fəqət
fəqir
OBASTAN VİKİ
Fəqih
Fəqih (ərəb. فقيه — bilici) — İslam ilahiyyatçısı və hüquqşünası, fiqh üzrə mütəxəssis. == Tarixi == “Fəqih” anlayışı VII əsrin ikinci yarısında inkişaf etmişdir. Bu, ilk növbədə, Quran və Sünnəyə əsaslanan İslam həyat tərzinin normalarını inkişaf etdirməyə çalışan Hicaz və İraqın teoloji və hüquq məktəblərinin fəaliyyəti ilə bağlıdır. İlk fəqihlər, əsasən, şəhər ticarəti və sənətkarlıq mühitinə mənsub olub, dolanışığını ilahiyyatla heç bir əlaqəsi olmayan mənbələrdən alırdılar. Onlar üçün bu, dini borcun yerinə yetirilməsinin yalnız bir hissəsi və təqvalı bir fəaliyyət idi. Tələb olunan bilik həcmi sürətlə artdıqca, fiqhlə peşəkar şəkildə məşğul olan insanların (müəllimlər, şəfaətçilər, sənədləri tərtib edənlər, katiblər və s.) sayı artır. Hakimlər ( qazilər) və məmurlar üçün də peşəkar fiqh biliyi zəruri idi. IX əsrdə fəqihlər artıq hökmdarların hesablaşmalı olduğu şəhər əhalisinin nüfuzlu təbəqəsini təmsil edirdilər. Müxtəlif dövlət vəzifələrinə namizədlər əsasən onların arasından təyin olunduğundan, onların İslam dövlətlərinin siyasi və ictimai həyatına böyük təsiri olmuşdur .
Suli Fəqih
Suli Fəqih — XIII-XIV əsr Azərbaycan şairi. Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi Sənan İbrahimov tərəfindən tərcümə edilərək tədqiq edilmiş və monoqrafiya halında çap edilmişdir. Poema XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Suli Fəqih "Yusif və Züleyxa" poemasını qələmə alarkən Abdullah ibn Abbasın Qurani-Kərimə yazdığı təfsirdən bəhrələndiyini bildirir. == Həyatı == Suli Fəqiihin həyat ilə həm təzkirələrdə həm də digər qaynaqlarda hər hansı bir məlumata rast gəlinmir. Şair bizə gəlib çatan yeganə əsərində də özü barədə məlumat vermir. Bir sıra ensiklopedik mənbələrdə sadəcə əsərindən və əsərinin mövzusundan bəhs olunur. Onun barəsində bəlli olanlar hələlik, təxminən, bunlardan ibarətdir: XIV əsrdə yaşamışdır. Bu hökmü şairin əlimizdə olan yeganə əsəri "Yusif və Züleyxa" poemasının dil və üslub xüsusiyyətlərinə əsasən veririk. Adının Suli Fəqih olduğunu şair poemada qeyd edir: Səbr edərsən sən dəxi Fuli Fəqih Övliyalar irdiginə irəsən Şairin əsərdə lirik ricət şəklində qələmə aldığı "Şeiri-təlifi-kitabi-Fəqih quyəd", "Şeiri Fəqih" və s.
Vilayəti-Fəqih
Vilayəti-Fəqih ( ərəb. "vəli"-vali -"fiqh" bilim, anlayış) — İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılan və indi də hakim siyasi quruluş olan teokratik hakimiyyətin adı. Daha dəqiq təsviri və tələffüzü ilə “Vilayəti-Fəqih”, dini hüquq alimi mənasına gələn fəqihin qəyyumluq və inzibati gücü deməkdir. Şiə siyasi düşüncəsində dini və siyasi hakimiyyət Məhəmməd peyğəmbərin canişini Əli əleyhissəlamın nəslindən olan “İmamlara” aiddir. Ancaq On iki imam şiələrinə görə 12-ci imam olan İmam Mehdinin qeyri-müəyyən bir müddətdə qədər qeybdə olduğu( o insanların arasında yaşayır amma insanlar onu tanımır )və gələcəkdə zühur edəcək. İmam Mehdinin qeybi dövründə şiə höküməti qurldu və İslami qanunlar əsasında idarə olunmağa başlandı. Vilayəti fəqih həm dini həm siyasi rəhbərdir. 1970-ci illərdə Həzrət Ayətullah Xomeyni, “Vilayəti-Fəqih ya Hökuməti İslami” adlı kitabı ilə sistemləşdirdiyi “Vilayəti-Fəqih” (“Fəqihin qəyyumu”) nəzəriyyəsi ilə siyasi hakimiyyətin imamların mənəvi varisləri olan din alimlərinin əlində olması fikrini irəli sürmüşdür. On iki imam Şiələrində imamətə iman gətirmək inanc prinsiplərindən biridir. Bu, imamın nüfuzunun da peyğəmbərlik kimi ilahinin təqdir və qərarı olduğuna inanmaq deməkdir.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. == Həyatı == İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
Vilayəti-Fəqih ya Hökuməti İslami
Vilayəti-Fəqih ya Hökuməti İslami (Ərəbcə: ولاية الفقيه‎), 1970-ci ildə ilk dəfə çap edilmiş İranın şiə lideri Ruhullah Xomeyninin Vilayəti-Fəqih nəzəriyyəsi üçün vacib sayılan ilk kitabdır. Kitab ərəb dilinə Əl-Hökumətul-İslamiyyə, türkcəyə İslam Fiqhində Dövlət və ingilis dilinə Islamic Government kimi tərcümə edilmişdir.
Fəqihbəyli (Urmiya)
Fəqihbəyli (fars. ‎‎فقيه بيگلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (99 ailə).

Digər lüğətlərdə