Elton Məmmədov (deputat)
Elton Arzuman oğlu Məmmədov (18 dekabr 1954, Qazıqumlaq, Ucar rayonu) —Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri,
Məmmədov Elton Arzuman oğlu 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildə Qazıqumlaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Energetika Texnikomuna daxil olmuş, 1973–1975-ci illərdə ordu sıralarında xidmət etdikdən sonra təhsilini davam etdirib.
Elton Məmmədov Texnikomu və Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ulu Öndərimiz Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq, 1979-cu ildə gənc və perspektivli mütəxəssis kimi təyinatla Rusiya Federasiyasının Tomsk şəhərinə göndərilib və orada əmək fəaliyyətinə başlayıb. Tomsk İnşaat Mühəndisləri İnstitutunun Mexanika fakültəsində təhsil alaraq "mühəndis-mexanik" ixtisasına yiyələnib. Təhsiili ilə barəbar Tomsk şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Komsomol, partiya, həmkarlar, xalq nəzarəti ictimai təşkilatlarına rəhbərlik etmişdir. Bu fəaliyyətinə görə 2004-cü ildə "Tomsk şəhərinin fəxri sakini" adına layiq görülüb, 2006-cı ildə isə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib, 04 iyul 2019-cu ildə Fəxri məzun adına layiq görülmüş, Universitet həyatında fəal iştirakına görə Universitetə dəvət edilərək fəxri adlar və medallarla təltif edilib, həmçinin əmək fəaliyyətində fərqlədiyinə görə Vilayət Partiya Komitəsinin və Vilayət Həmkarlar Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir.
1989-cu ildən vətənə geri dönərək müəyyən təşkilatlarda və müəssisələrdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
Hal-hazırda AzTU-nun "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasında professor vəzifəsində fəaliyyət göstərir.
23 iyun 2020-ci ildə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin" Akademiki, həqiqi üzvü seçilib
Həmin ildə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Akademikyasının akademiki, həqiqi üzvü seçilib
Azərbaycan Respublikasının sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısıdır.
2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İkinci çağırış 89 saylı Ucar seçki dairəsindən,2005–2010-cu illərdə 91 saylı Üçüncü çağırış Ucar seçki dairəsindən və 2010–2015-ci illərdə Dördüncü çağırış Ucar 91 saylı seçki dairəsindən deputat seçilmiş və Milli Məclisdəki fəaliyyəti illəridnə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komissiyasnın üzvü daha sonra həmin komitənin sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətimə görə "Содружество" (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri, eyni zamanda Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveçrə, Azərbaycan-Misir, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi və dostluq qruplarının üzvü olub.