ELMİ-TEXNİKİ

прил. техники илимриз талукь тир (мес. литература); илим ва техникадин.
ELMİ-NƏZƏRİ
ELMLƏNDİRMƏK
OBASTAN VİKİ
Elmi-texniki fəaliyyət
Elmi-texniki fəaliyyət – texnoloji, iqtisadi, sosial, humanitar problemlərin və digər mühəndis problemlərinin həll edilməsi, vahid sistem kimi elmin, texnikanın və istehsalatın fəaliyyətinin təmin olunması üçün yeni biliklərin əldə edilməsinə və tətbiqinə yönələn fəaliyyət. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi-texniki inqilab
Elmi-texniki inqilab — elm və texnikanın sürətli inkişafı nəticəsində istehsal gücünün köklü və keyfiyyətli şəkildə, birdən-birə artması prosesi. Elmi-texniki inqilab — ictimai istehsalın inkişafında elmin mühüm amilə çevrilməsi əsasında məhsuldar qüvvələrdə baş verən köklü keyfiyyət dəyişikliyi, bilavasitә mәhsuldar qüvvә kimi ictimai inkişafın hәlledici amilinә çevrilmәsi ilә әlaqәdar elmin, texnikanın, istehsal texnologiyasının, elәcә dә insanların bütün hәyat tәrzinin әsaslı dәyişmәsi (transformasiyası). Elmi-texniki inqilab elmi-texniki tәrәqqinin әn yeni mәrhәlәsi sayılır, başlanğıcı, adәtәn, 20 әsrin ortalarına aid edilir. Elmi-texniki inqilab, həmçinin elm və texnikanın inkişafında əsaslı keyfiyyət dəyişikliyi, dərin sıçrayışdır. Elmi-texniki inqilabın ilkin elmi-texniki vә sosial şәrtlәri var. Onun hazırlanmasında ilk növbәdә 19-cu әsrin sonu — 20-ci әsrin әvvәllәrindә dәqiq vә tәbiyyat elmlәri üzrә nailiyyәtlәrin (elektronun, radioaktivlik hadisәsinin, kimyәvi elementlәrin çevrilmәsinin kәşfi, nisbilik vә kvant nәzәriyyәsinin meydana gәlmәsi) mühüm rolu olmuşdur. Elmlә texnikanın qarşılıqlı әlaqә formaları üç dövrә ayrılır: a) birinci dövrdә (tәqr. 18-ci әsrә qәdәr) elm vә texnika insan fәaliyyәtinin iki fәrqli vә müstәqil sahәsi kimi tәzahür etmiş, aralarındakı әlaqәsi zәif olmuş, elmin istehsala tәtbiqi tәsadüfi vә qeyri-müntәzәm xarakter daşımışdır. Bu dövrdә elm texnikadan geri qalır vә nailiyyәtlәri izah etmәkdә lәngiyirdi. Texniki ixtiralar alimlәrә deyil, istehsalçılara mәxsus idi; b) ikinci dövrdә (tәqr.
Elmi-texniki tərəqqi
Elmi-texniki tərəqqi – 1)elmin nailiyyətlərindən istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi; 2)istehsal proseslərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, insanların tələbatlarının daha yaxşı ödənilməsi məqsədilə təsərrüfatda, istehsalda elm və texnikanın, texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqi. Elmi-texniki informasiya – elmi, elmi-texniki, istehsalat və sosial-ictimai fəaliyyət nəticəsində yaradılan sənədlərə və faktlara dair informasiyalar. “İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın –informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir. Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır: Sistem texnikası; hesablama sistemləri nəzəriyyəsi; proqramlaşdırma texnologiyaları; verilənlər bazası nəzəriyyəsi; erqonomika; dizayn və informasiya – texnoloji profilli digər elmlər. İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insanmaşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Missuri Elmi-Texniki Universiteti
Missuri Elmi-Texniki Universiteti (ing. Missouri University of Science and Technology) — Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Rolla şəhərində yerləşən ali təhsil müəssisəsi. Cek Dorsi — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri.
Respublika Elmi-Texniki Kitabxanası
Respublika Elmi-Texniki Kitabxanası — Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük elmi-texniki kitabxana, digər elmi-texniki kitabxanalara metodiki yardım göstərən mərkəz.[mənbə göstərin] Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə Neftçi Bakı klubunun kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası olmuşdur. 1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsi nəzdində Respublika Elmi-Texnika Kitabxanasına çevrilmişdir. Bu gün Kitabxana Azərbaycan Rspublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi" təsdiq edilmiş, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilmişdir. Nəticədə Əqli Mülkiyyət Agentliyi və tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi-texniki Kitabxanasından ibarət olan ixtisaslaşmış yığcam vahid dövlət qurumu yaradılmışdır. Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik, idarə, şirkət və müəssələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da digər kitabxanaların fondundan xeyli dərəcədə fərqlənir. Kitabxananın fondunda patentlər, sənaye məmulatı kataloqları, informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri, istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin mikrofişdə və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki hesabatlar üzrə jurnallar və s.
Texniki
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) — 1963-cü ildə, Türkiyədə planlı iqtisadiyyat dövrünün başlanğıcında qurulmuşdur. Quruluş mərhələsində ən fundamental vəzifələri, xüsusilə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları dəstəkləmək və gənc araşdırmaçıları təşviq etmək, etina etdirmək idi. Bu vəzifələri yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində dörd araşdırma qrupu (indi on araşdırma qrupunu ehtiva edən Araşdırma Dəstək Proqramları Başçılığı) ilə Elm Adamı Yetişdirmə Qrupu (indi Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı) yaradılmışdır. Təşkilat, Türkiyədə müsbət elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək, etina etdirmək, təşkil etmək və koordinasiya etmək; mövcud elmi və texniki məlumatlara çatmaq və çatılmasını təmin etmək məqsədi güdməkdədir. 2007 etibarilə təşkilatın bünyəsində saxladığı vahidlər: Elm İnsanı Dəstəkləmə Dairə Başçılığı (BİDEB) Araşdırma Dəstək Proqramları Başçılığı (ARDEB) Elm və Cəmiyyət Dairə Başçılığı Elm, Texnologiya və Yenilikçilik Siyasətləri Dairə Başçılığı (BTYPD) Texnologiya və Yenilik Dəstək Proqramları Başçılığı (TEYDEB) Beynəlxalq Əlaqələr Dairə Başçılığı (UİDB) Təşkilati İnkişaf Vahidi (KGB) Marmara Tədqiqat Mərkəzi (MAM) Çukurova Müasir Əkinçilik Texnologiyaları Tədqiqat İnstitutu (ÇİTTAGE) – Adana Müdafiə Sənayesi Tədqiqat və İşləmə İnstitutu (SAGE) – Ankara Türkiyə Sənaye İdarəetmə İnstitutu (TÜSSİDE) – Gebze TEKSEB və Texnopark – Gebze Fundamental Elmlər Tədqiqat İnstitutu (Fəza Gürsey İnstitutu) (TBAE) – İstanbul Milli Elektronik və Kriptoloji Tədqiqat İnstitutu (UEKAE) – Gebze, Ankara Milli Metrologiya İnstitutu (UME) – Gebze Kosmik Texnologiyalar Tədqiqat İnstitutu (UZAY) – Ankara Təşkilat, Türkiyədə elmi məşhurlaşdırmaq və insanları şüurlandırmaq məqsədilə üç ədəd aylıq məşhur elm jurnalı (Elm və texniki jurnalı, Elm uşaq jurnalı, Maraqlı kiçik jurnalı) və illik təxminən 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir. (Tübitak Məşhur Elm Kitabları) Təşkilat gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün T. C. yurddaşlarına maddi qaynaq təmin etməkdədir. 2005 ÖSSdə ilk 5000ə girən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosioloji, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq 250 YTL qarşılıqsız təqaüd verilmişdir. 50i aşan növü olan TÜBİTAK təqaüdləriylə əlaqədar (miqdarlar və müraciət şərtləri kimi) detallar təşkilatın şəbəkə səhifəsindən öyrənilə bilər. Ayrıca, doğrudan Türkiyədəki elm ictimaiyyətinə xitab edən 12 ədəd hakimli (Elmi Jurnal) çıxartmaqdadır.
Texniki analiz
Texniki analiz — oxşar şəraitdə keçmişdə baş verən qiymət dəyişiklikləri nümunələri əsasında mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün alətlər toplusu. Əsas əsas qiymət qrafiklərinin təhlili — "diaqramlar" (ing. chart — qrafik, diaqramma) və / və ya birja stəkanı. Nəzəri cəhətdən texniki analiz istənilən bazara şamil edilir. Lakin texniki analiz ən çox yüksək likvidli sərbəst bazarlarda, məsələn, birjalarda istifadə olunur. Texniki təhlilin yaranması üçün ilkin şərtlər maliyyə bazarlarında əsrlər boyu qiymət dəyişikliklərinin müşahidəsi olmuşdur. Texniki analizin arsenalında ən qədim alət XVIII-XIX-cu əsrlərdə yapon düyü tacirləri tərəfindən hazırlanmış KEISEN metodudur (けい線). Qərbdə və Rusiyada "Yapon şamları" kimi tanınır. XIX əsrin sonlarında amerikalı jurnalist Çarlz Dou nəzəriyyəsinin əsasını təşkil edən və XX əsrin əvvəllərində texniki analiz metodlarının sürətli inkişafının başlanğıcı kimi xidmət edən qiymətli kağızlar bazarları haqqında bir sıra məqalələr dərc etdi. XX əsrin ikinci yarısında kompüter texnologiyasının inkişafı təhlil alətlərinin və üsullarının təkmilləşdirilməsinə, həmçinin kompüter texnologiyasının imkanlarından istifadə edən yeni metodların yaranmasına kömək etdi.
Texniki bitkilər
Texniki bitkilər-məhsulu sənayedə xammal kimi istifadə olunmaq üçün becərilən bitkilərdir. texniki bitkilərə adətən əyirmə, kauçuklu, efir-yağlı, yağlı, şəkərli və dərman bitkiləri aid edilir.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Texniki dəstək
Texniki dəstək (ing. Technical support, rus. Техническая поддержка) — Texniki dəstəyi kompüterin istehsalçısı, kompüteri aldığınız mağaza, yaxud kompüterdən "başı çıxan" tanıdığınız göstərə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ad
Elmi ad – pedaqoji və ya elmi-tədqiqat fəaliyyətindən asılı olaraq, yüksəkixtisaslı elmi işçilərə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında assistent, dosent, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi, professor elmi adları, habelə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü adları qəbul edilib. Bəzi elmi adlar (dosent, baş elmi işçi, professor) Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Bir sıra xarici ölkələrdə professor elmi adı, bir qayda olaraq, kafedra müdiri vəzifəsində işləyənlərə verilir.
Elmi aparat
Elmi aparat – elmi işdə müəllifin istifadə etdiyi vəsait və materiallar (göstəricilər, biblioqrafiya, lüğətlər, şərhlər və s.). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi dərəcə
Elmi dərəcə – müəyyən bilik sahəsində ali təhsilli mütəxəssisə verilən ixtisas dərəcəsi. == Haqqında == Azərbaycan Respublikasında fəlsəfə doktoru (birinci) və elmlər doktoru (ikinci) elmi dərəcələri var. Elmi dərəcə bir sıra ali məktəb və elmi-tədqiqat müəssisələrinin elmi şuraları tərəfindən verilir və Ali Attestasiya Komissiyasında təsdiq edilir. Azərbaycan Respublikasının "Təhsil Qanunu"na əsasən ali məktəb təhsilindən sonrakı təhsil doktorantura hesab olunur və müvafiq elmi dərəcələrin alınması doktorantura yolu ilə həyata keçirilir. Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd – diplom verilir.
Elmi fantastika
Elmi fantastika — ədəbiyyatın və təsviri sənətin bir janrı. Bu janrda mövzu gələcəkdə baş verir və adətən elmi faktlara əsaslanır. Elmi fantastika bir növ bəşəriyyətin gələcəyini təxmin etməyə cəhd göstərir. Beləcə, bəzi müəlliflər öz əsərlərində yeni elmi terminlər ixtira edirlər. Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını XX əsrin 20-ci illərinə aid edirlər.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi inqilab
Elmi inqilab müasir elmin əsasını qoymuşdur. Elm tarixinin erkən dövründən davam edən riyaziyyat, fizika, kosmologiya, biologiya, tibb və kimya sahələrində yaşanan düşüncə və doktrin inqilablarıdır. İntibah dövründəki Avropada çiçəklənən dəyişmə bu gün də davam etməkdədir. Nikolay Kopernikin 1543-cü ildə yayımlanan "Göy kürələrinin hərəkətləri üzərinə" adlı əsəri ilə Andreas Vezali tərəfindən yazılan "De humani corporis fabrica" elmi inqilabın başlanğıc nöqtəsi olaraq qəbul edilməkdədir. == İstinadlar == == Həmçinin bax == Grant, E. The Foundations of Modern Science in the Middle Ages: Their Religious, Institutional, and Intellectual Contexts. Cambridge Univ. Press. 1996. ISBN 0521567629. Hannam, James.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi jurnal
Elmi jurnal — akademik nəşriyyatda adətən yeni tədqiqatların dərc etdirilməsi yolu ilə elmin inkişafını dəstəkləmək məqsədi daşıyan dövri nəşrdir. Jurnalların əksəriyyətində Təbiət kimi müxtəlif elmi sahələrindən bəhs edən məqalələr və yazılar dərc etdirilir. Məqalələrin jurnalın keyfiyyətini aşağı salmaması və elmi cəhətdən dəyərli olması üçün elmi jurnallarda xüsusi yoxlama komissiyası mövcuddur. Elmi jurnallar peşəkar jurnallara oxşar olsalarda, əslində bir-birlərindən çox fərqlidirlər. Elmi jurnallardakı məqalələr bazar jurnallarındakı kimi gündəlik olaraq nadir hallarda oxunur. Tədqiqat nəticələrinin dərc etdirilməsi elmi metodun zəruri addımlarındandır. Əgər bunlara təcrübələr və hesablamalar daxildirsə, onlar digər tədqiqatçının əldə edilmiş nəticələri təsdiqləmək üçün eyni təcrübəni və ya hesablamanı təkrarlamasına imkan verəcək kifayət qədər məlumatı ehtiva etməlidirlər. Hər bir jurnal məqaləsi elmi qeydin daimi elementinə çevrilir. Elmi jurnalların tarixi 1665-ci ildə Fransız dilindəki Journal des sçavans və İngilis dilindəki Philosophical Transactions of the Royal Society (Kral Cəmiyyətinin Fəlsəfi Əməliyyatları) jurnallarının ilk dəfə müntəzəm olaraq tədqiqat nəticələrini dərc etdiyi vaxtdan başlayır.
Elmi jurnalistika
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi metod
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.

Digər lüğətlərdə