Elm sahəsi

bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm istehsalat birlikləri
Elm tutumlu sahələr
OBASTAN VİKİ
Elm sahəsi
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir. Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi.
Cismin sahəsi
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Elektrik sahəsi
Elektrik sahəsi — elektromaqnit sahәsinin xüsusi halı; elektrik yükünün hәrәkәt sürәtindәn asılı olmayan qüvvәnin (sahә tәrәfindәn) yükә tәsirini müәyyәn edir. Elektrik sahəsi haqqında anlayış 19-cu әsrin 30-cu illәrindә M. Faradey tәrәfindәn daxil edilmişdir. Faradeyә görә, sükunәtdә olan hәr bir yük onu әhatә edәn fәzada elektrik sahəsi yaradır. Bir yükün sahәsi digәr yükә tәsir edir vә әksinә; yüklәrin qarşılıqlı tәsiri (yaxınatәsir konsepsiyası) belә hәyata keçirilir. Elektrik sahəsinin әsas kәmiyyәt xarakteristikası – elektrik sahәsinin intensivliyidir ( E {\displaystyle \mathbf {E} } ); fәzanın verilәn nöqtәsindә elektrik sahәsinin intensivliyi bu nöqtәdә yerlәşәn yükә ( q {\displaystyle q} ) tәsir edәn F {\displaystyle \mathbf {F} } qüvvәsinin hәmin yükә olan nisbәtinә bәrabәrdir: E = F q {\displaystyle \mathbf {E} ={\mathbf {F} \over q}} Mühitdә elektrik sahәsi intensivliklә yanaşı, elektrik induksiyası vektoru ( D {\displaystyle \mathbf {D} } ) ilә dә xarakterizә olunur. Fәzada elektrik sahəsinin paylanmasını elektrik sahəsi intensivliyinin qüvvә xәtlәrinin kömәyi ilә tәsvir etmәk olar. Elektrik yüklәrinin doğurduğu qüvvә xәtlәri müsbәt yüklәrdә başlayır vә mәnfi yüklәrdә qurtarır (vә ya sonsuzluğa gedir). Dәyişәn maqnit sahәsinin yaratdığı burulğanlı qüvvә xәtlәri qapalıdır. Videman-Frans qanunu Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Elektromaqnit sahəsi
Elektromaqnit sahəsi - elektrik və maqnit sahələrindən yaranan fiziki sahə. İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar. Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir. Naqilsiz Internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz Interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompüterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Fəaliyyət sahəsi
Fəaliyyət sahəsi — fərdi və hüquqi şəxslərin əsas iş sahəsini əhatə edən mövzular dairəsini təsvir eir. Sənayedə və elmdə bu anlayışın tətbiqi müəyyəm kriteriyalarda asılı olaraq aparılır: Ya ümumilikdə böyük maraq doğuran iş sahəsi, ya da hər hansı bir şəxsin fəaliyyəti əsas götürülür. Bu anlayış coğrafi mənada da işlədilə bilər. Son zamanlar baş verən qloballaşdırmanın nəticəsi kimi bir çox müəssisələr və ya şəxslər öz fəaliyyət dairələrini genişləndirərək başqa ərazilərdə də (ölkə) çalışırlar.
Kosovo sahəsi
Kosovo sahəsi (serb. Косово поље; alb. Fusha e Kosovës) — Dinar yaylasında yerləşən dağarası hövzə. Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır. "Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi. Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən Ferizovikdən Vıçıtırına qədər uzanır. Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir. Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.
Mehri sahəsi
Mehri mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi. Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi. Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı.
Qravitasiya sahəsi
Qravitasiya sahəsi — qravitasiyanın mövcud olduğu fiziki sahə. Qravitasiya sahəsində sınaq cisminə təsir edən qüvvənin bu cismin nisbəti ilə ölçülən fiziki kəmiyyət qravitasiya sahəsinin intensivliyi və ya sərbəst düşmə təcili adlanır. Qravitasiya sahəsinin intensivliyi – qravitasiya sahəsində cismə təsir edən cazibə qüvvəsinin onun kütləsinə olan nisbətinə deyilir: g = F\m və ya g =GM/R2.Qravitasiya sahəsinin intensivliyi -bu sahəni yaradan cismin (burada Yerin) kütləsi ilə düz, onun mərkəzindən olan məsafənin kvadratı ilə tərs mütənasibdir. Qravitasiya sahəsinin intensivliyi vektorial kəmiyyətdir və hər yerdə onu yaradan cismin mərkəzinə doğru yönəlir.Sərbəstdüşmə təcili-bəzən qravitasiya sahəsinin intensivliyi də adlanır və Yer səthində cisimlərin havasız fəzada düşmə təcilidir. Yer qütblərdə bir qədər basıqdır və qravitasiya sahəsinin intensivliyi 9,83N\kq, ekvatorda 9,79N\kq-dır və ortalama g = 9,81N\kq götürülür. Yer səthindən h hündürlüyündə qravitasiya sahəsinin intensivliyi, gh=GM\(R+h)2 ilə hesablanır.Bu təcil cismin kütləsindən asılı deyil və 9,81N\kq və ya g = 9,81m\san2. Yer ayrı-seçkilik qoymadan bütün cisimlrə eyni sürət artırma imkanı verir. Ay səthində Ayın yaratdığı qravitastya sahəsinin intensivliyi Yer səthində Yerin yaratdığı sahənin intensivliyindən təqribən altı dəfə kiçikdir . Fizikada gravitasiya sahəsi kütləvi bir cismin öz ətrafındakı yerə uzanan təsirini izah etmək üçün başqa bir kütləvi orqan üzərində bir qüvvə çıxaran bir modeldir. Beləliklə, bir çəkisi sahə qravitasiya hadisələrini izah etmək üçün istifadə olunur və kiloqramda (N / kq) yeni tonlarla ölçülür.
Sərgi sahəsi
Sərgi sahəsi, konqres mərkəzi, konfrans mərkəzi və ya sərgi salonu — müəyyən bir mütəxəssislik sahəsində yığıncaqların və konqreslərin keçirilməsinə imkan verən böyük binalara verilən addır. Bu binalarda ümumiyyətlə minlərlə insana xidmət edə biləcək və bir neçə mərtəbəyə yayılmış xidmət vahidləri mövcuddur. Bu məkanlarda geniş ticarət sərgiləri və ya yarmarkalar da keçirilir. Bu strukturlarda auditoriya, konsert salonu, iclas otaqları, konfrans salonları kimi funksiyalar yer ala bilər. Bunlar bir çox böyük otellərin daxilində də yerləşdirilə bilər.
Torpaq sahəsi
Torpaq sahəsi – dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamaşdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirələ bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədi ilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasında 1 m² torpaq sahəsi Dövlət Torpaq kadastrında hüquqi qeydiyyata alına bilər.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Vərəndə sahəsi
Vərəndə sahəsi — Şuşa qəzasının sahələrindən biri. Qarabağ xanlığı 1822-ci ildə ləğv edildi. Rusların 42-yeger alayının komandiri polkovnik Reut Şuşa şəhərində yerləşdi. Bu zamandan Qarabağ Rusiyanın inzibati-ərazi bölgüsünə daxil edildi. 1840-cı ildə qədim mahallar yenidən formalaşdı. Şuşa qəza statusunu aldı. Şuşa qəzasına Vərəndə, Cavanşir, Kəbirli, Muğru və Zəngəzur sahələri aid edildi. Sahəni murov, rus dilində uçaskovıy zasidatel-idarə edirdi. Vərəndə sahəsinin murovlari: Avət Mamikanov, Kavalyev, Əhməd bəy Cavanşir və başqaları. Vərəndə sahəsi 1867-ci ildə ləğv oludu.
Yaşayış sahəsi
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Elektron elm
Elektron elm — elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır. Elmi fəaliyyət zamanı şəbəkə vasitəsilə çoxlu sayda məlumatları əldə etmək, yadda saxlamaq, emal etmək (yəni hesablamaq, məntiqi nəticə çıxarmaq, mülahizə irəli sürmək, analiz və sintez etmək, dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, çap etmək, vizuallaşdırmaq, ötürmək və s. tələb olunur. Bütün bunları yerinə yetirmək üçün İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir. elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür; ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır; elektron elmi kitabxanalar şəbəkəsi yaradılır; müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.
Elm (dəqiqləşdirmə)
Elm Elm (qəzet) Elm (nəşriyyat) — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Elm (nəşriyyat, SSRİ) — SSRİ-də nəşriyyat.
Elm (nəşriyyat)
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm (qəzet)
"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Elm TV
Elm fəlsəfəsi
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Elm nəşriyyatı
"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat. Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır. 1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir. Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır. "Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur. Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F. S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib. 2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur. 2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür. Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Elm sosiologiyası
Elm sosiologiyası — elmi fəaliyyətin sosial şərtlərini müəyyənləşdirən sektoral sosioloji intizam. Elm sosiologiyası həm elmin bir ictimai institut kimi formalaşması proseslərini, həm də elmin sosial təşkilatı və sosial funksiyalarını nəzərdən keçirir. Tədqiqat qruplarının birgə fəaliyyətinin təşkili məsələlərinin öyrənilməsi mühüm rol oynayır. Elm sosiologiyasında ilk araşdırmalar 1930-cu illərdə başlamışdır. Bunların arasında Robert Mertonun (1910-2003) "XVII əsrdə İngiltərədə elm, texnika və cəmiyyət" (1938) və "Elm və ictimai prosedur" (1937) əsərləri vardır. Гилберт Дж. Н., Малкей М. Открывая ящик Пандоры. Социальный анализ высказываний ученых = Opening Pandora's box: a sociological analysis of scientists' discourse. / Пер. с англ.
Elm tarixi
Elm tarixi — elmin yaranmasını və elm fenomenini öyrənən tədqiqatlar. Elm elmi cəmiyyət tərəfindən dünya haqqında empirik, nəzəri və praktiki yolla toplanmış biliklər toplusudur. Elm tarixi həm obyektiv informasiyanı, həm də elmdə mövcud olmuş qeyri-obyektiv informasiyanı da toplayaraq tədqiq edir. Elmin tarixinin öyrənilməsi ilk növbədə saxlanılmış original və ya istinadən yenidən nəşr edilmiş mətnlər əsasında baş verir. «Elm» və «alim» terminləri istifadəyə XVIII—XX əsrlərdə daxil olub, ona qədər isə biliklərin hamısı toplam şəkildə «natural fəlsəfə» adlanırdı.