Türkiyədə enerji
Türkiyədə enerji mənbələri azdır, əsasən xaricdən asılı vəziyyətdədir. 1997-cı ildə elektrikin 38,5%-i hidroelektrik olmaqla 71,7%-i yerli mənbələr hesabına təmin olunurdusa, 2020-ci ildə daxildən bu tələbatın ödənilməsinin 35%-ə düşməsi ehtimal edilir.
Enerjinin dəyişikliyə və çevrilməyə məruz qalmamış vəziyyətinə ilkin enerji mənbələri deyilir: neft, təbii qaz, kömür, hidravlik, nüvə, biokütlə, qabarma və çəkilmə, külək və günəş enerjisi kimi. İlkin enerji məhsullarının istehsalı ilə ikinci dərəcli enerji mənbələri əldə edilir: Elektrik, dizel, benzin, daş kömür, petrokok, LPG kimi.
Adambaşına enerji istehlakı dünyada 1,87 ton neft ekvivalenti, Türkiyədə 1,59 ton neft ekvivalentidir. Adambaşına elektrik istehlakı dünyada 3155 kilovatt-saat, Türkiyədə 3058 kilovatt-saatdır. Dünyada orta hesabla adambaşına karbon emissiyası 4,88 ton, Türkiyədə 4,31 tondur.
İlkin mənbələrin payıː 33,1% neft, 30,3% kömür və 23,7% təbii qaz, 6,4% hidravlik, 4,9% nüvə, 1,6% digər bərpa olunan enerji mənbələri (günəş, külək, bioyanacaq, geotermal) formasında sadalana bilər. Dünyada elektrik ardıcıl olaraq 41% kömürdən, 21% təbii qazdan, 16% isə hidroelektrikdən əldə edilir. 2011-ci ildə 32 228,9 min ton neft ekvivalenti enerji istehsal edilmişdir.