dir

pron. sənə; mit ~ səninlə; von ~ səndən; ~ (selbst) özünə
Diplomingenieur
direkt
OBASTAN VİKİ
Cəəd İbn Dirhəm
Cəəd İbn Dirhəm, Əl Cəəd İbn Dirhəm (الجعد بن درهم) (666, Xorasan – 14 oktyabr 742, Kufə) — VIII əsr mütəkəllimi. İslamda Cəbriti cərayanının ilk nümayəndəsi. Cəhm ibn Səfvanın müəllimi. Məhs Cəhm ibn Səfvan sonradan Cehmiliyin əsasənı qoymuş. Doğulduğu yer (Hərran, yaxud Xorasan). Uzun müddət Dəməşqdə yaşamışdır. Xorasanda anadan olan Cəəd İbn Dirhəm Banu Mərvan nəslindən idi. Sonradan Dəməşqə köçmüş. İbn Asakir və başqa tarixçilərin fikirlərinə görə Cəəd İbn Dirhəmin dünya görşünün formalaşmasında Bayan İbn Samaanın rolu böyük olmuş. İbn Samaan isə Talutun tələbəsi olmuş.
Dilarə Əliyeva (dirijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Dira Paes
Ecleidira Maria Fonseca Paes (30 iyun 1969, Abaetetuba) — Braziliya aktrisası.
Dirachmaceae
Dirachmaceae (lat. Dirachmaceae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Dirachma Schweinf. ex Balf.f.
Dirakari (Talış)
Dirakari (fars. ديراكري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (76 ailə).
Dirayə
Dirayə hədisin sənədi, mətni, təriqi - istər səhih ola istərsədə əlil və həmçinin məqbulu mərduddan ayırmaq üçün ehtiyac duyulanlardan bəhs edən elmdir. Şeyx Bəhauddin Amili "əl-Vəcizə" kitabında dirayə elminə bu cür tərif vermişdir: "Dirayə hədisin sənədi, mətni, necə təhəmmül olunması və nəql olunma ədəblərindən bəhs edən elmdir. Ayətullah Cəfər Subhani Dirayə elmini bu cür tərif etmişdir: Dirayə hədisə sənəd və ya mətn baxımından ariz olan hallardan bəhs edən elmdir. Sənəd dedikdə ayrı-ayrı ravilər deyil, hədisin tam təriqi (ravilər məcmusu) nəzərdə tutulur. Raviləri ayrı-ayrıliqda, məfəssəl şəkildə araşdırmaq isə "rical" elminin öhdəsinə düşür. Yuxarıda deyilənlərə aydınlıq gətirək: Hədisin təriqinə ariz olan hallara nümunə: Əgər deyilsə ki, hədisin raviləri siqa və imamilərdir hədis səhihdir. Hədisin ravilərinin hamısı siqa lakin qeyri-imamilər olarsa və yaxud yalnız biri qeyri-imami olarsa hədis müvəssəq hesab olunur. Ravilər imami məmduh olarlarsa həsən, olmazlarsa hədis zəif hesab olunur. Buradan da rical elmi ilə dirayə elminin fərqi aydın olur. Rical elmində hədisin raviləri ayrılıqda, müfəssəl şəkildə, dirayə elmində isə hədisin sənədi bütövlükdə nəzərdən keçirilir.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Direct-to-video
Direct-to-video, Video film, Videofilm — bir filmin bir kinoteatr və ya televizorda yayımlanmasından əlavə olaraq ictimaiyyətə açıq olan video formatlarında yayımlanmasını bildirir. Direct-to-videolar, müstəqil film istehsalçıları və kiçik şirkətlər üçün gəlirli sahədir.
DirectX
DirectX multimedia proqramını, xüsusən də video oyunlarını rahat, sürətli və uyğun şəkildə hazırlamaq üçün Microsoft tərəfindən yaradılmış tətbiqi proqramlaşdırma interfeysidir (API). Hazırda ən aktual rəsmi versiya DirectX 12-dir. Onun ehtiva etdiyi bəzi komponentləri aşağıdakı kimi ümumiləşdirmək olar: Direct3D (və ya WGF: Windows Graphics Foundations - Windows Graphics Fundamentals) həm ikiölçülü, həm də üçölçülü qrafikləri göstərmək üçün istifadə olunur. Bazardakı əksər qrafik kartların ən müasir aparat sürətləndirilməsi xüsusiyyətlərini dəstəkləyir. Onun ən böyük rəqibi OpenGL-dir. DirectSound həm iki, həm də üç ölçülü səs üçün istifadə olunur. Windows altında işləyə bilən hər bir səs kartı DirectSound və DirectSound 3D üçün ən azı proqram dəstəyinə malikdir. Bazardakı bütün rəqibləri göz ardı edə bilən bir populyarlığa malikdir. DirectInput klaviatura, siçan və coystik kimi komponentlərin giriş və çıxışlarını sadə şəkildə idarə etmək üçün nəzərdə tutulmuş interfeysdir. DirectPlay, digər tərəfdən, TCP/IP , modem və Bluetooth kimi bir çox protokollar üzərində əlaqə və mesajlaşma komponentlərini ehtiva edir.
Direhavsbakken
Direhavsbakken (dan. Dyrehavsbakken - Maral otlağı təpəsi) və ya sadəcə Bakken (dan. Təpə) — Kopenhagen ilə yanında yerləşən, 1583-cü ildə yaradılan və beləliklə, dünyanın ən köhnə olan əyləncə parkı. Bakkenı hər il 2,5–2,7 million adam ziyarət edir. Deməli, o Tivoli bağlarından sonra Danimarkanın ən populyar əyləncə parkıdır. 1583-cü ildə Kirsten Piil Yəgersborq Direhavedə bulaq tapıb. O dövrdə mərkəzi Kopenhaqendə su keyfiyyəti aşağı olduğuna görə, şəhərin sakinlərini təmiz bulaq suyu bu yerə cəlb edirdi. Bəziləri, bu suyun sağaldıcı xüsusiyyətləri olduğuna inanırdılar. Buna görə bulağı ziyarət etməyə böyük kütlələr yığılırdı, özəlliklə yaz zamanı. 1669-cu ildə Kral III Frederik bu ərazidə heyvan parkı yaradıb.
Direktiv bant (film, 1932)
Direktiv bant — 1932-ci ildə çəkilmiş səssiz Azərbaycan filmi. Filmdə keçmişin qalıqları, yeni həyat quruculuğuna mane olan mənfi hallar kəskin satira atəşinə tutulur. Film İlf və Petrovun əsəri əsasında ekranlaşdırılmışdır. Əsərin Müəllifi: İlya İlf, Yevgeni Petrov Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: Əsgər İsmayılov, Mirzə Mustafayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
Direktoriya
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
Direktoriya (fayl sistemləri)
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Diretmalar
Diretmalar (lat. Diretmidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi.
Diretmidae
Diretmalar (lat. Diretmidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin trachichthyiformes dəstəsinə aid heyvan fəsiləsi.
Dirgen üsyanı
Dirgen üsyanı və ya Qara Qartal üsyanı – hal-hazırkı Tatarıstanın şərqi və Başqırdıstanın qərbində yerləşən bölgədə müharibə kommunizmi siyasətinə qarşı Yaşıl Ordu qrupları tərəfindən reallaşdırılan üsyan. Üsyan 4 fevral 1920-ci ildə Ufa quberniyasına bağlı Yanqa Yelan kəndində başlamışdır. Kəndlilərin artıq olan ərzaqlarının müsadirə edilməsinə qarşı çıxılması nəticəsində toqquşmalar yaşandı. Kəndlilər məhsullarını verməyi rədd etdilər və müsadirə bölmələrinə aid əsgərləri (prodotryad) üsyançılardan bəzilərini həbs etdilər. Bundan sonra meydana çıxan hadisələrdə kəndlilər bəzi prodotryad üzvlərini öldürdülər və üsyan dalğasını başlatdılar. 9 fevralda Minzele komitə rəhbəri və Zey mili rəisi üsyançılar tərəfindən öldürüldü. 10 fevralda kəndlilər Zeydəki Sovet təmsilçisini də öldürdülər. Üsyan Ufa quberniyasına bağlı Belebey, Kazan valiliyinə bağlı Çistopolski uyezdi və Samara quberniyasına bağlı Buqulminski uyezdinə də yayıldı. Üsyançıların liderinin adı I Milovanov idi. Qrupun şüarları "Rədd olsun kommunistlər və vətəndaş müharibəsi, yaşasın müəssislər məclisi!" Qara Qartal ikaraq da anılan kəndli üsyançıların sayı get-gedə artdı.
Dirhəm
Dirhəm — çəki ölçü vahidi. Dirhəmin müxtəlif ədəbiyyatlarda 2,9645 q-a, ( 3,12 q-a, 3 q-a) bərabər olduğu göstərilir. IX-XII əsrlərdə dirhəm 2,975 q olmuşdur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 463.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII–XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şeyx Cabir Ənsari övladından olan Şeyx Kəmaləddin oğlu Şeyx Siracəddin vəqfinə bağlıdır. "Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib.
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Elxanilərin Qarabağ dirhəmi
Elxanilərin Qarabağ dirhəmi — Elxanilər dövlətində Qarabağda zərb edilən gümüş dirhəm. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Elxanilər (1256–1358) dövrünə aid materiallar sırasında hicri 750 = 1349-cu ilin Qarabağ gümüş dirhəmi qorunur. 1,18 q çəkili gümüş dirhəmin üst tərəfindəki ellipsvari kartuşda, birinci sətirdə ərəbcə: "sultan", ikinci sətirdə uyğurca: "Ənuşirvan", 3-cü sətirdə: "hakimiyyəti davamlı olsun"; kartuşun kənarı üzrə, yuxarıda ərəbcə: "Qarabağda zərb edilib, yeddi yüz əllinci ildə"; arxasında mərkəzdə dördbucaqlı kartuşda, 3 sətirdə: "Allahdan başqa ilah yoxdur, Muhəmməd Allahın rəsuludur", ətrafında 4 xəlifə adları: "Əbubəkr / Ömər / Osman / Əli" sözləri zərb edilmişdir. Ənuşirvanın (745–756 = 1344–1356) hakimiyyəti dövründə zərb edilmiş bu gümüş dirhəmdə şəhər adı deyil, inzibati ərazi adı həkk edilmişdir. Qarabağ inzibati ərazi adı ilə fəaliyyət göstərən bu zərbxananın uyğun dövrdə strateji və hərbi əhəmiyyətli Bərdə, Gəncə, Beyləqan şəhərlərində olduğu söylənə bilər. Ənuşirvan dövründə gümüş dirhəmlərin ilkin çəkisi 1,43 q olsa da, hakimiyyətinin sonunda 0,87 qrama enmişdir ki, bu da Elxanilərin qonşu dövlətlərlə olan uzunmüddətli döyüşləri, həmçinin dövlət idarəçilində olan daxili çaxnaşmalar, təsərrüfat həyatının və istehsal qüvvələrinin zəifləməsi ilə izah edilə bilər. Numizmatik faktlara əsasən, hicri 757 = 1356-cı ildən Azərbaycan da daxil olmaqla digər ərazilərdə Ənuşirvanın adından gümüş dirhəmlərin zərbi dayandırılmışdır. Növbəti ildən etibarən Qızıl Orda xanı Cani bəy (1341–1357) Elxanilər dövlətindəki gərgin siyasi vəziyyətdən istifadə edərək Azərbaycana hücum etmiş, elxani xanı Məlik Əşrəf (1344–1357) Xoy şəhərində qətlə yetirilmiş, bir müddət sonra isə Ənuşirvan dünyasını dəyişmişdir. Elxanilər dövründə Qarabağ dirhəmlərindən əlavə həm də tarixi Azərbaycanın digər şəhərlərində (Təbriz, Qəzvin, Ərdəbil, Şirvan, Marağa, Naxçıvan, Şərur, Tovuz, Şabran, İrəvan, Ani, Həmədan, Bərdə, Gəncə, Beyləqan, Biləsuvar, Gəştaspi, Tiflis və b.) gümüş dirhəmlər zərb edilmişdir. Numizmatik faktlara əsasən, uyğun dövrdə anonim dirhəmlər, qızıl dinarlar və mis felslər istehsal də edilmişdir.
Etibar Əhmədov (dirijor)
Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu‎, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru. Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub.
Fransa Direktoriyası
Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171).
Hindenburq (dirijabl)
Hindenburq (dirijabl), LZ 129 Hindenburg (Luftschiff Zeppelin №129) — 6 may 1937-ci ildə ABŞ-də qəzaya uğrayaraq 36 nəfərin ölümünə səbəb olan alman dirijablı. Almaniya prezidenti Paul fon Hindenburqun şərəfinə adlandırılmışdır. Nəhəng gümüşü dirijabl Atlantik okean sahillərindən Nyu-Yorka tərəf hərəkət edirdi. Aşağıda- eyvanlarda, həyətlərdə, küçələrdə minlərlə insan isə onu təntənə ilə qarşılayırdı. Şahidlərin sözlərinə görə o, nəhəng qeyzerə bənzəyirdi. Bəziləri onu yanan şəlaləyə oxşadırdı. Səma nəhəngi "Hindenburq" cəmi 4 saniyəyə külə döndü. "Hindenburq"a Avropadan Amerikaya gəlmək üçün cəmi 2 gün kifayət etdi. 1937-ci ildə bəşəriyyət hava okeanına qalib gəldi. Qalib olmaq isə əsl alman soyadlı kapitana- Maks Prussa qismət oldu.
INCLUDE direktivi

Digər lüğətlərdə