Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enliyarpaq bozalaq
Enliyarpaq bozalaq (lat. Lepidium latifolium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Cardaria latifolia (L.) Spach Crucifera latifolia (L.) E.H.L.Krause Lepidium dioscorides Bubani Lepidium latifolium subsp. affine (Ledeb.) Kitag. Lepidium latifolium var. affine (Ledeb.) C.A. Mey. Lepidium latifolium var. latifolium latifolium Lepidium latifolium var. mongolicum Franch. Lepidium latifolium subsp.
Enliyarpaq cökə
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. == Botaniki təsviri == Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. == Ekologiyası == İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Enliyarpaq fillireya
Enliyarpaq fillireya (lat. Phillyrea latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fillireya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizi sahilləri, Ön Asiya, Qərbi və Cənubi Zaqafqaziyadır. == Botaniki təsviri == Hündürlüyü 9 m-ə qədər olan, sıx, yumru çətirli, həmişəyaşıl kol və ya kiçik ağacdır. Yarpaqlarının uzunluğu 6 sm, enli-yumurtavari və ya oval formalı, tünd yaşıl rənglidir. Çiçəkləri ətirli, yaşımtıl-ağ rəngli, diametri 1 sm olan qalxanlara yığılmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri oktyabr ayında yetişir, dairəvi, mavi-qara rəngli və çəyirdəklidir. Qələmlə çoxaldılır. == Ekologiyası == Drenajlı torpaqlarda, günəşli və küləkdən qorunan yerlərdə yaxşı bitir.
Enliyarpaq gərməşov
Enliyarpaq gərməşov (lat. Euonymus latifolius) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 2–3 (4) m-ə qədər olan hündür kol və ya kiçik ağacdır. Budaqları dəyirmi, hamardır. Yarpaqları iri, çılpaq, uzunluğu (6) 8–12 (20) sm, eni (2) 4–6 sm-dir, uzunsov-ellipsvari və ya uzunsov-əksinəyumurta-şəkillidir, sivriləşmişdir, qaidə hissəsində dəyirmi və yaxud az pazvaridir, kənarları qeyri-müəyyən az mişarvari və yaxud tam-kənarlıdır. Saplağı qısa olub, uzunluğu 5-22 mm-dir. Çiçək qrupu qalxanaoxşardır, çiçəklərinin sayı (5) 7–21 ədəd olub, uzun, nazik, meyvə verən ərəfədə əyilən çiçək saplağı üzərindədir. Ləçəkləri 5 ədəd, (nadir hallarda 4) tutqun yaşıl rəngdədir, ellipsvari və ya uzunsovdairəvi formada olub, uzunluğu 3-3,5 mm-dir, kasacığın dilimlərindən iki dəfə uzundur. Qutucuqmeyvə beşqanadlıdır, hamardır, asılmış haldadır, yetişəndə qızarmış rəndə olur və kənarlardan basıq 4 (5) bölümlüdür; qanadlarının uzunluğu 4-7 mm-dir və meyvənin enindən böyük deyildir. Toxumları uzunsov-yumurtaşəkilli, tamamilə parlaq-narıncı örtüklə örtülmüşdür.
Enliyarpaq lavanda
Enliyarpaq lavanda (lat. Lavandula latifolia) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.
Enliyarpaq parentuçeliya
Enliyarpaq parentuçeliya (lat. Parentucellia latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin parentuçeliya cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü (3) 7-25 (35) sm, gövdəsi düz, sadə və ya əsasında budaqlanmış, sadə saplaqlı vəzicikli tüklərlə örtülmüş birillik ot bitkisidir. Yarpaqları oturaq, xırda, enli yumurtaşəkilli, dərin dişlidir, aşağı yarpaqları qismən yaxınlaşmış, yuxarı yarpaqları 2-3 cüt düzülmüş, barmaqvari kəsilmiş, üçküncneştərvari küt dişlidir; çiçəkaltlığı yarpaqları daha ensiz, çox vaxt yalnız 3 ədəd dişli olur, demək olar ki, kasacığa bərabərdir. Çiçəkləri sünbülşəkilli çiçək qrupunda toplanmışdır. Tac tünd-fırfır rəngdədir, 8-15 mm uzunluqdadır, xaricdən tüklüdür, nazik borucuqlu və qısa büküşlüdür, üst dodağı qalpaqşəkilli, alt dodaq isə üçbölümlüdür, orta bölümü ensiz və uzundur. Qutucuğun uzunluğu 10 mm-dir, neştərvaridir, yastılaşmış, çılpaq və kasacıqdan qısadır. Aprel-may aylarında çiçəkləyir, may ayında meyvə verir. == Azərbaycanda yayılması == Abşeron, Qobustan, BQ qərb, BQ şərq, Kür-Araz oval., Lənk. oval.
Enliyarpaq sukərəvizi
Enliyarpaq sukərəvizi (lat. Sium latifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Enliyarpaq səhləb
Enliyarpaq toppuztikan
Enliyarpaq toppuztikan (lat. Echinops latifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Enliyarpaq xaçgülü
Enliyarpaq zәngçiçәyi
Hündürlüyü 1 m-dən yuxarı, gövdəsi düz, sadə,çılpaq və ya kifayət qədər seyrək tüklüdür,uzununa-zolaqlı çoxillik ot bitkisidir. Kökü liflidir,südlü şirəsi vardır. == Yarpaq == Yarpaqları çılpaq, bəzən nahamar olur, uzunluğu 7-12 sm, eni 3-6 sm-dir, alt tərəfdən tutqundur, kənarları qeyri-müntəzəm iki növ mişarvaridir; kökətrafı yarpaqlar yumurtaşəkilli-uzunsovdur, qaidə hissəsi ürəkşəkillidir, gövdə yarpaqlarına nisbətən daha uzun dişlidir; aşağı gövdə yarpaqları qısa saplaqlı, yumurtaşəkilli və sivriləşmişdir, yuxarı yarpaqlar oturaq, daha ensiz və demək olar ki,tamkənarlıdır. == Çiçək == Çiçəkləri iridir, saplaqlıdır, yuxarı yarpaqların qoltuğunda bir ədəd olmaqla yerləşmiş, düzdür, ensiz, demək olar ki,sünbülşəkilli və nisbətən seyrəkçiçəkli salxım əmələ gətirəndir. Tac göy və ya bəzən, demək olar ki, ağ rəngdədir. Uzun yumşaq tüklərdən ibarət olan qıfşəkilli daxili şırımlıdır. == Meyvə == Qutucuq üç deşiklə açılır, yumurtaşəkilli və enəndir. Toxumları yumurtaşəkilli, yastıtəhər və tutqun-sarı rəndədir. == Çiçəkləməsi == İyun-İyul == Meyvə verməsi == İyul-Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Yuxarı meşə və subalp qurşağında.
Enliyarpaq çubuqluca
Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Ensizyarpaq acıpaxla
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) - acıpaxla cinsinə aid bitki növü.
Ensizyarpaq alışan
Ensizyarpaq alışan (lat. Dictamnus angustifolius) - alışan cinsinə aid bitki növü.
Ensizyarpaq canavargiləsi
== Ümumi yayılması == Qafqaz, Türkiyə, İran, Əfqanıstan, Pakistan və Hindistanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Təbii halda Naxçıvan MR-də, 2000 m yüksəkliyində və Göyçay rayonunda rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. VU D2. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1–2 (3) m olan budaqlı koldur. Budaqların qabığı bozdur; cavan zoğları qırmızımtıl-qonurdur. Yarpaqları dərili, xətvarı lansetvarı, hər iki ucu biz, uzunluğu 2,5–6 sm, eni 4–7 mm, çılpaq və ya seyrək tükcüklüdür. Çiçək qrupları başcıqlı və ya budaqların uclarında başcıq salxımlıdır; çiçəkləri çəhrayı və ya qonur, 4–12 ədəd, qısa çiçək saplaqlarında xırda, teztökülən, sıxtükcüklü, çiçəkaltlıqlıdır.
Ensizyarpaq iydə
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Ensizyarpaq kassiya
Senna alexandrina (lat. Senna alexandrina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Təbii yayılması == Sudanda yayılmışdır. == Botaniki təsviri == Yerə sərilən yarımkoldur. Hündürlüyü 1,5 m-ə qədərdir. Gövdəsi düz, çoxlu budaqlara şaxələnir. Yarpaqları növbəli, cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları enli neştərvari, ucu şiş, göyümtül-yaşıl, üzəri tüksüz və ya zəif tüklü, kənarları bütövdür. Çiçəkləri iri, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Ləçəkləri sarı, kasayarpaqları 5, erkəkcikləri 10-dur.
Ensizyarpaq lavanda
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Ensizyarpaq xamerion
Ensizyarpaq yağıotu
Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.
Ensizyarpaq çödükotu
Ensizyarpaq göyrüş
Ensizyarpaq göyrüş (lat. Fraxinus angustifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir. Təbii halda Krım, Balkan, Kiçik Asiya və İranda yayılmışdır. == Botaniki təsviri == Alçaqboylu ağac və ya koldur. Tumurcuqları xırda, qonurdur. Cavan zoğları yaşılımtıl və ya sarımtıldır. Yarpaqları təklələkvari, hər yarpaq oxunda 3-11 ədəd yarpaqcığı olur. Yarpaqcıqları uzunsov-neştərvari, qaidə hissəsi dəyirmi və ya azacıq pazvari, ucu sivri, kənarları mişardişili, üstdən yaşıl, çılpaq, altdan isə açıq-yaşıl və damarları boyunca seyrək tükcüklüdür. Çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.
Enlibarmaq çay xərçəngi
Enlibarmaq çay xərçəngi (lat. Astacus astacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinin onayaqlılar dəstəsinin çay xərçəngləri fəsiləsinin çay xərçəngi cinsinə aid heyvan növü. Enlibarmaq çay xərçənginin bədəni iki hissədən ibarətdir. Onlar baş-döş və qarıncıq adlanır. Çay xərçənginin tənəffüs orqanları yerimə ayaqlarının dibindəki qəlsəmələrdir. Çünki onların baş döş hissəsi secilmədiyi üçün baş-döş və qarıncıqdan ibarətdir. Ayrıcinslidirlər. Ürək beşbucaqlıdır, baş-döş hissənin bel tərəfində yerləşir. Açıq qan-damar sistemi vardır. Bütün Avropa qitəsində şirin sularda yayılmışdır.
Ensizyarpaq lavanda və ya əsl lavanda (sünbüllü lavanda).
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Əyriyarpaq saqovnik
Vətəni Yaponiyadır. Hündürlüyi 2m-ə qədər, oduncaqlaşmış, keçəvari, budaqlanmayan gövdəyə malikdir. Onların gövdəsi tökülən yarpaq saplaqları ilə sıx örtülmüşdür, ləkəvarı yarpaqları isə gövdenin ucunda dəstəyə yığılmışdır. Mikrosporofilləri (erkəkcikləri) çoxsaylı, pazşəkilli, qonur, alt tərəfdən çoxsaylı, tozcuqludur. Erkək qozaları silindirikdir. Dişi qozaları yumru, sferik, hissələri lələkvarı bölünmüş olub, yanlarında yumurtacıqları vardır. Qozaları tutqun sarıdır, yazda və ya yayda az miqdarda əmələ gəlir. Toxumu yumru, çəyirdəkşəkilli, üst örtüyü ətli, orta və içəri örtükləri bərkdir, uzunluğu 2sm-ə qədə, narıncı-qırmızı rəngdədir. İşıqlı və yarımkölgəli şəraitdə bitir, düzünə düşən günəş şüalarından qorunmalıdır. Torpaq həmişə rütubətli olmlı, suvarılma vaxdaşırı aparılmalıdır.