ex

adv. 1. (aus, heraus) içəridən; bayıra, xaricə; 2. ~ trinken hamısını içmək, (pialəni) boşaltmaq
Ewigkeit
Ex
OBASTAN VİKİ
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Ex
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Ex Deo
Ex Deo — 2008-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. Qrupun vokalisti Kataklysm qrupundan Maurizio Iacono və gitaristi Jean-Francois Dagenais-dur. Qrupun musiqisi Kataklysm qrupuna bənzəsə də, musiqisi və sözləri demək olar tamamilə Roma İmperiyasıdan bəhs olunur. Qrup Nuclear Blast albom şirkəti ilə müqavilə imzalayaraq, 2009-cu ildə ilk debüt studio "Romulus" adlı albomunu buraxdı. Albomun Romules adlı trekinə klip çəkildi. Bu albomun musiqi bəstəsini gitarist Jean-Francois Dagenais yazmışdır. Bundan əlavə olaraq albomun çıxışı və tanıtımı üçün Karl Sanders (Nile), Obsidian C. (Keep of Kalessin) və Nergal (Behemoth) kimi şəxs dəvət edilmişdir. 2010-cu ildə qrup Napalm Records albom şirkəti ilə birgə, 29 avqust 2010-cu ildə "Caligvla" adlı ikinci studio albomunu buraxdı.
Ex gratia
Ex gratia (hərdən - ex-gratia) — ən çox hüquqi kontekstlərdə istifadə olunan latın ifadəsi (hərfən - lütflə, mərhəmətlə). Bir şey əvəzsiz ediləndə könüllü olaraq, mərhəmətlə, xoş niyyətlə edilir. Belə ödənişləri həyata keçirən hüquqi və ya fiziki şəxs heç bir hüquqi məsuliyyət daşımır. Təşkilatlar, hökumətlər və sığortalılar tərəfindən fiziki şəxslərə ödənişlər sığortadan fərqlidir. Sığorta vəziyyətində ödənişlər etmək öhdəliyi var, ex gratia ödəniş isə ödəyicinin xoş niyyətini ifadə edir. Əmlakın itirilməsi və ya zədələnməsi və ya personalın ixtisarı zamanı istifadə oluna bilər. Belə ödənişlərin vergiyə cəlb edilməsinin özəllikləri var, xüsusən ABŞ-da onlar federal və ştat vergilərinə, Böyük Britaniyada isə 30 min funt-sterlinqə qədər vergiyə cəlb edilmirlər. Dövlətlərdən ex gratia ödənişlərinin bəzi nümunələri: 1988-ci ildə ABŞ Fars körfəzi üzərində vurulmuş təyyarənin sərnişinlərinin yaxınlarına təzminat təklif etdi. 1996-cı ildə ümumi kompensasiya 61,8 milyon dollar idi. Birləşmiş Ştatlar 1999-cu ildə Belqradda Çin səfirliyinin bombalanması zamanı həlak olanların və yaralananların ailələrinə 4,5 milyon dollar ödəyib.
Deep-Ex-Sense
Anatoliy Anatoliyeviç Semyonov (rus. Анатолий Анатольевич Семенов, 2 yanvar 1992, Georgiyevsk, Stavropol diyarı) daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper. Russian Battle League(ru) və Slovo(ru) layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur. 2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib.
With Love To An Ex
With Love To An Ex — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"-da səsləndirilmiş mahnı. Bu mahnıda CAR müğənnisi Moonchild Sanelly xüsusi qonaq qismində çıxış edir.
Domnall mak Exdax
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.
Dorstenia excentrica
Dorstenia excentrica (lat. Dorstenia excentrica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Draba extensa
Draba extensa (lat. Draba extensa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü.
E3 (Electronic Entertainment Expo)
Electronic Entertainment Expo (E³) (2006-2008-ci illər ərzində:E³ Media and Business Summit) — hər il keçirilən videooyun sərgilərindən biridir. Bu sərgidə videooyun hazırlayanlar hazırladıqları oyunları sərgidə nümayiş etdirirlər. Sər hər il Kaliforniyanın San-Xose şəhərində may ayında keçirilir. Sərginin sonunda heç kəsdən asılı olmayan komissiya tərəfindən "Game Critics Awards" mükafatı verilir..
EXO
Exo (mifologiya)
EXO (musiqi qrupu)
Exo (mifologiya)
EXO (qrup)
Exo (mifologiya)
Echinops exaltatus
Echinops exaltatus (lat. Echinops exaltatus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erodendrum eximium
Protea eximia (lat. Protea eximia) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Ester Expósito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı. Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Exmeya
Exmeya (lat. Aechmea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi.
Exnaton
Exnaton, IV Amenhotep, IV Amenofis (e. ə. XIV əsr, Teben – e.ə. 1336) — Misirin Qədim dövrünə aid XVIII sülalənin IX fironu. IV Amenhotep (e.ə.1372–1354) atası III Amenhotepin ölümündən sonra Misirdə XVIII sülalənin IX fironu olmuşdur. Bu dövrdə Misirdə hakim inanc baş Tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlayarkən mütləq kahinlərin öncəgörmələrinə və fikirlərinə qulaq verirdilər. IV Amenhotep Amon-Ra tanrısına pərəstişlə sıx bağlı olan Fiva əyanlarının qüdrətini sarsıtmağa cəhd göstərmişdir. Əhalinin orta təbəqələrinə arxalanan IV Amenhotep Fiva kahinlərinə və qədim əyanlara zərbə endirdi, sonra isə Aton tanrısının kultunu elan etdi. IV Amenhotep dövlətin paytaxtını yeni Axetaton şəhərinə (indiki Tel-əl-Amarna şəhərciyi) köçürdü.
Exo (Azərbaycan qəzeti)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
Exo (qəzet)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo (qəzet, Azərbaycan)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Exo yoxedilməsi
Exo yoxedilməsi - göndərən modemin kanalın girişində yalançı siqnalların meydana çıxmasını izləmək yolu ilə rabitə xətlərində (məsələn, peykdən veriliş zamanı) exolara nəzarət üsulu. Əsas verilişi təkrarlayan exoların nəzarətdə saxlanması müəyyən gecikmələrə görə mümkün olur. Exonun yoxedilməsi zamanı modem qəbuledilən siqnalı ötürülən siqnalın çevrilmiş (yəni “əks işarə ilə”) versiyası ilə cəmləyir və nəticədə exo yox olur, daxil olan verilənlər isə toxunulmaz qalır. Exonun yoxedilməsi verilənlərin 9600 bit/san sürətlə ötürülməsi üçün CCITT komitəsinin məsləhət bildiyi V.32 standartının bir hissəsidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Exocoetus volitans
Exocoetus volitans (lat. Exocoetus volitans) — exocoetus cinsinə aid balıq növü.
Exokardioqrafiya
Exokardioqrafiya — ürəyin ultrasəs müayinəsi. EKQ ilə birlikdə kardiologiyanın önəmli qeyri-invaziv müayinə üsullarından biridir. Transtorakal Exokardioqrafiya (TTE) zamanı ürək döşüstü, yəni bədənin xaricindən, müayinə olunur. Bu zaman əsasən 2 nöqtədən baxış keçirilir: sol parasternal (döşsümüyü yanı) baxışda 2 müayinə kəsiyi var: qısa ox kəsiyi uzun ox kəsiyi apikal (ürək zirvəsindən) baxışda 4 görünüş var: dörd boşluq görüntüsü (dördkameralı görünüş) beş boşluq görüntüsü (beşkameralı görünüş) üç boşluq görüntüsü (üçkameralı görünüş) iki boşluq görüntüsü (ikikameralı görünüş) Digər əlavə ölçmə nöqtəsi subcostal nöqtədir (qabırğaaltı görünüş, xəncərəbənzər çıxıntının altından). Müxtəlif yöntəmlərlə ürəyin fəaliyyətini aşağıdakı kimi müayinə etmək olar: M-rejim ultrasəsin birölçülü müayinəsidir. Bu zaman sol parasternal yandan aortal və mitral qapaqlar, sol mədəcik müayinə olunur. 2-ölçülü B-rejimində ağ-qara görüntülərin sayəsində real zamanda qapaqların quruluşu, mədəciklərin yığılma fəaliyyəti və ölçüləri müayinə edilir. PW- və CW-Doppler Rəngli Doppler European Journal of Echocardiography. Guidelines of European Society of Cardiology — Recommendations for chamber quantification. December, 2005.
Exolaliya
Exolaliya — başqası tərəfindən çıxarılan səslərin təkrarlanmasıdır. "Exolaliya" sözü Yunanca "təkrarlamaq", mənasına gələn "ἠχώ" və "danışmaq" mənasına gələn λαλείν felindən törəmiş olan "mənasız danışma" mənasında λαλιά sözlərinin birləşməsindən gəlir. Bu zaman insan cavab vermək əvəzinə, qarşısındakının dediyini təkrarlayır. Autizm, Turet sindromu, Afaziya, Rubinşteyn-Taybi sindromu, inkişaf pozğunluğu, şizofreniya, bəzən isə psixopataloji digər hallarda exolaliya müşahidə olunur. İstənilmədən edildiyində sinir səyriməsi hesab edilir. Dərhal verilən reaksiyalar (dərhal exolaliya) hər hansı bir sözü və ya cümləni eşidilən anda təkrarlamaqdır. Gecikən exolaliya isə əvvəllər eşidilmiş olan, məsələn, bir neçə gün əvvəl eşidilmiş reklam səsi kimi, aradan bir neçə vaxt keçdikdən sonra təkrarlamasıdır.
Exolokasiya
Exolokasiya – əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin təyin edilməsi. Akustik exolokasiya, radioekolokasiya və hidroekolokasiya formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, balina və s.-də canlı exolokasiya var. Exolokasiya heyvanların səmti bilməsi, maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin exolokatoru ətraflı tədqiq edilmişdir. Exolokasiya prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki exolokasiya qurğuların həssaslığına görə canlıların exolokasiyasından geri qalır.
Exolot
Exolot — ultrasəs səs dalğalarının köməyi ilə dəniz dibinin dərinliyini ölçən və şaquli dəniz mühitində olan obyektlərin səthə olan məsafəsini təyin edən naviqasiya vasitəsi.
Exomiocarpon
Exomiocarpon (lat. Exomiocarpon) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.

Digər lüğətlərdə