Kiçik Dəhnə
Kiçik Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.
== Ümumi ==
Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır.
Əhalisi 14 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb var.
Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı, Calqalı, Dəmiyə və s.
== Tarixi ==
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.