FƏHLƏ-KƏNDLİ

прил. рабоче-крестьянский (принадлежащий рабочим и крестьянам, выражающий их интересы и волю). истор. Fəhlə-kəndli hökuməti рабоче-крестьянское правительство, fəhlə-kəndli hakimiyyəti рабоче-крестьянская власть, fəhlə-kəndli hərəkatı рабоче-крестьянское движение
FƏHLƏ
FƏHLƏLİK
OBASTAN VİKİ
Birləşmiş Fəhlə-Kəndli Təşkilatı
Birləşmiş Fəhlə-Kəndli Təşkilatı — Vyetnamda həmkarlar ittifaqı. Ölkənin kommunist hökuməti tərəfindən tanınmır. Bu, 2006-cı ildə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən əvvəl səlahiyyətlilər üzvlərini həbs edəndə beynəlxalq diqqətə çatdırılmışdır. Doan Van Dyen, oğlu Doan Hui Tuonq və qrupun hüquq müşaviri Tran Kuok Hiyen də daxil olmaqla, bu üzvlərin bir neçəsi, "demokratik azadlıqlardan sui-istifadə edərək dövlətin maraqlarını pozmaq" ittihamı ilə 4 ildən 5 ilə qədər həbs cəzası almışdır. "Human Rights Watch" və "Amnesty International" kimi qruplar cəzalara etiraz etmiş, həbsdə olan həmkarlar ittifaqı üzvlərini vicdan məhbusu adlandırmışdır.
Fəhlə-Kəndli Qızıl Ordu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Fəhlə-Kəndli Qırmızı Ordusu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Kazan Sovet Fəhlə-Kəndli Respublikası
Kazan Sovet Fəhlə-Kəndli Respublikası — Kazan quberniyası ərazisində müvəqqəti qurulan edövlət qurumu. Kazan Sovetinə daxil olan partiyaların razılığı ilə 1918-ci ilin fevralında təşkil edilmişdir. Kazan quberniysa ispalkomunun qərarı ilə 16 may 1918-ci ildə ləğv edilmişdir. Xalq Komisarlar Sovetinin Sədri — Yakov Semyonoviç Şeynkman. Daxili İşlər üzrə Xalq Komissarı — V. İ. Moxov. Əkinçilik üzrə Xalq Komissarı — K. M. Şnurovski. Ərzaq məhsulları üzrə Xalq Komissarı — Y. S. Şeykman. Nəqliyyat üzrə Xalq Komissarı — İ. O. Anosov. Ticarət və Sənaye üzrə Xalq Komissarı — A. İ. Karpov. Maliyyə üzrə Xalq Komissarı — V. N. Skaçkov.
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı
"Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı — SSRİ Ali Sovetinin 24 yanvar 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Fəhlə respublikası
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Fəhlə hərəkatı
Fəhlə hərəkatı, əməkçilik, əmək hərəkatı və ya leyborizm — əməyin əhəmiyyətinə və işçilərin hüquqlarına inam ətrafında cəmlənmiş siyasi ideologiya. İdeologiya XVIII əsrin sonu və XIX əsrin əvvəllərində sənaye inqilabının ağır iş şəraitinə cavab olaraq yaranmışdır. Fəhlə hərəkatı daha yaxşı əmək haqqı, daha təhlükəsiz iş şəraiti, təşkilatlanma və kollektiv sövdələşmə hüququnu müdafiə edərək işçilər üçün təqdim edilən şəraiti yaxşılaşdırmağa çalışır. Fəhlə hərəkatının əsas ideyası budur ki, işçilər cəmiyyətin dayağıdır, bu səbəbdən onların ehtiyac və maraqlarına üstünlük verilməlidir. Bu ideologiya bir çox ölkələrdə, xüsusən də işçi sinfinin maraqlarını təmsil etmək üçün 1900-cü ildə təsis edilmiş Leyboristlər Partiyasının qurulduğu Birləşmiş Krallıqda təsirli olmuşdur. Bir çox əmək müdafiəçiləri əsas sənaye sahələrinin milliləşdirilməsini və sərvətin işçilərin faydası üçün yenidən bölüşdürülməsini tələb etdiyi üçün leyborizm ənənəvi olaraq sosializmlə əlaqələndirilir.
Ailə-kəndli təsərrüfatı
Ailə-kəndli təsərrüfatı - ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsi . Ailə-kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsasları 2005-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Ailə- kəndli təsərrüfatı haqqında” Qanunu ilə tənzimlənir. Bu Qanunun məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünü məşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Ailə-kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə-kəndli təsərrüfatı fiziki şəxs kimi fəaliyyət göstərir və bu fəaliyyət sahibkarlıq hesab edilmir. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər, ev və bağçılıq təsərrüfatları ailə-kəndli təsərrüfatına aid edilmir. Ailə-kəndli təsərrüfatının statusunu müəyyən edən amillərdən biri ailə başçısının təsərrüfatda çalışmasıdır və bu təsərrüfat onun əsas iş yeri olmalıdır. Ailə başçısı kənarda çalışarsa, həmin təsərrüfat ailə-kəndli təsərrüfatı hesab olunmur və öz statusunu itirir. Ailə-kəndli təsərrüfatı onun hər bir üzvü üçün maliyyə vahidinin 2000 misli miqdarında müəyyən edilmiş illik dövriyyəsinin yuxarı həddini keçdikdə və sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda da öz statusunu itirir. Bələdiyyələr öz ərazilərində olan ailə-kəndli təsərrüfatının uçotunu aparır və təsərrüfatın üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqə verir.
Almaniya kəndli müharibəsi
Almaniyada kəndli müharibəsi (1524—1526) — Alman kəndlilərinin şəxsi qurtuluşu və zümrə bərabərliyi uğrunda mübarizəsi. Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatın kulminasiyası. Yuxarı Reyndən tutmuş Elbanın sol sahilinə, Elzasdan Avstriyanın Ştiriya və Karintiya torpaqlarına qədər yayılmış ölkə tarixində ən böyük kəndli üsyanı. Kəndlilərin üsyanı şəhərlərin aşağı qatlarında, orta bürqer kəsimində, dağ mədənlərinin işçilərində, ruhani və cəngavərlərin ayrı nümayəndələrində özünə dəstək tapdı. Üsyan Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatının kulminasiyası oldu. Kəndli üsyanın əsas səbəbləri 15-ci əsrin ikinci yarısından başlayan ruhani və dünyəvi feodalların kəndli rəiyətin hüquqları üzərinə hucumları oldu. Bazar münasibətlərinin artması və kapitalizmin erkən ünsürlərinin yaranması şəraitində feodallar öz gəlirlərini, əski rəiyət mükələfiyətlərini dirçəldərək və yenilərini tətbiq edərək, yüksəltməyə çalışırdılar. Eyni zamanda alman knyazları, siyasi cəhətdən pərakəndə olan imperiyada öz hakimiyətlərini möhkəmləndirərərk, hərəsi - öz ərazisində - onların özünüidarə və müstəqillik hüquqlarını pozaraq kəndli icmalarına sıxışdırmağa çalışırdılar. Vəziyəti kənddaxili mübahisələr və kəndlilərin təbəqələşməsi də qəlizləşdirirdi. Bütün bu proseslər xüsusi ilə intensiv olaraq Almaniyanın sıx əhalisi olan Cənub - Qərbində gedirdi.
Almaniyada kəndli müharibəsi
Almaniyada kəndli müharibəsi (1524—1526) — Alman kəndlilərinin şəxsi qurtuluşu və zümrə bərabərliyi uğrunda mübarizəsi. Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatın kulminasiyası. Yuxarı Reyndən tutmuş Elbanın sol sahilinə, Elzasdan Avstriyanın Ştiriya və Karintiya torpaqlarına qədər yayılmış ölkə tarixində ən böyük kəndli üsyanı. Kəndlilərin üsyanı şəhərlərin aşağı qatlarında, orta bürqer kəsimində, dağ mədənlərinin işçilərində, ruhani və cəngavərlərin ayrı nümayəndələrində özünə dəstək tapdı. Üsyan Almaniyadakı bütün Reformasiya dövrü müxalif hərəkatının kulminasiyası oldu. Kəndli üsyanın əsas səbəbləri 15-ci əsrin ikinci yarısından başlayan ruhani və dünyəvi feodalların kəndli rəiyətin hüquqları üzərinə hucumları oldu. Bazar münasibətlərinin artması və kapitalizmin erkən ünsürlərinin yaranması şəraitində feodallar öz gəlirlərini, əski rəiyət mükələfiyətlərini dirçəldərək və yenilərini tətbiq edərək, yüksəltməyə çalışırdılar. Eyni zamanda alman knyazları, siyasi cəhətdən pərakəndə olan imperiyada öz hakimiyətlərini möhkəmləndirərərk, hərəsi - öz ərazisində - onların özünüidarə və müstəqillik hüquqlarını pozaraq kəndli icmalarına sıxışdırmağa çalışırdılar. Vəziyəti kənddaxili mübahisələr və kəndlilərin təbəqələşməsi də qəlizləşdirirdi. Bütün bu proseslər xüsusi ilə intensiv olaraq Almaniyanın sıx əhalisi olan Cənub - Qərbində gedirdi.
Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Rusiyada kəndli islahatı
Rusiyada kəndli islahatı — 1861-ci ildə keçirilən islahat. Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859–1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər.
Fəhlə Dialoqu (1979)
Fəhlə Məişəti (1924)
Fəhlə Vüqarı (1975)
Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Gənc fəhlə (jurnal)
"Sənətkar" jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik jurnalı "Sənətkar" jurnalı XX əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. 1969-cu ildə fəaliyyətə başlamışdır. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. 10 illik fasilədən sonra jurnal Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşri bərpa olunmuşdur. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. 2010-cu il avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak etmişdirlər. Jurnalın redaksiyası 40 illik ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirmişdir. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur.
Kürd Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Kürdüstan Fəhlə Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Macar Fəhlə Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Müsəlman Fəhlə Konfransı
Müsəlman Fəhlə Konfransı — Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı. 1920-ci il aprelin 8-də "Türk ocağı"nın binasında keçirilmişdir. Konfransda hər 25 nəfərə bir mandat olmaqla, Mədən rayonunun bütün həmkarlar ittifaqlarının 700-ə yaxın nümayəndəsi iştirak etmişdir. Mərkəzi həmkarlar ittifaqının sədri Cavad bəy Məlik-Yeqanov konfransın açılışındakı çıxışında müsəlman fəhlələrin maraqlarını müdafiə edə biləcək, xalqların öz müqəddəratını təyin etmək və Azərbaycan Cümhuriyyətinin müstəqilliyi prinsiplərinə cavab verə biləcək ali fəhlə orqanının yaradılmasının zəruriliyini vurğulamışdır. Hökumət adından daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli və Məhəmməd Əmin Rəsulzadə cari vəziyyətə dair məruzə etmişdilər. Ş.Rüstəmbəyli hökumətin fəhlə və kəndlilərə dair tədbirlərindən ətraflı bəhs etmiş, Azərbaycan zəhmətkeşlərini həmrəyliyə və hökuməti dəstəkləməyə çağırmışdır. Məhəmməd Əmin Rəsulzadə konfrans iştirakçılarına baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Piri Mürsəlzadə mərkəzi fəhlə orqanının, həmkarlar ittifaqları şurasının vəzifələri haqqında məruzə etmişdir. Şura kooptasiya hüququ ilə 15 şəxsdən ibarət olub, 5 komissiyaya (təşkilat, barışdırıcı, mədəni-maarif, sanitar-gigiyena və tətil komissiyaları) bölünürdü. Sonra şuraya seçkilər keçirilmişdir.

Digər lüğətlərdə