Elmi kommunikasiya

alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür.
Elmi işçi
Elmi konfrans
OBASTAN VİKİ
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kommunikasiya
Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur: R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Kommunikasiya peykləri
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rabitə, kommunikasiya
Kommunikasiya peyki
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Media (kommunikasiya)
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Fiber-optik kommunikasiya
Fiber-optik kommunikasiya və ya lifli optik rabitə — optik lif vasitəsilə infraqırmızı işıq impulsları göndərməklə informasiyanı bir yerdən digərinə ötürmə üsulu. İşıq informasiyanı daşımaq məqsədilə modullaşdırılmış daşıyıcı dalğanın bir formasıdır. Yüksək buraxılış zolağı, elektromaqnit parazitlərinə qarşı dözümlülük tələb olunarkən lifli optik kabellərdən istifadə elektrik kabellərinin istifadəsinə nəzərən daha əlverişli xarakter alır. Optik lif bir çox telekommunikasiya şirkətinin telefon siqnallarını, internet rabitəsini və kabel televiziya siqnallarını ötürmək üçün istifadə edilir. Bell laboratoriyasının tədqiqatçıları lifli-optik kommunikasiyadan istifadə edərək saniyədə 100 petabit × kilometrdən artıq buraxılış-uzaqlıq məhsuldarlığına nail olmuşlar. 1970-ci illərdə inkişaf etməyə başlayan lifli-optika, telekommunikasiya sənayesində inqilab etdi və informasiya dövrünün inkişafında böyük rol oynadı. Elektrik ötürülməsindən üstünlüklərdən ötəri, optik liflər əsasən inkişaf etmiş dünyanın əsas şəbəkələrində mis naqilli rabitə əvəz etmişdir. Lifli optikadan istifadə etməklə rabitənin qurulması prosesi aşağıdakı əsas addımları əhatə edir: vericinin istifadəsi ilə optik siqnal yaradılır, adətən, elektrik siqnalından istifadə etməklə siqnalın lif boyunca ötürülməsi, siqnalın çox təhrifli və zəif olmamasını təmin edilməsi optik siqnalın qəbulu elektrik siqnalına çevrilməsi Optik lifli kabel işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə işığı qaytaran qatla əhatə olunmuşdur. Qaytarıcı qat öz növbəsində, plastikdən olan qoruyucu qat ilə örtülmüşdür.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
Sualtı kommunikasiya kabeli
Sualtı kommunikasiya kabeli — telekommunikasiya siqnallarını okean və dəniz boyunca daşımaq üçün quruda yerləşən stansiyalar arasında okean yatağına çəkilmiş kabel. 1850-ci illərdən başlayaraq çəkilmiş ilk sualtı kommunikasiya kabelləri (məsələn, 1858-ci il avqustun 16-da fəaliyyətə başlayan ilk transatlantik teleqraf kabeli) teleqraf trafikini daşıyaraq qitələr arasında ilk ani telekommunikasiya əlaqələrini yaradıb. Sualtı kabellər ilk dəfə 1871-ci ildə, Yavanın Darvinə qoşulması zamanı bütün dünya qitələrini (Antarktidadan başqa) birləşdirdi. 1872-ci ildə Avstraliya Yerüstü Teleqraf Xəttinin tamamlanması ilə Adelaidaya və oradan da Avstraliyanın qalan hissəsinə qoşuldu. Kabellərin sonrakı nəsilləri telefon trafikini, daha sonra isə məlumat kommunikasiya trafikini daşıyırdı. Bu ilk kabellər öz nüvələrində mis məftillərdən istifadə edirdilər, lakin müasir kabellər telefon, internet və şəxsi məlumat trafiki daxil olmaqla rəqəmsal məlumatları daşımaq üçün optik lif texnologiyasından istifadə edir. Müasir kabellərin diametri təxminən 25 mm-dir və çəkilişin böyük hissəsini təşkil edən dərin dəniz hissələri üçün hər kilometri təxminən 1,4 ton ağırlığındadır. Baxmayaraq ki, sahilə yaxın dayaz su hissələri üçün daha böyük və daha ağır kabellər istifadə olunur. Vilyam Kuk və Çarlz Vitston 1839-cu ildə üzərində işlədikləri teleqrafı təqdim etdikdən sonra Atlantik okeanında sualtı xəttin çəkilməsi ideyası gələcəyin mümkün zəfəri kimi düşünülməyə başladı. Samuel Morze buna inandığını hələ 1840-cı ildə elan etmişdi.
İnformasiya-kommunikasiya texnologiyaları
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuş, elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövrü Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan göy kürələrinin hərəkətləri üzərinə adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan De humani corporis fabrica elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James. The Genesis of Science.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Elmi məktəb
Elmi məktəb — formalaşmış elmi baxışlar sistemi, həmçinin bu baxışları müdafiə edən elmi cəmiyyətlər. Elmi məktəblərin bir qayda olaraq yaradıcıları və davamçıları var. Məktəb daxilində bir qayda olaraq müxtəlif cərəyanlar və özünəməxsus qruplar olur, bu isə yeni məktəblərin əsasını qoya bilir. Elmi məktəblər həm qeyri-formal şəkildə, həm də ali məktəblərin kafedralarında, alim kollektivlərində yarana bilər. Elmi cəmiyyətlər – elmi tədqiqatla məşğul olan mütəxəssislərin, hər hansı elm sahəsi ilə maraqlananların könüllü cəmiyyətləri. Əsas fəaliyyəti elmi əsərlərin müzakirəsi və nəşrindən, elmi tədqiqatlar üçün vəsait buraxmaqdan və s. ibarətdir. БИБЛИОГРАФИЯ ПО ПРОБЛЕМАМ НАУЧНЫХ ШКОЛ В РОССИИ R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.