DÖVRAN

1. кругообращение, циркуляция; 2. время, эпоха, эра;
DÖVR
DÖVRƏ
OBASTAN VİKİ
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.
Məsudi Dövran
Məsudi Dövran - Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (şair Məsud Dövran) 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır. Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur. Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Xurşud Dövran
Xurşid Davron (özb. Xurshid Davron; 20 yanvar 1952, Səmərqənd) — özbək şair, yazıçı, esseist, dramaturq, tərcüməçi, publisist, tarixçi, Özbəkistanın xalq şairi (1999), Mahmud Qaşqarlı adına Beynəlxalq mükafatın (1989), Beynəlxalq Qızıl Qələm mükafatının (2009), Azərbaycanın "Müşfiq" mükafatı (5.06.2013) laureatı, Özbəkistan Respublikası Milli Məclisinin deputatı (2004). Xurşid Davron 1952-ci il yanvarın 20-də Səmərqənddə anadan olub. O məşhur nəqşibəndi Sufi Piri Ahmet Kasanı nəslindəndir. Səmərqənd rayonundakı 1 və 2 N-li orta məktəbdə təhsil alıb. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib (1969–1977). "Yaş gvardiya" nəşriyyatında redaktor, redaksiya müdiri (1974–1989), "Kəmələk" nəşriyyatında direktor müavini, direktor (1989–1991) vəzifələrində işləyib. Özbəkistan Respublikası Mənəviyət və Mərifət Mərkəzi sədrinin müavini (1994–1996) olmuşdur. Xurşid Davron bir neçə şeir və nəsr kitabının müəllifidir. Özbəkistan Yazıçıları Birliyinin (1979), Asiya Yazıçılar Konqresinin (1996) üzvüdür.
VII Dövran xan
VII Dövran xan ( fars. خان دوران‎ ; ö. 1739), XVIII əsr Moğol dövlət xadimi və generalı idi. Karnal döyüşündə ölənə qədər Moğol İmperatoru Məhəmməd Şaha xidmət etdi. Nadir şah Əfşarın Böyük Moğol İmperiyasına hücumu zamanı Məhəmməd Şah bütün torpaqlarına qoşun göndərdi və qarşı tərəflə üzləşmək üçün böyük bir qüvvə topladı. İmperatorun çağırışına cavab verən Moğol zadəganlarından biri, Məhəmməd Şahın xahişi ilə Moğol ordusunun faktiki olaraq baş komandanı təyin edilən Dövran xan idi. Səadət Xanın komandanlığı altında Moğol qüvvələrinin bir dəstəsinin gəlişindən sonra, bu möhkəmləndirici sütunun arxa mühafizəçisi döyüşçülərin hücumuna məruz qaldı. Səadət Xan təqibə başladı və döyüşə cəlb edildi. Moğol düşərgəsinə xəbərlər gəldikdən sonra, Məhəmməd Şah Səadət Xanın qoşunlarına kömək etməyi şiddətlə üstün tuturdu, lakin Dövran xan, Səadət xana verilən hər hansı bir yardımın Səadət Xanın məğlubiyyətində daha çox Moğol qoşunlarını əhatə edəcəyini bildirərək ehtiyatlı olmağı tövsiyə etdi. Məhəmməd Şah cəsarətini sorğuladıqdan sonra Dövran xan zirehini geyinib Səadət Xanla əlaqə qurmağa başladı.
Atmosfer dövranı
Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası— yarımkürə və ya bütün yer kürəsi miqyasında məlum olan hava kütlələrinin qapalı axın sistemidir. Belə axınlar atmosferdə maddə və enerjinin həm paralel, həm də meridian istiqamətində daşınmasını təmin edir. Bu proses çox əhəmiyyətli prosesdir. Atmosfer dövranın əsas səbəbi — günəş enerjisidir. Bilirik ki, Günəş Yer kürəsinin səthini eyni dərəcədə qızdırmır, buna görə də torpağın və havanın ayrı-ayrı sahələri müxtəlif temperatura və müvafiq olaraq, müxtəlif atmosfer təzyiqinə malikdir. Yer kürəsinin öz oxu ətrafında fırlanması da atmosfer dövranın əsas səbəblərindən biridir. Hava axınları miqyasına görə on, yüz metrlikdən yüz, min kilometrə qədər hündürlükdə siklon, antisiklon, musson və passatları troposferdə formalaşdırır.
Azot dövranı
Azot bütün canlıların toxumalarında mövcud olan ən əsas elementlərdən biridir. Atmosferin 78%-ni təşkil etdiyi halda havadakı azot insanlar və heyvanlar tərəfindən birbaşa qəbul edilmir. Azot ehtiyacının təmin edilməsində ən mühüm vəzifəni bakteriyalar həyata keçirir. Azot dövranı havadakı azot qazı (N2) ilə başlayır. Bəzi bitkilərdə yaşayan bakteriyalar havadakı azotu ammonyaka (NH3) çevirirlər. Başqa növdən olan bakteriyalar isə ammonyakı nitrata (NO3) çevirirlər (havadakı azotun ammonyaka çevrilməsində ildırımlar da mühüm rol oynayır).Sonrakı mərhələdə nitrat yaşıl bitkilər kimi qidasını özü hazırlayan canlılar tərəfindən udulur. Öz qidalarını özləri hazırlaya bilməyən insan və heyvanlar ancaq bu bitkiləri yeyərək azot ehtiyaclarını təmin edirlər. İnsanlar və heyvanlardakı azotun yenidən təbiətə qayıtması isə bu canlıların tullantıları və ölülərinin bakteriyalar tərəfindən parçalanması nəticəsində həyata keçir. Bakteriyalar bu işi görərkən sadəcə təmizlik etmir, eyni zamanda azotun əsas mənbəyi olan ammonyakı da yenidən üzə çıxarırlar. Ammonyakın bir qismi başqa bakteriyalar tərəfindən karbona çevrilərək yenidən havaya qarışır, digər qismi isə başqa növ bakteriyalar tərəfindən nitrata çevrilir.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Böyük qan dövranı
İnsanda qan dövranı — insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Dövranlı
Dövranlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Aşağı Qaraməryəm inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun faktiki mövcud olan Dövranlı kəndi İncə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına əlavə edilmiş və Alxasova kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Dövranlı kəndi Alxasava kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Aşağı Qaraməryəm kəndi olmaqla, Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponomikası == Dövranlı oykonimi haqqında müxtəlif mülahizələr vardır. Bir çoxları toponimi dövran termini ilə əlaqələndirirlər. Bəziləri isə toponimi dövral, davral sözü ilə bağlayırlar. Qazax dialektində davar sözü "hündür, ucaboylu" mənasındadır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən cənub-şərqdə, Alxasava və İncə kəndlərin yaxınlığında, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 334 (2009) nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıqdır.
Fosforun dövranı
Fosforun dövranı — bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün mühüm kimyəvi elementlərdən biri sayılır. Litosferdə fosforun əksər hissəri kristal süxurlar olub apatitlərin tərkibində olur (95%).
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. == Ümumi məlumat == Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Kiçik qan dövranı
İnsanda qan dövranı — insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. == Böyük qan dövranı == Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
Kükürdün dövranı
Kükürd - Sənayedə, kənd təsərrüfatında,tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. == Ümumi məlumat == Kükürd qədim zamanlardan məlum olan və təbiətdə daha çox tapılan qeyri-metal növüdür və ən çox yayılan on altıncı elementdir. Bu element təbiətdə həm təbii halda, həm də kükürd birləşmələri şəklində tapılır.Ən geniş təbii kükürd mədənləri Meksika, Polşa, İtaliya (Siciliya), ABŞ (Luiziana, Texas), Yaponiyada və keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərində (Türkmənistan, Özbəkistan) yerləşir. == Kükürdün fəaliyyəti == Kükürdün dövranı- Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.
Qan dövranı
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.
Qan dövranı sistemi
Qan dövranı sistemi — insanın və ya digər onurğalıların bütün bədəni boyunca dolaşan ürək, qan damarları və qanı əhatə edən orqanlar sistemi. Buraya ürək və qan damarlarından ibarət olan ürək-damar sistemi və ya damar sistemi daxildir. Qan dövranı sistemi iki yerə bölünür: sistemli dövran və və ağciyər dövranı. Bəzi mənbələr ürək-damar sistemi və damar sistemi terminlərini qan dövranı sistemi ilə əvəz edir. Qan damarlarının şəbəkəsi ürəyin böyük damarlarıdır, o cümlədən böyük elastik arteriyalar və böyük venalar; digər arteriyalar, kiçik arteriollar, venulalarla birləşən kapillyarlar (kiçik damarlar) və digər damarlar. Onurğalılarda qan dövranı sistemi qapalıdır, yəni qan heç vaxt qan damarlarının şəbəkəsini tərk etmir. Bəzi onurğasızlar, məsələn, artropodlar açıq qan dövranı sisteminə malikdirlər. Süngərlər və daraq jeli kimi diploblastlarda qan dövranı sistemi yoxdur. Qan plazma, qırmızı qan hüceyrəsi, ağ qan hüceyrəsi və trombositlərdən ibarət olan mayedir, bədən ətrafında dövr edir, oksigen və qida maddələrini toxumalara və tullantıları uzaqlaşdırır. Sirkulyasiya edilən qida maddələrinə zülallar və minerallar, daşınan digər komponentlər oksigen, karbon qazı, hormonlar və hemoqlobin kimi qazlar; qidalanmanı təmin etmək, xəstəliklərlə mübarizə aparmaq üçün immunitet sisteminə kömək etmək və temperatur və təbii pH sabitləşdirməklə homeostazı saxlamaq aiddir.
Rütubət dövranı
Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.
Su dövranı
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır. Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir. Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur.
Süni qan dövranı aparatı
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir. Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir. Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur.
Təbiətdə suyun dövranı
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır. Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir. Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur.
İnsanda qan dövranları
İnsanda qan dövranı - insan vücudundaki qanın hərəkətidir. Böyük qan dövranı sol mədəcikdən başlayıb sağ ürək qulaqcığında qurtarır. Kiçik qan dövranı sağ mədəcikdən başlayıb sol ürək qulaqcığında qurtarır. Qan orqanizmdə öz hərəkətini boyük və kiçik qan dovranı ile başa çatdırır. Böyük qan dovranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən uürəyə qayıdır. Böyük qan dovranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta vasitəsilə başlayır. Aorta urəkdən çıxdığı yerdə qovs əmələ gətirir. Aorta oz gedişində şaxələr verir ki, bunlardan bir cütü urək əzələsini qanla təchiz edir. Bunlara ürəyin tac damarlari deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır.
İstilik dövranı
Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası İstilik dövranı məfhümu mürəkkəb prosesi, yəni yer-atmosfer sistemində istilik almağı, verməyi, daşımağı və istiliyi itirməyi təsvir edir. Günəşdən Yerə gələn günəş radiasiyası axını, qismən atmosfer fəzaya əks etdirir. Bu enerji Yer kürəsi üçün itmiş sayılır. Digər qismi atmosferi keçir və onun bir hisssəsini atmosfer udub istiliyə çevirir. Digər hissəsi səpələnir və spektral tərkibi dəyişir. Düz günəş radiasiyası və səpələnən radiasiya yer səthinə düşür, qismən əks olunur, ancaq böyük bir hissəsini udaraq istiliyə çevrilərək torpağı və sututarların üst qatını qızdırır. Yer səthinin özü infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini atmosfer udaraq qızır. Atmosfer de öz növbəsində infraqırmızı şüa buraxır ki, onun böyük hissəsini yer səthi udur. İstilik dövranında vacib proseslərdən birihava axını ilə istiliyin bir yerdən digər yerə aparılmasıdır.

Значение слова в других словарях