DIRNAQLI
DİBAÇƏ
OBASTAN VİKİ
Məhəmməd Dib
Məhəmməd Dib (21 iyul 1920[…] – 2 may 2003[…]) — Əlcəzairin görkəmli yazıçılarından biri 1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub. Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb. Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
Bulbophyllum dibothron
Bulbophyllum dibothron (lat. Bulbophyllum dibothron) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum dibothron növü Kalimantan üçün endemik növdür.
Dibac
Dibac — İranın Simnan ostanının Damğan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,504 nəfər və 680 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.
Dibamidae
Qurdvari kərtənkələlər (lat. Dibamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Dibaçə
Dibaçə (ərəb-fars sözü olub, “zərif çiçəkli ipək, qumaş parça” sözündən) — 1) kitabın zər-naxışla bəzənmiş ilk səhifələri; 2) Klassik Yaxın və Orta Şərq ədəbiyyatında müəllifin öz əsərinə, yaxud külliyyatına nəsr və ya nəzmlə yazdığı müqəddimə. Dibaçədə bir qayda olaraq, əvvəlcə Allah və Məhəmməd peyğəmbər tərif edilir, sonra dövrün hökmdarı mədh olunur, sonda isə müəllifin əsəri yazmaqda məqsədi və kitabın hansı fəsillərdən ibarət olduğu göstərilirdi. Dibaçələr çox zaman qafiyəli nəsrlə yazılırdı. Məhəmməd Füzulinin Azərbaycan və fars dillərində divanlarına, “Leyli və Məcnun” və sair əsərlərinə yazdığı müqəddimələr dibaçənin kamil nümunələridir. Azərbaycanca divanına nəsrlə yazdığı dibaçədə Füzuli özünün şairliyə başlamasından, türkcə (Azərbaycan dilində) lirik şeirlər qəzəllər) yazmasının səbəblərindən, həmçinin bədii söz sənətinin bir sıra mühüm məsələlərindən bəhs edir. Bəzən müəlliflər dibaçədən sonra kitabdakı əsərlərin məzmunu, bədii xüsusiyyətləri və s. haqqında ayrıca “müqəddimə” də verirlər. Belə hallarda dibaçədə ancaq müəllifdən, əsərin yazılma tarixindən və bölmələrindən danışılır; 2) Seyid Əzim Şirvaninin “Əsərləri”nin 3-cü cildində (1974) həm dibaçə, həm də müqəddimə var. == Mənbə == Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.
Dibiont
Dibiont — iki mühitə məxsus orqanizm (məsələn, qurbağa). == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dibni Çayı
Dibni çayı — Türkiyədə bir çay. Dəclə çayının mənbələrindən biridir. Köhnə adları: Subnat, Səbbənə-Su, Zəbənnə-su Diyarbakır vilayətinin Lice rayonunda məşhur Dəclə Tunelini (Bırkleyn Mağaralarını) yaradır. Bu çayın adı Assuriya kitabələrində Subnat olaraq çəkilir.
Dibothrospermum
Üçqabırğacıq (lat. Tripleurospermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Dibothrospermum Knaf Gastrostylum Sch.Bip. Gastrosulum Sch.Bip. Rhytidospermum Sch.Bip. Trallesia Zumagl.
Dəniz dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937, Tehran) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Mirzə Abdulla xan Diba
Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1932) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Abdullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Abdulla xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Salar-Ərfə ləqəbini daşıyırdı. Salar-Ərfə Eynüddövləyə xidmət etmişdi. Məşrutə hərəkatı dönəmində Təbrizə hücum edən şahpərəstlərin sərkərdələrindən biri idi. Mirzə Abdulla xan 1932-cu ildə Təbrizdə vəfat etdi. Mirzə Abdulla xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Mirzə Mehdi xan Diba
Mirzə Mehdi xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai (1879-1929) — ədib. Mirzə Mehdi xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1879 Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Mehdiyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Mehdi xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Mükərrəmüddövlə ləqəbini daşıyırdı. Mirzə Mehdi xan 1929-cu ildə Təbrizdə vəfat etdi. Mirzə Mehdi xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli. Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Mirzə Əbdülhüseyn xan Diba
Seyid Əbdülhüseyn Diba — Vəkiləllmülk kimi də tanınan 1888-ci ildə Təbrizdə dünyaya gəlib. Atası Turab xan Azərbaycanın böyük kübar, zadəgan və torpaq sahiblərindən idi və Müzəffərəddin şah Qacar sarayında əzəmətli durumu var idi.Əmiləri Nizamülüləma Təbrizi, Mirzə Əsədulla xan Naziməddövlə, və Mahmud xan Əlaülmülk İran və Azərbaycanın böyük və görkəmli adamlarından idilər. Əbdülhüseyn Təbrizdə ibtidai təhsil alandan sonra, təhsilin davam etdirmək üçün Fransaya göndərilmişdir. İqtisad və siyasi elmlər sahələrində təhsil almışdır, məzuniyətdən sonra İranın Parisdəki səfirliyində fəxri attaşe kimi xidmət etmişdir. Sonra İrana qayıtdi və xarici işlər nazirliyində yaxın qohumları həssas rəsmilərdə olmaqlarına görə konsol vəzifəsində Bakıya getdi. Bir Qafqazlı qız ilə evləndi ancaq Rusiya bolşevik inqilabından sonra həyat yoldaşı ilə İrana qayıtdi və Teymur Taşın yaxın adamlarından oldu. Teymur Taş,Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşının adını bülbül qoymuşdur və ona fövqəladə diqqət və sevgisi varıdi.Əbdülhüseyn xan Dibanın xarici həyat yoldaşı Rus, Fransız, Alman və İngilis dillərini mükəmməl bilirdi. Bu məsələlərə görə Teymur Taş həmişə Sovetlərin kəşfiyyat xidmət orqanı (GPU) ilə əlaqələri olmağa təqsirləndirilirdi. Bir müddətdə İzmirdə konsol vəzifəsində idi.Rza şah Pəhləvi dövründə bir müddət sarayın təftiş başçısı oldu.Milli Məclis Şurasının 7 və 8 dövürlərində Teymur Taşın yardımı ilə Xoy, Maku və Salmasın nümayəndələri idi. Əbdülhüseyn xan Teymurtaşın mövqeyi zəifləyəndən sonra Rza şah Pəhləvi, Əbdülhüseyn xan Dibanı xaric etdi və O, Kirmanşaha sürgün oldu və sonra rüşvət almaq ittihamı ilə həbs olundu və 1939-cu ildə, 51 yaşında Məlayer həbsxanasında şübhəli olaraq vəfat etdi.
Mirzə Əbdüləli xan Diba
Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1938) — ədib, İran məşrutə hərəkatının əleyhdarı. Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba 1870-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi. Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda ünlü molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O, bütün elmlərə bələd olduqdan sonra dini işlərlə ilgilənmişdi. İctihad dərəcəsinə yüksəlmişdi. Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.
Okean dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur. Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi. Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar. Paulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi. İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur. Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Ruslan Dibirhacıyev
Ruslan Dibirhacıyev (20 iyul 1988, Mahaçqala) — 2002-2008-ci illərdə Rusiyanı, 2009-2018-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Ruslan Dibirhacıyev 2008-ci ildə Rusiyada Şamil Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2009-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərədindən Ruslan Dibirhacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Ruslan Dibirhacıyev 2009 və 2010-cu illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirləri müvafiq olaraq beşinci və yeddinci pillələrdə başa vurdu. 2013-cü ildə Ruslan Dibirhacıyev beynəlxalq turnirlərdə birinci uğurlarına imza tadı. İyulda İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisinin qalibi olan Ruslan Dibirhacıyev noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Karyerasının ən uğurlu mövsümü 2014-cü ilə təsadüf edən Ruslan Dibirhacıyev fevralda Bolqarıstanın Sofiya şəhərində D. Kolov - N. Petrov beynəlxalq turnirinin, apreldə Finlandiyanın Vantaa şəhərində Avropa Çempionatının, iyunda isə Almaniyanın Dortmund şəhərində Almaniya Qran-Prisi beynəlxalq turnirinin qızıl medallarına sahib oldu. Həmin ilin sentyabrında Dünya Çempionatlarında debüt edən Ruslan Dibirhacıyev uğursuz çıxış elədi və turniri 15-ci pillədə başa vurdu. Ruslan Dibirhacıyev 2015-ci ilin yanvarında Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. İyunda isə Ruslan Dibirhacıyev Birinci Avropa Oyunlarında mübarizə apardı.
Xəzər dənizinin dibi (film, 1937)
Yəhya xan Diba
Yəhya xan Mirzə Əsədulla xan oğlu Diba (1881-1940) — İranın ictimai-siyasi xadimi. Yəhya xan Mirzə Əsədulla xan oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində, ali təhsilini Avropada almışdı. Yəhya xan Diba Azərbaycan camaatı tərəfindən İran Milli Məclisinə nümayəndə seçilmişdi. Yəhya xan Diba Qacarlar dönəmində Cənubi Azərbaycan Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmışdı. Yəhya xan Diba Pəhləvi sarayında xidmət etmişdi. Yəhya xan Diba 1940-cı ildə vəfat edib. Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Dibenzotiofen
Dibenzotiofen — kimyəvi formulu C12H8S olan üç qatılaşdırılmış tsikldan ibarət üzvi heterosiklik maddədir: bir tiofen və iki benzol tsikli. == Alınması == Dibenzotiofen bir neçə yolla sintez edilə bilər. Birinci üsul ultrabənövşəyi radiasiyanın (civə lampası) təsiri altında 45–60 saat ərzində 2-yod-2'-metiltiobifenilin radikal tsiklləşməsindən ibarətdir. Digər üsul tiol qrupunda allil bromidlə alkilləşən və karboksil qrupunda fenil efiri əmələ gələn tiosalisil turşusunun istifadəsinə əsaslanır. Alınmış birləşmənin 650 °C-də vakuumda pirolizindən 88% səmərə ilə dibenzotiofen əldə edilir. Molekuldaxili aromatik elektrofil əvəzetmə reaksiyasına əsaslanan dibenzotiofenin alınması üsulu da işlənib hazırlanmışdır. 2-Brombifenil, bromun litiumla əvəz edilməsinə məruz qalır və halogenin yerinə bir metiltiol qrupu əmələ gələrək, dimetil disulfid ilə reaksiyaya girir. Sonra sulfoksidə oksidləşir, bundan sonra trifluormetansülfonil turşusunun təsiri altında dehidratasiyaya uğrayır , elektrofil tsiklləşməyə daxil edilir. Yaranan məhsulun demetiləşməsi dibenzotiofenə gətirib çıxarır: Dibenzotiofen benzinin aralıq məhsulunun anion tsiklləşməsi əsaslanan üsulla alınmışdır. Bunun üçün birinci mərhələdə 2-florotiofenol (Ulmana görə) mis oksidin iştirakı ilə 2-xlornitrobenzol ilə kombinasiyaya daxil edilir.
Əsədulla Dibirov
Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi. Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb. Ondan sonraki müfti Şərif Vəlizadə seçildi. Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.
Dibrachya
Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.

Значение слова в других словарях