Evakuasiya Günü (Nyu-York)
Evakuasiya Günü — 25 noyabr 1783-cü ildə, ABŞ İstiqlal müharibəsindən sonra Britaniya hakimiyyətinin son qalıqlarının Nyu-Yorkdakı Manhetten ərazisini tərk etdiyi gün. Britaniyalıların evakuasiyasından sonra general Corc Vaşinqton Kontinental Ordunu şəhərə daxil etmişdir. Müharibənin son gülləsi britaniyalı atıcının Nyu-York buxtasının girişində Staten-Aylend sahilində toplaşan istehzalı qışqıran kütləyə topla atəş açması zamanı atılmışdır. Bu zaman heç kim xəsarət almamışdır, top gülləsi sahildən bir az yan keçərək suya düşmüşdür.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Hood, Clifton. An Unusable Past: Urban Elites, New York City’s Evacuation Day, and the Transformations of Memory Culture, Journal of Social History, Summer 2004.
Riker, James. Evacuation Day, 1783; Its many stirring events; with recollections of Capt. John Van Arsdale of the Veteran Corps of Artillery, by whose efforts on that day the enemy were circumvented and the American flag successfully raised on the Battery. New York.