EL-ULUS

сущ. собир. народ, люди
EL-OBA
EL-YURD
OBASTAN VİKİ
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. == Tarixi == Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. == Coğrafiya == Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. == Ulus dövlətin yaranması == Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Adı == Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. == Xüsusiyyətləri == Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
El
El — türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular. == Ümumi məlumat == Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü. Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır». Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var. Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər.
Ulus (qəzet, Köln)
Ulus qəzeti — Almaniyanın Köln şəhərində nəşr olunan müstəqil ictimai-siyasi və ədəbi-kulturoloji mühacirət mətbuatı. == Haqqında == Ulus qəzetinin ilk sayı 1995-ci ilin noyabrında Almaniyanın Köln şəhərində nəşr olunub. Əslən Azərbaycanın Güneyindən olan Hilal Ulusun qurucusu oluduğu və onun redaktorluğu ilə çıxan qəzet Azərbaycan türkcəsi və farsca yayınlanıb. İki alman markasına satılan müstəqil mühacirət mətbuatı kimi yayınlanan qəzet müstəmləkəçiliyə qarşı yazılarla çıxış etmiş, Güney Azərbaycanın müstəqilliyini müdafiə etmişdir. A3 formatında dörd səhifədən ibarət olan qəzetin yazıları ictimai-siyasi, kultroloji incələmələr, xəbər, bildiriş, bəzən də qısa şeir və hekayələrdən ibarətdir. Hər sayda fars dilli oxuculara yönəlik iki siyasi yazı verilmişdir. Qəzetin ilk 10 sayı aylıq, 21-ci sayınadək iki aydan bir, sonra isə fasilələrlə yayınlanmışdır. Qəzetin toplam sayısı 23, son buraxılışı isə 1999-cu ilin mart ayında olmuşdur. Üçüncü sayıdan ərəb əlifbası ilə olan türkcə yazıların başlıqları latın əlifbası ilə yazılmaqla yanaşı, bu qrafikada da məqalələr verilir. Ulusun türkcə yazılarında dilin yad sözlərdən arındırma çabası gözə çarpır, həmçinin dildə işlək olan bir çox yabancı sözlərin dırnaq arasında türkcə qarşılığı verilir.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Bağdad (el)
Bağdad mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Bağdad mühafəzəsinin ərazisi 734 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 5.423.964 nəfər, inzibati mərkəzi Bağdad şəhəridir .Bağdad elində 50 min türkman ailəsi məskunlaşmışdır . Vilayətin əhalisi 2007-ci ilə olan rəsmi təxminə əsasən 7,145,470 nəfərdir.
Kərbəla (el)
Kərbəla mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.
Kərkük (el)
Kərkük mühafəzəsi (ərəbcə: محافظة كركوك) – İraqda inzibati-ərazi vahidi. == Coğrafiyası == Kərkük mühafəzəsi Ərbil, Səlahəddin və Süleymaniyyə mühafəzələri ilə həmsərhəddir. 1947-ci ildə 20,355 km² ərazisi olan Kərkük mühafəzəsi inzibati cəhətdən Çəmçəməl, Daquq, Kərkük və Kifri qəzalarına bölünürdü. 1962-ci ildə elin ərazi bölgüsünə dəyişiklik edildi və artıq o, Çəmçəməl, Həvicə, Kərkük, Kifri və Tuzxurmatu qəzalarından ibarət oldu. 1962-ci ildə yeni qəzaların yaradılmasına baxmayaraq mühafəzənin ümumi ərazisi dəyişikliyə məruz qalmamışdı. 1970-ci ildən başlayaraq Kərkük mühafəzəsindən bəzi qəzalar qoparılaraq qonşu mühafəzələrə birləşdirildi. 1975-ci ildə Kərkük elinin Çəmçəməl və Kalar qəzaları qoparılaraq Süleymaniyyə mühafəzəsinə, Kifri qəzası Diyala mühafəzəsinə, Tuzxurmatu qəzası isə Səlahəddin mühafəzəsinə birləşdirildi. 1976-cı ildə Kərkük mühafəzəsinin adı dəyişdirilərək Ət-Təmim adlandırıldı. 1997-ci ildə artıq Kərkük mühafəzəsinin ərazisi xeyli azalaraq 9,679 km²-ə qədər endi, hazırda mühafəzənin sahəsi 10,282 km² təşkil edir və inzibati mərkəzi Kərkük şəhəridir. == Əhalisi == === Etnik tərkib === 1957-ci ildə aparılmış rəsmi siyahıya almanın 1959-cu ildə açıqlanmış yekun nəticələrinə əsasən Kərkük mühafəzəsində əhalinin 45%-ni (təxminən 180 min nəfər) İraq türkmanları təşkil edirdi.
Mari El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Mariy El
Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dili və rus dilidir. == Tarixi == Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə.
Maysan (el)
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Meysan (el)
Meysan mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Meysan mühafəzəsinin ərazisi 16.072 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 637.126 nəfərdir. 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.412.000 nəfərdir. İnzibati mərkəzi Əmarə şəhəridir .
Milan (el)
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. == Tayfalar == Elin tərkibində altı əsas tayfa olmuşdur.
Nəcəf (el)
Nəcəf mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Nəcəf mühafəzəsinin ərazisi 28.824 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 775.042 nəfər, inzibati mərkəzi Nəcəf şəhəridir .
Süleymaniyə (el)
Süleymaniyyə mühafəzəsi - İraq Respublikasının 18 mühafəzəsindən biridir. Əhalisinin təxminən 90 faizə qədərini kürdlər təşkil edir. Süleymaniyyə mühafəzəsinin ərazisi 17.023 km², 2009-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.894.000 nəfər, inzibati mərkəzi Süleymaniyyə şəhəridir. Süleymaniyyə mühafəzəsi İraq Kürdüstanı Muxtar Vilayətinə daxil olan üç mühafəzadan biridir.
Səlahəddin (el)
Səlahəddin mühafəzəsi - İraqın Respublikasının inzibati ərazi vahidi. Səlahəddin mühafəzəsinin ərazisi 24.751 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 904.432 nəfər, inzibati mərkəzi Samərra şəhəridir. Səlahəddin mühafəzəsində 804 yaşayış məntəqəsi vardır.
Vasit (el)
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Ziqar (el)
Ziqar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ziqar mühafəzəsinin ərazisi 12.900 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.184.796 nəfər, inzibati mərkəzi Nəsiriyə şəhəridir.
El Kamino
El Kamino (ing. El Camino: A Breaking Bad Movie) — 2019-cu il ABŞ istehsalı neo-vestern, cinayət-drama filmi. "Breaking Bad" teleserialının davamı və epiloqudur. Film keçmiş müəllimi Volter Vayt ilə ortaq olub narkotik imperiyası qurmuş Cessi Pinkmanın aqibətindən bəhs edir. Vins Qilliqanın yazıb rejissorluq etdiyi bu filmdə Aaron Pol öz rolunu yenidən ifa edib. "Breaking Bad" serialının aktyorları Cessi Plemons, Kristen Ritter, Çarlz Beyker, Mett Cons, Robert Forster, Conatan Benks və Brayan Krenston filmdə rol alıblar. Robert Forster filmin buraxıldığı gün vəfat edib, bu da onun çəkildiyi son film olub.
El Camino
El Kamino (ing. El Camino: A Breaking Bad Movie) — 2019-cu il ABŞ istehsalı neo-vestern, cinayət-drama filmi. "Breaking Bad" teleserialının davamı və epiloqudur. Film keçmiş müəllimi Volter Vayt ilə ortaq olub narkotik imperiyası qurmuş Cessi Pinkmanın aqibətindən bəhs edir. Vins Qilliqanın yazıb rejissorluq etdiyi bu filmdə Aaron Pol öz rolunu yenidən ifa edib. "Breaking Bad" serialının aktyorları Cessi Plemons, Kristen Ritter, Çarlz Beyker, Mett Cons, Robert Forster, Conatan Benks və Brayan Krenston filmdə rol alıblar. Robert Forster filmin buraxıldığı gün vəfat edib, bu da onun çəkildiyi son film olub.
El-Oxo
El-Oxo, və ya Göz adası — Argentinanın Buenos-Ayres əyalətindəki Parana deltasında, gölün içərisində yerləşən, yaşayış olmayan, üzən adadır . == Təsviri == Ada digər üzən adalara baxdıqda unikaldır, çünki forması demək olar ki, mükəmməl şəkildə dairəvidir. Adanın altından çay keçdiyi üçün o daim öz oxu ətrafında fırlanır və bu kənarlarının eroziyaya məruz qalmasına səbəb olur. Beləliklə, bu fırlanma adanı buz disklərinə bənzər şəkildə dairəvi formaya salır. Ada təxminən 118 metr (387 ft) diametrində olsa da, zaman keçdikcə eroziyaya məruz qaldığı üçün kiçilir. Adanın ilkin olaraq necə və nə vaxt yarandığı məlum deyil, ilk "Google Earth" təsviri 2003-cü ilə aiddir. Ada yuxarıdan baxıldığında gözə bənzədiyi üçün belə adlandırılmışdır. Belə ki, ada gölün içərisində fırlandıqca göz hərəkət edir. El-Oxo, Men ştatının Vestbruk şəhəri yaxınlığındakı Presumpskot çayında müşahidə edilən oxşar formalı digər adalarla müqayisə edilmişdir. El-Oxo argentinalı kinorejissor Serxio Neyspiller tərəfindən kəşf edilib və araşdırmalar göstərir ki, ada ən azı 2003-cü ildən mövcud olub.
El Mañana
El Mañana — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca ikinci studiya albomu "Demon Days"-da səsləndirilmiş mahnı. == Haqqında == "El Mañana" mahnısı üçün hazırlanmış cizgi filmi üslubunda olan musiqi klipi 11 mart 2006-cı ildə yayımlanmışdır. Bu musiqi videosuna qrupun yaradıcılarından biri olan rəssam Ceymi Hyulet və eyni zamanda Pit Kandeland quruluş verib. Klipin istehsalı "Cartoon Network" üçün animasiyalar hazırlayan Britaniya kinostudiyası "Passion Pictures"-ə həvalə edilmişdir.

Digər lüğətlərdə