dem

D/sg. von der u. das
Delta
Demagoge
OBASTAN VİKİ
Dem gölü
Dem gölü — Şimali Burkino-Fasoda kiçik göl. O, Kayanın şimalında, Sahel qoruğunun cənubunda və Bam gölünün cənub-şərqindən yerləşir. Uzunluğu 5 km, eni 2 km-dir. Dəniz səviyyəsindən 304 metr yüksəklikdə yerləşir. Göl 2009-cu ildən Ramsar ərazisi kimi təyin edilmişdir.
TEV-DEM
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
DEM Parti
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
DEM Partiya
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Cənub-Qərbi Qafqaz Demokratik Respublikası
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Demak sultanlığı
Demak sultanlığı — XV əsrin son rübündə qurulan və təxminən bir əsr həyat sürən Yava adasındakı müstəqil ilk müsəlman dövləti. Öncələri Yavanın şimal sahillərində bir liman şəhəri olan Demak, bu gün zamanla sahilin geniş qumsallarla əhatə olunması üzündən dənizdən bir neçə mil içəridə qalmış kiçik bir yaşayış mərkəzidir. Yava adətinə görə Demak hökmdarlarının soyunun, XV əsrin son rübündə bölgəyə yerləşən Cek Ko-po (Ç. Ko-po əmi) adındakı Çinli zəngin bir müsəlman tacirdən gəldiyi qəbul edilir. Yava vəqayinamələrində ilk Demak hökmdarının, son Macapahit kralı ilə daha sonrakı illərdə saraydan qovulan Çinli bir şahzadədən doğulan Raden Patah (Ərəbcəsi Fəttah) olduğu anladılır. Yenə eyni qaynaqlara görə bu sıralarda zəif düşən Macapahit Hindu Buddist dövləti Demakın hücumlarıyla ortadan qalxmışdır. Demakın ikinci hökmdarı, portuqaliyalıların Rodim deyə adlandırdıqları Bədrəddin (və ya Qəmərəddin) təxminən 1504-cü ildə ölüncə yerinə keçən oğlu (və ya qardaşı) Trenggana Demak dövlətinin ən güclü hökmdarı idi. Daha sonrakı Yava qaynaqlarında onun 1524-cü ildən etibarən "sultan" ünvanını aldığı qeyd edilir. Trenggana, birincisi 1505–1518, ikincisi 1521–1546-cı illər arasında olmaq üzrə iki dönəm hökmdarlıq etdi. Bu iki dönəm arasındakı üç il içində qayını Cepara hakimi Patih Yunus hökm sürmüşdür. Trenggana dövründə Demak zənginlik və əhali sayı baxımından zirvəyə çatdı.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Demandol
Demandol (fr. Demandolx, oks. Demandòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04069. 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. 2007-ci ildə 89 yaşında (15-64 yaş arasında) 57 nəfər iqtisadi fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.0%, 1999-cu ildə 60.0%). Fəal 57 nəfərdən 50 nəfəri (33 kişi və 17 qadın), 7 nəfər işsizdir (2 kişi və 5 qadın).
Demarkasiya xətti
Demarkasiya xətti (fr. demarcation – ayırma) – 1) hərbidə: döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt (zolaq); 2) məğlub olmuş dövlətin ərazisini işğal zonalarına ayıran xətt; 3) qonşu dövlətlər arasında mübahisə obyekti olan ərazidə müvəqqəti müəyyənləşdirilən xətt (zolaq). Demarkasiya xətti döyüşən tərəflər arasında, işğal edən, yaxud münaqişə aparan dövlətlər arasında xüsusi sazişlə müəyyənləşir; 4) tibdə: sağlam toxumada ölgün sahə (qanqren, sekvester), yaxud yad cisimlə sərhəddə əmələ gələn reaktiv iltihab zonası.
Dembele
Dembele — Mali və Qərbi Afrikada daha çox işlədilən soyad. Mahamadu Dembele — Liferinq klubunda çıxış edən Fransa futbolçusu. Usman Dembele — Barselona klubunda çıxış edən Fransa futbolçusu. Bubakar Dembele — Fransa futbolçusu. Karamoko Dembele — İngiltərə futbolçusu. Makan Dembele — Mali futbolçusu. Mana Dembele — Mali futbolçusu. Siraba Dembele — Fransa həndbolçusu. Habib Dembele — Mali yazıçısı və aktyoru. Habiba Dembele — Kot-d'İvuar jurnalisti.
Demekologiya
Demekologiya — populyasiyanın ekologiyası. R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Demensiya
Demensiya (lat. dementia — ağılsızlıq) — əsas xarakteristikası əvvəlki vəziyyətlə müqayisədə bir çox koqnitiv (əqli) qabiliyyətin pisləşməsi ilə gedən müxtəlif xəstəliklərin simptomlarından biridir. O beynin müxtəlif degenerativ və qeyri-degenerativ xəstəlikləri səbəbindən yarana bilər. Termin latınca demens sözündən gəlir və 'intellektin azalması' kimi tərcümə oluna bilər. Demensiyanın simptomlarının təsviri koqnitiv, emosional və sosial bacarıqların itirilməsini əhatə edir. Hər şeydən əvvəl qısamüddətli yaddaşa, düşünmə bacarıqlarına, dil və motor bacarıqlara təsir edir; bəzi formalarda şəxsiyyətin dəyişilməsi də baş verir. Demensiyanın ayırıcı əlaməti ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsidir (anadangəlmə əqli geriliyin əksinə). Bugün bir sıra demensiyaların səbəbləri aydındır, bir çox formalarda isə yaranması haqqında hələ dəqiq, mübahisəsiz məlumatlar yoxdur. Demensiyanın bir sıra formaları geri çevrilə biləndir, bəzi başqa formalarda məhdud dərəcədə terapevtik müdaxilələr mümkündür, lakin bunlar yalnız müəyyən simptomların başlanğıcını təxirə sala bilər. Demensiyanın ən tez-tez rast gəlinən forması Altsheymer xəstəliyidir.
Demet Akalın
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Demet Akbağ
Demet Akbağ (23 dekabr 1960, Dənizli) — Türk kino, teatr, serial və komediya aktrisası. Demet Akbağ 23 noyabr 1959-cu ildə İzmirdə anadan olmuşdur. Teatr karyerasına İzmir Atatürk Liseyində oxuyarkən başlamışdır. Yılmaz Ərdoğanla baş rolllarını paylaşdığı "Bir Demet Tiyatro" tamaşası ilə məşhurlaşmışdır. Beşiktaş Kültür Mərkəzinin (BKM) ən məşhur ulduzlarından biridir.
Demet Evgar
Demet Evgar (19 may 1980, Manisa) — Türk aktrisası. Demet Evgar 19 may 1980-ci ildə Türkiyənin Manisa şəhərində anadan olmuşdur. Aktrisa kimi özünü ilk dəfə 17 yaşında Afsem Teatrında səhnə almışdır. Səhnədə ilk tamaşası "Kaç Baba Kaç (It runs in the family)" olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr Fakultəsindən məzul olmuşdur. 2009-cu ildə " Kent Oyuncuları" teatrında "Cimri" komediyasında Elisa rolunu canlandırmışdır. Bu rol ilə 8-ci Teatr Mükafatları mükafatlandırma mərasimində "İlin Qadın Sənətçisi" adına layiq görülmüşdür. "Aslı ile Kerem", "Bütün Çocuklarım" ve "Emret Komutanım" adlı televiziya serialları ilə yanaşı "Banyo", "Beyza’nın Kadınları" adlı filmlərdə rol almışdır. 2007-ci ildə "Rock Müzikalleri" müziklında səhnə almışdır. 2009-cu ildə "Güneşi Gördüm", 2010-cu ildə " Yahşi Batı " və daha sonra "Vay Arkadaş" filmlərində rol almışdır.
Demet Mutlu
Demət Mutlu (türk. Demet Mutlu; d. 22 avqust 1981, Nyu-York, Nyu-York ştatı) — Trendyol alış-veriş saytının qurucusu və CEO-su olan Türkiyəli sahibkar. Demət Mutlu 22 avqust 1981-ci ildə ABŞ-da anadan olub. Demət Mutlu Nyu-York Universitetinin iqtisadiyyat faküktəsini bitirmişdir. 2008-ci ildə Harvard Business School-da biznesin idarə olunması üzrə magistr təhsili almışdır. 2009-cu ildə təhsilini yarımçıq buraxaraq Trendyolu qurdu. Demət Mutlu Fortune-nin ən perspektivli qadın sahibkarları, Fortune 40 yaşın altındakı 40, Business of Fashion 500 Mükafatı, Texnologiyada ən çox ilham verən 50 qadın, Fortune ən güclü 50 qadın, Texnologiyada ilk 100 qadın, və Ekonomist jurnalı tərəfindən 2013-cü ilin sahibkarı seçildi. 2011-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Qlobal Şəkilləndirici seçildi, Türkiyədəki Qlobal Şəkilləndiricinin qurucu üzvlərindən biri oldu və 2012-ci ildə Davos-a qatıldı. 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilmişdir.
Demet Özdemir
Demet Özdemir (26 fevral 1992, İzmit) — türk serial və kino aktrisasıdır.
Demetra
Demetra (yun. Δημήτηρ; da – "torpaq", meter – "ana" deməkdir) — Yunan mifologiyasında əkinçilik və bərəkət tanrıçası. Əfsanəyə görə Plutos onun İasiondan olan oğludur. Poseydon Demetraya qarşı çox ehtiraslı olmuşdur. Belə ki, bir dəfə Demetra ondan qaçaraq at cildinə girir. Bu zaman Poseydon ayğıra çevrilərək onunla cinsi əlaqəyə girir və ilahi at Areyon və qızları dünyaya gəlir. Demetranın ən sevimli və çox gözəl olmuş Zevsdən olan qızı Persefonadır. Yeraltı aləmin tanrısı Pluton və ya Aid Persefonaya vurulur və onu oğurlamaq istəyir. Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edirlər. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlbedici nərgiz gülü bitirir.
Demetri Poliorket
Demetri Poliorket (yun. Δημήτριος Πολιορκητής; lat. Demetrius Poliorcetes azərb. şəhərləri mühasirəyə alan‎) - ellinizm dövrü sərkərdəsi, Makedoniyalı İsgəndərin silahdaşı olmuş Təkgözlü Antiqonun oğlu. Atası ilə birlikdə diadoxların mübarizəsində fəal iştirak etmişdir. Asiya əhalisini əsarət altına almağa cəhd edən Makedoniya sərkərdələrinin bir qrupunun başçısı idi. Kiprin Salamin körfəzində Ptolemeyin donanmasına qalib gəlmiş, bundan sonra özünü çar elan etmişdi. Demetri Poliorketin Misir və Rodos yürüşləri uğursuz olmuşdu. Kassandrla savaşmaq üçün Afinaya dönmüş, Korinf yaxınlığında onu məğlub etmiş, Korinf ittifaqını e.ə. 302-ci ildə yenidən qurmuşdu.
Demetria
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Demetrius (Falerli)
Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi. Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır. Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar.
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
Demidov
Demidov — Rusiyada şəhər.
Demidovlar
Demidovlar (rus. Демидовы) — XVIII yüzildə, özəlliklə dəmir emalı və mədənçiliklə böyük sərvət qazanan, böyük sənayeçilər yetiştirmiş Rus soyu. Ailə sərvətinin təməli, 1702-ci ildə Demidov soyadını alan Tulalı dəmirci Nikita Demidoviç Antufyevə (1656–1725) dayanır. Öncələri silah emal edən Nikita Demidova, 1682–1725 arasında hökm sürən I Pyotr torpaq bağışladı və soyluluk unvanı verdi (1720). Demidov Tulada bir dəmir emalatxanası qurdu. Nikitanın oğlu Akinfi Demidov (1678–1745) mal varlığını genişlədib başda Ural dağları olmaq üzərə çəşitli bölgələrdə qızıl, gümüş və mis mədənləri açaraq ona miras qalan sərvəti böyütdü. Mədən yataqlarında, fabriklərində və torpaqlarında 38.000 işçi (kölə və təhkimli kəndli) çalışdırarak atasının iş alanını Ural, Altay və Sibirə qədər genişlətdi. Nikita və Akinfinin çabaları sonucunda Demidovlar ailəsi, böyük mülklərin və şirkətlərin sahibi oldu. XVIII yüzyılın sonunda, Demidovlar ailəsinə aid 40-ı Ural bölgəsində olmaq üzərə 50-dən artıq dəmir-polad zavodu Rusiyadaki tökmə dəmir məhsulunun təqribən yüzdə 40-ını qarşılayırdı. Demidovlar ailəsinin o biri üzvüləri sonraları insanı, sənati və elmləri qorumağa yönəlik ətkinliklərə girdilər.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Demilitarizasiya zonası
Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir. Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh. SolutionBase: Strengthen network defenses by using a DMZ by Deb Shinder at TechRepublic. Eric Maiwald. Network Security: A Beginner's Guide. Second Edition.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.