Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pamir
Pamir dağları — Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən sıra dağlar. Hisar vadiləri Tanrı dağlarını Pamir dağ sistemindən ayırır. Bir digər adıda Zalım Xalıd olan Pamir dağları, eyni zamanda Sincan-Uyğur Muxtar Rayonu daxilinə 1.760 km girir. Ən yüksək zirvəsi 7495 m. yüksəkliyi ilə İsmayıl Samani zirvəsidir. Pamir dağlarından gələn Seyhun və Ceyhun çaylarının sularının toplanması ilə bu gün qurumaqda olan Aral gölü həyata qayıdır. Xaşxaşın vətəni sayılır.
Zair
Zair (fr. Zaire; [zaiʁ]), rəsmi olaraq Zair Respublikası (fr. République du Zaïre, [ʁepyblik dy zaiʁ]) — 1971-ci ildən 1997-ci ilə qədər Mərkəzi Afrikada, əvvəl və indi yenidən Konqo Demokratik Respublikası kimi tanınan Konqo dövləti. Zair ərazisinə görə Afrikanın üçüncü böyük ölkəsi (Sudan və Əlcəzairdən sonra) və dünyanın 11-ci böyük ölkəsi idi. 23 milyondan çox əhalisi olan Zair Afrikanın ən sıx məskunlaşılan rəsmi səviyyədən frankofon ölkəsi olmaqla yanaşı, Afrikanın ən sıx məskunlaşılan ölkə idi. Ölkə Mobutu Sese Seko və onun hakim İnqilabi Xalq Hərəkatı Partiyası tərəfindən idarə olunan təkpartiyalı totalitar hərbi diktatura idi. Zair Belçikadan müstəqillik əldə etmək uğrunda mübarizədən – Konqo böhranından beş il sonra, yəni 1965-ci ildə Mobutunun hərbi çevrilişlə hakimiyyəti ələ keçirməsi nəticəsində qurulmuşdur. Zair güclü mərkəzçi konstitusiyaya malik idi və xarici aktivlər milliləşdirilmişdi. Bu dövr bəzən İkinci Konqo Respublikası adlandırılır. == Etimologiya == Ölkənin adı – "Zaïre" bəzən portuqal dilində "Zaïre" adlanan Konqo çayının adından götürülmüşdür.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Pir
Pir (din) — Ocaq, müqəddəs yer, ziyarətgah. Pir (əsər) — Nəriman Nərimanovun əsəri.
Par
Par — soyad. Par Çun-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Kap-So — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Mi-Ra — Cənubi Koreyanı təmsil edən həndbolçu. Par Yon-Lim — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Dair Şahbazov
Dair Şahbazov (azərb. Şahbazov Dair Ayatulla oğlu‎) — 1975-ci ilin 7 may tarixində Qusar rayonunun Hil kəndində anadan olmuşdur. O, 1981-ci ildə Hil kənd orta məktəbinə daxil olmuş, ibtidai təhsilini bitirdikdən sonra təhsilini Hil kənd tam orta məktəbində davam etdirmişdir. 1994-cü il yanvrın 12-də hərbi idmətə çağrılmış və aprelin 24-ə kimi Azərbaycan Silahlı Qüvvələri sıralarında xitmət etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli rayonunun Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Fair use
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Jair Bolsonaru
Jair Messias Bolsonaru (port. Jair Messias Bolsonaro; 21 mart 1955, Qliseriu[d], San-Paulu ştatı) — Braziliyalı siyasətçi və 1 yanvar 2019-31 dekabr 2022-ci illərdə Braziliya Prezidenti postunu tutan təqaüddə olan hərbi zabit. Bolsonaru San-Paulu ştatının Gliseriu şəhərində anadan olub. 1977-ci ildə Aqulyas Neqras Hərbi Akademiyasını bitirib və Braziliya Ordusunun sahə artilleriyası və paraşütçü birləşmələrində xidmət edib. 1986-cı ildə "Veja" dərgisində hərbi məmurların aşağı maaşlarını tənqid edən məqalə yazdıqdan sonra ictimaiyyətdə tanındı və bu səbəbdən 15 gün həbs edildi. Bir il sonra eyni jurnal onu inkar etdiyi hərbi hissələrə bomba qoymağı planlaşdırmaqda günahlandırdı. Aşağı məhkəmə tərəfindən mühakimə olunduqdan sonra, Braziliya Ali Hərbi Məhkəməsi 1988-ci ildə ona bəraət verdi. 1988-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxıldı və həmin il Rio-de-Janeyro Şəhər Şurasına Xristian Demokrat Partiyasından üzv seçildi. 1990-cı ildə Bolsonaru Konqresin aşağı palatasına seçildi və altı dəfə bu postda qalmağı bacardı. 27 illik konqres üzvü olduğu müddətdə milli mühafizəkarlığı güclü şəkildə dəstəkləməsi ilə tanındı.
Ketrin Parr
Ketrin Parr (İngiliscə: Catherine Parr; 1512 və ya avqust 1512 – 5 sentyabr 1548 və ya 5 sentyabr 1548) — İngiltərə kralı VIII Henrinin son qadını. Sir Thomas Parr və Maud Green`in qızıdır. == Gənclik illəri == Ketrin Parr 12 iyul 1543-cü il tarixində VIII Henri ilə Hampton Sarayında evləndi. Kralın anasız qalan 3 övladına — Mariya, Elizabet və Eduarda analıq etmişdir. Gələcəyin kralını əsl protestant kimi böyütmüşdür. Bu səbəbdən saray daxilindəki katoliklər tərəfindən çox sevilmirdi. Hətta edamı haqqında fərman verilsə də, kral tərəfindən bu qərar təsdiqlənməmişdir. Kral VIII Henrinin vəfatından sonra Ketrin Parr`ın da dəstəyilə VI Eduard taxta çıxdı. Kralın vəfatından sonra VI Eduardın dayısı Tomas Seymurla evləndi. Bu evlilikdən bir qızı dünyaya gəlsə də, övladını 2 yaşında itirmişdir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır.Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi.Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Pamir dağları
Pamir dağları — Orta Asiyada Tacikistan-Çin, Sincan-Uyğur Muxtar Rayonu sərhədlərində olan və Himalay dağlarının şimal silsilələrini təşkil edən sıra dağlar. Hisar vadiləri Tanrı dağlarını Pamir dağ sistemindən ayırır. Bir digər adıda Zalım Xalıd olan Pamir dağları, eyni zamanda Sincan-Uyğur Muxtar Rayonu daxilinə 1.760 km girir. Ən yüksək zirvəsi 7495 m. yüksəkliyi ilə İsmayıl Samani zirvəsidir. Pamir dağlarından gələn Seyhun və Ceyhun çaylarının sularının toplanması ilə bu gün qurumaqda olan Aral gölü həyata qayıdır. Xaşxaşın vətəni sayılır.
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Villibald Pahr
Villibald Pahr — 1983–1986-cı illərdə Avstriyanın Qərbi Almaniyadakı səfiri. 1986–1989-cu illərdə Ümumdünya Turizm Təşkilatının baş katibi.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. == Həyatı == Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədi ilə Osmanlı imperiyasına köçüb.Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.Xəlil 1485-ci ildə İznikdə vəfat edib. == Yaradıcılığı == Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib. 1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur. "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur: Bu mənə biçarə dərvişi dilruş Qərib bikəs biyar bihuş Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb Qəlbi Hicran əlindən təmizlənir Əcəm mülkündə idum elmlə məşğuldur Mən gah fiqh, gah məkul oxuyurdum Tarixi zuhdi muxtarı oldum Ey sülh əhli, mənə lütf edin Yurdum gah mədrəsə gah məscid Hikmət nuru dilimdə ləmi oldu Məgər, kimə nə etdim?
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Yair Lapid
Yair Lapid (ivr. ‏יאיר לפיד‏‎;5 noyabr 1963, Tel-Əviv) — İsrail siyasətçisi, Yeş Atid partiyasının sədri və Knessetdəki müxalifət lideri olaraq çalışır. 2013-cü ildən 2014-cü ilə qədər Maliyyə naziri vəzifəsini icra etdi. 2012-ci ildə siyasətə qoşulmazdan əvvəl Lapid müəllif, TV aparıcısı və xəbər aparıcısı idi. Qurduğu mərkəzçi Yesh Atid partiyası, 2013-cü ildə ilk qanunverici seçkilərində 19 yer qazanaraq Knessetdə ikinci ən böyük partiyaya çevrildi. Gözlənilən nəticələr Lapidin aparıcı mərkəzçi nüfuzuna kömək etdi. 2013-cü ilin mart ayında Likud ilə koalisiya razılaşmasından sonra Lapid Maliyyə Naziri və Təhlükəsizlik Kabinetinin üzvü təyin edildi. 2013-cü ildə Lapid The Jerusalem Post qəzetinin "Dünyanın ən nüfuzlu yəhudiləri" siyahısında birinci yeri tutdu. O, həmçinin 2013-cü ildə aparıcı Xarici Siyasət Qlobal Düşüncələrindən biri olaraq tanınıb, və TIME jurnalının 100 "Dünyanın ən nüfuzlu insanı" siyahısında yer almışdır.
Yair Natan
Yair Natan (11 oktyabr 1970) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yair Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yair Oron
Yair Oron (ivr. ‏יאיר אורון‏‎; 30 aprel 1945, Britaniya Fələstini[d]) — Holokost və soyqırım, irqçilik və müasir yəhudiliyin tədqiqi üzrə ixtisaslaşmış İsrail tarixçisi, alimi və mütəxəssisi. O, Yəhudi Universitetində magistr dərəcəsi və Paris Universitetində doktorantura dərəcəsi almışdır. Yair Oron 2005-ci ildən İsrail Açıq Universitetində Sosiologiya, Politologiya və Kommunikasiyalar departamentinin sədri vəzifəsində çalışır, dosentdir. O, Tel-Əviv Universitetində tarix və sosiologiya üzrə bakalavr dərəcəsinə malikdir. == Əsərləri == Jewish-Israeli Identity, Sifriat Poalim (with Kibutzim College of Education), Tel-Aviv, 1993, 204 pp. (Hebrew). The Banality of Indifference: The Attitude of the Yishuv and the Zionist Movement to the Armenian Genocide, Dvir (with Kibutzim College of Education), Tel-Aviv, 1995, 395 pp. (Hebrew). Les Juifs d’Extrême Gauche en Mai 68, Éditions Albin Miche], Paris, 1998, 335 pp.
Zair Azqur
Zair İsaakoviç Azqur (belar. Заір Ісаакавіч Азгур; 2 (15) yanvar 1908, Zastadollie[d] – 18 fevral 1995, Minsk) — belorus heykəltəraşı. SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1973). Sosialist Əməyi Qəhrəmanı (1978). == Həyat və yaradıcılığı == Zair Azqur 15 yanvar 1908-ci ildə Belorusun Molçanı kəndində anadan olub. 1925–1928-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında, 1928–1929-cu illərdə Kiyev Rəssamlıq İnstitutunda 1929-cu ildə Tbilisi Rəssamlıq Akademiyasında təhsil almışdır. Belorus incəsənətində sosialist realizminin görkəmli nümayəndələrindən biridir. Əsasən portret-büst janrında işləmişdir. "N.F.Qastello" (1942), "M.F.Selnitski" (1943), "F.E.Dzerjinski" əsərlərinin müəllifidir.