DİLMANC

Mənbələrdə dildə (говорить), dil-də-m (красноречие), tiliq (разгова­ри­вать), tilmaçi (переводчик) sözləri var. Dilmanc sözü məhz dilmaçi sözünün dəyişmiş şəklidir. Bəs dilmaçi necə yaranıb? Türkologiyada bu suala cavab verilməyib. Belə hesab etmək olar ki, dildin(mək) sözlərinin qədim kökü birdir, di komponentidir. Demək, danışmaq feilləri də bunu sübut edir: de, da, di eyni sözün müxtəlif şəkilləridir. Söz, əslində.dinməçi kim olub. Dinmək feilindən dinmə ismi əmələ gəlib, -çi isə peşə bildirən şəkilçidir. Dili bilməyənlər danışmır, dinmirlər (rusla alman görüşəndə bir-birinin dilini bilmədikləri üçün danışmayıblar, rus almanı немой, (немец sözü də buradandır) yəni lal adlandırıb. Tərcüməçi isə dindirən, danışdıran rolunu oynayıb, dinməçi (dilləndirici) olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DİLMAN
DİLRUBƏ
OBASTAN VİKİ
Dilmanc
Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün dil texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. Layihədəki əsas elmi tədqiqat istiqamətləri aşağıdakılardır: Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə sistemlərinin yaradılması Azərbaycan dili üçün nitqin tanınması sisteminin yaradılması Az Azərbaycan dili üçün mətnin səsləndirilməsi sisteminin yaradılması Telefon danışığını Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən sistemin yaradılması Mətnin kompüter tərəfindən başa düşülməsi sistemin yaradılması Layihənin əsas prioritetlərindən biri də bu texnologiyaların istifadəçilər tərəfindən praktik istifadəsini təmin etmək üçün proqram təminatının hazırlanmasıdır. == Layihənin tarixi == Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Ə. M. Abbasov tərəfindən qoyulmuş və onun rəhbərliyi altında maşın tərcüməsi sisteminin yaradılması istiqamətində tədqiqatlara başlanmışdır. Bu müddət ərzində Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə prosesini avtomatlaşdırmağa imkan verən xüsusi modelləşdirmə metodu (rəqəmsal modelləşdirmə metodu) yaradılmış və bu metod əsasında Azərbaycan-ingilis maşın tərcüməsi sisteminin yaradılmasına başlanmışdır. İşlərin məntiqi davamı kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin birgə həyata keçirdiyi bu layihəni göstərmək olar. Layihə üzrə işlərə 2005-ci ilin aprel ayından başlanılmışdır. 19.02.2014-cü ildə Dilmanc tərcümə sisteminin yeni versiyası istifadəyə verilmişdir. Bu versiyada mətnləri Azərbaycan, İngilis və Rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilmişdir. Yeni versiyanın əsas imkanları aşağıdakılardır: Mətnin avtomatik tərcüməsi. Mətnləri Azərbaycan dilindən İngilis və Rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək.

Digər lüğətlərdə