fazalararası sərhəd

ру межфазная граница en phase boundary de Phasengrenze fr limite de phase es límite de fase it limite di fase
faza keçidi
fermentasiya
OBASTAN VİKİ
Sərhəd
Sərhəd və ya coğrafi sərhəd hökumətlər, dövlətlər və ya ölkənin inzibati cəhətdən bir-birindən müstəqil olan hissələri kimi siyasi strukturların coğrafi cəhətdən bitmə nöqtələrini və ya hüquqi yurisdiksiyalarını təsvir edən termindir. Qədim dövrlərdə sərhədlər aralarında neytral zonaların mövcud olduğu və ciddi şəkildə ayrılmayan regionlar idi. Bu vəziyyət hələ də Səudiyyə Ərəbistanı ilə Küveytin dövlət sərhədində müşahidə olunur. Müasir dövrdə bir çox ölkələrin dövlət sərhədləri konkret olaraq müəyyən edilmişdir. Hava limanları, limanlar və gömrük qapıları da dövlətin bir növ sərhədini təşkil edirlər. Bu üsul ilə də ölkəyə daxil olan və ölkədən çıxan insanlar, heyvanlar, pul və mallar üzərində dövlətin nəzarəti mümkün olur. Sərhədləri keçmək üçün insanlara pasport, lazım gələrsə, viza və yaxud da şəxsiyyəti təsdiq edən sənədlər lazımdır. Əcnəbi şəxslərdən başqa ölkənin sərhədləri daxilində qalması üçün xüsusi immiqrasiya sənədləri tələb edilə bilər. Müəyyən bir xəstəliyin ötürülməsinin qarşısını almaq üçün heyvanların (və bəzi hallarda da insanların) sərhədi keçməsinə icazə verilmir. Bir çox ölkələr təhlükəli heyvanların və narkotik maddələrin öz sərhədlərindən keçirilməsini qadağan etmişdir.
Sərhəd Hüseynov
Sərhəd Fərhad oğlu Hüseynov (21 aprel 1996, Araz Yağlıvənd, Füzuli rayonu, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sərhəd Hüseynov 1996 -cı ilin aprel ayının 4-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb. Uşaqlıq illəri cəbhəyanı torpaqlarda keçib. Sərhəd Hüseynov hərbi xidmətini bitirdikdən sonra müddətdən artıq əsgər olaraq xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərhəd Hüseynov Füzulinin azad edilməsində savaşıb. Sentyabrın 29-da yaralanana iki hərbçi yoldaşını xilas edib, üçünü atəş xəttindən çıxaran zaman düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhid olub. Füzulidə dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərhəd Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sərhəd Məmmədov
Sərhad Məmmədov (28 may 1935, Gərmətük, Lənkəran rayonu – 22 noyabr 2020) — Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibi, Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. Sərhad Əsəd oğlu Məmmədov 28 may 1933 ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir. İstefada olan polkovnik-leytenant olmuşdur. Ailəli olmuşdur, 6 övladı var. Sərhad Məmmədovun Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), "Albaniya" (Girdəni) kolxozunda (1961–1962), "Lənkəran" çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), "Lənkəransutikinti" trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur.
Sərhəd Zöhrabbəyov
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Sərhəd nəzarəti
Sərhəd nəzarəti dövlət və ya dövlətlər bloku tərəfindən sərhədlərinə nəzarət etmək, habelə bu sərhədlərdən insanların, heyvanların və malların keçməsini tənzimləmək üçün həyata keçirilmiş olan tədbirlərdir. Dövlətlər və dövlətləri idarə edən şəxslər həmişə öz ərazilərinə kimin daxil olub, kimin çıxdığını, kimin qaldığını müəyyən etməyi öz suverenliklərinin mühüm tərkib hissəsi saymışlar. Ancaq Birinci Dünya müharibəsindən əvvəl sərhəd nəzarəti həmişə deyil, bəzən həyata keçirilirdi. Müasir mənada sərhəd nəzarətini təmizləmək üçün zəruri olan pasportlar və səyahət sənədləri konsepsiyası İngiltərədə V Henrinin hakimiyyəti dövründə həyata keçirilmişdir. Sərhəd nəzarəti həmçinin hava limanlarında, dəniz limanlarında və konteyner limanlarında da həyata keçirilir.
Sərhəd zastavası
Sərhəd zastavası suveren dövlət tərəfindən özünün dövlət sərhədində saxlanılan postdur. Sərhəd nəzarəti, sərhəd mühafizəsi qonşu dövlətlə sərhədi müşahidə etmək və mühafizə etmək məqsədilə yaradılır. Sərhəd mühafizəçiləri və yaxud da digər adı ilə sərhədçilər bu cür missiyalar zamanı istifadə edilirlər və onların daimi olaraq təşkil etdikləri sərhəd patrulları radio əlaqələr vasitəsilə bir-birləri ilə əlaqə saxlayırlar. Sərhəd zastavaları bəzən bir sıra inzibati binalarda, yaşayış binalarında və yaxud da çadırlarla ola bilər. Sərhəd zastavalarında silah-sursat anbarları, səngərlər, sığınacaqlar, məftillərlə və gözətçi qüllələri ilə möhkəmləndirilmiş olan pulemyot məntəqələri, gömrük keçid məntəqələri, sərhəd sədləri və insan postları ola bilər.
Azərbaycan Sərhəd Qoşunları
Sərhəd Qoşunlarının 10 hərbi hissəsi mövcuddur.
Cəlilabad Sərhəd Dəstəsi
Cəlilabad Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda dövlət sərhədinin mühafizə dəstəsi. 1992-ci ildə Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstəsidir. Respublikanın İmişli, Biləsuvar, Yardımlı və Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur. "Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda". 29 aprel 2010.
Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti (Azərbaycan)
Naxçıvan Sərhəd Dəstəsi
Naxçıvan Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dövlət sərhədinin mühafizə dəstəsi; 1992-ci il avqustun 22-də Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstələrindən biri. Sovet hakimiyyəti illərində Naxçıvan Muxtar Respublikası ərazisində Sovet-İran və Sovet-Türkiyə sərhədləri Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin 41-ci sərhəd dəstəsi, Ordubad və indiki Sədərək rayonları ərazisindən keçən hissəsi isə heç bir səbəb göstərilmədən Ermənistanda yerləşən sərhəd dəstələri tərəfində mühafizə olunurdu. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevin təkidli tələbindən sonra 1991-ci il oktyabrın 30-da muxtar respublika ərazisində yerləşən bütün sərhəd zastavaları 41-ci sərhəd dəstəsinə tabe edildi. Lakin SSRİ-nin süqutu və Azərbaycan Respublikasının müstəqil dövlət kimi bərqərar olduğu bir şəraitdə Rusiyanın tabeçiliyində olan 41-ci sərhəd dəstəsinin Azərbaycan dövlət sərhədinin mühafizəsini həyata keçirməsi qeyri-mümükün idi. Belə mürəkkəb durumda Naxçıvan sərhəd dəstəsinin Rusiya sərhədçilərindən təhvil alınmasında Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Heydər Əliyev Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin bütün texnika və əmlakının qeyd-şərtsiz muxtar respublikaya təhvil verilməli olduğunu konkret dəlillərlə sübut etdi. Onun əzmi və iradəsi sayəsində rus sərhədçiləri heç nə götürmədən muxtar respublika ərzisini tərk etdilər; bu, müstəqil Azərbaycan ordu quruculuğunun parlaq səhifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü il noyabrın 2-də radio və televiziya ilə xalqa tarixi müraciətindən sonra ötən illər ərzində Naxçıvan sərhəd dəstəsi böyük inkişaf yolu keçmişdir. Onun yetirmələri sərhədlərimizin qorunmasında və erməni təcavüzkarlarına qarşı döyüşlərdə, Azərbaycan dövlətçiliyinə xəyanət edərək dövlət çevrilişinə cəhd göstərənlərə qarşı mübarizədə fədakarlıq və qəhrəmanlıq nümunləri göstərmişlər. Onların sırasında Azərbaycanın milli qəhrəmanları Ə. R. Əliyevin, F. Ç. Cəfərovun, həmçinin Qafur Məmmədovun qəhrəmanlığını təkrar edərək komandirini ölümdən xilas edib, özü həlak olmuş kiçik çavuş N. T. Xəlilovun və b.-nın adlarını çəkmək olar.
Qoruyucu Sərhəd əməliyyatı
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Qırmızı körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sərhəd (film, 1990)
Film ikiyə bölünmüş bir xalqın qovuşmaq həsrəti haqqındadır. 1) 1991-ci ildə Bakıda "Şərqdən baxış" devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalı Film sənədli filmlər üzrə I dərəcəli Diplom və Mükafata layiq görülmüşdür. 2) 1993-cü ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Film ən yaxşı rejissor işinə görə I dərəcəli Mükafat və Diploma layiq görülmüşdür. Rejissor: Nizami Abbas Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Əlican sərhəd qapısı
Əlican sərhəd qapısı — İğdır ilinin Qaraqoyunlu ilçəsində, Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan və aprel 1993-cü ildən xidmətə qapalı vəziyyətdə olan sərhəd qapısı. Qarşısında yer alan sərhəd qapısı da Ermənistanın Armavirdə inzibati bölgəsində yerləşən Margara qəsəbəsində yerləşir. Araz çayının ayırdığı sərhədin təhlükəsizliyi hərbi sərhəd polis bölməsi tərəfindən təmin olunur. Sərhəd qapısına 500 metr məsafədə Aşağıəlican kəndinə bağlı bir əkiləcək tarla olan Orta Əlican bölgəsi yerləşir. Ermənistan tərəfində çay kənarı islah edilmiş vəziyyətdə ikən Türkiyə tərəfində belə bir islah olmaması ucbatından qış aylarında daşan çay polis bölməsin birinci mərtəbəni istifadəyə yararsız hala gətirmişdir. Qarabağ müharibəsi davam edərkən Türkiyə tərəfindən Ermənistanın Dağlıq Qarabağın işğalına etiraz olaraq aprel 1993-cü ildə mülki keçidlərə qapadılmışdır. 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması naminə müxtəlif addımlar atılarkən sərhəd qapısının açılıb- açılmayacağı gündəmi məşğul etməyə başlasa da münasibətlərin normallaşma prosesinin tezliklə yenidən dayanması ilə sərhəd qapısının açılması gündəmə gəlmədi. Sentyabr 2012-ci ildə Avtomobil Yolları Baş İdarəsi rayonda Əlican sərhəd qapısına qədər olan 7 km asfalt yolu yenidən asfaltladı.
Sərhəd regionu (Türkiyə)
Sərhəd regionu (türk. Serhat Bölgesi, kürd. Herêma Serhedê) — Türkiyənin İğdır, Qars, Ərdəhan, Ərzurum və Ağrı illərini əhatə edən region. Bu region İran, Azərbaycanda Naxçıvan, Gürcüstan və Ermənistan ilə keçidin olduğu məkanı təmsil edir.
Göytəpə Sərhəd Dəstəsi
Cəlilabad Sərhəd Dəstəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunda dövlət sərhədinin mühafizə dəstəsi. 1992-ci ildə Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstəsidir. Respublikanın İmişli, Biləsuvar, Yardımlı və Cəlilabad rayonları ərazisində 232 kilometr dövlət sərhədini mühafizə edən Göytəpə Sərhəd Dəstəsinin qarnizonu Dövlət Sərhəd Xidmətinin ən böyük qarnizonlarından biridir. Ümumi sahəsi 40 hektar olan qarnizonda yenidənqurma işlərindən sonra gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılmışdır. Bundan əlavə, 2 kazarma binası, ikimərtəbəli qərargah binası, 160 yerlik 2 tibb məntəqəsi, 2 yeməkxana, 202 mənzilli 5 yaşayış binası, 540 nəfərlik klub, 2 idman şəhərciyi, futbol meydançası, uşaq bağçası, digər xüsusi təyinatlı yardımçı binalar inşa olunmuşdur. Xidmət dövründə bu sərhəd dəstəsinin hərbi qulluqçuları 8736 halda dövlət sərhədinin pozulması cəhdinin, 12,7 milyon manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını almış, 7448 nəfər sərhəd pozucusunu saxlamışlar. Silahlı sərhəd pozucuları ilə döyüşdə sərhəd dəstəsinin 38 sərhədçisi həlak olaraq adlarını Azərbaycan sərhəd mühafizəsi tarixinə əbədi yazmışlar. XXI əsrdə Azərbaycanın ilk Milli Qəhrəmanı əsgər Eltun İsgəndərov da məhz bu sərhəd dəstəsində xidmət etmiş, dövlət sərhədində terrorçu dəstənin zərərsizləşdirilməsi zamanı komandirlərinin və əsgər yoldaşlarının həyatını xilas edərək qəhrəmancasına həlak olmuşdur. "Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev / Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin qarnizonunda". 29 aprel 2010.
Elektron Sərhəd Fondu
Electronic Frontier Foundation (EFF) və ya Elektron Sərhəd Fondu — San-Fransiskoda yerləşən beynəlxalq qeyri-kommersiya rəqəmsal hüquqlar fondu. Fond 10 iyul 1990-cı ildə Con Qilmor, Con Perri Barlou və Mitç Kapor tərəfindən elektron vətəndaş azadlıqlarını təşviq etmək üçün yaradılmışdır. EFF məhkəmədə hüquqi müdafiə üçün vəsait təmin edir, amicus curiae brifinqləri təqdim edir, fərdləri və yeni texnologiyaları hüquqi təhdidlərdən müdafiə edir, hökumətin sui-istifadəsini ifşa etmək üçün çalışır, hökumətə və məhkəmələrə bələdçilik edir, siyasi aksiyalar və kütləvi göndərişlər təşkil edir, şəxsi azadlıqları və onlayn vətəndaş azadlıqlarını qoruduğuna inandığı bəzi yeni texnologiyaları dəstəkləyir, müvafiq xəbər və məlumatların bazasını və internet saytlarını idarə edir, şəxsi azadlıqları və ədalətli istifadəni poza biləcəyinə inandığı potensial qanunvericiliyə nəzarət edir və ona etiraz edir və qanunsuz hesab etdiyi patentləri ləğv etmək niyyəti ilə sui-istifadə edən patentlərin siyahısını tələb edir.
Sərhəd şəxsiyyət pozuntusu
Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozğunluğu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi sosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozğunluğu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozğunluğunun alt növü hesab olunur). Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat hadisələrinə cavab olaraq görünə bilər. Ağrılı davranış adətən yeniyetməlik dövründə başlayır və müxtəlif vəziyyətlərdə baş verir. Maddələrdən sui-istifadə, depressiya və yemək pozğunluqları çox vaxt bu pozğunluqla əlaqələndirilir. SŞP olan insanların təxminən 10% -i intihar nəticəsində ölür. SŞP-nin səbəbləri tam aydın deyil, lakin genetik faktorların əhəmiyyətli bir töhfə verdiyi məlumdur.
Dilucu sərhəd keçid məntəqəsi
Dilucu sərhəd keçid məntəqəsi — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında yerləşən və Azərbaycan-Türkiyə sərhədi üzərində yaradılmış keçid məntəqəsi. Keçid məntəqəsinin digər tərəfi Türkiyə Respublikasının İğdır vilayətinin Aralıq ilçəsidir. Dilucu sərhəd keçid məntəqəsi İğdır vilayətində mövcud olan 3 keçid məntəqəsindən biri olsa da, hal-hazırda fəaliyyət göstərən yeganə məntəqədir, həmçinin bu məntəqə Türkiyə ilə Azərbaycan arasındakı yeganə sərhəd keçid nöqtəsidir. Məntəqə 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Bu məntəqənin də yardımı ilə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. Keçid məntəqəsi 28 may 1992-ci ildə Araz çayı üzərində "Ümid", "Həsrət" və ya "Könül" körpüsü də adlandırılan Sədərək-Dilucu körpüsü istifadəyə verildikdən sonra fəaliyyətə başlamışdır. Məntəqə Aralıq ilçə mərkəzinə 38 km, İğdır il mərkəzinə 85 km uzaqlıqda yerləşir və 36.857 m2'lik bir sahəyə sahibdir. 2015-ci ildə məntəqə əsaslı təmir edilmişdir. təmirdən sonra məntəqədə piyadalar üçün 6 giriş və 3 çıxış yolu mövcuddur.
Dövlət Sərhəd Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb.
Meksika Sərhəd Xidməti Medalı
Meksika Sərhəd Xidməti Medalı, Birləşmiş Ştatlar Konqresi tərəfindən 9 iyul 1918-ci ildə qurulan bir Amerika hərbi mükafatı idi. Medal, 9 may 1916 və 24 mart 1917 tarixləri arasındakı xidmət üçün və ya Meksika Sərhədi Patruluna mükafatlandırıldı, 1 yanvar 1916-cı ildən 6 aprel 1917-ci ilə qədər. Medal, Birləşmiş Ştatların Meksika ilə müharibəsinin eşiyində olduğu dövrdə ABŞ-Meksika sərhədinə təyin olunmuş hərbi xidmət üzvlərini tanıyır. Birləşmiş Ştatlar daha sonra Meksikalı İnqilabçı Fransisko "Panço" Vilyanın hərbiləşdirilmiş güclərinə qarşı 14 mart 1916-cı ildən 7 fevral 1917-ci ilə qədər Meksika İnqilabı (1910–1920) zamanı Amerika Ordusu tərəfindən həyata keçirilən Panço Vilya Ekpediyasına qatıldı. ABŞ-Meksika sərhədinin, Almaniya tərəfindən maliyyəyə edilən bir Meksika istilası üçün potensial bir yer olduğu düşünülürdü. Sərhəd xidməti, Almaniyanın ABŞ-nin müharibəyə girməsi vəziyyətində (I. Dünya Müharibəsi) Meksikanın Almaniya ilə bir ittifaq qurması təhdidi Britaniyanın Zimmer Teleqramı'na müdaxiləsi ilə ifşa olunan zaman qüvvəyə girdi, 1917-ci ilin Yanvar ayında teleqraf, Britaniya Kəşfiyyatı tərəfindən tutulub deşifr edildi və məzmunu 1 Martda Amerika Birləşmiş Ştatları tərəfindən ictimaiyyətə açıqlandı (ABŞ 6 aprel 1917-ci ildə Almaniyaya müharibə elan etdi). Meksika Sərhəd Xidməti Medalı'na layiq olmaq üçün, bir xidmət üzvü, Meksika sərhədində Amerika Ordusuna xidmət etmiş olmalı ya da Meksika Sərhəd Patrulu'na Daimi və ya Milli Keşikçilər üzvü olaraq təyin edilmiş olmalıdır. Meksika Xidmət Medalı ilə mükafatlandırılanlar Meksika Sərhəd Xidməti Medalı ilə mükafatlandırıla bilmirlər. Meksikadakı cəhdlərlə Ordu personalı nizamlı olaraq boşaltıldığı üçün Amerika Gözətçiləri sərhədin Amerika tərəfini qorumağa göndərildi. Meksika Sərhəd Xidməti Medalı həm ABŞ Federal həm də Milli Keşikçilər Medalı olaraq ikitərəfli statuslu qaldı.
Suriya-Türkiyə sərhəd divarı
Suriya-Türkiyə sərhəd divarı — Türkiyənin qanunsuz keçidlərin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədində qurduğu 837 kilometrlik divardır. Layihənin məqsədi sərhədləri qanuni olaraq keçməmiş və qeydiyyatdan keçməyən, müvəqqəti şəxsiyyət sənədləri olmayan suriyalı sığınacaq axtaranlara, qaçaqçılara və "terror təşkilatı" üzvlərinə qarşı qorumaqdır. Divar dünyanın ən böyük 3-cü divarı olma xüsusiyyətinə malikdir. Suriya-Türkiyə sərhədi Ankara anlaşması ilə formalaşmış 911 kilometrə bərabər olan Türkiyənin ən uzun hissəsidir və Hatay dövlətinin Türkiyə Respublikasına qoşulması ilə günümüzə qədər gəlib çatıb. Ankara sərhəd təhlükəsizliyini artırmaq üçün 2015-ci ildə inşaat layihəsinə başlamışdır. 2016-cı ilin yanvar ayında Hatayın Yayladağ ilçəsindəki Suriya sərhədində beton divarın inşasına başlanıldı. Layihənin maliyyələşdirilməsi müvafiq valiliklər və TOKİ tərəfindən təmin edilmişdir. Divarların hər biri 7 ton ağırlığında, 2 metr enində və 4 metr hündürlüyündədir. 3 metr beton və 1 metr tel hörgüsündən ibarətdir. Divar gözətçi qülləsi, patrul yolu, gücləndirilmiş qəfəs teli, işıqlandırma sistemləri, aktiv sərhəd qoşunları, hava, PUA və hava zirehli nəqliyyat vasitələri, akustik sensorlar, uzaqdan idarə olunan silah sistemləri, lazer silahları, avtomatik aşkarlama proqramları və s.
Çin-Sovet sərhəd münaqişəsi
Damansk adasında sərhəd münaqişəsi (rus. Пограничный конфликт на острове Даманский, Poqraniçnıy konflikt na ostrove Damanskom) və ya Çin–Sovet sərhəd münaqişəsi (çin. ənən. 中苏边界冲突, pinyin: Zhōng Sū biānjiè chōngtū) — SSRİ ilə Çin arasında 1969-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən ad. SSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 Uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmiş və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdır. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başlamışdır. Görüşlərdə Çin, Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etmişdir. Ancaq sovetlərə görə; Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdir və bu SSRİ-yə görə bərabərsizlik olmaqla bərabər Moskvanın bunu qəbul etməsi qeyri-mümkün idi. Çin-SSRİ sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə Tacikistanın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur.