diltutulması
dilüstü
OBASTAN VİKİ
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir.Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. == Haqqında == === Yaradılması === Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. === Fəaliyyəti === 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur. Maşınlarla giriş-çıxış üçün isə ümumi olaraq 1 giriş-çıxış yolu vardır.

Digər lüğətlərdə

вуали́ровать вызу́бриваться выста́иваться ехи́дница каба́тчик мертвя́щий омеблирова́ться перестила́ться подогре́вный покроши́ть попуска́ться ригористи́чность сто́порный ака́фист аккредитова́ться обма́нщик свива́ться сости́рываться шульпёка alternat Brest wasn't замолкать заоблачный нытик