Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Dilboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Dillo
Dillo aşağı səviyyəli Linux əməliyyat sistemləri olan kompüterlər üçün nəzərdə tutulmuşdur. Dillo yalnız sadə HTML/XHTML və HTTP üzərində təsvirləri dəstəkləyir; skript tamamilə nəzərə alınmır. Tətbiq C və C++ kodlaşdırma dillərindən ibarətdir və FLTK əsaslıdır.
Dilboz atı
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidirYerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Mişel Dillon
Mişel Dillon (d. 24 may 1973) — Birləşmiş Krallığı təmsil edən triatlonçu. == Karyerası == Mişel Dillon, Birləşmiş Krallıq yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nəticədə o, Sidney Olimpiadasını 48 idmançı sırasında 48-ci pillədə başa vurdu.
Punam Dillon
Punam Dillon (18 aprel 1962, Kanpur, Uttar Pradeş) – 18 aprel 1962-ci ildə Hindistanda dünyaya gəlmiş. 1977-ci ildə Dillon “Hindistanın gənc gözəli” müsabiqəsində qalib gəlmişdir. Rejissor və prodüser Yaş Çopranın diqqətini cəlb edən Dillon “Şiva allahı” (1978) filminə dəvət alır. Ardınca Çopra gənc aktrisaya öz filmində rejissor Manmohan Krişnanın “Nuri” dramında baş rolu etibar edir. Bu rola görə aktrisa “Ən yaxşı qadın aktrisa” nominasiyasında “Filmfare Awards” mükafatını qazanmışdır. Punam Dillon öz dövrünün tanınmış aktyorları ilə tərəf müqabili olmuşdur. Raceş Xanla “Al qızılgül” (1980), “Ağrı” (1981), “Cəsur” (1983), “Vaxt bitdi” (1985), “Xalq” (1987), “Jai Shiv Shankar” (1990), Rişi Kapurla “Gənclərin andı” (1982), Sanciv Kumarla “Sevimli arvad” (1981), Hema Malini ilə “Alçalma” (1986) filmlərində çəkilmişdir. Punam Dillon həmçinin “Nişan” (1980), “Punam” (1981), “Roman” (1983), "Cinayət sirrləri” (1985), “Karma” (1986), “And” (1988), “Qan hesabı” (1989), “Varlı və kasıb” (1990) filmlərində də çəkilmişdir.
Miloş Forman
Miloş Forman (çex. Miloš Forman; əsl adı: Yan Tomaş Forman, çex. Jan Tomáš Forman; 18 fevral 1932, Çaslav, Çexoslovakiya) — Çexiya və ABŞ kinorejissoru və ssenaristi. == Həyatı == Tomas Yan Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanin işğalı zamanı valideynlərini Osvensiumda itirmişdir. Praqa incəsənət akademiyasının kino fakultəsinin məzunudur. 50-ci illərin ortalarında həm ssenarist kimi işləmiş, həm də məşhur “Laterna Maqika”da ilk proqramların hazırlanmasında iştirak etmişdir. 1963-ci ildə “Müsabiqə” adlı sənədli filmi ilə kino sənətində debut etmişdir. Rejissor filmdə gənclərin caza maraq atmosferini yaratmağa və peşəkar jüli qarşısında öz bacarıqlarını nümayiş etdirən bu musiqi sevənlərin müsabiqədəki acınacaqlı səhnəsini təsvir etməyə çalışmışdır. 1964-ci ildə Forman “Qara Pyotr” adlı ilk tammetrajlı filmini çəkir ki, bu filmin başqa adı “Pyotr və Pabla” idi.
Miloş Krasiç
Miloş Krasiç (serb. Милош Красић; 1 noyabr 1984[…], Mitroviça[d], Yuqoslaviya) – Serbiyalı Futbolçu Türkiyə'nin Fənərbaxça klubunun və Serbiya milli yığmasının yarımmüdafiəçisi == Bioqrafiya == Miloş Krasiçin futbolçu karyerası keçmiş Yuqoslaviyanın Rudar klubunda başlamışdır. Öz oyunu ilə Krasiç Voyvodina klubunun maraqına səbəb olmuşdur. 1999-cu ildə isə artıq Voyvodina klubu ilə müqavilə bağlayır. 2004-cü ilin yayında Miloş Krasiç Rusiyanın ÇSKA Moskva klubu ilə müqavilə imzalayır. 2004–05-ci illərdə Krasiç ÇŞKA-nın tərkibində Çempionlar liqasının qalibi olur 28 dekabr 2009-cu ildə Serbiyanın ən yaxşı futbolçusu seçilir 19 avqust 2010-cu ildə Yuventus klubuna keçir. Krasiçlə 4 illik müqavilə Yuventusa 15 milyon avroya başa gəlir. 2 avqust 2012-ci ildə Fənərbaxça klubuna keçir. Fənərbaxça Krasiçlə 4 illik müqavilə imzalayıb. == Millidə == == Şəxsi Həyatı == 2008-ci ilin dekabrında Miloş Miryana ilə evlənir.
Miloş Milutinoviç
Miloş Milutinoviç (serb. Милош Милутиновић; 5 fevral 1933, Bayina-Başta[d] – 28 yanvar 2003, Belqrad) — hücumçu mövqeyində çıxış etmiş Serbiya peşəkar futbolçusu və Yuqoslaviya məşqçisi. Milutinoviç ölkəsinin futbol tarixinin ən istedadlı oyunçulardan biri və bütün zamanların ən istedadlı cinah hücumçularından/hücumçularından hesab olunur. O, nümayiş etdiyu bacarıqlarına görə "Plava Çiqra" ləqəbini qazanmışdır. == Klub karyerası == Milutinoviç karyerası boyunca Bor, Partizan, OFK Belqrad, Bayern Münhen, Paris və Stad Franse klublarında çıxış etmişdir. Çempionlar Kubokunun 1955/1956 ilk mövsümünün ilk oyununda Sportinq Lissabonun qapısına 2 qol vuraraq Partizana 3–3 hesablı heç-heçə qazandırmışdır, Belqrada keçirilən cavab oyunda isə 4 qol vuraraq Partizanın 5–2 hesablı qələbəsində böyük pay sahibi olmuşdur. Dörddəbir final qarşılaşmasının cavab oyununda turnirin qalibi Real Madridə 2 qol vursa da yekunda hesab 3–0 ilə bitmişdir, Real Madrid ilk oyunda 4–0 hesabı ilə qələbə qazandığından futoblçunun klubu turniri tərk etdi. O, Partizanın heyətində 213 oyunda 231 qol vurmuşdur və onunla iki dəfə (1954 and 1957) Yuqoslaviya kubokunun qalibi olmuşdur. Sonradan o, öncə OFK Belqrad və daha sonra Bayern Münhen klubuna transfer olundu. 1959-cu ildə davam edən ağciyər problemləri səbəbindən əməliyyat olundu.
Miloş Obiliç
Miloş Obiliç (serb. Милош Обилић, ?-29.6.1389) —Serbiya knyazı. == Həyatı == 28 iyun 1389-cu ildə Xaçlı ordusu ilə Osmanlı ordusu Skopyenin şimalında Kosovo düzənliyində böyük bir meydan müharibəsində girişdilər. I Kosovo döyüşü olaraq adlandırılan bu müharibədə Osmanlı ordusu ilə Xristian Serb, Bosniya, Əflak (Valaxiya), Macar və Xorvat birləşmiş ordusu səkkiz saat davam edən bir vuruşmağa başladılar. Xristian ordusu sonunda böyük bir təxribata uğradı. Müharibə bitdikdən sonra və ya müharibə zamanı Sultan I Murad, Serb Miloš Obilić tərəfindən xəncərlənərək şəhid edildi. Beləcə I Murat hərb zamanı öldürülən tək Osmanlı sultanı oldu. Bir ölüm-dirim mübarizəsi halına girmiş olan vuruşma və hökmdara sui-qəsd hadisəsi Türk / Osmanlı və xarici qaynaqlarda çox fərqli şəkillərdə izah edilər: Bir çox Türkcə qaynaqda I Murad ənənəvi olaraq döyüş sahəsinin gəzərkən Serb despotu Lazar Xrebelyanoviçin kürəkəni olan yaralı Milosun xəncərinə hədəf olmuş; otağına aparılmış; amma qurtarıla bilməmiş ölmüşdür. Feridun bəy "Münşəat" adlı əsərində Miloşun müsəlman olmaq istədiyi səbəbiylə I Murada yaxınlaşıb yanında saxladığı xəncərlə onu ürəyindən vurduğunu bildirir. Dmitri Kantemir isə tarixində I Muradın Kosovo döyüş meydanını gəzərkən yerdəki ölülərin çoxunun tüksüz cavanlar olmasının səbəbini soruşduğunu; vəzirin özünə Padşahım, onsuz da zəfər bundan ötəri bizim olmuşdur dediyini; I Muradın isə bu hərb meydanında öldürüldüyü haqqında əvvəlki gecə gördüyü bir yuxunu izah etməyə başladığını; bu sırada ətrafda yaralı olan bir Xristian əsgərin bu danışanlar kəslərin padşah və vəziri olduğunu anlayıb onlara hücum edib I Muradın qarınına xəncərini sapladığını nəql edir.
Miloş Zeman
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti. == Fəaliyyəti == Miloş Zeman 1996-ci ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi. 1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-ci ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır. 2013-cı ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
Çeslav Miloş
Çeslav Miloş (pol. Czesław Miłosz; 30 iyun 1911[…], Şyaulyay, Kovno quberniyası[d] – 14 avqust 2004[…], Krakov) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == Polyak-amerikan şairi və esselər müəllifi Çeslav Aleksandr Miloş keçmiş çar Rusiyası ərazisində — Litvanın Şeteyniay şəhərində polyak ailəsində doğulmuşdu. Kiçik yaşlarından polyak dili ilə yanaşı rus, litva və yəhudi dillərini də öyrənmişdi. Sonralar bildiyi dillərə ingiliscə və fransızca da əlavə olunmuşdu. Miloş tam polyak, yaxud litvalı adlandırılmağının əleyhinə idi. Özünü etnik-vətəndaşlıq baxımından daha çox XVIII əsrə qədər mövcud olan Polşa-Litva uniyası ilə əlaqələndirirdi. Şair müsahibələrinin birində "Mən litvalı olmalarına imkan verilməyənlər üçün litvalıyam" — deyə bu qonşu xalqa tarixi bağlılığını vurğulamışdı, lakin etnik polyak ailəsində doğulması, ən başlıcası isə əsərlərini polyak dilində qələmə alması onu Polşa mədəniyyətinin təmsilçisi saymağa tam əsas verir. Miloş ailəsi 1921-ci ildə Polşa tərkibindəki Vilno (Vilnüs) şəhərində məskunlaşmışdı. Gələcək şair burada katolik gimnaziyasını bitirmiş və yerli Stefan Batori universitetində ali təhsil almışdı.
Miloş Obrenoviç
Miloş Teodoroviç Obrenoviç (serb. Милош Теодоровић Обреновић; 7 (18) mart 1780 – 14 (26) sentyabr 1860 və ya 26 sentyabr 1860, Belqrad, Serbiya knyazlığı) — Serbiyanın ikinci lideri (1815-1817), 1817-1839 və 1858-1860-cı illərdə Serbiya knyazı, Obrenoviç sülaləsinin banisi. == Həyatı == === İlk illəri === Miloş Teodoroviç, kəndli Teşo (Teodor) Mixayloviç və Vişnya Uroşeviçin ailəsində 1780-ci ildə Serbiyanın qərbində, Pojeqa yaxınlığındakı Qornya Dobrina kəndində anadan olub. 1802-ci ildə vəfat edən atasının ailəsi əvvəlcə çox yoxsul idi və Miloş çoban işləməyə məcbur qalıb. Lakin ana tərəfdən qardaşı Milan Obrenoviç mal-qara ticarətindən varlanandan sonra Miloş onun xidmətinə kargüzar olaraq daxil olub. Nəticədə o, da qısa müddət sonra var-dövlət sahibinə çevrilib. Miloşun daha iki qardaşı var idi. Miloşla müqayisədə daha yaxşı təhsil almış Efraim və Yovan idilər. Sonradan Efrayim Şabac və Belqradın qubernatoru olub və Belqradda qurduğu botanika bağı hazırda onun adını daşıyır. === Birinci Serb üsyanı === 1804-cü ildə Qarageorgi Petroviçin başçılıq etdiyi birinci serb üsyanının başlanmasında qardaşı ilə birlikdə döyüşçü kimi iştirak etdi.Miloş Teodoroviç üsyançıların (üsyançıların) liderlərindən birinə çevrildi.
Hacı Məhəmməd Dilxun
Hacı Məhəmməd Dilxun (?-?) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Hacı Məhəmməd Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Vəliəhdin sarayında xidmət etmişdi. Şücaülmülk ləqəbini daşıyırdı. Hacı Məhəmməd Dilxun Tehran şəhərində başqa bir azərbaycanlı şair Molla Bəzmi Xoyi ilə mübahisə və mücadilə aparmışdı. Hacı Məhəmməd Dilxun türkcə yazırdı.
Mirzə ağa Dilxun
Mirzə ağa Dilxun (1870-1912) - şair Dilxun təxəllüsü ilə şeirlər yazmışdır.
Vilmoş Aba-Novak
Vilmoş Aba-Novak (mac. Vilmos Aba-Novák; 15 mart 1894[…], Budapeşt – 29 sentyabr 1941[…], Budapeşt) — Macarıstan rəssamı və qrafiki. == Həyatı == Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir.
Vilmoş Köfaraqo Gyelnik
Vilmoş Köfaraqo Gyelnik (mac. Vilmos Köfarago-Gyelnik; 30 mart 1906, Budapeşt – 15 mart 1945) — Macarıstan lixenoloqu, mikoloqu və botaniki. == Elmi fəaliyyəti == Vilmoş Köfaraqo Gyelnik bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış göbələklər == Nephromium tropicum var. gyelnikii Räsänen, 1944 Opisteria homanii var. gyelnikii Räsänen, 1937 Parmelia gyelnikii C.W.Dodge, 1959 ("gyelniki") Polyblastia gyelnikiana Servít, 1946 Thelidium gyelnikii Servít, 1946 Verrucaria gyelnikii Servít, 1939 Verrucaria parmigera var. gyelnikiana Servít, 1939 == İstinadlar == == Ədəbiyyat == Grummann, Vitus: Biographisch-bibliographisches Handbuch der Lichenologie. Hildesheim, 1974 Sjödin, Áke: Gyelnik’s new lichen names. Acta Horti Gotoburgensis, 1954 Verseghy Klára: Die Lichenologen Ungarns. Feddes Repertorium, 1963 == Xarici keçidlər == "Kőfaragó-Gyelnik Vilmos" (macar).
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Milxas (Hurand)
Milxas (fars. ملخاص‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (11 ailə).
Pinxos Sabsay
Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893, Odessa, Xerson quberniyası[d] – 25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı. == Həyatı == Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb.
Typhlodromips dillus
Typhlodromips dillus (lat. Typhlodromips dillus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips dillus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Daniel Dixes
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. == Yayılması == Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). == Təsviri == Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.
İvana Milos
İvana Miloş — karyerasını AGİL Novarada davam etdirən xorvatiyalı blokçu. == Karyerası == İvana Miloş peşəkar karyerasına 2001-ci ildə öz ölkəsinin voleybol komandası olan Riyekada başlamışdır. Onun bu klubda çıxış etməsində bir sıra səbələr var idi. Başlıca amil isə doğma şəhərində oynamaq istəyi idi. Öz komandasına bağlılığı ilə seçilən Miloş doqquz il bu klubda voleybol oynamışdır. Bu müddət ərzində o, 4 dəfə Xorvatiya çempionluğuna, 5 dəfə isə kubokuna yiyələnmişdi. 2009-cu ildə Xorvatiya milli voleybol komandası ilə birlikdə Peskara şəhərində keçirilən Aralıq dənizi oyunlarında bürünc medal qazanaraq yığma komandadakı ən böyük uğurunu qazanmışdı. 2010–11 mövsümündə karyerasını Azərbaycanda davam etdirən voleybolçu bunun onun arzusu olduğunu söyləmişdi. O, sözügedən mövsümdə İqtisadçı ilə Azərbaycan Superliqasının bürünc medallarına yiyələnmişdi. 2011-ci ildə Azərbaycanın digər bir voleybol klubu olan Lokomotivə transfer olunan İvana burada Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanaraq ilk belə uğuruna imza atmışdı.Növbəti mövsüm Lokomotivdən ayrılaraq Türkiyə klubu Eczacibaşı ilə anlaşan Miloş bu klubda bir oyun belə oynamadan geri dönmüşdü.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur.