DOKTRİNA

[ing. Doctrine; lat. doctrina – [ər. ذؼه ىُ ]] – nəzəri və siyasi prinsipləri əldə rəhbər tutan təlim, elmi yaxud fəlsəfi nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina].
DOĞRU
DOQMATIZM
OBASTAN VİKİ
Doktrina
Doktrina — elmi, fəlsəfi və ya siyasi təlim. == İstinadlar == == Xarici keçidlər == "Congregation for the Doctrine of the Faith (Roman Catholic Church) - Britannica Online Encyclopedia". Britannica.com. İstifadə tarixi: 2013-03-07. "Congregation for the Doctrine of the Faith". Ewtn.com. 2018-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
Gizli Doktrina
Müqəddəs Kitablar, dünya planetini idarə edən Yüksək Ruhani Planlar tərəfindən, təkamülün yolunda ilərləməsi üçün bəşəriyyətə müxtəlif zamanlarda endirilən İlahi bilgilərdir. Bu bilgilər, ucsuz bucaqsız maddə Kainatı içində, varlıqların ən ideal şəkildə əsas yolda ilərləməsini və təkamülünü tənzimləmək üçündür. Müqəddəs kitablar, ümumiyyətlə üç əsas məsələni işləyir və bunları əhatə edəcək şəkildə endirilir: keçmişin biliyi, indinin biliyi və gələcəyin biliyi. Varlıqlardan, bu üçünü sintez edərək, indini yaşamaq, yorulmamaq və gələcəyi də bu şəkildə hazırlamaqları istənilir. Bu bir qanundur. Müqəddəs Kitablar, yerdə yaşayan bəşəriyyət üçün, bir və ortaq olan təkamülün həyata keçirilməsi üçün, bir-birindən daha mütəkamül olan bilgiləri əhatə edəcək şəkildə endirilir. Çünki, bəşəriyyətin ilərləyən təkamülü və bunun nəticələri üstdəki məsələlərin olmasını tələb edir. Dzayn kitabı, ən qədim Müqəddəs Kitablardan biri olmaqla yanaşı, o birilər kimi müəyyən dövlərdə təhrif edilmişdir. Buna bəşəri nöqteyi nəzərdən baxdığımız zaman, durulmamış və fırtınalı şəxsiyyətlərin və yetişkinləşməmiş idrakın bunları davamlı olaraq təhrif etdiklərini görürük. Yenə də keçmişdəki kozmik və antropolojik hadisələrin nələr ola biləcəyi haqqında və necə olduqları haqda müəyyən əsas bilgi verən Dzayn kitabı, keçmişin əsas və ən doğru bilgilərinin ortaya çıxardığı yaxın gələcəkdəki bilgi günləri üçün bir hazırlıq olması baxımından əhəmiyyətlidir.
Hüquqi doktrina
Hüquqi doktrina (lat.doktrina-təlim nəzəriyyə) elmin müxtəlif sahələri üzrə problemlərə dair nəzəiyyə, bilik sistemidir. Hüquqi doktrinanın hüququn mənbəyi qismində çıxış etməsi üçün zəruridir; Hüquqi doktrinaya ünvanlanan belə tələb onun hüquqyaratma prosesinki rolundan, hüququn mənəvi əsası qismindəçıxış etməsindən irəli gəlir. Hüquqi doktrina hüququn mənbəyi kimi hələ qədim dövrlərdə tanınmışdı. Qədim Romada məşhur hüquqşunasların rəyləri həm hüquqyaratmada həm də hüquq tətbiqetmədə artıq dərəcədə mühüm əhəmiyyət kəsb etmişlər, Məhkəmə prosesində işlərə baxılması zamanı həlledici amil roluna malik idilər. Qədim Roma tarixi bildirirki,426-cı ildə hüquqşünaslardan iqtibas gətirmə haqqında xüsusi qanunla beş ən məşhur və nüfuzlu hüquqşunasın (Papinian, Pavel, Ulpian, Qay, Modestin) irəli sürdükləri müddəalara hüquqi qüvvə verilmişdir Roma hüquqşünaslarının əsərləri məşhur Yustinian Məcəlləsinə onun tərkib hissəsi qismində daxil edilmişdir. Baş verən mübahisələr səs çoxluğu ilə həll olunurdu, əks halda, yəni ümumi bir rəyə gəlinmədikdə Papinianın rəyinə üstünlük verilirdi. Doktrinaların əhəmiyyəti roman-german hüquq sistemli ölkələrdə (Fransa, İsveçrə, Almaniya, Avstriya və.s) onların hüququn mənbələri iyeyarxiyasında ilkin mənbə statusunda olmaları ilə bağlıdır. Bir məqam da nəzərə almaq lazımdır ki, Qədim Roma hüquqi konsepsiyalarının qəbul edilməsi şərtləndirilmişdir. Sonrakı dövrlərdə doktrinanın hüququn mənbəyi kimi daxil olduğu dünya ölkələrinin hüquq sistemindən asılı olaraq müxtəlif əhəmiyyətə malik olması qeyd olunur. Belə ki, anqlisakson (ümumi) hüquq sisteminin yaranması ilə presedent hüququn formalaşdığı dövrdə hüquqi doktrina mənbələr sistemində kifayət qədər mühüm yer tuturdu.
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
Buş doktrinası
Buş Doktrinası — 43-cü Amerika Birləşmiş Ştatları Prezidenti Corc U. Buş tərəfindən ortaya qoyulan müxtəlif xarici siyasətləri özündə ehtiva edən doktrinadır. 11 Sentyabr hücumlarından sonra inkişaf etdirilən və 2002-ci ilin 20 sentyabr tarixində The National Security of the United States başlığı və Buşun imzası ilə nəşr olunan və bütün dünyanı bir müharibə meydanı olaraq görən “Yeni Amerikan Milli Təhlükəsizlik Strateqiyası”na görə; potensial təhdid yaratdığı illərdə problem yarada biləcəyi düşünülən hər bir quruluş və ya ölkəyə qarşı harada yerləşirsə yerləşsin “vurulmadan öncə vurmaq” fəlsəfəsi adı altında qarşılıq verilməli və lazım gələrsə düşmən dövlətlərdəki rejimlər dəyişdirilməlidir. Əfqanıstan müharibəsi də bu doktrina çərçivəsində aparılmışdır.
Draqo doktrinası
Draqo doktrinası — beynəlxalq borcların alınması üçün bir dövlətin digər dövlətə silahlı müdaxiləsinin yolverilməzliyi prinsipini müəyyən edir. 1902-ci ildə Argentinanın xarici işlər naziri Luis Maria Draqo tərəfindən ABŞ-yə diplomatik xəbərdarlıq kimi bəyan edilib. Monro doktrinası və Avropanın imperialist qüvvələrinin təsiri arasındakı qarşıdurmanı aydınlaşdırmaqla, eləcə də, ABŞ-nin uzun müddət dəstəklədiyi suveren bərabərlik prinsipinə diqqəti cəlb etməklə, sözügedən doktrina ABŞ da daxil olmaqla heç bir xarici qüvvənin borc toplamaq üçün Latın Amerikasındakı hər hansı dövlətə qarşı güc tətbiq edə bilməməsi siyasətini ortaya qoymuşdur. 1904-cü ildə ABŞ tərəfindən Draqo doktrinasına cavab olaraq, Ruzvelt doktrinası (ing. Roosevelt Corollary) hazırlandı. Müvafiq doktrina Amerika biznesi və Latın Amerikasının Avropa qüvvələrindən müstəqilliyi ilə əlaqədar maraqlar naminə ABŞ-n Latın Amerikasına müdaxiləsinə haqq qazandırırdı. Draqo doktrinası öz hüquqi təsbitini 1907-ci ildə 2-ci Haaqa Konfransında qəbul edilən Draqo-Porter Konvensiyasında tapmışdır. Belə ki, bu doktrinanın dəyişilmiş versiyası 1907-ci ildə Haaqada qəbul edilmişdir və Horas Porterin şərəfinə Porter Konvensiyası da adlanır. Buna əsasən, işin həmişə ilk növbədə arbitraj və məhkəmə vasitələri ilə həllinə üstünlük verilməlidir. == Tarixi == Doktrina Karlos Kalvonun Derecho internacional teórico y práctico de Europa y América əsərində ifadə olunmuş ideyalara əsaslanır.
Estrada doktrinası
Estrada doktrinası — Paskual Ortis Rubionun prezidentliyi dövründə (1930-1932) yeni hökumətlərin tanınmasına dair 27 sentyabr 1930-cu il kommunikesində Meksikanın xarici işlər naziri Xenaro Estrada Felis tərəfindən formulə edilmiş doktrina."Hökumətlərin qeyri-formal tanınması" doktrinası da adlanır. Tobara doktrinasının əksinə olaraq Estrada doktrinası belə hesab edir ki, müəyyən ölkənin hökumətinin tanınması xarici dövlətlərin xüsusi aktının olmasını tələb etməməlidir. Doktrina 1930-cu ildən 2000-ci illərin əvvəllərinədək Meksikanın xarici siyasətinin əsasını təşkil etmişdir. Doktrina 70 il ərzində ölkənin xarici siyasətində ən təsirli vasitə olub. Doktrinaya görə, xarici dövlətlər hökumətləri, eləcə də başqa dövlətlərin hökumətlərindəki dəyişiklikləri müsbət və ya mənfi mənada qiymətləndirməməlidirlər; çünki belə hərəkət dövlət suverenliyinin pozulmasına səbəb ola bilər. Bu siyasət dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, beynəlxalq mübahisələri dinc yolla həll etmək və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır.. == Haqqında == 12 sentyabr 1931-ci il tarixdə Meksika Millətlər Liqasına qəbul edildi. Bu hadisə olduqca əlamətdar idi, çünki ABŞ-la aralarında həll edilməmiş problemlər qaldığına görə Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaradılan beynəlxalq hökumətlərarası təşkilatların heç birinə Meksika dəvət edilməmişdi. Bu zaman Meksika beynəlxalq hüquqa və dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan mövqeyini nümayiş etdirməyə başladı. Meksika hökuməti həmişə mübahisələrin dinc yolla həllini dəstəkləyir və beynəlxalq münasibətlərdə güc tətbiq etməyi rədd edirdi.
Eyzenhauer doktrinası
1952-ci ildə prezident seçkilərində qalib gələn respublikaçıların nümayəndəsi Duayt Eyzenhauer Sovet İttifaqına qarşı “zor işlətmək” xəttini daha da genişləndirdi. 1957-ci il yanvarın 5-də Eyzenhauer Yaxın və Orta Şərq ölkələrində ABŞ-nin siyasəti haqqında xüsusi məktubla konqresə müraciət etdi. Eyzenhauerin bu məktubu Sovet İttifaqının və beynəlxalq kommunizmin təcavüzünə qarşı yönəldilmişdi. Bu rayonda böhranlı vəziyyətin olduğunu, həmin dövrdə dünya neft ehtiyatlarının 2/3 hissəsinin burada yerləşməsini, Yaxın Şərqin Avropa, Asiya və Afrika arasında qapı rolu oynamasını və üç səmavi dinin yarandığı yer olduğunu qiymətləndirən Eyzenhauer Yaxın və Orta Şərqdə ABŞ hərbi qüvvələrini tətbiq etməyə icazə verilməsini konqresdən xahiş etdi. Yaxın və Orta Şərq ölkələri ilə hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan bu doktrina onların təhlükəsizliyini qoruyurdu. Burada təcavüzün qarşısını almaq üçün qüvvə tətbiq edilməsi də əsaslandırıldı. Eyzenhauerin müraciəti sovet hökuməti tərəfindən ABŞ-nin Yaxın və Orta Şərq ölkələri üzərində hökmranlığının yaradılması proqramının elan edilməsi kimi qəbul olundu. Sovet İttifaqı bu proqramın əleyhinə çıxdı. 1957-ci ildə Qahirədə keçirilmiş müşavirədə Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Suriya bu doktrinanı rədd etdilər. Bundan fərqli olaraq, Livan, İraq, İran, Türkiyə, İsrail Eyzenhauer doktrinasını dəstəklədilər.
Eyzenhaver doktrinası
1952-ci ildə prezident seçkilərində qalib gələn respublikaçıların nümayəndəsi Duayt Eyzenhauer Sovet İttifaqına qarşı “zor işlətmək” xəttini daha da genişləndirdi. 1957-ci il yanvarın 5-də Eyzenhauer Yaxın və Orta Şərq ölkələrində ABŞ-nin siyasəti haqqında xüsusi məktubla konqresə müraciət etdi. Eyzenhauerin bu məktubu Sovet İttifaqının və beynəlxalq kommunizmin təcavüzünə qarşı yönəldilmişdi. Bu rayonda böhranlı vəziyyətin olduğunu, həmin dövrdə dünya neft ehtiyatlarının 2/3 hissəsinin burada yerləşməsini, Yaxın Şərqin Avropa, Asiya və Afrika arasında qapı rolu oynamasını və üç səmavi dinin yarandığı yer olduğunu qiymətləndirən Eyzenhauer Yaxın və Orta Şərqdə ABŞ hərbi qüvvələrini tətbiq etməyə icazə verilməsini konqresdən xahiş etdi. Yaxın və Orta Şərq ölkələri ilə hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan bu doktrina onların təhlükəsizliyini qoruyurdu. Burada təcavüzün qarşısını almaq üçün qüvvə tətbiq edilməsi də əsaslandırıldı. Eyzenhauerin müraciəti sovet hökuməti tərəfindən ABŞ-nin Yaxın və Orta Şərq ölkələri üzərində hökmranlığının yaradılması proqramının elan edilməsi kimi qəbul olundu. Sovet İttifaqı bu proqramın əleyhinə çıxdı. 1957-ci ildə Qahirədə keçirilmiş müşavirədə Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Suriya bu doktrinanı rədd etdilər. Bundan fərqli olaraq, Livan, İraq, İran, Türkiyə, İsrail Eyzenhauer doktrinasını dəstəklədilər.
Monro doktrinası
Monro doktrinası (ing.Monroe Doctrine) - 1823-cu ilin iyul ayinda Amerika kontingentinin Avropa müstəmləkəçilik niyyətlərinə bağlanması ideyası barədə ABŞ prezidenti Ceyms Monronun müraciəti Amerika Dövlət katibi Con Kuinsi Adams tərəfindən konqresə təqdim olunmuşdur. Siyasi doktrina kimi, ilk dəfə İspaniya hökuməti üçün xəbərdarlıq şəklində təqdim olunmuşdur. Konqresdə oxunan və "Monro doktrinası" kimi tanınan bu müraciət "Müqəddəs İttifaq"ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdür. "Monro doktrinası"nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. "Monro doktrinası" Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.
Reyqan doktrinası
Reyqan doktrinası (ing. Reagan Doctrine) — Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın Soyuq müharibənin son illərində Sovet İttifaqı və kommunistlərin dünya üzərindəki təsirini yox etməyi qarşısına məqsəd qoyan xarici siyasət strategiyasıdır. Bu doktrina 10 ildən az bir müddət istifadə olunsa da 1980-ci illərdən SSRİ-nin dağıldığı 1991-ci ilə qədər ABŞ xarici siyasətinin mərkəzində olmuşdur. Reyqan doktrinası çərçivəsində ABŞ SSRİ-nin dəstəklədiyi Afrika, Asiya və Latın Amerikasındakı sosialist ölkələrdəki anti-kommunizm meyilli hərəkatlara açıq və ya gizli dəstək vermişdir. Doktrinanın əsas məqsədi Sovet İttifaqının təsirinin güclü olduğu ölkələrdə bu təsiri azaltmaqdan ibarət olmuşdur. Bu çərçivədə Əfqanıstanda mücahidlər, Anqolada Jonaş Savimbinin rəhbərlik etdiyi UNİTA və Nikaraquada Kontras kimi hərəkatlar ABŞ hökuməti tərəfindən dəstəklənmişdir. Doktrina Corc Buşun hakimiyyəti dövründə də davam etmiş, lakin Soyuq müharibənin sonlarına doğru təsiri azalmışdır. Doktrinanın sona çatmasına SSRİ-nin dağılması və prezident Buşun iqtisadi məsələlərlə bağlı olaraq hərbi xərcləri azaltması qərarı səbəb olmuşdur. SSRİ-nin dağılması Ronald Reyqan İran-Kontras qalmaqalı Monro doktrinası The Reagan Doctrine: Sources of American Conduct in the Cold War's Last Chapter, by Mark P. Lagon, Praeger Publishers, 1994. "A U.S. Strategy to Foster Human Rights in Ethiopia" Arxivləşdirilib 2006-08-23 at the Wayback Machine, by Michael Johns, Heritage Foundation Backgrounder # 692, February 23, 1989.
Trumen doktrinası
Trumen doktrinası (ing. Truman Doctrine) — ABŞ Prezidenti Harri Trumen tərəfindən İkinci Dünya Müharibəsindən sonra irəli sürülmüş xarici siyasət proqramı. İlk dəfə 12 mart 1947-ci ildə bəyan edilib. Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Çerçil 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni dünya müharibəsi təhlükəsi gözlədiyini və bu təhlükənin əsas səbəbkarının SSRİ olduğunu bəyan etdi. Çerçil SSRİ-yə qarşı ən qəddar siyasətin yeridilməsinə çağırdı, SSRİ-yə qarşı böyük dövlətlərindən ibarət ittifaqın yaradılmasını təklif etdi. Çerçilin Fultondakı nitqinin nəticələri dərin idi. 1946-cı ilin ikinci yarısından ingilis-amerikan danışıqları başladı.
Kılıçdaroğlu Doktrinası
Kılıçdaroğlu Doktrinası, 2010-cı ildən etibarən 33-cü Cumhuriyyət Hərəkatı Partiyası Adi Konqresində genel başkan seçilməklə birlikdə Türkiyənin əsas müxalifət lideri olan Kemal Kılıçdaroğlu'nun siyasi idealları və gündəmi üçün istifadə olunan bir terminologiyadır. Kılıçdaroğlu Doktrini'nin əsası, Ərdoğanizm'in kutuplaşma strategiyasını etkisiz etməyə yönlənmişdir. == Formalaşması == Doktrin, son illərdə Türkiyənin otoritarlaşmasına qarşı, dərəcələndirilərək inşa edilən CHP lideri Kılıçdaroğlu tərəfindən inkişaf etdirilən bir strategiya olaraq tanımlanır. Kılıçdaroğlu doktrini, Ərdoğanizm kimi ən böyük rakibi ilə qarşılaşdırıldığında, Kılıçdaroğlu doktrini, Kılıçdaroğluçuluk deyil, şəxs əsaslı bir bağlılığı ifadə etmir. Kılıçdaroğlu tərəfindən ortaya qoyulan və toplumda geniş bir dəstək tapmış mübarizə strategiyası kimi qiymətləndirilir. Bu doktrinin formasyonunda ilk mərhələnin 2017-ci il hərbi referendumuna gedən proses olduğu qeyd olunur. 2016-cı ilin sonunda Milli Məclisə təqdim edilən anayasa dəyişikliyi paketi Türkiyədə parlamentar sistem dövrünü sona çatdırır və dünyadakı prezident idarəetmələrindən tamamilə fərqli bir idarəetmə modelini öngörürdü. AK Parti və MHP-nin belə bir sistemi referendumda qəbul etdirə bilmək üçün tapdıqları formulu, halk oylamasını AK Parti-CHP mübarizəsinə çevirmək olduğu iddia edilir. Buna qarşı Kılıçdaroğlu liderliyində CHP, özü daxil olmaqla, geniş qapalı muhalif qüvvələrlə güclü bir birlik yaratdı. Bu birliyə kutuplaşmaya qarşı bir söz eşlik etdi.
Qılıncdaroğlu doktrinası
Kılıçdaroğlu Doktrinası, 2010-cı ildən etibarən 33-cü Cumhuriyyət Hərəkatı Partiyası Adi Konqresində genel başkan seçilməklə birlikdə Türkiyənin əsas müxalifət lideri olan Kemal Kılıçdaroğlu'nun siyasi idealları və gündəmi üçün istifadə olunan bir terminologiyadır. Kılıçdaroğlu Doktrini'nin əsası, Ərdoğanizm'in kutuplaşma strategiyasını etkisiz etməyə yönlənmişdir. Doktrin, son illərdə Türkiyənin otoritarlaşmasına qarşı, dərəcələndirilərək inşa edilən CHP lideri Kılıçdaroğlu tərəfindən inkişaf etdirilən bir strategiya olaraq tanımlanır. Kılıçdaroğlu doktrini, Ərdoğanizm kimi ən böyük rakibi ilə qarşılaşdırıldığında, Kılıçdaroğlu doktrini, Kılıçdaroğluçuluk deyil, şəxs əsaslı bir bağlılığı ifadə etmir. Kılıçdaroğlu tərəfindən ortaya qoyulan və toplumda geniş bir dəstək tapmış mübarizə strategiyası kimi qiymətləndirilir. Bu doktrinin formasyonunda ilk mərhələnin 2017-ci il hərbi referendumuna gedən proses olduğu qeyd olunur. 2016-cı ilin sonunda Milli Məclisə təqdim edilən anayasa dəyişikliyi paketi Türkiyədə parlamentar sistem dövrünü sona çatdırır və dünyadakı prezident idarəetmələrindən tamamilə fərqli bir idarəetmə modelini öngörürdü. AK Parti və MHP-nin belə bir sistemi referendumda qəbul etdirə bilmək üçün tapdıqları formulu, halk oylamasını AK Parti-CHP mübarizəsinə çevirmək olduğu iddia edilir. Buna qarşı Kılıçdaroğlu liderliyində CHP, özü daxil olmaqla, geniş qapalı muhalif qüvvələrlə güclü bir birlik yaratdı. Bu birliyə kutuplaşmaya qarşı bir söz eşlik etdi.

Digər lüğətlərdə