Gizli Doktrina
Müqəddəs Kitablar, dünya planetini idarə edən Yüksək Ruhani Planlar tərəfindən, təkamülün yolunda ilərləməsi üçün bəşəriyyətə müxtəlif zamanlarda endirilən İlahi bilgilərdir. Bu bilgilər, ucsuz bucaqsız maddə Kainatı içində, varlıqların ən ideal şəkildə əsas yolda ilərləməsini və təkamülünü tənzimləmək üçündür. Müqəddəs kitablar, ümumiyyətlə üç əsas məsələni işləyir və bunları əhatə edəcək şəkildə endirilir: keçmişin biliyi, indinin biliyi və gələcəyin biliyi. Varlıqlardan, bu üçünü sintez edərək, indini yaşamaq, yorulmamaq və gələcəyi də bu şəkildə hazırlamaqları istənilir. Bu bir qanundur.
Müqəddəs Kitablar, yerdə yaşayan bəşəriyyət üçün, bir və ortaq olan təkamülün həyata keçirilməsi üçün, bir-birindən daha mütəkamül olan bilgiləri əhatə edəcək şəkildə endirilir. Çünki, bəşəriyyətin ilərləyən təkamülü və bunun nəticələri üstdəki məsələlərin olmasını tələb edir.
Dzayn kitabı, ən qədim Müqəddəs Kitablardan biri olmaqla yanaşı, o birilər kimi müəyyən dövlərdə təhrif edilmişdir. Buna bəşəri nöqteyi nəzərdən baxdığımız zaman, durulmamış və fırtınalı şəxsiyyətlərin və yetişkinləşməmiş idrakın bunları davamlı olaraq təhrif etdiklərini görürük. Yenə də keçmişdəki kozmik və antropolojik hadisələrin nələr ola biləcəyi haqqında və necə olduqları haqda müəyyən əsas bilgi verən Dzayn kitabı, keçmişin əsas və ən doğru bilgilərinin ortaya çıxardığı yaxın gələcəkdəki bilgi günləri üçün bir hazırlıq olması baxımından əhəmiyyətlidir.