ELÇİLİK

is.
1. Elçinin vəzifəsi, işi.
// Elçinin idarəsi. Elçilikdə qəbul.
2. Elçi getmə, qız istəmə.
[Gülpəri:] Hacı, qadan alım, mənim elə saçım elçilikdə ağarmayıbdırmı? Ə.Haqverdiyev.
[Toğrul:] Adə Yaşar, mən istəyirəm axı səni … elçiliyə göndərim. C.Cabbarlı.
Mirzə Rəhman hələ evdən çıxmamış elçilik qaydalarından söhbət salıb məsləhətləşmişdi. Mir Cəlal.

□ Elçilik eləmək – elçi sifəti ilə gedib qız istəmək.
[Süleyman Əsgərə:] Gördüyün qızlardan birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssalam. Ü.Hacıbəyov.
[Rəşid:] Gərək mənim elçiliyimi Məşədi bəy özü eliyə. M.Hüseyn.

Синонимы

  • ELÇİLİK müjdəçilik — xəbərçilik
ELÇİLƏMƏK
ELDARŞAMI

Значение слова в других словарях