ENLİYARPAQ

широколистый
ENLİSİFƏT
ENMƏK
OBASTAN VİKİ
Enliyarpaq bozalaq
Enliyarpaq bozalaq (lat. Lepidium latifolium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Cardaria latifolia (L.) Spach Crucifera latifolia (L.) E.H.L.Krause Lepidium dioscorides Bubani Lepidium latifolium subsp. affine (Ledeb.) Kitag. Lepidium latifolium var. affine (Ledeb.) C.A. Mey. Lepidium latifolium var. latifolium latifolium Lepidium latifolium var. mongolicum Franch. Lepidium latifolium subsp.
Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. == Botaniki təsviri == Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. == Ekologiyası == İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Enliyarpaq fillireya
Enliyarpaq fillireya (lat. Phillyrea latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fillireya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizi sahilləri, Ön Asiya, Qərbi və Cənubi Zaqafqaziyadır. == Botaniki təsviri == Hündürlüyü 9 m-ə qədər olan, sıx, yumru çətirli, həmişəyaşıl kol və ya kiçik ağacdır. Yarpaqlarının uzunluğu 6 sm, enli-yumurtavari və ya oval formalı, tünd yaşıl rənglidir. Çiçəkləri ətirli, yaşımtıl-ağ rəngli, diametri 1 sm olan qalxanlara yığılmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri oktyabr ayında yetişir, dairəvi, mavi-qara rəngli və çəyirdəklidir. Qələmlə çoxaldılır. == Ekologiyası == Drenajlı torpaqlarda, günəşli və küləkdən qorunan yerlərdə yaxşı bitir.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Enliyarpaq lavanda
Enliyarpaq lavanda (lat. Lavandula latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula latifolia var. vulgaris Briq. Lavandula spica var. vulgaris Ging.
Enliyarpaq parentuçeliya
Enliyarpaq parentuçeliya (lat. Parentucellia latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin parentuçeliya cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü (3) 7-25 (35) sm, gövdəsi düz, sadə və ya əsasında budaqlanmış, sadə saplaqlı vəzicikli tüklərlə örtülmüş birillik ot bitkisidir. Yarpaqları oturaq, xırda, enli yumurtaşəkilli, dərin dişlidir, aşağı yarpaqları qismən yaxınlaşmış, yuxarı yarpaqları 2-3 cüt düzülmüş, barmaqvari kəsilmiş, üçküncneştərvari küt dişlidir; çiçəkaltlığı yarpaqları daha ensiz, çox vaxt yalnız 3 ədəd dişli olur, demək olar ki, kasacığa bərabərdir. Çiçəkləri sünbülşəkilli çiçək qrupunda toplanmışdır. Tac tünd-fırfır rəngdədir, 8-15 mm uzunluqdadır, xaricdən tüklüdür, nazik borucuqlu və qısa büküşlüdür, üst dodağı qalpaqşəkilli, alt dodaq isə üçbölümlüdür, orta bölümü ensiz və uzundur. Qutucuğun uzunluğu 10 mm-dir, neştərvaridir, yastılaşmış, çılpaq və kasacıqdan qısadır. Aprel-may aylarında çiçəkləyir, may ayında meyvə verir. == Azərbaycanda yayılması == Abşeron, Qobustan, BQ qərb, BQ şərq, Kür-Araz oval., Lənk. oval.
Enliyarpaq sukərəvizi
Enliyarpaq sukərəvizi (lat. Sium latifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Enliyarpaq səhləb
Enliyarpaq toppuztikan
Echinops davuricus (lat. Echinops davuricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Spaerocephalus dahuricus (Fisch. ex DC.) Kuntze ex Kom.
Enliyarpaq xaçgülü
Enliyarpaq zәngçiçәyi
Enliyarpaq çubuqluca
Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Enliyarpaq zəngçiçəyi
Enliyarpaq zəngçiçəyi (lat. Campanula latifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə, çılpaq və ya kifayət qədər seyrək tüklüdür, uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir, südlü şirəsi vardır. Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7–12 sm, eni 3–6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki, tamkənarlıdır. Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki, sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır. Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir.

Digər lüğətlərdə