FİŞƏNG

I
сущ.
1. ракета (снаряд, взлетающий высоко в воздух при воспламенении находящегося в нем твердого горючего; применяется в военном деле для сигнализации и освещения местности, а также для фейерверков). Fişəng atmaq пускать ракету, işarə fişəngi сигнальная ракета, işıqlandırma fişəngi осветительная ракета
2. устар. патрон
II
прил. ракетный. Fişəng siqnalı ракетный сигнал
FİSTULOQRAFİYA
FİŞƏNGATAN
OBASTAN VİKİ
Fişəng
Fişəng — estetik, mədəni və ya dini səbəblərdən istifadə edilən pirotexnik maddələr sinfi. Çində VII əsrdə kəşf edilmişdir və tədricən Çin mədəniyyətinin bir hissəsinə çevrilib. Atəşfəşanlıq Azərbaycanda da Yeni il başda olmaqla bir çox bayramın keçirilməsində istifadə olunur.
Azərbaycan fişəng və səma fənərləri
Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir. == Tarixi arxa plan == Azərbaycanın da daxil olduğu Səfəvi imperiyasında 22 növ fişəng mövcud idi. Bu fişənglərə ulduz yağışı, sehrli nərgiz, tovuz quşu, Hind gülü, 7 rəngli nərgiz və səməndər çiçəyi kimi adlar verilmişdi. == Adlandırmalar == === Taraqqa, beşaçılan, onaçılan, tumanagirən === Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…" Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır. === Üskü, lopa, şar === Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı.
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Əsəd ağa Fişəngçi
Əsəd ağa Eyvaz oğlu Fişəngçi(1846-?)—İran Məşrutə hərəkatının fəal üzvü, Səttar xanın silahdaşı. == Həyatı == Əsəd ağa Eyvaz oğlu 1846-cı ildə Təbriz şəhərinin Çərəndab məhəlləsində anadan olmuşdu. Məhəllə mollasının yanında ibtidai təhsil almışdı. Təbriz bazarında silah mağazası vardı. Silah-sursat satdığından Fişəngçi ləqəbi ilə tanınırdı. Əsəd ağa Fişəngçi "İctimai-Amiyyun" təşkilatının üzvü idi. Məşrutə hərəkatına qatılmışdı. Əsəd ağa Fişəngçi Məhəmməd naib Əhrabi ilə bərabər mücahid dəstəsinin başçısı idi. O, Maku hadisələrində və Qaraməlik vuruşunda seçilmişdi. 1908-ci ildə Təbrizdə əksinqilabçılara ciddi zərbə endirilmişdi.

Digər lüğətlərdə