Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abikaz
Abikaz — qədim türkcə abuqaz "əmi", "atanın kiçik qardaşı" ("Kitabi-Dədə Qorqud"da Kan-Abkaz adını xatırlayın); Azərbaycanda bu mənada şəxs adları indi də vardır: Əmikişi "əmisi kimi kişi", Balaəmi "kiçik əmi" mənalarında.
Afital
Afital — okeanın fitobentostdan məhrum olan dib hissəsi. Buraya günəş şüaları çatmır, qaranlıq zonadır. Afital bitkilərin aşağı yayılma sərhədindən dərində yerləşən dənizdibi zonalar. Epibatial, mezobatial, infrabatial və hadal (dərinliyi 6–7 km-dən artıq) zonaları əhatə edir. Hidrobiologiyada bu termin göllərin bitkisiz dərinlik zonası kimi başa düşülür. "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi. 2011, səh. 33 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Apidae
Əsl arılar (lat. Apidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. 5700-ə yaxın növü əhatə edir. Fəsilə ən çox rast gəlinən bombuslar və bal arıları da daxil olmaqla, az yayılan digər növləri də əhatə edir. Əksəriyyəti təbii senozlarda və kənd təsərrüfatı bitkilərində qiymətli tozlayıcılardır. Antarktidadan başqa dünyanının hər yerində yayılıblar.
Capital
Kapital bu mənalara gələ bilər: Kapital — sərmayə. Das Kapital — Karl Marksın kitabı. Kapital Bank — Azərbaycanda bank.
Kapital
Kapital bu mənalara gələ bilər: Kapital — sərmayə. Das Kapital — Karl Marksın kitabı. Kapital Bank — Azərbaycanda bank.
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Radikal
Radikal (hərfi tərcümə: "köklü" lat. radix — "kök"): Radikal (kimya) — molekulda xüsusi atomlar qrupu. Radikallar nəzəriyyəsi — Antuan Lavuazyenin fikrincə bir birləşmədən digərinə dəyişikliksiz keçən atomlar qrupu. Radikal (siyasət) — baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs. Radikal — Radikal Partiyanın üzvü. Radikal — Kökaltı işarəsi (√).
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Spika
Spika və ya Başaq (α Vir / α Qız / ) - Qız bürcünün α ulduzu. Tipik "Qoşa Ulduzdur". Qırmızı rəngi ilə seçilir. Parlaqlığına görə 16-cı olub, Günəşdən təqribən 2100 dəfə parlaqdır. Bu parlaqlıq özlüyündə yanıldıcıdır, çünki Spika bir-birinə çox yaxın yerləşən iki ulduzdan ibarət sistemdir. Bu da onları ayrı-ayrılıqda incələməyə imkan vermir. Bizdən təqribən 260 işıq ili (80 Parsek) uzaqda yerləşir. Qız bürcü və gecə səmada 16 parlaq ulduzun ən parlaq ulduzu olan Spika (/ spaɪkə /), eyni zamanda Alpha Virginis (α Virginis, qısaldılmış Alpha Vir, α Vir) olaraq ifadə edilmişdir. Parallaks analizi, Günəşdən 250 ± 10 işıq ili uzaqlıqda olduğunu göstərir. Bu spektroskopik bir ikili və dönən elipsoidal dəyişkəndir; iki ana ulduzu bir-birinə çox yaxın olan bir sistemdir, qlobal olmaqdan çox yumurta şəklindədir və yalnız spektral analiz nəticəsində ayrıla bilər.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Das Kapital
Das Kapital — Siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olundu. 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Das Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı. Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı. "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Das Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam Smit və David Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" (ing. Theorien über den Mehrwert) adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Epinal (rayon)
Epinal (fr. Épinal) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vogezlər. Suprefektura — Epinal. Rayon əhalisi 2006-cı ildə 225 529 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 3098 km².
Erik Abidal
Erik Silven Abidal (fr. Éric Sylvain Abidal, fransızca tələffüzü [eʁik abidal]; 11 sentyabr 1979[…]) — Fransa futbolçusu, Barselona klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Lion klubunun heyətində 20005–2007-ci illərin Fransa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, Barselonanın heyətində 2009 və 2011-ci illərdə Çempionlar liqasının qalibi, 2009, 2010, 2011-ci illərdə İspaniya çempionu, 2009-cu ildə İspaniya kubokunun Peşəkar karyerasına 2000-ci ildə "Monakoda" başlamışdır. Kiçik prensliyin komandası üçün 2 mövsüm oynadıqdan sonra 2002-ci ildə Lillə köçüb, iki mövsümdən sonra yenidən tərk edilmiş, daha sonra hakim olan "Lyon" a hərəkət etdi. "Lion" da 3 mövsüm üçün üç dəfə Fransa çempionatı qazandı. 30 iyun 2007-ci ildə Barselona ilə müqavilə imzaladı, fransız transferinin dəyəri 15 milyon avro idi/ Fransanın milli komandasında 18 avqust 2004-cü ildə çıxdı. 2010 Dünya Kubokunda Fransa milli komandasının düşərgəsində məşqçi heyəti və milli komandanın bəzi oyunçuları arasında bir qarşıdurma yaşandı — Nicolas Anelka çempionatda doğru atıldı və komanda məşq etməyi rədd etdi. Məhkəmədən sonra, Fransa Futbol Federasiyası münaqişənin çoxsaylı oyunçularını diskvalifikasiyalı oyunçular arasında cəzalandırdı, lakin Abidal heç bir cəzadan çəkinirdi. 2009-cu ildə donuz qripi diaqnozu qoyuldu . 2011-ci ilin mart ayında isə qaraciyərdə bir şiş idi/ Fransız müdafiəçisi 3 may 2011-ci ildə sahəyə qayıdacaq, Carles Puyol isə Real Madrid ilə Çempionlar Liqası yarı finalının geri dönmə matçının 90-cı dəqiqəsində əvəzləndi.
Eten Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Fiktiv kapital
Kapital (dəqiqləşdirmə)
Kapital bu mənalara gələ bilər: Kapital — sərmayə. Das Kapital — Karl Marksın kitabı. Kapital Bank — Azərbaycanda bank.
Kapital (kitab)
Das Kapital — Siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olundu. 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Das Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı. Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı. "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Das Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam Smit və David Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" (ing. Theorien über den Mehrwert) adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı.
Kapital Bank
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. 1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi. 1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.
Kapital bazarı
Kapital bazarı (rus. рынок капитала, ing. Capital market) — maliyyə bazarının uzunmüddətli pulların dövriyyədə olduğu hissəsi, yəni tədavül müddəti bir ildən çox olan vəsaitlər. Kapital bazarında sərbəst kapitalın yenidən bölüşdürülməsi və onların müxtəlif gəlirli maliyyə aktivlərinə investisiyası baş verir. Kapital bazarında vəsaitlərin (maliyyə resurslarının) tədavül formaları müxtəlif ola bilər: bank kreditləri (kreditlər); səhm; istiqrazlar; maliyyə törəmələri. Kapital bazarı əməliyyatları adətən maliyyə sektoru qurumları və ya hökumətlərin və korporasiyaların xəzinədarlıq departamentləri tərəfindən idarə olunur, lakin bəziləri birbaşa ictimaiyyətə açıq ola bilər. Məsələn, ABŞ-də internet bağlantısı olan istənilən ABŞ vətəndaşı TreasuryDirect hesabı yarada və ondan ilkin bazarda istiqraz almaq üçün istifadə edə bilər, baxmayaraq ki, fiziki şəxslərə satış satılan ümumi istiqrazların yalnız kiçik bir hissəsini təşkil edir. Müxtəlif özəl şirkətlər, şəxslərə təkrar bazarlarda səhmlər və bəzən hətta istiqrazlar almağa imkan verən brauzer əsaslı platformalar təqdim edir. Minlərlə belə sistemlər var ki, onların əksəriyyəti ümumi kapital bazarlarının yalnız kiçik bir hissəsinə xidmət edir. Sistemlərə ev sahibliyi edən təşkilatlara birjalar, investisiya bankları və dövlət qurumları daxildir.
Kapital miqrasiyası
Kapital miqrasiyası — ölkə daxilində bir sənayedən digərinə kapital hərəkəti (daxili miqrasiya) və ya bir ölkədən digərinə kapital hərəkəti (beynəlxalq kapital miqrasiyası). Kapital miqrasiyasının məqsədi daha yüksək gəlir əldə etməkdir. Kapitalın daxili miqrasiyası milli iqtisadiyyatın bir sahəsindən digərinə kapitalın azalma və axınını təmsil edir. Kapitalın daxili miqrasiyası milli iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrində qoyulmuş kapitalın gəlir nisbətinin bərabərləşməsinə gətirib çıxarır . Kapitalın daxili hərəkətinin səbəbləri aşağıdakılar ola bilər: ölkə ərazisində yeni növ mənbələrin, xüsusən də faydalı qazıntı yataqlarının aşkarlanması və inkişafı; müəyyən ərazilərin iqtisadi və sosial inkişafı üçün milli proqramları həyata keçirmək üçün dövlət tərəfindən müəyyən üstünlüklərin yaradılması; digər səbəblər. Beynəlxalq kapital miqrasiyası (İMK) XX əsrin ikinci yarısından bəri sürətlə inkişaf edən və hazırda dünya iqtisadiyyatının işində, beynəlxalq iqtisadi əlaqələrin digər formalarının inkişafında müəyyən bir element olan beynəlxalq iqtisadi münasibətlərin formalarından biridir. Beynəlxalq kapital miqrasiyası çərçivəsində kapitalın ixracatı və ya ixracı ilə kapitalın idxalı və ya idxalı ayrılır. Beynəlxalq kapital miqrasiyasının hər bir tərəfi öz faydalarını kapitalın ixracı və ya idxalından əldə etməyə çalışır. Xalis kapital axını - xaricə kapital axınının ümumi həcmi ilə ölkəyə xaricdən kapital axını arasındakı fərq. Kapital miqrasiyası başqa bir ölkəyə qoyulan kapitalın daha yüksək gəlir əldə etməsinə və ya digər iqtisadi və ya siyasi faydalar əldə etməyə çalışır.
Kapital uçuşu
Kapital uçuşu və ya qaçışı — sərmayələrini daha etibarlı və gəlirli etmək, habelə özgəninkiləşdirilməsini, yüksək vergiyə cəlb olunmasını və inflyasiyadan gələn zərərləri qarşısını almaq üçün dövlət tərəfindən tənzimlənməyən kortəbii, hüquqi və fiziki şəxslər tərəfindən xaricə kapital ixracı. Ödəniş balansında kapital qaçışı iki maddədə əks olunur: "İdxal müqavilələri üzrə pul köçürmələri, uydurma qiymətli kağızlar əməliyyatları üzrə köçürmələr qarşı vaxtında alınmayan ixrac gəlirləri, mal və xidmətlər" və "Xalis səhvlər və səhvlər". Sərmayə axını və kapital axını qarışdırılmamalıdır. Böyük həcmdə kapital axını müsbət ticarət balansı olan bütün ölkələr üçün xarakterikdir və birbaşa ondan asılıdır. Məsələn, Çində kapital ixracatı ildə 1 trilyon dollara çatır. Sərmayə axını milli qanunlara görə qanuni və ya qanunsuz ola bilər. Qanuni kapital qaçışı köçürmə həyata keçirən hüquqi və ya fiziki şəxsin kitablarında qeyd olunur və faiz, dividend və əldə edilmiş kapital qazancından əldə olunan gəlir ümumiyyətlə mənşə ölkəsinə qaytarılır. Qanunsuz maliyyə axınları olaraq da bilinən kapital uçuşu, mənşə ölkəsindəki hər hansı bir qeyddən yox olmaq üçün nəzərdə tutulmuşdur və ölkədən qeyri-qanuni kapital uçuşundan əldə edilən gəlir adətən mənşə ölkəsinə qaytarılmır. Bu, ölkənin tədiyyə balansında itkin pul kimi qeyd olunur. Sərmayə axını, bəzən bir ölkənin daxilindəki bir şəhərdən və ya bölgədən sərvət və varlıqların axınını ifadə etmək üçün də istifadə olunur.