Ensiklopedik

1) ensiklopediyaya məxsus; 2) məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam); 3) elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik; 4) ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.
Empirik
Ensiklopedist
OBASTAN VİKİ
Hüquq ensiklopedik lüğəti
Hüquq ensiklopedik lüğəti — Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən Bakıda 1991-ci ildə nəşr olunmuş və hüquq məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş ensiklopedik lüğət. Azərbaycan dilində ilk dəfə nəşr olunmuş 544 səhifədən ibarət olan bu kitabda 1000-dən çox məqalə-məlumat verilmişdir. Lüğətdə dövlət hakimiyyəti orqanlarının işi, vətəndaşların hüquq və azadlıqları, onların həyata keçirilməsi qaydaları və s. şərh olunmuş, mühüm hüquqi anlayışlar təhlil edilmişdir. == Mənbə == Hüquq ensiklopedik lüğəti. Azərbaycan Ensiklopediyasının Baş redaksiyası.
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Brokhauz və Efron ensiklopedik lüğəti
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. == Tarixi == Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Brokhauz və Efronun ensiklopedik lüğəti

Digər lüğətlərdə