für

präp.; mit A 1. üçün, ötrü; (, -a); ~ dich habe ich ein Geschenk gekauft sənin üçün bir hədiyyə aldım, sənə bir hədiyyə aldım; 2.(zugunsten) uğrun(d)a, lehinə, xeyrinə; ~ das Vaterland vətən uğrunda; 3. (an Stelle) yerinə, əvəzində; 4. (gegen) qarşı, zidd; ein Medikament ~ Kopfschmerzen başağrıya qarşı bir dərman; 5. (bestimmt für) məxsus; Jahr ~ Jahr ildən-ilə; Schritt ~ Schritt addım-addım; ich ~ meine Person mənə gəlincə; e-e Sache ~ sich ayrı bir məsələ, xüsusi bir məsələ; an und ~ sich əslində, əslinə baxanda; ~ immer həmişəlik
Fünkchen
Fürbitte
OBASTAN VİKİ
Für Elise
Für Elise— Əsasən, Für Elise kimi bilinir (Alman dilində: [fyːɐ̯ ʔeˈliːzə]), Azərbaycan dilində "Eliza üçün" kimi tərcümə olunur və Lüdviq Van Bethovenin ən məşhur bəstələrindən biridir. Adətən bir bagatelle kimi təsnif edilir, bəzən də Albumblatt adlanır. Əsər bəstəkarın həyatı boyunca yayınlanmamışdır və bəstəkarın ölümündən 40 il sonra Lüdviq Nohl tərəfindən üzə çıxaılıb. Mahnı təxminlərə görə adı Therese olan və Bethovenin evlənmək istədiyi xanım üçün 1810 - cu ildə yazılıb. Amma Therese onunla evlənmək istəməyib. == Tarix == Əsər 1867- ci ildə, Bethovenin vəfatından (1827 - ci il) 40 il sonra yayınlanıb. Əsəri kəşf edən Ludviq Nohl, orijinal imzalı, 27 aprel 1810 - cu il tarixli əlyazma (indi itib) olduğunu təsdiqlədi. Musiqi Nohlun Neue Briefe Beethovens (Bethovendən Yeni Məktublar) əsərinin bir parçası olaraq (səhifə 28-33) Stuttgartda Johann Friedrich Cotta tərəfindən çapa verilib. === Elizanın şəxsiyyəti === "Eliza"- nın kim olduğu dəqiq məlum deyil. Max Unger Ludviq Nohlun əsərin adını səhv tərcümə etdiyini və orijinal əsərin "Für Therese" olaraq adlandırıldığını və Therese Malfatti von Rohrenbach zu Dezzanın (1792–1851) şərəfinə yazdığını güman edir.
Kreditanştalt für Videraufbau
KfW (tam adı: Kreditanştalt für Videraufbau, Frankfurt am Main alm. Kreditanstalt für Wiederaufbau‎) — Almaniyanın dövlət bankı 1948-ci ildə yaranmışdır.
Liebe Ist Für Alle Da
Liebe Ist Für Alle Da (azərb. Sevgi hər kəs üçündür‎) — Rammstein qrupunun altıncı albomudur.
Kreditanştalt für Videraufbau, Frankfurt am Main
KfW (tam adı: Kreditanştalt für Videraufbau, Frankfurt am Main alm. Kreditanstalt für Wiederaufbau‎) — Almaniyanın dövlət bankı 1948-ci ildə yaranmışdır.
Fürbringer
Maks Fürbringer (alm. Max Carl Anton Fürbringer‎;30 yanvar 1846, Vittenberq – 6 mart 1920, Heydelberq, Baden Respublikası[d]) — Alman anatomu və ornitoloqu. Həkim Paul Fürbringerin (1849—1930) qardaşı. == İşləri == «Die Knochen und Muskeln d. Extremitäten bei den schlangenähnlichen Sauriern» (Leypsiq, 1870); «Zur vergleichenden Anatomie des Brustschulterapparats und der Schultermuskeln» (I—V hissələr, Leypsiq və Yena, 1873—1901); «Zur Kenntnis der Kehlkopfmuskulatur» (Yena, 1875); «Zur Entwickelung der Amphibienniere» (Heydelberq, 1877); «Zur vergleichenden Anatomie und Entwicklungsgeschichte der Excretionsorgane der Vertebraten» (Leypsiq, 1878); «Zur Lehre von den Umbildungen des Nervenplexus» (Leypsiq, 1879); «Untersuchungen zur Morphologie und Systematik der Vögel» (I, II h., Amsterdam və Yena, 1888); «Ueber die spinooccipitalen Nerven der Selachier und Holocephalen und ihre vergleichende Morphologie» (Leypsiq, 1897); «Beitrag zur Systematik u. Genealogie d. Reptilien» (Yena, 1900).
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Fürerbunker
Fürerbunker () — Berlində, Reyxin dəftərxanasının altında yerləşən yeraltı mənzillər kompleksi. Üçüncü Reyxdə nasional-sosialist rejimin süqutuna bir neçə həftə qalmış bu bunker Adolf Hitlerin son sığınacaq yeri olub. Bunker fürerin mənzil qərargahı olmuş və burada həm fürer, həm də bir sıra digər alman-nasist rəhbərləri (Paul Yozef Hobbels) özlərini öldürüblər. == Ədəbiyyat == Pietro Guido: Führerbunker-Discovered its Mysteries ISEM [Vierte Ausgabe, 2006] Mailand ISBN 88-87077-03-7 Mario Frank: Der Tod im Führerbunker: Hitlers letzte Tage. Siedler, München 2005, ISBN 3-88680-815-7. Sven Felix Kellerhoff: Mythos Führerbunker: Hitlers letzter Unterschlupf. Berlin Story Verlag, Berlin 2006, ISBN 3-929829-43-6. Bernd Freytag von Loringhoven: Mit Hitler im Bunker. Aufzeichnungen aus dem Führerhauptquartier Juli 1944 — April 1945. wjs-Verlag, Berlin 2006, ISBN 3-937989-14-5.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Fürstenştayn qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. == Haqqında == Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Füruzan
Füruzan (türk. Füruzan; anadan olanda Firuzə Çerçi, 29 oktyabr 1932, İstanbul – 11 fevral 2024, İstanbul) — Türkiyə yazıçısı. Çağdaş türk ədəbiyyatının önəmli isimlərindən biridir. Türk hekayəçiliyində ümumiyyətlə "kiçik insanlar" adlandırılan cəmiyyətin məzlum, məğlub, həssas daxili aləmlərindən yazmışdır. Kiçik hekayə ilə yanaşı şeirdən romanlara, səyahət yazılarına, oçerklərə və uşaq ədəbiyyatına qədər müxtəlif ədəbiyyat janrlarında əsərlər yaratmış və bəzi hekayələri teatr səhnəsinə və kino ekranına çıxmışdır. 1970-ci illər siyasi məzmunlu Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi. Sevgi Soysal və Ədalət Ağaoğlu ilə şərti olaraq bu dövrlər Türkiyədə "12 Mart romanı" adlanan üslubda əsərlər müəllifidir. Əsərlərinin böyük qismi əsasən sosial problemlərə həsr olunmuşdur. Rejissoru olduğu Sinemalarım filmi Türk kinosu tarixinin ən uğurlu əsərlərindən biri sayılır. == Həyatı == 29 oktyabr 1932-ci ildə İstanbulda anadan olub.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Kristiane Fürst
Kristiane Fürst (alm. Christiane Fürst‎; 29 mart 1985, Drezden, Almaniya) — Əczacıbaşı komandasında oynayan almaniyalı dünyaca məşhur qadın voleybolçu. Blokçu mövqeyində oynayır, sağ əllidir, 192 sm boya sahib voleybolçunun zərbə yüksəkliyi 305 sm, blok yüksəkliyi isə 295 sm-ə qədər çatır. Avropa ikincisi və klublararası dünya çempionudur. Almaniya millisi ilə 60-dan çox matça çıxmışdır. O, həmçinin bu ölkənin yetişdirdiyi ən güclü blokçulardan sayılır. == Karyerası == === Peşəkar karyerasındakı ilk uğurları === Kristiane Fürst karyerasına 1995-ci ildə (10 yaşında) doğulduğu Drezden klubunda başlamışdır. Yeddi il Drezdenin müxtəlif yaş qruplarında oynadıqdan sonra nəhayət 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunmuşdu. Burada iki dəfə Almaniya çempionluğu, iki dəfə də kubokunu qazanmış voleybolçu artıq bir sıra nəhəng klubların diqqətini çəkməyə başlamışdı. 2003-cü ildə isə cəmi on səkkiz yaşı olmasına baxmayaraq Almaniya milli komandasının əsas heyətinə cəlb olunaraq həmin ildə keçirilən Avropa çempionatında iştirak etmişdi.
Leyla Füruhər
Leyla Füruhər, İranlı bir müğənni və aktrisa ki, 1959-cü ilin 23 fevralda İsfahanda anadan olubdur. O,İran inqilabından sonra Los-Ancelesə köçmüşdür. 2009-cu ildə Bakı da konserti olubdur və bu ilkinci İranlı müğənilərinin konserti idi ki Azərbaycan Respublikasında keçirilib.
Maks Fürbringer
Maks Fürbringer (alm. Max Carl Anton Fürbringer‎;30 yanvar 1846, Vittenberq – 6 mart 1920, Heydelberq, Baden Respublikası[d]) — Alman anatomu və ornitoloqu. Həkim Paul Fürbringerin (1849—1930) qardaşı. == İşləri == «Die Knochen und Muskeln d. Extremitäten bei den schlangenähnlichen Sauriern» (Leypsiq, 1870); «Zur vergleichenden Anatomie des Brustschulterapparats und der Schultermuskeln» (I—V hissələr, Leypsiq və Yena, 1873—1901); «Zur Kenntnis der Kehlkopfmuskulatur» (Yena, 1875); «Zur Entwickelung der Amphibienniere» (Heydelberq, 1877); «Zur vergleichenden Anatomie und Entwicklungsgeschichte der Excretionsorgane der Vertebraten» (Leypsiq, 1878); «Zur Lehre von den Umbildungen des Nervenplexus» (Leypsiq, 1879); «Untersuchungen zur Morphologie und Systematik der Vögel» (I, II h., Amsterdam və Yena, 1888); «Ueber die spinooccipitalen Nerven der Selachier und Holocephalen und ihre vergleichende Morphologie» (Leypsiq, 1897); «Beitrag zur Systematik u. Genealogie d. Reptilien» (Yena, 1900).
Məhəmmədəli Füruği
Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1877-1942) — İranın baş naziri. Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi. Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı. Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur.
Fürerçilik
Fürerçilik və ya fürer prinsipi (alm. Führerprinzip‎) — Nasist Almaniyasının siyasi sisteminin bir növ qeyri-rəsmi əsas prinsipi. Burada fürerin sözü bütün yazılı qanunlardan üstündür. Dövlət siyasəti, qərarlar və bürokratiya bu prinsipə əməl etməlidir. Real siyasi istifadədə fürerçilik vojdizmdir və əsasən hər hansı bir diktatura praktikasına, o cümlədən demək olar ki, hər hansı bir siyasi partiyanın sıralarına aid edilir və müvafiq olaraq, siyasi faşizmin bütün əlamətlərinə malikdir. Məsələn, nasist təbliğatı Adolf Hitlerin şəxsiyyətinə pərəstişkarlığı "komitələrin, bürokratların və parlamentlərin çətinliklərinə qalib gələn yeganə qəhrəman lider" kimi geniş şəkildə ucaltmışdır. Eyni şeyi Mussolininin böyüklüyünü tərifləyən İtaliya təbliğatı və SSRİ-də Stalinin şəxsiyyətinə pərəstişin aşılanması ilə məşğul olan sovet təbliğatı etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Koonz, Claudia (2003) The Nazi Conscience, Belknap. ISBN 0-674-01172-4 Leiser, Erwin (1975) Nazi Cinema, New York: Macmillan. ISBN 0-02-570230-0 Mitcham, Samuel W. (1996) Why Hitler?