düşürmək
düymə
OBASTAN VİKİ
Düyərli
Düyərli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Düyərli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Düyərli (Tərtər)
Düyərli — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. == Tarixi == Düyərli kəndi Qarabağ düzündədir.
Düyərli (Şəmkir)
Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur. == Əhalisi == Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir. === Etimologiyası === Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir. Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi. Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir.

Digər lüğətlərdə