dinamik sərhəd qatı

ру динамичный граничный слой en dynamic boundary layer de Strömungsgrenzschicht fr couche limite dynamique es capa límite dinámica it strato limite dinamico
dinamik özlülük
distillə
OBASTAN VİKİ
Ozon qatı
Ozon təbəqəsi — Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru!". 1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini "Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü" elan edib. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. "Ozon təbəqəsinin qorunması haqqında" Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulub. Ozon qatı Günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktorun" rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur.
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Dinamik IP
Telefon ilə internetə girən userlərin IP adresləri çox vaxt dinamik-tir, yəni servis provayder — de həmin anda boş olan bir IP adresini internetə girən kompüterlərə verər. Buna görə də hər internetə girəndə IP adreslərinin bir bölümü dəyişər. Dinamik IP adresleri, zaman içində dəyişir: Bağlantı qopartılıp yenidən bağlandığında dəyişər, Periyodik olarak (misal her axşam saat 00:00'da) dəyişəbilər, Yük altında vəya yüksüz durumda dəyişəbilər vs. Dinamik IP adresi olduğu halda kompüterini server kimi işlətmək isteyenler NO-IP kimi pulsuz olan servisleri istifadə edəbilərlər. Bu cür xidmətlər normal DNS'e görə daha yavaş olsa da (dinamik DNS'te önbellekleme edilməz) az ziyaret ediləcək saytlar üçün uyğundur.
Dinamik manqalar
Dinamik manqa— Avtomatik idarəetmə nəzəriyyəsinə aid anlayışdır. == Dinamik manqaların növləri == Funksional təyinatlarından, konstruktiv quruluşlarından, mürəkkəbliyindən, fiziki təbiətindən asılı olmayaraq dinamiki sistemləri elementar manqaların (bəndlərin) vəhdədi şəklində göstərmək olar. Belə manqalar eyni tipli riyazi modellərlə yazıldığından tipik manqalar da adlanırlar. Tipik manqalar birinci və ikinci tərtibli diferensial tənliklərlə yazılırlar. Tipik manqaları aşağıdakı qruplara ayırmaq olar: Sadə manqalar: gücləndirici (ətalətsiz), inteqrallayıcı və diferensiallayıcı; Bir tərtibli manqalar: aperiodik, ətalətli – diferensiallayıcı, izodrom və s. İki tərtibli manqalar: ətalətli-inteqrallayıcı, aperiodik, rəqsi, konservativ və s. === Bir tərtibli aperiodik manqa === Praktikada ən geniş yayılmış manqalardan biri də aperiodik (ətalətli, və ya birtutumlu ətalətli) manqadır. Bu manqanın giriş və çıxış dəyişənləri arasında əlaqə aşağıdakı diferensial tənliklə ifadə olunur: T y ˙ ( t ) + y ( t ) = k x ( t ) {\displaystyle T{\dot {y}}(t)+y(t)=kx(t)} Burada T — manqanın zaman sabiti, k- gücləndirmə əmsalıdır. Manqanın zaman sabiti elə bir zaman müddətdir ki, əgər y(t) çıxış kəmiyyəti ilk anda aldığı dy(t)/dt, t=0 , y(t) əyrisinə sıfır nöqtəsində çəkilmiş toxunanın bucaq əmsalının qiyməti) sürəti ilə dəyişməkdə davam etsə idi, onda o öz y(∞)=ku qərarlaşma qiymətinə T müddətindən sonra çatardı. Həqiqətdə isə, y(y)-nin dəyişmə sürəti azaldığından o, halında T müddətinə öz qərarlaşma qiymətinin yalnız 63,2%-ni alır.
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sərhəd Hüseynov
Sərhəd Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sərhəd Zöhrabbəyov
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Sərhəd nəzarəti
Sərhəd nəzarəti dövlət və ya dövlətlər bloku tərəfindən sərhədlərinə nəzarət etmək, habelə bu sərhədlərdən insanların, heyvanların və malların keçməsini tənzimləmək üçün həyata keçirilmiş olan tədbirlərdir. Dövlətlər və dövlətləri idarə edən şəxslər həmişə öz ərazilərinə kimin daxil olub, kimin çıxdığını, kimin qaldığını müəyyən etməyi öz suverenliklərinin mühüm tərkib hissəsi saymışlar. Ancaq Birinci Dünya müharibəsindən əvvəl sərhəd nəzarəti həmişə deyil, bəzən həyata keçirilirdi. Müasir mənada sərhəd nəzarətini təmizləmək üçün zəruri olan pasportlar və səyahət sənədləri konsepsiyası İngiltərədə V Henrinin hakimiyyəti dövründə həyata keçirilmişdir. Sərhəd nəzarəti həmçinin hava limanlarında, dəniz limanlarında və konteyner limanlarında da həyata keçirilir.
Sərhəd zastavası
Sərhəd zastavası suveren dövlət tərəfindən özünün dövlət sərhədində saxlanılan postdur. Sərhəd nəzarəti, sərhəd mühafizəsi qonşu dövlətlə sərhədi müşahidə etmək və mühafizə etmək məqsədilə yaradılır. Sərhəd mühafizəçiləri və yaxud da digər adı ilə sərhədçilər bu cür missiyalar zamanı istifadə edilirlər və onların daimi olaraq təşkil etdikləri sərhəd patrulları radio əlaqələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Sərhəd zastavaları bəzən bir sıra inzibati binalarda, yaşayış binalarında və yaxud da çadırlarla ola bilər. Sərhəd zastavalarında silah-sursat anbarları, səngərlər, sığınacaqlar, məftillərlə və gözətçi qüllələri ilə möhkəmləndirilmiş olan pulemyot məntəqələri, gömrük keçid məntəqələri, sərhəd sədləri və insan postları ola bilər.
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.
Naxçıvan Sərhəd Dəstəsi
Naxçıvan Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dövlət sərhədinin mühafizə dəstəsi; 1992-ci il avqustun 22-də Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstələrindən biri. Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Respublikası ərazisində Sovet-İran və Sovet-Türkiyə sərhədləri Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin 41-ci sərhəd dəstəsi, Ordubad və indiki Sədərək rayonları ərazisindən keçən hissəsi isə heç bir səbəb göstərilmədən Ermənistanda yerləşən sərhəd dəstələri tərəfində mühafizə olunurdu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təkidli tələbindən sonra 1991-ci il oktyabrın 30-da muxtar respublika ərazisində yerləşən bütün sərhəd zastavaları 41-ci sərhəd dəstəsinə tabe edildi. Lakin SSRİ-nin süqutu və Azərbaycan Respublikasının müstəqil dövlət kimi bərqərar olduğu bir şəraitdə Rusiyanın tabeçiliyində olan 41-ci sərhəd dəstəsinin Azərbaycan dövlət sərhədinin mühafizəsini həyata keçirməsi qeyri-mümükün idi. Belə mürəkkəb durumda Naxçıvan sərhəd dəstəsinin Rusiya sərhədçilərindən təhvil alınmasında Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin bütün texnika və əmlakının qeyd-şərtsiz muxtar respublikaya təhvil verilməli olduğunu konkret dəlillərlə sübut etdi. Onun əzmi və iradəsi sayəsində rus sərhədçiləri heç nə götürmədən muxtar respublika ərzisini tərk etdilər; bu, müstəqil Azərbaycan ordu quruculuğunun parlaq səhifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il noyabrın 2-də radio və televiziya ilə xalqa tarixi müraciətindən sonra ötən illər ərzində Naxçıvan sərhəd dəstəsi böyük inkişaf yolu keçmişdir. Onun yetirmələri sərhədlərimizin qorunmasında və erməni təcavüzkarlarına qarşı döyüşlərdə, Azərbaycan dövlətçiliyinə xəyanət edərək dövlət çevrilişinə cəhd göstərənlərə qarşı mübarizədə fədakarlıq və qəhrəmanlıq nümunləri göstərmişlər. Onların sırasında Azərbaycanın milli qəhrəmanları Ə. R. Əliyevin, F. Ç. Cəfərovun, həmçinin Qafur Məmmədovun qəhrəmanlığını təkrar edərək komandirini ölümdən xilas edib, özü həlak olmuş kiçik çavuş N. T. Xəlilovun və b.-nın adlarını çəkmək olar.
Qoruyucu Sərhəd əməliyyatı
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Qırmızı körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sərhəd (film, 1990)
Film ikiyə bölünmüş bir xalqın qovuşmaq həsrəti haqqındadır. 1) 1991-ci ildə Bakıda "Şərqdən baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Film sənədli filmlər üzrə I dərəcəli Diplom və Mükafata layiq görülmüşdür. 2) 1993-cü ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Film ən yaxşı rejissor işinə görə I dərəcəli Mükafat və Diploma layiq görülmüşdür. Rejissor: Nizami Abbas Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Əlican sərhəd qapısı
Əlican sərhəd qapısı — İğdır ilinin Qaraqoyunlu ilçəsində, Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan və aprel 1993-cü ildən xidmətə qapalı vəziyyətdə olan sərhəd qapısı. Qarşısında yer alan sərhəd qapısı da Ermənistanın Armavirdə inzibati bölgəsində yerləşən Margara qəsəbəsində yerləşir. Araz çayının ayırdığı sərhədin təhlükəsizliyi hərbi sərhəd polis bölməsi tərəfindən təmin olunur. Sərhəd qapısına 500 metr məsafədə Aşağıəlican kəndinə bağlı bir əkiləcək tarla olan Orta Əlican bölgəsi yerləşir. Ermənistan tərəfində çay kənarı islah edilmiş vəziyyətdə ikən Türkiyə tərəfində belə bir islah olmaması ucbatından qış aylarında daşan çay polis bölməsin birinci mərtəbəni istifadəyə yararsız hala gətirmişdir. Qarabağ müharibəsi davam edərkən Türkiyə tərəfindən Ermənistanın Dağlıq Qarabağın işğalına etiraz olaraq aprel 1993-cü ildə mülki keçidlərə qapadılmışdır. 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə müxtəlif addımlar atılarkən sərhəd qapısının açılıb- açılmayacağı gündəmi məşğul etməyə başlasa da münasibətlərin normallaşma prosesinin tezliklə yenidən dayanması ilə sərhəd qapısının açılması gündəmə gəlmədi. Sentyabr 2012-ci ildə Avtomobil Yolları Baş İdarəsi rayonda Əlican sərhəd qapısına qədər olan 7 km asfalt yolu yenidən asfaltladı.
Sərhəd regionu (Türkiyə)
Sərhəd regionu (türk. Serhat Bölgesi, kürd. Herêma Serhedê) — Türkiyənin İğdır, Qars, Ərdəhan, Ərzurum və Ağrı illərini əhatə edən region. Bu region İran, Azərbaycanda Naxçıvan, Gürcüstan və Ermənistan ilə keçidin olduğu məkanı təmsil edir.
Göytəpə Sərhəd Dəstəsi
Cəlilabad Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda dövlət sərhədinin mühafizə dəstəsi. 1992-ci ildə Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstəsidir. == Haqqında == Respublikanın İmişli, Biləsuvar, Yardımlı və Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur. == Mənbə == "Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda". 29 aprel 2010.
Elektron Sərhəd Fondu
Electronic Frontier Foundation (EFF) və ya Elektron Sərhəd Fondu — San-Fransiskoda yerləşən beynəlxalq qeyri-kommersiya rəqəmsal hüquqlar fondu. Fond 10 iyul 1990-cı ildə Con Qilmor, Con Perri Barlou və Mitç Kapor tərəfindən elektron vətəndaş azadlıqlarını təşviq etmək üçün yaradılmışdır. EFF məhkəmədə hüquqi müdafiə üçün vəsait təmin edir, amicus curiae brifinqləri təqdim edir, fərdləri və yeni texnologiyaları hüquqi təhdidlərdən müdafiə edir, hökumətin sui-istifadəsini ifşa etmək üçün çalışır, hökumətə və məhkəmələrə bələdçilik edir, siyasi aksiyalar və kütləvi göndərişlər təşkil edir, şəxsi azadlıqları və onlayn vətəndaş azadlıqlarını qoruduğuna inandığı bəzi yeni texnologiyaları dəstəkləyir, müvafiq xəbər və məlumatların bazasını və internet saytlarını idarə edir, şəxsi azadlıqları və ədalətli istifadəni poza biləcəyinə inandığı potensial qanunvericiliyə nəzarət edir və ona etiraz edir və qanunsuz hesab etdiyi patentləri ləğv etmək niyyəti ilə sui-istifadə edən patentlərin siyahısını tələb edir.
Sərhəd şəxsiyyət pozuntusu
Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozğunluğu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi sosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozğunluğu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozğunluğunun alt növü hesab olunur). Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat hadisələrinə cavab olaraq görünə bilər. Ağrılı davranış adətən yeniyetməlik dövründə başlayır və müxtəlif vəziyyətlərdə baş verir. Maddələrdən sui-istifadə, depressiya və yemək pozğunluqları çox vaxt bu pozğunluqla əlaqələndirilir. SŞP olan insanların təxminən 10% -i intihar nəticəsində ölür. SŞP-nin səbəbləri tam aydın deyil, lakin genetik faktorların əhəmiyyətli bir töhfə verdiyi məlumdur.