Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.
Qumru Teymurova
[mənbə göstərin] Teymurova Qumru Teymur qızı (24 dekabr 1920, Şuşa) — Tibb xidməti podpolkovniki, hərbi həkim, İkinci dünya müharibəsi iştirakçısı. == Həyatı == Qumru Teymurova 1920-ci il dekabrın 24-də Azərbaycanın Şuşa şəhərində doğulub. Birinci Leninqrad Dövlət Tibb İnstitutunun hərbi-dəniz tibb fakültəsinə qəbul olub, 5 illik tibb təhsili alıb. Müharibə vaxtı Qumru Teymurova hərbi kommissarlığa ərizə ilə müraciət edib. Onu Hərbi-Dəniz donanmasına göndərdilər. Qızılbayraqlı Xəzər hərbi-Dəniz Donanmasında xidmət etməyi təklif etdilər. Burada bir qədər işləyəndən sonra onu bir qrup həkimlə Qorki şəhərində yola saldılar. Burada o, hərbi qospitalda xidmətini davam etdirdi. Hərbi qospital Həştərxana köçürülür. Burda Qumru xanlm komandalığın əmri ilə sualtı qayıqlar divizyasına həkim təyin olunurdu.
Qumlu
Qumlu (Qürvə) Qumlu (Çaroymaq) Qumlu (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qumlu — Zaqatala rayonunda göl.
Quru
Quru (ing.guru, ru.гуру) — (slenq) kompüterdən çox yaxşı başı çıxan kimsə. O, yaranan problemləri həll edə, suallara cavab verə və, demək olar ki, çıxılmaz vəziyyətlərdə çox dəyərli məsləhətlər verə bilər. Quru sanskrit kökənli bir termin olub, hinduizm və buddizm mistisizmində "mürşid", "ustad" anlamına gəlir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qumlu (Qürvə)
Qumlu (fars. قاملو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 713 nəfər yaşayır (171 ailə). Əhalisini kürdlər təşkil edir.
Qumlu (ada)
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu (Çaroymaq)
Qumlu (fars. ‎‎‎‎‎قملو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qumlu adası
Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir. Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur. İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir.
Qumlu yovşan
Qumlu yovşan (lat. Artemisia arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Balkan yarımadasında, Azov və Qara dəniz sahillərində, Qərbi Qafqazda çöllərdə, qumluqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-100 sm-ə çatan yarımkoldur. Gövdələri bünövrəsində oduncaqlı, vegetativ zoğları qısadır. Yarpaqları yaşıl, bir az ətli, təxminən çılpaq, uc hissələrdə ensiz seqmentlərə bölünmüşdür. Alt yarpaqları uzun saplaqlı, digərləri oturaqdır. Səbətləri yumurtavari oturaq olub, şaxələnmiş süpürgəyə yığılmışdır. Yarpaqların uc hissələri lansetvari-xətvari və ya xətvari formalı bölünmüş, uzunluğu 10-15 mm, eni 1 mm-dir. Səbətləri xırda, uzunluğu 3 mm, eni 2 mm-dir.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Yumru qargiləmeyvə
Yumru qargiləmeyvə (lat. Symphoricarpos orbiculatus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. Şimali Amerikada bu bitki hind qarağatı, qırmızı giləmeyvə adlanır. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-dək olan, nazik, qonur və ya qırmızımtıl zoğlu, yarpağıtökülən koldur. Yarpaqları qarşı-qarşıya düzülmüş, yumurtavarı, yumru, kənarları bütövdür. Yarpaqların üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtül, açıq-göyümtül və tükcüklüdür. Payızda qırmızı rəngə boyanır. Çiçəkləri xırda, zəngvarı, çəhrayı-ağ yarpağın qoltuğunda qısa salxımlara yığılmışdır. İyulun əvvəlindən avqustun axırınadək təxminən 50 gün çiçəkləyir. Meyvələri yarımşarşəkilli al-qırmızı, göyümtül çöküntülüdür, diametri 4-7 mm, yeməli deyil, sentyabrda yetişir, uzun müddət tökülmür.
Yumru qurdlar
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi. Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır: İlk bədən boşluğuna (prosel) malikdir; Bədən formaca uzunsov olub, buğumlara bölünməyib və eninə kəsiyi dairəvidir. Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarət olub, anal dəliklə qurtarır. Ağız dəliyi bədənin ön hissəsində yerləşir. Dəri-əzələ kisəsi qismən reduksiya etmişdir (həlqəvi əzələ sistemi reduksiya edib). Tənəffüs və qan-damar sistemi yoxdur. Cinsi dimorfizmə malikdir. İfrazat sistemi bəzilərində protonefridial tipdə olub, xüsusi quruluşlu kanalcıqdan, bəzilərində dəri vəzilərinin şəkildəyişməsi kimi olur, bəzilərində isə heç yoxdur. Sinir sistemi tam və qeyri-tam udlaqətrafı sinir halqasından və ondan çıxan sinir sütunlarından ibarətdir.Yumru qurdların sərbəst yaşayan formaları dənizlərdə, şirin sularda və torpaqda, parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır.
Qumlu (Gədəbəy)
Qumlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Hal-hazırda kənd Gədəbəy şəhəri ilə birləşdirilmişdir. == Toponimikası == Oykonim kəndin yerləşdiyi ərazinin səciyyəsini verir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Quru fontan
Quru fontan - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşir. Toponim quru və fontan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Sonralar -1828-ci ildən sonra burada ruslar yerləşdirilmişdir. 1897-ci ildə burada 162 nəfər rus, 8 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuşdur.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. == Adı == İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Quru küləklər
Quru küləklər- meteoroloji hadisə olub, havanın rütubətliyi bir qayda olaraq yüksək temperatur və müxtəlif intensivli küləklərlə müşayət olunur. Belə küləklər bitkinin yüksək transpirasiyasına səbəb olur, torpaq səthindən intensiv buxarlanma gedir, torpağın nəmliyi aşağı düşür və bunun nəticəsində bitkinin su balansının pozulmasına səbəb olur. Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antisiklonun təsiri nəticəsində ilin isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika ərazisində kənd təsərüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır. == Quraqlıq və quru küləklərə qarşı mübarizə tədbirləri == Mübarizə tədbirləri məqsədi ilə əsasən aqrotexniki və meliorasiya tədbirləri həyata keçirilir. Suvarma quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən yüksək məhsul götürməyə imkan verir. Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mühüm tədbir sayılır.
Quru qoşunları
Quru qoşunları — bir çox ölkələrdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri ilə yanaşı silahlı qüvvələrdə mövcud olan qoşun növü. Quru qoşunları çoxsaylı döyüş tərkibinə malik Silahlı Qüvvələr növüdür, böyük atəş və zərbə gücünə, yüksək manevrliliyə və müstəqil fəaliyyət göstərmək imkanına malikdir. Bəzi ölkələrdə quru qüvvələr və ya ordu da adlanırlar. Ənənvi olaraq piyada, süvari, mexaniki qoşun növlərindən, hərbi hissə, korpus və qoşun birliklərindən ibarət olur. Həmçinin özünün hərbi hava qüvvələrinə malik ola bilir. Quru qoşunları istənilən ölkənin sayca ən çoxsaylı qoşun növüdür və hərbi münaqişələr (müharibələr) zamanı əsas yük onların üzərinə düşür. == Motoatıcı qoşunlar == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı bölmələri düşmənin istər yerüstü bölmələri, istərsə də alcaqdan uçan hava hədəfləri ilə mübarizə aparmağa qadir müasir silah və döyüş texnikası ilə təchiz edilmişdir. == Tank qoşunları == Quru Qoşunlarının əsas zərbə gücüdür. Başqa qoşun növləri kimi tank bölmələrinin texniki vasitələrinin idareətmə, naviqasiya cihazları müasirləşdirilmiş, dayanıqlığı artırılmış, silahlanmasına yeni nəsil tanklar daxil edilmişdir.
Quru qurbağaları
Quru qurbağaları (lat. Bufonidae) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinə aid heyvan fəsiləsi.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Quru tısbağaları
Quru tısbağaları (lat. Testudinidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə 11–13 cins, 40 növ daxildir. == Xariçi görünüşü və ölçüləri == Bəzi tısbağalar kiçik olur və uzunluqları cəmi 12 sm olur. Bəzi növlər isə hətta 1 metr və daha uzun olur. == Yayılması == Onlara Afrika, Asiya, Cənubi Avropa rast gəımək olar. Xüsusi ilə səhra, yarımsəhra, savanna və rütübətli meşələrdə daha çox yayılmışdır. Tısbağalar uzun ömürlü olurlar. Növündən asılı olaraq 50–100 il yaşaya bilirlər. Bəzi növlər var ki, 150 il yaşayır.
Quru yataq
== Quru yataq == Quru yataq-daimi sabit axını olmayan çay yataqlarına deyilir. Quru yataqlar ancaq nadir hallarda düşən yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları olub, quraq iqlim zonaları üçün xarakterikdir. Quru yatağa Afrikada və Ərəbistanda "vadi", Avstraliyada "krik", Orta Asiyada "uzboy" deyilir. Quru yataqların bəziləri keçmiş humid iqlim çaylarının yataqları olmuşdur.
Quru su
Novec 1230, "Quru su" (flüoroketon FK-5–1–12, freon PFK-49) rəngsiz , iysiz mayedir . Kimyəvi formul — CF 3 CF 2 C(O)CF(CF 3) 2 (perfluoro(etil izopropil keton), altı karbonlu maddə, flüorlu keton kateqoriyası (qaydalara uyğun olaraq R 1 -CO-R 2 ketonların adları radikal-funksional nomenklatura R 1 və R 2 radikallarının adlarının əlifba sırası ilə "keton" sözündən əvvəl sadalanması ilə qurulur).
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənnşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Böyük Qumlu səhra
Böyük Qumlu səhra (ing. Great Sandy Desert) və ya Qərbi səhra — qum və şoranlıqdan ibarət olan səhra Avstraliyanın şimal-qərbində (Qərbi Avstraliya ştatı) qərarlaşır. Səhra 360 000 km² sahəyə malik səhra, Kanninq hövzəsi kənarındadır. Qərbdən 900 km şərqdə Səkkizmillik çimərlikdən Hind okeanı sahillərindən Şimal ərazisindəki Tanami səhrasına keçir. Cənub hissədə hündürlük 400–500 m, şimalda isə 300 metrdir. Ərazisinin bir hissəsini Dyunlar təşkil edir. Burada dyunların orta hündürlüyü 10-12 metr, maksimal hündürlük isə 30 metrdir. Bəzi dyunların uzunluğu 50 km qədər uzanır. Ərazidə şoranlıqlar geniş sahə tutsa da, bu soran-göllər nadir hallarda dolur: cənubda Disappoyntment, şərqdə Makkay, şimalda Qreqori. Şoran göllər Stert-Krik çayı ilə qidalanır.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən «Alman Sosialist Tələbə Birliyi» ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan «Rockpalast» verlişinə qonaq olan ilk alman qrupudur.
Gümrü müqaviləsi
Gümrü müqaviləsi (erm. Ալեքսանդրապոլի պայմանագիր), (türk. Gümrü Antlaşması) – Türkiyə ilə Ermənistan arasında 1920 – ci il dekabrın 2 dən 3-nə keçən gecə imzalanmış sülh müqaviləsi. Bü müqavilə Türkiyə Böyük Millət Məclisinin bağladığı ilk beynəlxalq müqavilədi. Bu müqavilə 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi. Müqavilə 18 maddədən ibarət idi. Müqavilənin şərtlərinə əsasən Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi. Bu müqavilənin şərtlərinə əsasən Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orudya malik olmalı və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi, pulyemyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi. Ermənistan “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətlərini Avropadan və ABŞ – dan qeri çağırmağı öz üzərinə götürürdü.
Gümrü Dəmiryol Stansiyası
Gümrü (erm. Գյումրի) — Ermənistanın Gümrü şəhərində yerləşən dəmir yolu stansiyası. Stansiyada Ermənistan Dəmir yollarına aid ən böyük üç vağzaldan biri yerləşir. == İnfrastruktur == Stansiyadan keçən dəmir yol xəttləri: 1) Armavir, Masis və İrəvan xətti; 2) Vanadzor, Ayrum və Tiflis Dəmiryol Stansiyası (Gürcüstan); 3) Artik, Penzaşem və Maralik xətti; 4) Axuryan, Doğuqapı, (Türkiyə) və Qars (Türkiyə).Hazlrda dörd xətdən üçü fəaliyyət göstərir. Biri isə siyasi səbəblərdən bağlıdır. Gümrü-Qars xətti istisna olmaq şərti ilə Ermənistanın bütün xətləri elektrikləşdilmişdir. Türkiyə Ermənistanın işğalçı mövqeyi ilə əlaqədar bu xətti qapalı saylayır. Stansiya İrəvan Dəmiryol stansiuasından sonra ölkənim mühüm ikinci stansiyasıdır. Dörd istiqamətdə xətlərə sahibdir. Burada Gümrü lokomotiv deposu və Gümrü vaqon deposu yerləşir.
Gümrü döyüşü (1920)
Gümrü döyüşü — 7 noyabr 1920-ci ildə Türk ordusu ilə Ermənistan Demokratik Respublikası arasında baş vermiş döyüşdür. Döyüş Türk ordusunun Gümrünü azad etməsi ilə nəticələnmişdir. Ancaq daha sonra SSRİ ilə Türkiyə arasında bağlanan Qars müqaviləsinə əsasən Ermənistana geri qaytarılmışdır. == Döyüş == 24 oktyabr tarixində Kazım Qarabəkir paşa Qars üzərinə hücuma keçdi. Ermənilər mühasirəyə çox davam gətirə bilmədilər və 30 oktyabr tarixində şəhəri boşaltdılar. 31 oktyabr tarixində Türk ordusu Qarsa daxil oldu və birbaşa Qars-Gümrü istiqamətində hərəkətə başladı. Türk ordusu 4 noyabrda Şahnalar bölgəsində Erməni birliklərini məğlub etdi. Şahnalar tutulduqdan sonra 5 noyabr tarixində Arpaçaya qədər ermənilər geri çəkildilər. Türk ordusunun Ermənistan torpaqlarının içlərinə doğru irəliləməsindən narahat olan Ermənistan tərəfi 6 noyabr tarixində sülh danışıqlarına başlamaq istədi. Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir paşa buna razı olmadı və 7 noyabrda Gümrünü ələ keçirdi.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.