FRANK

сущ. франк (денежная единица Франции, Бельгии, Швейцарии и некоторых других стран, равная 100 сантимам)
FRAQMOPLAST
FRANKLIQ
OBASTAN VİKİ
Frank
Akihiro — ad. Bu adı olan tanınmışlar Frank Qorşin — Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Frank Dreyk
Frank Donald Dreyk (ing. Frank Donald Drake; 28 may 1930[…], Çikaqo, İllinoys – 2 sentyabr 2022, Aptos[d], Kaliforniya)- amerikali astronom. == Həyatı == Çikaqoda anadan olub, Kornel Universitetinin elektronika fakültəsində təhsil alıb. Məşhur astronom Otto Struverin planet sistemlərinin yaranması haqqında olan mühazirələrini dinlədikdən sonra, onda digər planetlərdə həyat və sivilizasiyalara maraq oyandı. ABŞ hərbi dəniz donanmasında vəzifəsini yerinə yetirdikdən sonra o, ardıcıl olaraq Milli Radio Astronomiya Rəsədxanasında, Kornell və Kaliforniya universtetlərinde işləməyə başladı. Struve Dreykin dəstəyi ilə NRAO əsasında ("Ozma" layihəsi) 28 metrlik radio teleskop tikintisini təşkil etdi — dünyanın ilk, digər planetlərdə həyatın olub-olmamasını müəyyən etmək üçün qurulan, ölçü və qeyd cihazı. "Dreyk tənliyinin" yaradıcısıdır.
Frank Dövləti
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank Kessye
Frank Yannik Kessye (fr. Franck Yannick Kessié; 19 dekabr 1996) — Fildişi Sahilili peşəkar futbolçu. "Barselona" klubunun və Fildişi Sahili milli komandasının yarımmüdafiəçisi . == Klub karyerası == Frank 2010-cu ildə yerli "Stella d Adjame" klubunun uşaq komandasında futbola başlayır. Klubun əsas komandasına 2014-cü ildə qoşulur. 2015-ci ildə İtaliyaya yollanaraq "Atalanta" klubu ilə müqavilə imzalayır. Gənc Frank 26 Avqustda "Çezena"ya bir mövsümluk icarəyə verilir. "Çezena"nın heyətində 26 sentyabrda B Seriyasında "Peruca"ya qarşı oyunda debut edir. . 2016/17 mövsümündən əvvəl "Atalanta"ya qayıdır. 21 avqust 2016-cı ildə A Seriyasında "Latsio" klubuna qarşı oyunda debut edir.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frank Norris
Bencamin Franklin Norris (ing. Benjamin Franklin Norris; 5 mart 1870[…], Çikaqo, İllinoys – 25 oktyabr 1902[…], San-Fransisko, Kaliforniya) — Amerikan yazıçısı, jurnalisti və romançısı. == Həyat və fəaliyyəti == Frank Norris 5 mart 1870-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. Onun atası Çikaqolu biznesmen Bencamin, anası Qertrude Qlorvina Doqqet isə olmuşdur. 1890-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuş, 1894-cü ildə oranı bitirmişdir. Yaradıcılığında fransız yazıçısı Emil Zolyanın təsiri olmuşdur. 1892-ci ildə romantik poemaları "İnterval, Feodal Fransası nağılı" (ing. Yvernell, A Tale of Feudal France" romantik poemasını nəşr etdirmişdir. "Vandover və heyvan" (1895; nəşri 1914), "Maktiq" (1893-1897, nəşri 1899) romanlarında Amerika həyat tərzi tənqid olunur. Yaradıcılığının zirvəsi sayılan "Qaniçən" (1901, tamamlanmış "Taxıl eposu" trilogiyasının 1-ci hissəsi) tarixi romanında amerikan xalqının imperialist inhisarlara qarşı mübarzəsi təsvir olunur.
Frank Oyarand
Edqar Frank Kodd
Edqar Frank Kodd (ing. Edgar Frank Codd; 19 avqust 1923 və ya 23 avqust 1923, Portlend – 18 aprel 2003[…]) – 23 avqust 1923-cü ildə relyasiya tipli verilənlər bazası nəzəriyyəsinin yaradıcısı britaniyalı alim Edqar Frank Kodd (Edgar Frank Codd) anadan olmuşdur. Kodd 1981-ci ildə relyasiya tipli verilənlər bazasının idarəetmə sistemləri nəzəriyyəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer (alm. Frank-Walter Steinmeier‎; 5 yanvar 1956, Detmold, Almaniya) - alman siyasətçi, Almaniyanın prezidenti(19 mart 2017-ci ildən). Prezident seçilməmişdən öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləmiş, 2007-2009-cu illər isə vitse kansler olmuşdur. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.
99 Frank
99 frank (fr. 99 francs) — fransız yazıçısı Frederik Beqbederin 2000-ci ildə dərc edilmiş romanı. Romanın adı onun Fransadakı satış qiyməti ilə üst-üstə düşür. Roman dərc edildiyi ildə Fransada satışların liderinə çevrilmişdi. == Romanın mahiyyəti və süjeti == "99 frank" romanı reklam və marketinq bazarını tənqid edən satiradır. Romanın ideyası V.Pelevinin "Generation P" romanının ideyasına bənzəyir, lakin bu romanda satira daha kəskindir. Romanın baş qəhrəmanı reklam agentliyində kopirayter işləyən Oktav eyni işdə işləmiş Beqbederin alter-eqosudur. Oktavın işi reklam kampaniyaları üçün ideyalar və sloqanlar ("titrlər") fikirləşməkdir. Romanın mərkəzi süjeti Oktavın "Manon" süd şirkəti üçün reklam hazırlaması ətrafında cərəyan edir. Reklamın hazırlanması prosesini müvafiq terminologiya ilə detallarınadək təsvir edən yazıçı Oktavın dilindən "istehlak cəmiyyəti"ni, hər şeyin, hətta hisslərin də alınıb satıldığı cəmiyyəti və reklamın müasir dünyadakı hökmran rolunu tənqid edir.
Anna Frank
Anna Frank kimi tanınan Annelies Marie Frank (12 iyun 1929[…] – fevral 1945[…], Bergen-Belzen konsentrasiya düşərgəsi, Üçüncü Reyx) yəhudi əsilli bir alman olaraq İkinci dünya müharibəsi illərindəki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Müəllifi olduğu "Gənc qızın gündəliyi" avtobioqrafiyası Holokost soyqırımı mövzusunda yazılmış ən dəyərli əsərlərdəndir. == Həyatı == Anna Frank 1929-cu il 29 iyunda Frankfurt-Maynda anadan olmuşdu. Anna Frankın özündən 3 yaş yarım böyük olan Marqot adlı bacısı var idi. Hitlerin hakimiyyəti ilə Antisemitizmin yüksəlməsi Annanın ailəsini Almaniyadan köçməyə vadar etdi. Niderlanda köçən ailə burada yaşamağa başlasa da, savaşın buralara da yayılması riskinin güclənməsi ilə ailə yeni sığınacaq axtarmağa başlayır. İngiltərə və Amerikaya miqrant kimi müraciət edən ailə hər ikisindən də rədd cavabı alır.. 10 may 1940-cı ildə Niderland almanlar tərəfindən işğal olunur, tezliklə burada da yəhudilər əleyhinə kampaniyalar başlayır. Annanın atası Otto öz işini itirir, ikinci dəfə Amerikaya miqrasiya üçün müraciət etsə də, yenə rədd edilir. Bundan sonra Otto və həyat yoldaşı gizlənmək qərarına gəlirlər.
Frank Qastambid
Frank Gastambid (Fransızca : [fʁɑk ɡastɑbid]), 31 oktyabr 1978-ci ildə anadan olub) fransız aktyoru, rejissoru, ssenaristi və prodüseri. 2009-cu ildə Canal +, ''Kaira Shopping'' adlı ilk veb seriyalını yaratdıqdan sonra məşhurlaşdı . Daha sonra televiziyada göstərilən və 2012-ci ildə filmlərə inteqrasiya edilən Qastambid, Pepsi markasını reklam etdi. "Taksi 5" filmində əsas rolunu oynadı.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Frank Raykard
Franklin Edmundo "Frank" Raykard (30 sentyabr 1962, Amsterdam),Surinam əsilli Hollandiyalı baş məşqçi ve keçmiş futbolçu.
Frank Riberi
Frank Riberi (fr. Franck Bilal Ribéry, fransız deyilişi [fʁɑ̃k ʁibeʁi]; 7 aprel 1983[…], Bulon-Sür-Mer) — Fransa futbolçusu. == Həyatı == Fransa millisinin və "Bayern" (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçimiş və Qızıl topa əsas namizədlərdən biri Frank Riberidir. 1983-cü ildə anadan olub. İki yaşında avtomobil qəzası keçirib. Qəza vaxtı maşının pəncərəsindən atılan Riberinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. İndi onun bədənində həmin qəzanın nişanələri hələ də qalır. 1996-cı ildə 13 yaşında olarkən Lill Futbol Akademiyasına daxil olur, lakin nəzəri bəhslərə marağı olmadığından 3 il sonra akademiyadan qovulub. Məqalədə onun necə müsəlman olması barəsində də məlumat var. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub.
Frank imperiyası
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Frank krallığı
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Hans Frank
Hans Frank (alm. Hans Frank‎; 23 may 1900[…], Karlsrue – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — 1920–1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyası üçün fəaliyyət göstərmiş alman vəkil.
Maqda Frank
Maqda Frank Fişer (tam adı: Maqda Frank, mac. Magda Frank; 20 iyul 1914, Kluj-Napoka – 23 iyun 2010, Buenos-Ayres) — Macarıstan-Argentina heykəltəraşı. == Həyatı == Maqda Frank Transilvaniyada Kluj-Napoka şəhərində anadan olmuşdur. Həmin dövrdə Macarıstanın ərazisi olsa da, 1918-ci ildə şəhər Rumıniyanın tərkibinə daxil edilmişdir. Faşist təqibi səbəbi ilə Maqda Frank Macarıstanı tərk etmiş və İsveçrədə məskunlaşmışdır. İllər sonra Jülian Akademiyasında təhsil almaq üçün Parisə köçmüşdür. 1950-ci ildə Argentinanın Buenos-Ayres şəhərinə gəlib həyatda qalan yeganə ailə üzvünü - qardaşını ziyarət etmişdir. O, burada professor təyin olunmuş və Pizarro Qalereyasında əsərlərini nümayiş etdirmişdir. Buenos-Ayres Premio Palanzaya qatılmışdır. Eduardo Sivori Muzeyində Benito Kinkela Martin mükafatı almış və Argentina Senatı tərəfindən təltif olunmuşdur.
Robert Frank
Robert Frank (ing. Robert Frank; 9 noyabr 1924[…], Sürix – 9 sentyabr 2019[…]) — 20-ci əsrin ikinci yarısının ən böyük fotoqraflarından biri, müasir bir Amerika-İsveçrə fotoqrafı, kinorejissor və operator, sənədli fotoqrafiya ustası. == Həyat və yaradıcılığı == Robert Frank yəhudi ailəsində anadan olub — atası Almaniya memarı, anası İsveçrə vətəndaşı idi. Atası və qardaşı ilə birlikdə 1935-ci ildə Almaniya vətəndaşlığından məhrum edilmiş yəhudi idi. 1945-ci ildə ona İsveçrə vətəndaşlığı verildi. 1940-cı ildə Sürixdə gimnaziyanın sonunda 1941–1942-ci illərdə eyni yerdə fotoqrafiya və qrafika sənəti öyrəndi. 1942–1945-ci illərdə öyrəndi və sonra Sürix və Cenevrədə müxtəlif film studiyalarında çalışdı. 1941-ci ildən 1947-ci ilə qədər Surix və Cenevrədə bir fotoqraf kimi çalışdı, sonra Nyu Yorkda qalın jurnalların sifarişlərini icra etdi. 1948–1954-cü illərdə İspaniya, İtaliya, Boliviya, Peru, Fransa, Böyük Britaniyada mətbuat üçün fotoşəkil sifarişlərini nümayiş etdirirdi. Eyni zamanda Ervitt Elliott kimi sənətkarlıq ustalası ilə görüşür.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Yosip Frank
Yosip Frank (serb-xorv. Jосип Франк, Josip Frank; 16 aprel 1844[…], Osiek[d] – 17 dekabr 1911[…], Zaqreb, Transleytaniya) — Xorvatiya vəkili, hüquqşünas və siyasətçi, Xorvatiya parlamentində Hüquq Partiyasının (1861—1929) tanınmış nümayəndəsi və Avstriya-Macarıstanda xorvat milli maraqlarının müdafiəçisi. == Həyatı == Yəhudi ailəsində anadan olmuşdur. Osiyek gimnaziyasında oxumuşdur. 1872-ci ildə Vyana Universitetində hüquq təhsilini bitirdikdən sonra Zaqrebə köçdü və hüquqşünas kimi işləməyə başladı. Frank Hüquq Partiyasının rəhbəri olanda, siyasi proqramda serbofobiyanı kəskin şəkildə artırdı. Frank ardıcıl olaraq xorvat xalqını Avstriya-Macarıstanın Balkanlarda dayağı, serbləri isə əsas düşmənləri kimi təqdim etməyə çalışırdı. 1900-1902-ci illərdə Frank tərəfdarları Zaqreb, Karlovats və Slavonski-Brodada bir neçə serb qırğınları təşkil etdilər.
İlya Frank
İlya Mixayloviç Frank (10 (23) oktyabr 1908, Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 22 iyun 1990[…], Moskva) — sovet fiziki. SSRİ Elmlər Akademiyasının akademiki (1968), Nobel mükafatı laureatı (1958), İki Stalin mükafatı (1946, 1953) və SSRİ Dövlət mükafatı (1971) laureatı. == Bioqrafiyası == 1908-ci il 23 oktyabrda Sankt-Peterburqda riyaziyyatçı (sonralar professor) Mixail Lüdviqoviç Frank və Nijni Novqoroddan Sankt-Peterbura köçmüş tibb bacısı (sonralar pediatriya həkimi olan) Yelizaveta Mixaylovna Frankın (qızlıq soyadı Qratsianova) ailəsində anadan olub. İlya Frankın atası Moskva şəhərinin məşhur yəhudi ailəsindən idi — onun babası Moisey Mironoviç Rossiyanski 19-cu əsrin 60-cı illərində Moskvada yəhudi icmasının qurucularından biri olmuşdu. İlya Mixayloviçin babası Lüdviq Semyonoviç Frank (1844–1882)- Moskva Universitetinin 1872-ci il məzunu, 1863-cü il Polşa üsyanı zamanı Vilna quberniyasından Moskvaya köçmüşdür. Hərbi həkim kimi 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsində iştirak etmiş və Müqəddəs Stanislav və Zadəganlar ordeni ilə təltif edilmişdir. Atanın qardaşı (İlya Mixayloviç Frankın əmisi) — rus dini filosofu Semyon Lüdviqoviç Frank; digər qardaşı rəssam, heykəltaraş, səhnə tərtibatçısı və kitab illüstratoru Leon (Lev Vasilyeviç) Zak (təxəllüsü Leon Rossiyanski, 1892–1980), 1910-cu illərdə eqo-futurist hərəkatının ideoloqlarından biri (poetik təxəllüsü Xrisanf ilə) idi. Ana tərəfdən babası Mixail Yakovleviç Qratsianov məmur idi. Nənəsi, Olqa Petrovna, mənəvi bir ailədən gəlmişdi. Onun atası keşiş Petr Makaroviç Krasovski "Adi insanlar üçün təlimlər" kitabının müəllifidir.
Frank Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Aşağı Frankoniya
Aşağı Frankoniya (alm. Unterfranken‎; bav. Untafrankn) — Almaniyada Bavariya Federal vilayətinin tərkibində inzibati dairə, Tarixi Frankoniya əyalətinin üç hissəsindən biri. == İnzibati bölgü == Aşağı Frankoniya rayonlara (alm. Kreise‎) və sərbəst şəhərlərə ((alm. Kreisfreie Städte‎)) bölünür.
Bencamin Franklin
Bencamin Franklin (ing. Benjamin Franklin 17 yanvar 1706[…], Boston – 17 aprel 1790[…], Filadelfiya, Pensilvaniya) — ABŞ-nin banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi, diplomat və filosof, bir çox peşə, bilik və ölçüyəgəlməz müdrik adam idi. Zamanının öndə gələn intellektuallarından sayılan Franklin, Amerika Birləşmiş Ştatlarının qurucularından biri, Birləşmiş Ştatların müstəqillik bəyannaməsinin müəllifi və imzaçısıdır. Millətin qurucu atalarından biri sayılır. 1783-cü ildə İnqilab Müharibəsinə son qoyan Paris müqaviləsi ilə danışıqlar apardı. Bundan əlavə, "18-ci əsrin ilk vətəndaşı" fəxri adını aldı. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. Bir alim kimi o, elektriklə bağlı araşdırmalarına və hələ də Gulf Stream kimi tanınan cərəyanın qrafikini tərtib etdiyinə və adlandırdığına görə Amerika Maarifçiliyi və fizika tarixinin əsas siması idi. Bencamin Franklin ABŞ-nin baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
Burundi frankı
Burundi frankı (Fransızca: franc burundais; ISO 4217: BIF) - Burundidə istifadə edilən rəsmî pul vahididir. 1 Burundi frankı 100 sentimoya bərabərdir. Ancaq müstəqillik illərindən bu yana sentimo dövriyyəyə buraxılmır. Burundi frankı Burundi Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Burundi frankı = 0.000595760 ABŞ dolları.
Ceyms Franko
Ceyms Edvard Franko (19 aprel 1978[…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir. Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir. O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır. == Karyerası == Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır.
Cibuti frankı
Cibuti frankı (ISO 4217 : DJF) — Cibutidə istifadə edilən rəsmî pul vahididir. Cibuti Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cibuti frankı 100 sentimoya bərabərdir. 10 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cibuti frankı = 0.00567730 ABŞ dolları.
Con Franklin
Con Franklin (ing. Sir John Franklin; d. 16 aprel 1786 – ö. 11 iyun 1847) — İngilis səyyahı; qütb tədqiqatçısı; dəniz zabiti. 1819-1827-ci illərdə Şimali Amerikanın şimal sahillərinin tədqiqi ilə məşğul olan ekspediyalara rəhbərlik etmişdir. 1836-1843-cü illərdə Tasmaniyanın qubernatoru olmuşdur. 1845-ci ildə Erebus və Terror gəmilərində Şimal-Qərb keçidini axtaran ekspedisiyaya rəhbərlik etmişdir. Ekspedisiyanın qalıqları 1857-1859-cu illərdə F.L. Mak Klintok tərəfindən Kinq Uilyam adasında tapılmışdır. Alyaska və Kanadada burun, dağlar, boğazlar və körfəzlər Fraklinin şərəfinə adlandırılmışdır.
Crazy (Franka Bateliç mahnısı)
Crazy (azərb. Dəli‎) — Xorvatiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Franka Bateliç "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi xorvatiyalı bəstəkar Branimir Mihalyeviçə, sözləri isə ifaçı Franka Bateliçə aiddir.
Daniel Franks
Daniel Franks (2 oktyabr 1993) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Daniel Franks Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Daniel Franks 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.251 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu.
Drakula Frankenşteynə qarşı (film, 1971)
Drakula Frankenşteynə qarşı (ing. Dracula vs. Frankenstein) — 1971-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Xarici keçidlər == Drakula Frankenşteynə qarşı — Internet Movie Database saytında.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Eduard Franklend
Eduard Franklend (ing. Edward Frankland; 18 yanvar 1825[…], Lankaster[d] – 9 avqust 1899[…]) – ingilis kimyaçısı. O, su keyfiyyəti və analizi üzrə ekspert idi. O həmçinin orqanometallik kimyanın yaradıcılarından biri idi. 1852-ci ildə birləşdirici qüvvə haqqında anlayışı elmə daxil etmişdir. Atomların bu xassələrini sonralar valentlik adlandırmışlar.
Frank (musiqi albomu)
Frank — Emi Uaynhausun birinci albomu.
Frank Lloyd Rayt
Frank Lloyd Rayt (ing. Frank Lloyd Wrigt, 8 iyun 1867[…] – 9 aprel 1959[…], Finiks)—XX əsrdə yaşamış amerikalı memar, yazıçı, müəllim. Onun hazırladığı 1141 layihədən 532-si inşa edilmişdir. == Həyatı == Reallaşdırdığı 300ü aşan quruluşla 20. əsrin başında memarlığın yeni bir görünüşə qovuşmasında təsirli olan Frenk Lloyd Rayt, "Orqanik Memarlıq" adı verilən, təbii formalardan yola çıxaraq iç və xarici məkanın inteqrasiya olunmasını təməl alan bir memarlığın qanunlarını ortaya qoymuş, dəmir-betonun istifadə sahələrini inkişaf etdirərək Müasir Memarlıq tarixininin ən əhəmiyyətli şəxsiyyətlərindən biri olaraq tarixə keçmişdir. Nyu Yorkda hazırladığı "Guggenheim Müasir Sənət Muzeyi" arxitektura gücünü bütün dünyaya sübut etmişdir. 20. əsrin ən əhəmiyyətli memarlarından olan Frank Lloyd Rayt, 8 İyun 1867də Visconsində dünyaya gəldi. Mühəndislik təhsili görən Rayt, gənclik illərində Conover və Silsbee kimi dizaynçıların yanında peşəkar təcrübə qazanmağa başladı. 1888-ci ildə, Luis Sullivan və Dankmar Adların yanında işə başlayaraq əhəmiyyətli proyektlərə daxil edilməyə başlandı.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.

Digər lüğətlərdə