Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər.
Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi.
Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr:
İnternet və proqram təminatı kompaniyaları;
Reklam agentlikləri;
Televizya studiyaları və video kompaniyalar;
Korporativ brending və konsultasiya kompaniyaları.