissələrə bölünməsi. Məsələn, obektin ayrıca layihələnən hissələrə bölünməsi, xidmət zonası, verilən sistemin ayrica riyazi təsvirinin və ya fiziki təzahürünə baxılması və s. Layihələndirmə məsələlərində hesablama zamanı və kontroller şəbəkələrində alqoritm və proqramların düzgün paylanması üçün qurğunun ayrı-ayrı hissələrə bölünməsi tələb olunur. Bu proses dekompozisiya adlanır. Proses layihə-texnoloji baza və verilmiş xarakteristikalar üzrə hesablamalarda istifadə olunan proqram blokları əsasında həyata keçirilir. Məsələn, layihələndirmədə mürəkkəb obyektlərin (qurğu, proqram) verilən optimallaşma kriteriləri üzrə dekompazisiyasını tələb edir. Bu zaman dekompazisiyada optimallıq kriterisi kimi istifadə olunan sistemlərin minimal qiyməyi və məsələdə istifadə olunan hesablamaların minimum sayı istifadə olunur. Məsələnin həllində proqram və alqoritmlərin paralel qollarının birgə işinə və istifadə olunan sistemin yaddaş həcminə, onun giriş və çıxışlarına məhdudiyyət qoyulur. Sistemli analizdə dekompozisiya məsələsinin uğurlu həlli üçün sistem hissələrə elə bölünməlidir ki, sistemin xüsusiyyətləri itməsin.
Dekonstruktivizm
Dekonstruktivizm (və ya Dekon) — müstəqil memarlıq istiqaməti kimi postmodern memarlığın inkişafı nəticəsində 1980-ci illərin sonunda formalaşmış memarlıq üslubu. Fərdi yaradıcılıq tərzlərinin müxtəlifliyinə baxmayaraq dekonstruktivizm yaradıcıları konstruktivizmin kompozisiya mövzularına əsaslanaraq, onları bir qədər deformasıya edirlər (abstraktlaşdırırlar). Bu da kompozisiyalara dinamizm və kəskinlik verir. Bu üslub memarlığın estetikadan, gözəllikdən, səmərəlilikdən və qaydadan, yəni memarlığın minilliklər ərzində yaranan əsas dəyərlərindən azad olunmasını təbliğ edir. Dekonstruktivizm Qərbi Avropa şüurunun hədsiz irrasionallığını, müasir qərb mədəniyyətinin xaos və çıxılmazlığını əks edir. Bu cərəyanın tikililərinin əsas xüsusiyyətləri - iti bucaqların çoxluğundan, qarışıq üfüqi və şaquli xətlərin əlaqələrinin pozulmasından, pəncərələrin qaydasız ritmindən, heç bir yük daşımayan dayaqların bucaq altında qurulmasından, hər yerdə konstruksiya və mühəndis kommunikasiya hissələrinin ön plana çəkilməsindən ibarətdir. Tam qaydasızlığın, paradoksal şəraitin yaradılması, hissin sağlam düşüncə üzərində qələbəsi dekonstruktivizim tikililərinin əsas xüsusiyyətlərini təşkil edir. Mehriban Mikayılova. Müasir memarlıq tarixi. Bakı: 2010, səh.
Dekorasiya
Dekorasiya (fr. decoratio — bəzək) — geniş anlamda əşyanın və ya yaşayış, fəaliyyət məskəninin müxtəlif bədii bəzədilməsi. Dekorasiya bəzədilən yerin xarakterinə və stilinə uyğun gəlməli, onun formalarını pozmamalı, onun gözəlliyini daha qabarıq verə bilməlidir.
Dekorativ Tətbiqi Sənət
bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Dekorativ bitki
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Dekorativ bitkilər
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Dekorativ pion
Dekorativ pion (lat. Paeonia peregrina) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Dekret
Dekret (lat. decretum-qərar) — ali hakimiyyət orqanının hər hansı məsələyə dair qanuni qüvvəyə malik olan qərarı. Dekret termini ilk dəfə qədim Roma hüququnda istifadə edilmişdir.
Dekripitasiya üsulu
Dekripitasiya üsulu - belə bir təsəvvürə əsaslanır ki, mineralın böyüməsi dövründə zəbt etdiyi birfazalı flüid və ya məhlul soyuduqda və təzyiq aşağı düşdükdə maye, qaz və bəzən bərk fazalara parçalanır, mineralı qızdırdıqda isə proses əks istiqamətdə gedir və möhtəvinin bir fazalıya çevriləməsinədək davam edir. Təzyiq və konsentrasiyaya düzəlişlər etdikdən sonra möhtəvinin partlayış temperaturu, mineralın əmələ gəlmə temperaturu kimi qəbul edilir. Partlayış temperaturu ossiloqraf, elektromexaniki sayğac və başqa cihazlar vasitəsilə qeydə alınır. Sinonim: Termosəs üsulu. Mineral Maye Qaz Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dekster Sent-Luis
Dexter St. Luis (21 mart 1968 — 16 may 2019) — Trinidad və Tobaqonu təmsil edən stolüstü tennisçi. Dexter St. Luis Trinidad və Tobaqonu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Dexter St. Luis Trinidad və Tobaqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Dekstrokardiya
Dekstrokardiya (lat. dexter — sağ и q.yun. καρδία — ürək) — nadir anadangəlmə anomaliya, bu zaman ürək tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşmiş olur. Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. Çox vaxt bu vəziyyət digər orqanların da güzgü şəkilli yerdəyişmələri ilə müşayiət olunur (elmi adı: dextrocardia situs inversus totalis). İlk dəfə dektrokardiyanı Marko Avreli Severino 1643-cü ildə təsvir etmişdir. Adətən dektrokardiya həmin şəxs üçün heç bir mənfi patologiya törətmir. Robert C. Schlant, M. D., R. Wayne Alexander, M. D., Ph. D., Hurt`s The Heart, Eighth Edition, New York St. Luis San Francisco Auckland Bogota, Caracas, Lisbon, London, Madrid, Mexico City, Milan, Montreal, New Delhi, San Juan, Singapore, Sydney, Tokyo Toronto.
Dekşars
Dekşars- Latviyanın Vilyansk vilayətinin 3 ərazi vahidindən biri. Əyalətin şimal hissəsində yerləşir. Ərazinin 43%-ni meşələr təşkil edir. Şimaldan Rezeknensk əyalətinin Naqlsk şəhəri ilə, şərqdə-Rezeknensk əyalətinin Rikavsk şəhəri ilə, cənubda isə Riebinsk əyalətinin Silyukalnsk şəhəri ilə, qərbdə isə-Varaklan şəhəri ilə sərhədlənir. 2011-ci ildə Latviyada aparılan siyahıyaalmanın məlumatlarına əsaslansaq onda 2011-ci ildə 792 nəfər əhalisi olmuşdur ki, bunun da 89,90%-i (712 nəfər) latışlar, 8,71%-i (69 nəfər) isə ruslar idilər. Buradan A12 nəqliyyat yolu keçir. Ekabpils-Rezekne-Ludza-Zilupe avtomagistralı. Həmçinin Krustpils-Rezekne II dəmir yol xətti də bu ərazidən keçir.

Digər lüğətlərdə