FEY

İslam dövlətinin geyri-müsəlmanlardan aldığı cizyə, xərac və ticarət malları vergilərinin ümumi adıdır. Xəlifə Ömər fey gəlirlərini müsəlmanlara biri ildə bir dəfə olmaqla pul, digəri isə hər ay ərzaq olmaqla iki formada dağıtmışdır. Fey kəlməsi Quranda (Əhzab 33: 50; Həşr 59: 6, 7) “qənimət olaraq vermək” mənasında istifadə edilməkdədir.
FATİMƏ BİNT MƏHƏMMƏD
FƏCR
OBASTAN VİKİ
Fey Vebster
Fey Vebster (ing. Faye Webster; 25 iyun 1997) — ABŞ-nin Atlanta şəhərindən olan müğənni-mahnı yazarı. Onun mahnıları indi-pop və kantri elementlərini özündə birləşdirir. 30 oktyabr 2013-cü ildə 16 yaşında ikən "Run and Tell" adlı debüt studiya albomunu yayımlayıb. Musiqi üzrə təhsil almaq üçün Neşvilldəki Belmont Universitetinə daxil olmuş, lakin oranı başa vurmadan doğma şəhəri Atlantaya geri qayıtmışdır. "Vaxt və pulunu boşa xərcələmək istəmədiyini" deyir. O, valideynləri ilə şərtləşmişdi ki, bir il evdə qalacaq və bu müddət ərzində musiqi karyerasında uğur qazanmasa, yenidən universitetə dönəcək. 2017-ci ildə universitetdən ayrıldıqdan sonra Awful Records ilə saziş bağlayıb. == Həyatı == Corciya ştatının Atlanta şəhərində doğulub. Ailə üzvləri özü kimi musiqiçidir.
Edvard Albert Feygenbaum
Edvard Albert Feygenbaum (ing. Edward Albert Feigenbaum; 20 yanvar 1936) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. Edvard Albert Feygenbaum 20 yanvar 1936-cı ildə anadan olmuşdur. 1994-cü ildə o, Rac Reddi (Raj Reddy) ilə birgə süni intellekt sahəsində, xüsusilə ekspert sistemləri ilə bağlı apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlərə görə, Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Feya Balabinanın binası (Rostov-na-Donu)
Feya Balabinanın binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşir. Bina üç mərtəbədən ibarətdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində, eklektika stilində inşa edilmişdir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Şaumyan küçəsi, ev 58 ünvanında yerləşən bina eklektika stilində inşa edilmişdir. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Binada böyük rus balerinası Feya İvanovna Balabina 1924-cü ilə qədər yaşamışdır. 1920-ci ildən sonra bina ümumi yaşayış binası kimi istifadəyə verilmişdir. Tarixi bina iki dünya müharibəsini zərər görmədən bu günlərə qədər gəlib çata bilmuşdir.
Feyamuza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Feyan
Feyan (fr. Feillens) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01159. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3115 nəfər təşkil edirdi.
Feyenoord FK
"Feyenoord" (nid. Feyenoord [ˈfɛi̯əˌnoːrt]) — Niderlandın Rotterdam şəhərində futbol klubu."Ayaks" və PSV-ilə birlikdə ölkənin aparıcı klubu hesab edilir.
Feyenoord stadionu
Feyenoord stadionu — Niderlandın Rotterdam şəhərində yerləşən və Feyenoord klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion eyni zamanda de Kuip adı ilə də tanınır. Stadionun tikintisinə 1935-ci ildə başlanılıb, 1937-ci ildə isə açılışı olub. Stadionun oturacaq sayı 51,117 nəfərdir. Stadionda Feyenoord klubu ilə yanaşı Niderland millisidə bəzi oyunlarını keçirir. Feyenoord stadionu Niderland və Belçikada keçirilən 2000-ci il Avropa çempionatının oyunlarının beşinə, o cümlədən turnirin final qarşılaşmasına ev sahibliyi edib. Bundan əlavə stadion müxtəlif dönəmlərdə UEFA Çempionlar Liqası, UEFA Kuboklar Kuboku və UEFA Kubokunun final görüşlərinədə ev sahibliyi edib.
Feylilər
Feylilər — İran və İraqda yaşayan İran dilli xalq. Onları lur və ya kürd tayfalarından olmaqları barədə də nəzər verilib.İraqda onları şiə kürd və İranda isə lur hesab edirlər.
Feynman diaqramları
Feynman diaqramı — kvant mexanikasında hissəciklər arasındakı qarşılıqlı münasibətləri qrafik təsvir etmə metodudur. Bu metod onu yaratmış nəzəriyyəçi fizik Riçard Feynmanın adını daşıyır. == Ümumi məlumat == Riçard Feynman fizikanın sahələrindən olan Kvant Elektrodinamikasının qanunlarını və proseslərini diaqramlarla ifadə etmək metodunu 1940-cı illərin sonunda təklif etdi. Elektromaqnetizm eyni yüklü obyektlərin bir birini itələməsinə və fərqli yüklü obyektlərin bir birini cəlb etməsinə səbəb olan fundamental qüvvədir. Bu qüvvənin daşıyıcısı fotondur. Kvant Elektrodinamikası (KED – QED ingiliscə) nəzəriyyəsi elektromaqnetizmi kvant mexanikası səviyyəsində izah edir. Başqa sözlə, KED subatomik hissəciklərin bir birinə foton vasitəsilə təsir etməsi proseslərini və mexanizmini öyrənir. Feynmanın Kvant Elektrodinamikası üçün təklif etdiyi diaqramlar sonrakı illərdə zəif nüvə qüvvəsi və güclü nüvə qüvvəsi üçün də istifadə edilməyə başladı. == İstifadə olunan işarələr == Feynman diaqramları maddə daşıyıcısı olan hissəciklərin (fermionlar, baryonlar) enerji daşıyıcısı olan hissəciklər (bosonlar) vasitəsilə bir birinə təsirini ifadə edir. Diaqramlar iki ölçülü koordinasiya sistemində təsvir edilirlər.
Feynman diaqramı
Feynman diaqramı — kvant mexanikasında hissəciklər arasındakı qarşılıqlı münasibətləri qrafik təsvir etmə metodudur. Bu metod onu yaratmış nəzəriyyəçi fizik Riçard Feynmanın adını daşıyır. == Ümumi məlumat == Riçard Feynman fizikanın sahələrindən olan Kvant Elektrodinamikasının qanunlarını və proseslərini diaqramlarla ifadə etmək metodunu 1940-cı illərin sonunda təklif etdi. Elektromaqnetizm eyni yüklü obyektlərin bir birini itələməsinə və fərqli yüklü obyektlərin bir birini cəlb etməsinə səbəb olan fundamental qüvvədir. Bu qüvvənin daşıyıcısı fotondur. Kvant Elektrodinamikası (KED – QED ingiliscə) nəzəriyyəsi elektromaqnetizmi kvant mexanikası səviyyəsində izah edir. Başqa sözlə, KED subatomik hissəciklərin bir birinə foton vasitəsilə təsir etməsi proseslərini və mexanizmini öyrənir. Feynmanın Kvant Elektrodinamikası üçün təklif etdiyi diaqramlar sonrakı illərdə zəif nüvə qüvvəsi və güclü nüvə qüvvəsi üçün də istifadə edilməyə başladı. == İstifadə olunan işarələr == Feynman diaqramları maddə daşıyıcısı olan hissəciklərin (fermionlar, baryonlar) enerji daşıyıcısı olan hissəciklər (bosonlar) vasitəsilə bir birinə təsirini ifadə edir. Diaqramlar iki ölçülü koordinasiya sistemində təsvir edilirlər.
Feynman nöqtəsi
Feynman nöqtəsi — pi ədədinin 762-ci rəqəm sırasındakı altı dəfə təkrarlanan doqquz rəqəmi. Amerika fiziki Riçard Feynman (d. 1918 — ö. 1988) adını daşıyır. O, pinin bu mövqedəki rəqəmlərini yadda saxlamaq istəyirdi. Mühazisəsini bitirdikdə isə "doqquz, doqquz, doqquz, doqquz, doqquz, doqquz və sair" deyirdi. Hər halda güman edirdi ki, pi ədədi rasionaldır..
Feyra-di-Santana Dövlət Universiteti
Feyra-di-Santana Dövlət Universitet (port. Universidade Estadual de Feira de Santana və ya qısaca UEFS) — Braziliyanın Feira de Santana şəhərində yerləşən dövlət universiteti.
Feyrbanks
Ferbanks (ing. Fairbanks) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Feyruz
Feyruz (ərəb. فيروز‎, əsl adı Nühad Vədi Həddad ərəb. نهاد وديع حداد‎; d. 21 noyabr 1935) — livanlı müğənni, ərəb dünyasının yaşayan müğənniləri arasında ən sevilən və hörmətlisidir. Onun mahnıları bütün regionda populyardır. O, ilk olaraq 1957-ci ildə Bəəlbək Beynəlxalq Festivalının "Livan gecələri" bölməsində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Feyruz "Ulduzların səfiri", "Ayın qonşusu" (Maşğara Ayı haqqındakı mahnısına görə) və "Livanın cəvahiratı" adları ilə tanınır. == Həyatı == Nühad Həddadın atası Türkiyənin Mardin əyalətindən olan və Süryani pravoslavlığına etiqad edən, lakin sonradan maruniliyi qəbul edən kitab çapçısı Vədi Həddad, anası isə maruni xristian Liza əl-Bustanidir. 1935-ci ildə onlar Beyruta köçürlər. Ailədə 4 uşaq idilər: Nühad, Yusif, Huda və Amal.
Feyruz Hacılı
Feyruz Mustafayev
Feyruz Mustafayev (18 oktyabr 1933, Mərzili, Ağdam rayonu – 7 iyul 2018, Gəncə) — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992 — 16 may, 1992); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991—18 may 1992); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993 — 16 oktyabr 1994); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002) == Həyatı == Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib. 1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır. Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır. Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
Feyruz Tarverdiyev
Feyruz İsayev
Feyruz Abdul oğlu İsayev (1 sentyabr 1952, Göyçay) — tarix elmləri namizədi, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı, "Arch-Petrol" şirkətini təsisçisi, Moldovanın neft məhsulları bazarının lider olan "Lukoyl" şirkətinin rəhbəri. == Həyatı == Feyruz İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982–1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir. == Fəaliyyəti == Feyruz İsayev İsmayıllı rayonunda birinci katib, daha sonra 1990–1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990–1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.
Feyruz əd-Deyləmi
Feyruz əd-Deyləmi (v. 673, Yəmən, ərəb. فیروز دیلمی‎) — İslam peyğəmbəri Məhəmmədin və saleh xəlifələr Əbu Bəkr (632-634) və Osmanın (644-656) xidmətində olan fars sərkərdəsi. Yəmənin ərəblər tərəfindən fəthində iştirak etmişdir. == Bioqrafiya == Tam adı Əbu əd-Dəhhak (Əbu Abdullah, Əbu Əbdürrəhman) Fayruz (Firuz) əd-Deyləmi əl-Ximyari olmuşdur. O, I Xosrov tərəfindən Yəmənə onu fəth etmək və həbəşləri qovmaq üçün göndərilmiş farsların nəslindən idi. 631-ci ildə Yəməndən Mədinəyə gələn heyətin üzvü idi. İslamı qəbul etdikdən sonra iki arvadından birini bacı olduqları üçün boşayır. Əl-Əsvəd əl-Ənsi Yəməndə özünü peyğəmbər elan edərək, Nəcranı və Yəmənin böyük hissəsini işğal edir. Əl-Əsvəd Sənaya hücum etdikdən sonra Məhəmməd peyğəmbər Feyruzu onun üzərinə üzərinə göndərir.
Feysabad
Feyzabad — Əfqanıstanda şəhər.Feyzabad şəhəri 7 kvadrat kilometr əraziyə malikdir və cəmi 44.421 nəfər əhaliyə malikdir və dəniz səviyyəsindən 1.254 metr yüksəklikdədir.
Feysbuk
Facebook (azərb. Feysbuk‎, IPA: [ˈfeɪsˌbʊk ]) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi. Meta Platforms şirkətinə məxsusdur. == Yaranması == 2003-cü ilin sonlarında Mark Zukerberq tərəfindən yaradılan Facebook-un ilkin məqsədi Amerikanın müxtəlif universitetlərində, xüsusən də Kolumbiya Universitetində tələbələr arasında əlaqəni gücləndirmək idi. Universitetlərə yayılmağa başlayandan sonra maliyyə və media kimi mövzulara diqqət yetirərək Facebook-u gücləndirmək hədəflənib. 2004-cü ilin aprelində Zukerberq Dustin Moskovitz və Eduardo Saverin ilə birlikdə Facebook-a TheFacebookLLC adı altında qurulan şirkətlə korporativ şəxsiyyət verdi. 2004-cü ilin iyununda Peter Thiel tərəfindən Facebook-a 500.000 dollar sərmayə qoyulub. Bunun ardınca 2005-ci ilin may ayında Accel Partners tərəfindən 13 milyon dollarlıq investisiya qoyuldu və 2006-cı ilin sentyabr ayından etibarən sayt 13 yaşından yuxarı hər kəsi üzv kimi qəbul etməyə başladı, elektron poçtla təsdiqləmə şərti ilə Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı.
Feysəl Rerras
Helen Feyn
Helen Feyn (ing. Helen Fein; 1934[…] – 14 may 2022) — soyqırım, insan hüquqları, kollektiv zorakılıq və digər məsələlər üzrə ixtisaslaşmış ABŞ tarixi sosioloqu və professoru. O, dörd kitab və monoqrafiyanın müəllifi və redaktoru, Harvard Universitetində Beynəlxalq Təhlükəsizlik Proqramının keçmiş əməkdaşı, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının təsisçisi və ilk prezidentidir. O, Nyu-York Universitetinin Soyqırımı Araşdırmaları İnstitutunun icraçı direktorudur. == Publikasiyalar == Genocide Watch, 1992.
Konrad Feydt
Hans Walter Conrad Veidt (alm. Conrad Veidt‎; 22 yanvar 1893, Berlin – 3 aprel 1943[…], Hollivud, Kaliforniya) Alman aktyoru, Başqalarından fərqli (1919), Doktor Caligari kabineti (1920) filmlərindəki rolları ilə ən yaxşı xatırlanmışdır. Gülən adam (1928). Nasistlər hakimiyyətə gəldikdən sonra 1933-cü ildə yeni yəhudi arvadı İlona Prager ilə birlikdə Almaniyanı tərk etmək məcburiyyətində qaldı. Cütlük İngiltərədə məskunlaşdı və burada 1939-cu ildə Britaniya vətəndaşlığını aldı. 1941-ci ildə ABŞ-yə mühacirət etməzdən əvvəl Britaniyanın bir çox filmlərində, o cümlədən Bağdad oğrusu (1940), Kasablankada böyük Ştrasser (1942) filmlərində çəkildi. == Filmləri == Doktor Kaliqarinin kabineti (film, 1920) Orlakın əlləri (film, 1924) Mum fiqurlar kabineti (film, 1925) Hind sərdabəsi (film, 1921) Paqanini (film, 1923) Bağdad oğrusu (film, 1940) == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.

Digər lüğətlərdə