Ədviyyatlar və ehtiraslar (film, 2014)
Ədviyyatlar və ehtiraslar — 2014-cü ildə Riçard C. Moraisin 2010-cu ildə yazdığı eyni adlı romanından uyğunlaşdırılmış, Stiven Naytın yazdığı ssenaridən rejissor Lasse Hallström tərəfindən çəkilmiş Amerika komediya-dram filmidir. Bu filmdə Helen Mirren, Om Puri, Manish Dayal və Charlotte Le Bon çəkilmişdirlər.
Tale bir hind ailəsini Provansdakı balaca şəhərciyə atır və onlar məşhur bir restoranla üzbəüz balaca şərq mətbəxi olan kafe açmaq qərarına gəlirlər. Onların kafesi ilə üzbəüz yerləşən, fransız kulinariyası ilə məşhur olan restoranın yiyəsi madam Malori obyektinin “Mişlen” kataloqunda ulduz alması ilə fəxr edir. İlk vaxtlar madam Malori yeni səs-küylü qonşulara nifrətini gizlətmir, lakin yavaş-yavaş rəqiblər arasında müharibə barışıqla yekunlaşır; məlum olur ki, gənc mühacir-aşpaz Həsən xüsusi zövqə malikdir və hind şirniyyatı kimi fransız mətbəxinin də sirlərinə tez bir zamanda yiyələnir.