Ekspertiza

1) yoxlamadan keçirmə, yoxlama prosesi; 2) düzgün bir qərara gəlmək üçün hər hansı bir məsələnin mütəxəssislər tərəfindən öyrənilməsi, yoxlanması. Məsələn, elmi ekspertiza, materialları ekspertizaya göndərmək; 3) cinayət işləri və ya mülki işlər üzrə faktiki məlumatların və halların müəyyən edilməsi məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada ekspertlər tərəfindən aparılan tədqiqat. Məsələn, ekspertiza üzvü, ekspertizanın qərarı.
Ekspert
Eksplikasiya
OBASTAN VİKİ
Linqvistik ekspertiza
= Linqvistik ekspertiza = Linqvistik ekspertiza — tətbiqi dilçiliyin bir sahəsi olub, hüquqi dilçiliyin, dil və hüquq qanunlarını, dili, cinayət araşdırmasını, məhkəmə və məhkəmə prosesinin məhkəmə kontekstində linqvistik biliklərin, o cümlədən metodların və anlayışların tətbiqidir. Məhkəmə kontekstində işləyən dilçilər üçün əsasən üç tətbiq sahəsini bilmək vacibdir: yazılı qanunun dilini başa düşmək; məhkəmə və məhkəmə proseslərində dil istifadəsinin başa düşülməsi və linqvistik sübutların təmin edilməsi; Məhkəmə dilçiliyinin intizamı homojen olmadığından bu sahənin müxtəlif sahələri üzrə bir sıra ekspert və tədqiqatçıların cəlb edilməsi. = Riayət edilməsi zəruri olan Qanunlar = Məhkəmə-linqvistik ekspertizalarının təyin edilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin[[1]] və "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun [[2]] tələblərinə riayət edilməsinin zəruriliyinə diqqət yetirmələri tövsiyə edilir[[3]]. == Hüquqi mətnlərin dili == Hüquqi mətnlərdə istifadə olunan dil və lüğət mürəkkəb xarakterə malikdir. Ona görə də yazılı qanunlar sadə insanlar arasında ünsiyyət problemləri yaradir. Məhkəmə dilçiləri bu məsələlərin necə yarandığını anlamaq üçün müvafiq mətnləri tədqiq edir, lazım olduğu halda məzmunun izahatlarını və ya tərcümələrini təqdim edirlər. Hüquqi mətnlərin dilinin bir sahəsi də ABŞ-də Miranda xəbərdarlığını əhatə edir. Bu xəbərdarlıqlar təqsirləndirilən şəxsə susmaq hüququnun olduğunu bildirir, çünki polis nəzarətində olduqları andan dedikləri hər şey məhkəmə qarşısında onlara qarşı istifadə edilə bilər və istifadə də olunur. Bu hüquqlardan xəbərdar olmaq üçün ingilis dilində müəyyən səviyyəyə malik olmaq lazımdır. == Hüquqi proseslərin dili == Hüquqi proseslərin dili çarpaz dindirmə, sübutların təqdim edilməsi, hakimin göstərişi, polis xəbərdarlıqları, məhkəmədə polis ifadələri, müsahibə üsulları, məhkəmədə sorğu-sual və cavab prosesi və digər sahələrdə — polis müsahibələrində olduğu kimi dili araşdırır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi
Məhkəmə Ekspertizası Mərkəzi — Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarə. Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır. məhkəmə ekspertizalarının və tədqiqatların aparılması (elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında tədqiqatlar aparılaraq rəy və arayışların verilməsi); elmi-tədqiqat fəaliyyəti həyata keçirmək, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirmək(aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi); məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək(məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodik və praktik məşğələlər keçirmək); ekspert profilaktikasını həyata keçirmək(cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması); qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır. Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlamışdır.Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, kabinetin əmlakı və Azərbaycanın hüquq mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasına həvalə edilmişdir. Az sonra, yəni 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılmışdır. 1960-cı ilin dekabrında isə bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yaradılmışdır. Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir. Hazırda Mərkəzdə 20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisası üzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.
Məhkəmə Ekspertizası Mərkəzi (Azərbaycan)

İstehlak Mallarının Ekspertizası Mərkəzi
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır. 27 aprel 2007-ci il tarixində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. 17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir. Malın mənşə ölkəsi, ixrac olunan mallara münasibətdə tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - Sifarişçi) müraciəti əsasında verilir. Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Belə ekspertizalar Mərkəz tərəfindən yerinə yetirilir və ekspertizaların nəticələri əsasında Mərkəz tərəfindən “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə Ekspertiza aktı” tərtib olunur və rəsmiləşdirilir.

Digər lüğətlərdə