EVAKUÁSİYA

is. [ lat. ]
1. Köçürülmə, əhalinin, idarə və təşkilatların müəyyən bir təhlükə ilə bağlı olaraq bir yerdən başqa yerə köçürülməsi.
EV-EŞİK
EVALTI
OBASTAN VİKİ
Evakuasiya Günü (Massaçusets)
Evakuasiya Günü — 17 martda Massaçusets ştatının Suffolk (Boston, Çelsi, Rever və Vintrop şəhərləri daxil olmaqla) və Somervill qraflığında qeyd olunan bayram. Bu bayram ABŞ İstiqlal müharibəsinin əvvəlində Boston şəhərinin mühasirəsindən sonra Britaniya qoşunlarının evakuasiya edilməsini xatırladır. Məktəblər və dövlət müəssisələri, o cümlədən Suffolk qraflığında bəzi müəssisələr bu gün fəaliyyət göstərmir. 17 mart bazar gününə düşürsə, qeyri-iş günü növbəti bazar ertəsinə keçirilir. Bayram Müqəddəs Patrik Günü ilə üst-üstə düşür ki, bu da onun qeyd olunmasının təbiətinə təsir etmişdir.
Evakuasiya Günü (Nyu-York)
Evakuasiya Günü — 25 noyabr 1783-cü ildə, ABŞ İstiqlal müharibəsindən sonra Britaniya hakimiyyətinin son qalıqlarının Nyu-Yorkdakı Manhetten ərazisini tərk etdiyi gün. Britaniyalıların evakuasiyasından sonra general Corc Vaşinqton Kontinental Ordunu şəhərə daxil etmişdir. Müharibənin son gülləsi britaniyalı atıcının Nyu-York buxtasının girişində Staten-Aylend sahilində toplaşan istehzalı qışqıran kütləyə topla atəş açması zamanı atılmışdır. Bu zaman heç kim xəsarət almamışdır, top gülləsi sahildən bir az yan keçərək suya düşmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Hood, Clifton. An Unusable Past: Urban Elites, New York City’s Evacuation Day, and the Transformations of Memory Culture, Journal of Social History, Summer 2004. Riker, James. Evacuation Day, 1783; Its many stirring events; with recollections of Capt. John Van Arsdale of the Veteran Corps of Artillery, by whose efforts on that day the enemy were circumvented and the American flag successfully raised on the Battery. New York.
İtki evakuasiyası
İtki təxliyəsi, həmçinin itki evakuasiyası, tələfat təxliyəsi, tələfat evakuasiyası, yaralı təxliyəsi və ya yaralı evakuasiyası — döyüş bölgəsindən ölü və yaralıların təcili formada təxliyə edilməsini nəzərdə tutan hərbi termin. İtki təxliyəsi və tibbi evakuasiya (MEDEVAC) arasındakı əsas fərq ikincidə yolda qayğı göstərən standartlaşdırılmış və ixtisaslaşmış avtomobildən istifadə edilməsidir. İtki təxliyəsində standartlaşdırılmamış və qeyri-spesifik avtomobillərdən istifadə edilir. Bu zaman yolda texniki xidmət göstərilməyə bilər.

Digər lüğətlərdə