doll

s. toll
Dolch
Dollar
OBASTAN VİKİ
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir. İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Machine-Doll wa Kizutsukanai
Unbreakable Machine-Doll, Yaponiyada tanınan adı ilə Machine-Doll wa Kizitsukanai (機巧少女は傷つかない, Mashin-Dōru wa Kizutsukanai, azərb. Qırılmaz maşın-kukla‎) və ya Kikō Shōjo wa Kizutsukanai — Ruroo-nun rəssamlığı ilə Reyci Kayto tərəfindən yazılan ranobeseriyası. Media Factory nəşriyyatı 2009-cu ilin noyabrından bu yana MF Bunko J imprinti altında ranobenin 15 cildini buraxmışdır. İki manqa adaptasiyası istehsal olunmuşdur: Hakaru Takaqinin rəssamlığı ilə hazırlanan manqa 2010-cu ilin aprelindən "Monthly Comic Alive" jurnalında, Misato Kamadanın rəssamlığı ilə hazırlanan manqa 2013-cü ilin aprelindən "Monthly Comic Gene" jurnalında nəşr olunur. Kinema Citrus studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı Yaponiyada 7 oktyabr 2013-cü ildən 23 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. XX əsrin əvvəllərində Böyük Britaniyanın alternativ tarix versiyasında alimlər texnologiya ilə sehrbazlığı birləşdirərək Maçinart adlı yeni sahə yaratmağa müvəffəq olublar. Sehrin köməyi ilə hazırlanmış çevrələr sayəsində müxtəlif cisimlərə həyat və süni intellekt verilir. Bu avtomatlar artıq hərbi məqsədlər üçün istifadə edilir və bütün dünyaya yayılıblar. Onların hazırlanmasında iştirak edən şəxslərə kuklaçı deyilir. Rayşin Akabane adlı kuklaçı nüfuzlu Valpurqis Kral Maçinart Akademiyasında təhsil almaq məqsədilə Yaya adlı avtomatı ilə Yaponiyadan Liverpul şəhərinə gəlir.
Unbreakable Machine-Doll

Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən adətən ABŞ dolları nəzərdə tutulur. 1 dollar 100 sentə bərabərdir.
Dollar (ABŞ)
ABŞ dolları ($, USD: United States Dollar) — Amerika Birləşmiş Ştatlarının pul vahididir. ABŞ Konstitusiyasının 8-ci Maddəsi, Konstitusiyanın 8-ci bəndində "Paraya pul vermək" Bu güc tətbiq edən qanunlar hazırda 31 ABŞ-də kodlaşdırılır. § 5112. Bölmə 5112 ABŞ dolları verilməsi lazım olan formaları təyin edir. Bu sikkələr həm 5112-ci bölmədə borcların ödənilməsində "qanuni tender" kimi təyin edilir. Sakaqavea dollarları mis yüngül lehimli dolların bir nümunəsidir. Saf gümüş dolları, Amerikalı Gümüş Qartal olaraq bilinir. Bölmə 5112 də bir centdən 100 dollara qədər olan dəyərlərə malik olan digər sikkələrin zərbəsini və buraxılmasını təmin edir. Bu digər sikkələr ABŞ dolları ilə müqayisədə daha tam olaraq təsvir olunur. Konstitusiya "hər zaman ictimai pulların daxilolmaları və xərclərinin müntəzəm Bəyanatı və Hesabatı vaxt-zaman dərc ediləcək".
Dollar (astana)
Dollar astanası (başq. ҡыҫыҡ) — Katun çayının Manjerok kəndi ərazisindən keçək hissəsində yerləşir. Çayın axdığı bu hissədə suyun dərin olmasına baxmayaraq astanalar böyük dalğalar əmələ gətirir. Astananın sahilində düşərgə və tualet olmasınsa baxmayaraq bunlar pulludur. Dəfələrlə astanada Rusiyanın fristayl üzrə kubok yarışları keçirilmişdir.
Dollar (dəqiqləşdirmə)
Valyutalar
Dollar diplomatiyası
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi. Taftın prezidentliyi dövründə ABŞ-in Kubaya olan münasibəti qismən dəyişdi. Bu suyasət iki xüsusiyyətlə – prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələnirdi. Vilyam Taft tərəfindən işlənib hazırlanmış "önləyici siyasət' Kuba, Karib hövzəsi və Mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi. Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ıda yeni formaların axtarışına vadar edirdi ki, bunların içində ən sivilizasiyalı metod Taftın "dollar diplomatiyası" idi. İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi. Çünki heç də bütün hallarda "böyük dəyənək" siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı. Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi-siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi. 1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar, Milli bankın bütün səhmlərinin 51 faizi üzərində Amerika bankirlərinin nəzarəti, maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu, eləcə də, Amerika piyadalarının ölkədəki mövcudiyyəti – bütün bunlar ölkəni ABŞ-dən asılı vəziyyətə salır və Amerika sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı. "Dollar diplomatiyası" çox ağır şərtlərlə borc əməliyyatları, ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri-bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama, Santo-Dominqo və Nikaraquaya deyil, həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.
Dollar dəyərinin ortalaması
Dollar triloqiyası (film, 1964)
Dollarlaşma
Dollarlaşma (ing. Dollarization) — İqtisadi subyektlərin milli valyuta ilə yanaşı yaxud əvəzinə digər ölkənin valyutasından istifadəsi. Dollarizasiyanın əsas səbəbi digər ölkələrin valyutasının milli valyutaya nisbətdə daha stabil olmasıdır. Dollarizasiyanın mənfi cəhəti isə digər ölkənin valyutasını qəbul etməklə ölkənin monetar siyasəti həyata keçirə bilməməsidir. 2020-ci il fevralın 1-nə əsasən fiziki şəxslərin banklarda yerləşdirilən əmanətlərinin 4 388,6 mln. manatı və ya 51,1%-i xarici valyutadadır . O cümlədən, eyni dövrdə ARDNF tərəfindən 543,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb (Satılan miqdar cari ilin yanvar ayı ilə müqayisədə 81%, ötən ilin fevral ayı ilə müqayisədə isə 71,8% çoxdur) . Yığımların bu həddi və nağd dollar alışındakı artım onu deməyə imkan verir ki, respublikada "aktiv dollarlaşması" (İqtisadi subyektlərin yığım vasitəsi kimi xarici valyutadan istifadə etməsi) adlanan proses getməkdədir. İqtisadçı Nicat Muradzadə, Azərbaycanda dollarlaşma mühitini şərtləndirən spesifik amilləri 3 faktorla xarakterizə edir: 1.
Dollhouse
Dollhouse — amerikalı müğənni-bəstəkar Melani Martinesin 19 may 2014-cü ildə Atlantic Records və Warner/Chappell tərəfindən buraxılmış ilk mini-albomu. Mini-albom hip hop duosu Kinetics & One Love tərəfindən prodüserlik edilmiş və birgə yazılmışdır. Dollhouse Billboard Heatseekers albom hit-paradında dördüncü yerə yüksəldi. Marketwired qəzeti 7 aprel 2014-cü ildə Martinesin Atlantic Records ilə müqavilə bağladığını bildirdi. Həmçinin Martinesin 19 may 2014-cü ildə debüt mini-albomunu buraxacağı və 4 iyun 2014-cü ildən başlayaraq mini-albomu tanıtmaq üçün tura çıxacağı da açıqlandı. Dollhouse 7 iyun 2014-cü ildə Billboard Heatseekers Albomları hit-paradında 13 həftə keçirdi və burada dördüncü sıraya yüksəldi. Bütün mahnılar qeyd edilənlər istisna olmaqla Melani Martines, Tim Sommers və Jeremy Dussolliet tərəfindən yazılmışdlr. Qeyd edilənlər istisna olmaqla bütün treklərin prodüserliyini Kinetics & One Love etmişdir. tərəfindən yazılmış və bəstələnmişdir.
Dollhouse (mahnı)
"Dollhouse" — ABŞ müğənnisi Melani Martinesin debüt sinqlı. Mahnının prodüserliyini Kinetics & One Love duosu etmişdir. Bu mahnı 9 fevral 2014-cü ildə buraxılmışdır. Melaninin həmin ilin may ayında buraxılan eyniadlı debüt mini albomundan ilk sinql olaraq buraxılmışdır. "Dollhouse" üstəlik müğənninin 2015-ci ildə çıxan debüt studiya albomu olan "Cry Baby"-də də yer almışdır. Bundan əlavə, mahnı ABC Family telekanalının efirində yayımlanan "Pretty Little Liars" teleserialının önizləməsində səsləndirilib. "Dollhouse" disfunksional bir ailədəki münasibətləri təsvir edən mahnıdır. Bu, "Cry Baby" albomunun trek siyahısındakı ikinci mahnıdır. Üçüncü trek olan "Sippy Cup" ilə oxşar hekayəni bölüşür. Hər ikisi bir-birinə bağlıdır və ailə həyatının qaranlıq tərəflərini əks etdirir.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Dolli Medison
Dolli Medison (ing. Dolley Payne Todd Madison; 20 may 1768[…] – 12 iyul 1849[…], Vaşinqton) — ABŞ siyasətçisi, 4-cü Prezidenti Ceyms Medisonun həyat yoldaşı.
Dollo qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.
Honkonq dolları
Honkonq dolları — Honkonqda istifadə edilən valyuta. Dünya valyuta birjalarında və foreks bazarlarında kodu HKD və ya HK$ olaraq qeyd olunur. 1 Honkonq dolları 100 sentdən ibarət olub təqribi olaraq 0.128896 ABŞ dollarına bərabərdir. Honkonq dolları Honkonq Mərkəzi Bankı sayılan və onun monetar siyasətini idarə edən "Hong Kong Monetary Authority" tərəfindən emissiya olunur.
Jason Dolley
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Kanada dolları
Kanada dolları — Kanadanın pul vahidi. Kanada dolları ABŞ dollarından, avrodan, Yapon yenindən, funt sterlinqdən sonra dünyada ən çox rezerv olunan beşinci valyutadır və dünya rezervlərinin təxminən 2%-ni təşkil edir. Kanadanın stabil hüquqi və siyasi sitemi, güclü suveren vəziyyəti və iqtisadiyyatı Kanada dollarını mərkəzi banklar arasında məşhur edir.
Kayman adaları dolları
Kayman adaları dolları — Böyük Britaniyanın dəniz ərazilərində Vest-Hinddə yerləşən Kayman adalarının pul vahididir. Bir dollar 100 sentə bərabərdir. Pul vahidinin beynəlxalq işarəsi — KYD-dir. Simvolu — CI$-dir. 2003-cü ilin 1 yanvarından valyutaların Ümumrusiya təyinedicisində Kayman adalarının pul vahidi dollar adlanır. Mübadilədə 1, 5, 10, 25, 50, 100 nominallı dollardan, 1, 5, 10, 25 sentlik və əsginaslıq sikkələrdən istifadə olunur. Kayman adaları dolları 1 may 1972-ci ildə pul vahidi kimi qəbul edilmişdir. Valyuta Yamayka dollarını (31 avqust 1972-ci ilə qədər ödənişin qanuni vasitəsi hesab edilirdi) əvəz etmişdir. 1974-cü ilin 1 aprelindən Kayman adaları dolları məzənnədə 1 ABŞ dolları ilə əlaqələnmişdir. 1 Kayman adaları dolları = 1,2 ABŞ dolları.
Kiribati dolları
Kiribati dolları (ing. Kiribati dollar) — Kiribati Respublikasının pul vahididir. Kiribati dolları Avstraliya dollarına bərabərdir. Kiribatidə qanuni ödəmə vasitəsi də Avstraliya dolları hesab olunur. 1966-cı ilə qədər Gilbert və Ellis adasının koloniyasının pul dövriyyəsində avstraliya funtu əsas pul vahidi kimi istifadə olunurdu. 1966-cı ildə Avstraliya dolları koloniyanın əsas pul vahidi oldu. Gilbert adasının koloniyalarından ayrılan Kiribati 1975-ci ildə müstəqil oldu və dollar Kiribati Respublikasının 1979-cu ildə elan edilmiş pul vahidi olaraq qaldı. 1979-cu ildə şəxsi sikkələrin buraxılışı başlanmışdı. İlk buraxılış 1 və 2 sentlik tunc sikkələrdən ibarət idi. Daha sonra 5, 10, 20, 50 sentlik mis-nikel sikkələri və 1, 5 dollarlıq gümüş sikkələri tədavülə buraxıldı.
Milyon dollarlıq gözəlçə (film, 2004)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Milyon dollarlıq körpə (film)

Milyon dollarlıq körpə (film, 2004)

Paphiopedilum dollii
Paphiopedilum henryanum (lat. Paphiopedilum henryanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Paphiopedilum dollii Lückel Paphiopedilum henryanum var. christae Braem Paphiopedilum chaoi H.S.Hua Paphiopedilum henryanum f. christae (Braem) O.Gruss & Roeth Paphiopedilum henryanum f.
Pitkern adaları dolları
Pitkern adaları dolları (ing. Pitcairn Islands dollar) — Britaniyanın xarici əraziləri hesab edilən Pitkern adaları, Henderson, Dyusi və Oeno adalarının pul vahididir. Valyuta yalnız kolleksiya sikkələri şəklində buraxılır. 1967-ci ildən əsas valyuta kimi müraciətində (sərf edilməsində) Yeni Zelandiya dolları istifadə olunur. 23 iyun 1988-ci ildən qanunla qəbul edilmişdir ki, əsginaslar, Yeni Zelandiyanın sikkələri və Pitkern adaalrı sikkələri adalarda ödənişin qanuni vasitəsidir. Şəxsi sikkələrin buraxılışı həmin ildən başlanmışdır. Əvvəlcə sikkələr 1 dollar və ondan yuxarı nominalla buraxılırdı, 2009-cu ildən isə həmçinin sentlərlə də sikkələr buraxılmağa başladı. Mis-nikel ərintisindən hazırlanan metallardan 5, 10, 20, 50 sent nominallı sikkələr kəsilir. Bundan əlavə 1, 2, 5, 10, 25, 50, 250 nominallı dollarlar da buraxılır.. Монеты на сайте Правительства Питкэрна Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine Laws of Pitcairn, Henderson, Ducie and Oeno Islands (Revised Edition 2001): Chapter XXV. An Ordinance Relating to Currency.

Digər lüğətlərdə