dişicik
dişlək
OBASTAN VİKİ
Dişlək (film, 1966)
Dişlək (餌, Esa), (ing. The Bite) — 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir.
Dişlər
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Süd dişləri
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
İlk dişləkdən sevgi (film, 1979)
İlk dişləkdən sevgi (ing. Love at First Bite) — 1979-cu ildə istehsal olunmuş ABŞ filmi. İlk dişləkdən sevgi — Internet Movie Database saytında.
İnsan dişləri
İnsan dişləri ― mədə-bağırsaq yolunun əvvəlində yerləşən, qida maddələrini mexaniki olaraq parçalama funksiyasını daşıyan, normal halda kökləri üst və alt çənənin alveolar çıxıntısında yerləşən və adətən sayı 28 və ya 32 olan orqan. İnsanlarda dörd növ diş olur: kəsici, köpək, kiçik azı və azı dişlər. Bunların hər birinin özünə aid funksiyası var. Dişlər əsasən qidalanma-həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı, dişlər başqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də rolu var və həm də üzün estetik görünüşünün də əsas elementlərindəndir. Kəsici dişlərin kəsmə, qidanı saxlama kimi funksiyaları var, danışıq prosesində bir sıra hərflərin formalaşmasında da iştirak edirlər, üzün aşağı üçlüyünün hündürlüyünü təşkil edirlər, həm də danışıq və gülüş zamanı daha çox görsənən və beləliklə üzün estetik görünüşünün əsas amillərindən biridirlər, köpək dişlər qidanı əsasən qoparma, kiçik azı və azı dişlər isə qidanı əsasən əzirmə funksiyasını yerinə yetirir. Dişlərin fiziki və kimyəvi xüsusiyyətlərini xüsusi toxumalar, onların biokimyəvi tərkibi təyin edir. İnsan çox məməlilər kimi difiyodontdur, yəni ki, diş çıxarmada iki mərhələ yaşayır, doğumdan əsasən 6 ay sonra başlayan süd dişlərin çıxması və onu əvəz edən əsasən 6 yaşdan sonra başlayan daimi dişlərin çıxması, halbuki bəzən bir və ya daha çox diş ilə doğula bilər ki, bu cür dişlərə natal dişlər deyilir. Dişlərin anatomiyası dişlərin ümumi görünüşünü, strukturunu, özəlliklərini, sinifləndirməsini, diş cərgəsində yerləşməsini öyrənən insan anatomiyasının bir hissəsidir. Həmçinin dişlərin anatomiyasına dişlərin taksonomik adlandırılması da aiddir.
İnsanın dişləri

Ağıl dişləri
Ağıl dişi, üçüncü azı dişi və ya molar diş — insan dişlərinin hər kvadrantında olan üç azı dişindən biri. Bu üçünün arasında ən arxada olan dişdir. Adətən 17–25 yaş aralığında çıxır. Əksər yetkinlərin hər kvadrantda bir olmaqla dörd ağıl dişi olur. Dörddən az və ya daha çox ola bilər, məsələn, əlavə dişlərə fövqəladə dişlər deyilir. Ağıl dişi çıxmadıqda, inkişaf prosesində olan digər dişlərə də təsir edir. Beləliklə, bu baş verəndə və ya verməmişdən öncə çəkilir. == Tarixi == Rəsmi olaraq üçüncü azı kimi tanınsa da, ümumi istifadə ağıl dişidir. Çünki demək olar ki, 12–13 yaşlarında digər dişlər bir-birinin ardınca çıxaraq öz sürmələrini tamamladıqları halda, ağıl dişi çox gec çıxır. Adətən 17–25 yaş arasında qaldığı üçün xalq arasında ağıl dişləri kimi tanınır.
Körpə dişləri
Körpə dişləri (ing. Babyteeth) — 2019-cu il Avstraliya istehsalı olan film. == Süjet == Xərçəng diaqnozu qoyulan Mila Moses adlı narkotik satıcısına aşiq olur. Valideynlərini məyus etməsinə baxmayaraq, Mila hələ də onu sevməyə davam edir.
İlk dişləkdən sevgi
İlk dişləkdən sevgi (ing. Love at First Bite) — 1979-cu ildə istehsal olunmuş ABŞ filmi. İlk dişləkdən sevgi — Internet Movie Database saytında.

Digər lüğətlərdə