doubeln
Doublet
OBASTAN VİKİ
Double Double Whammy
Double Double Whammy — Deyv Benton və Mayk Karidi tərəfindən 2011-ci ilin oktyabrında yaradılmış müstəqil musiqi şirkəti. Onlar şirkəti Nyu-Yorkdakı SUNY kollecində təhsil alarkən təsis etmişdilər.
Double jeopardy
Double jeopardy — eyni əmələ görə eyni əsaslar üzrə təkrar mühakimə etmənin qarşısını alan prosessual müdafiə üsulu. Double jeopardy ilə bağlı ABŞ Ali Məhkəməsinin ilk qərarlarının birində də qeyd edildiyi kimi, "qadağanın məqsədi şəxsin iki dəfə cəzalandırılmasının əleyhinə deyil, əksinə şəxsin iki dəfə təhlükə ilə üzləşməsinin qarşısını almaqdır.
Double Fantasy
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub. Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
Double Fantasy (albom)
Life is Strange: Double Exposure
Life is Strange: Double Exposure — "Deck Nine Games(en)" tərəfindən hazırlanmış və "Square Enix" tərəfindən buraxılacaq videooyun. Bu, "Life is Strange" seriyasının bir hissəsidir. 2013-cü ildə çıxan seriyanın ilk oyununun baş qəhrəmanı olan Maks Kolfild geri qayıdışını edəcək. O, zamanı geriyə çəkmə gücünə sahib idi. İndilikdə 28 yaşı tamam olub. Bu oyun 13 iyun 2024-cü ildə elan edilib və 29 oktyabr 2024-cü ildə işıq üzü görəcək.
DoublePulsar
DoublePulsar — ABŞ Milli Təhlükəsizlik Agentliyinin Equation Group adlı qruplaşması tərəfindən yaradıldığı güman edilən və 2017-ci ilin əvvəlində The Shadow Brokers qrupu tərəfindən üstü açılan bekdor implantı aləti. Bu alət cəmi bir neçə həftəyə 200 000 Microsoft Windows kompüterini yoluxdurmağa qadirdir və 2017-ci ilin may ayında baş verən WannaCry virusunun hücumu zamanı EternalBlue eksploytu ilə birlikdə istifadə edilmişdir. DoublePulsar alətini ilk dəfə RiskSense Inc. təhlükəsizlik şirkətinin baş təhlilçisi Şon Dillon təhlil etmişdir. O bildirib ki, MTA-nın eksploytları HeartBleed təhlükəsizlik böcəyindən "10 qat daha təhlükəlidir". DoublePulsar supervizor rejimində (ing. kernel mode) işləyir ki, bu da xakerlərə kompüter üzərində yüksək nəzarət imkanı verir. Kompüteri yoluxdurduqdan sonra o 3 əmri icra edə bilir: ping, kill və exec. Sonuncu əmr kompüterə zərərli proqramların yazılmasına imkan yaradır.
DoubleTree
DoubleTree — Amerikanın otel zənciri və Hilton Otellər Şəbəkəsinin bir hissəsi. Əksər DoubleTree otel müəssisələrinə françayzinqlər sahiblik edir və onlar tərəfindən idarə edilir, lakin bəziləri Hilton Otel Şəbəkəsinin mülkiyyətindədir. DoubleTree 2007-ci ildən bəri ən sürətlə inkişf edən Hilton otel brendidir və 2016-cı ildə Hilton Garden İnn otel brendi daha çox otaq sayı olan otel müəssisəsi açana kimi DoubleTree 2007-2015-ci illər arasında ən çox otağa sahib olan Hilton otel brendi idi. İlk DoubleTree oteli 1969-cu ildə Arizonada Skottsdeil şəhərində açılmışdır. DoubleTree korporasiyası 1997-ci ilin dekabr ayında Promus otel korporasiyası ilə birləşdirildi və DoubleTree, Redlion, Hampton İnn və Embassy Suits otel brendlərini bir araya gətirdi. 1999-cu ilin dekabr ayında Hilton otel korporasiyası Promus otel korporasiyasına sahibləndi və DoubleTree və digər Promus otel brendlərini yenidən Hilton Worldwide adı altında birləşdirdi.

Digər lüğətlərdə