Frankfurt-Mayn

coğ. Francfort-sur le-Main

frank
franklar
OBASTAN VİKİ
Frankfurt-Mayn
Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm.
Mayn
Mayn '(alm. Main‎, lat. Moenus) — Almaniya da çay, Reynin sağ qolu.
Qızıl Tərəzi evi (Frankfurt-Mayn)
Qızıl Tərəzi evi (alm. Haus zur Goldenen Waage‎) — Almaniyanın Frankfurt şəhərinin köhnə hissəsində mövcud olmuş və 22 mart 1944-cü ildə Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri tərəfindən şəhərin bombalaması zamanı dağıdılmış Orta əsrlərə aid faxverk üslublu ev idi. Öz yüksək memarlıq dəyərinə və tarixi əhəmiyyətinə görə, bina şəhərin ən məşhur görməli yerlərindən biri hesab olunurdu. Müqəddəs Varfolomey İmperator kafedral kilsəsinin (və ya qısaca olaraq Frankfurt kafedralının) əsas portal girişinin qarşısında küncvari şəkildə tikilmiş Qızıl Tərəzi evi, bir tərəfdən olduqca dar Höllqasse (alm. Höllgasse‎), digər tərəfdən isə Domplatz meydanı ilə şəhərin tarixi mərkəzi hesab edilən Römerberq meydanını birləşdirən Markt küçələrinin kəsişməsində yerləşirdi. Bir zamanlar öz detallı və zərif fasadı ilə göz oxşamış alman İntibah memarlığının şah əsəri hesab edilən bu ev, təxminən 1619-cu ildə inşa edilmişdir. Müharibədən sonrakı dövrdə yenidənqurmaya yardımçı ola biləcək evin möcüzəvi şəkildə salamat qalmış qalıqları, şəhər rəhbərliyinin qərarı ilə 1950-ci ildə sökülmüşdür. Sökülməzdən öncə dağıntı ərazisindən çıxarılmış arkadalar, tarixi eksponat qismində Frankfurtla qonşu olan Offenbax am Main şəhərinin cənubunda yerləşən Götzenhain rayonundakı özəl kitabxanaya daşınılmış, evin bünövrəsi və bəzi qalıqları isə 20 ildən artıq müddət ərzində torpaq altında qalmışdır. 1972–1973-cü illərdə Dom/Römer metro stansiyasının tikintisi zamanı, Qızıl Tərəzi evinin bir zamanlar yerləşdiyi Frankfurtun kafedral təpəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Erkən Roma dövrünün yaşayış məskəninin və o cümlədən qədim hamam kompleksinin, eləcə də XII əsrdə hökmranlıq etmiş Karolinqlər sülaləsinə məxsus kral sarayının qalıqları aşkar edilmiş və burada dərhal Arxeoloji bağın yaradılması qərara alınmışdır. 2017-ci ilin dekabr ayında Frankfurtun köhnə hissəsinin dirçəldilməsi layihəsi çərçivəsində, dağılmış Qızıl Tərəzi evinin faxverk fasadı, həmçinin daxilində bir zamanlar mövcud olmuş renessans tərzli tavan və kiçik belveder (alm.
Frankfurt
Frankfurt ya da Mayndakı Frankfurt (alm. Frankfurt am Main) — tez-tez sadəcə Frankfurt adlandırılan, Hessen vilayətində ən böyük şəhər. 679.664 nəfər əhali ilə 2009-cu ilə görə Almaniyaın beşinci ən böyük şəhəri. Şəhər ətrafı ilə birlikdə əhalinin sayı 2.295.000 nəfər təşkil edir. Mayn çayı üzərində yerləşir. Franklar tərəfindən tutulmuş şəhər əvvəllər Frankoniyanın bir hissəsi idi. Şəhərin adı da buradan gəlib və mənası "Frankların Keçidi" deməkdir. Frankfurt Almaniyanın maliyyə və nəqliyyat mərkəzidir və kontinental Avropanın ən böyük maliyyə mərkəzidir. Burada Avropa Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt Birjası və Frankfurt Yarmarkası yerləşir. Frankfurt Hava Limanı (alm.
Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur. == Haqqında == Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir. 1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır.
Frankfurt birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
Frankfurt məktəbi
Frankfurt məktəbi (alm. Frankfurter Schule‎) — müasir (sənaye) cəmiyyətinin tənqidi nəzəriyyəsi, neomarksizmin bir növü. Əsas nümayəndələri: Teodor Adorno, Maks Horkheymer, Herbert Markuze, Erix Fromm, Valter Benyamin, Leo Lövental, Frans Leopold Neumann, Fridrix Pollok, "ikinci nəsil"dən — Yurgen Habermas, Oskar Negt. "Frankfurt məktəbi" termini Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutu ilə əlaqəli mütəfəkkirlərə tətbiq edilən ümumi addır; tənqidi nəzəriyyənin nümayəndələri özlərini heç vaxt bu ad altında birləşdirmirdilər. Bu məktəbin nümayəndələri hesab edirdilər ki, burjua sinfi cəmiyyəti monolit totalitar sistemə çevrilmişdir ki, burada proletariatın olmaması səbəbindən cəmiyyətin dəyişilməsinin inqilabi rolu ziyalılara və kənar şəxslərə keçir. Müasir cəmiyyət texnokratikdir və yalan şüurun media vasitəsilə yayılması, eləcə də populyar mədəniyyət, tətbiq edilən istehlak kultu sayəsində mövcuddur. Totalitarizm fərdi və ictimai varlıqlar arasındakı sərhədi pozmaq təcrübəsidir. Frankfurt məktəbi sol radikalizm ideologiyasının müxtəlif versiyalarına əhəmiyyətli dərəcədə təsir etmişdir.
Frankfurt Universiteti
Yohann Volfqanq Göte adına Frankfurt Universiteti (alm. Goethe-Universität Frankfurt am Main‎) — Frankfurt-Mayn şəhərində bir universitet. Müasir formada onun 1914-cü ildə Frankfurt Universiteti (alm. Universität Frankfurt am Main‎) adı altında, zəngin, liberal düşüncəli vətəndaşlar qrupu tərəfindən əsası qoyulmuşdur. 1932-ci ildə Frankfurtun ən məşhur yerli sakinlərindən biri, şair, filosof və yazıçı Yohann Volfqanq Götenin adı buraya əlavə edilmişdir. Universitetdə 48000 tələbə təhsil alır ki, bu da Frankfurt Universitetini Almaniyanın üçüncü ən böyük universiteti edir. 2019 Şanxay reytinqi universiteti dünyanın ən yaxşı 100-150 universiteti, Almaniyada isə ilk 5-7-lik sırasına daxil edib. Darmştadt Texniki Universiteti, Alman Süni İntellekt Tədqiqat Mərkəzi və bir çox proqram şirkətləri ilə birlikdə, bəzən Almaniyanın Silikon Vadisi adlanan Reyn-Neckar bölgəsinin İT klasterinin bir hissəsidir.
Offenbax am Mayn
Offenbax am Main — Almaniyada şəhər.
Ayntraxt Frankfurt FK
Ayntraxt (almanca Eintracht Frankfurt Fußball A.G.) — Almaniyanın Frankfurt-na-Mayne şəhərinin futbol klubu. Almaniya Birinci Bundesliqasında oynayır. "Ayntraxt"ın baş məşqçisi Dino Toppmöllerdi, prezidenti isə Peter Fischerdir. Klub ev oyunlarını 58.000 insan tutumuna malik olan "Deutsche Bank Park" stadionunda keçirir. == Tarixi == 1899-cu ildə yaradılıb. Frankfurt təmsilçisi Almaniya futbolunda ən böyük uğurunu 1959-cu ildə ölkə çempionu olmaqla əldə edib. O vaxtdan “Ayntraxt” bir dəfə də olsun bundesliqanın qalibi ola bilməyib. 1991-1992-ci il mövsümünün son turunda "Ştutqart"a məğlub olaraq çempionluğu əldə verən "Ayntraxt" növbəti illərdə əvvəlki gücünü itirməyə başlayıb. Klub 1995-1996, 2000-2001, 2003-2004 və 2010-2011 mövsümündə ikinci liqada oynamalı olub. Ayntraxt klubu 2012-2013 mövsümündə bundesliqanı altıncı yerdə başa vurub.
Frankfurt-na-Oder
Frankfurt-na-Oder (alm. Frankfurt (Oder)‎, tam adı: alm. Frankfurt an der Oder‎, tarixi adı: pol. Słubice) — Almaniyanın şərqində şəhər, Brandenburq federal əyalətindəki şəhər dairəsində qeyri-rayon şəhəri statusuna malik olub, Odra çayı üzərində limandır. Əhalisi - 57 min nəfərdir (2020-ci ilin siyahıyaalınması). == Coğrafiyası == Frankfurt-na-Oder şəhəri Polşanın Slubice şəhərindən ayıran Oder çayının qərb (sol) sahilində yerləşir. == Tarixi == Şəhərin əsası XIII əsrdə polyak hakimiyyəti dövründə qoyulmuşdur. İdarəetmə hüququ şəhərə 1225-ci ildə Sileziya şahzadəsi I Henrix tərəfindən verilmişdir. 1430-cu ildə Hanza İttifaqına qoşulmuşdu. 1759-cu il avqustun 3-də Yeddiillik Müharibənin müttəfiqləri burada görüşüblər - ruslar və avstriyalılar; bundan üç gün əvvəl şəhər rus qoşunları tərəfindən işğal edilib.
Frankfurt Coğrafiya Cəmiyyəti
Frankfurt Coğrafiya Cəmiyyəti (alm. Frankfurter Geographische Gesellschaft‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Frankfurt şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1836-cı ildə Almaniyanın Frankfurt şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur. == Həmçinin bax == Coğrafiya cəmiyyətlərinin siyahısı == Ədəbiyyat == Karl E. Fick (Hrsg.): Festschrift zur 150-Jahr-Feier der Frankfurter Geographischen Gesellschaft 1836–1986, Frankfurter Geographische Hefte 55, Frankfurt/Main 1986, 470 Seiten.
Frankfurt Hava Limanı
Frankfurt-Mayn aeroportu (alm. Flughafen Frankfurt am Main‎, BHNA kodu FRA, BMAT kodu EDDF) Almaniyanın əsas beynəlxalq Hava Limanı, Frankfurt yaxınlığındadır (koordinatları 50°01′35″Şimal 08°32′35″Şərq). Sərnişin dövriyyəsinə görə Avropadakı Hava Limanlarından ikinci, yük dövriyyəsinə görə isə birinci yerdədir. Üç terminal və dörd uçuş-eniş zolağı var. 2008-ci ildə 485,783 uçuş və enmə olub. 2008-ci ildə 53,472,915 sərnişin köçürtdü.
Frankfurt Kitab Sərgisi
Frankfurt Kitab Sərgisi (alm. Frankfurter Buchmesse‎) — hər il Almaniyanın Frankfurt şəhərində təşkil olunan kitab sərgisi. İştirakçı nəşriyyat şirkətlərinin və sərgiyə gələnlərin sayına görə dünyanın ən böyük kitab sərgisi hesab olunur. Bu sərgi beynəlxalq sazişlərin bağlanması və ticarət əlaqələrinin yaranması sahəsində də liderdir. Beş günlük sərgi oktyabr ayının ortalarında keçirilir. Sərginin ilk üç günü məhz qonaqlar üçün nəzərdə tutulur, ictimaiyyət nümayəndələri isə adətən həftəsonu sərgiyə gəlirlər. == Haqqında == Frankfurt Kitab Sərgisi 600 ildən çox tarixə malikdir. Alman ixtiraçı Yohan Qutenberq tarixdə ilk dəfə metal lövhələrin köməyi ilə kitab çapı üsulunu tətbiq edib. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Bu ixtiradan təxminən on beş il sonra, 1454-cü ildə yerli kitab satıcıları Frankfurtda ilk kitab sərgisi təşkil etdilər.
Frankfurt fond birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. == Tarixi == 1585-ci ildə yaranmışdır.
Motsart medalı (Frankfurt)
Motsart medalı — Almaniyanın Frankfurt şəhərində dahi bəstəkar Volfqanq Amadey Motsartın şərəfinə təsis edilmiş medal. Elizabet Şvarstkopf received this award in 1982 Maurisio Kagel, 1983 Gənc Alman Filormaniyası, 1984 Biografía de Mauricio Kagel ( (ing.)). Historia de la Junge Deutsche Philharmonie ( (ing.); (alm.)).
Frankfurt Beynəlxalq Avtomobil Sərgisi
Almaniya Beynəlxalq Avtomobil Sərgisi , Frankfurt Avtomobil Sərgisi, Beynəlxalq Avtomobil Sərgisi və ya Internationale Automobil-Ausstellung (IAA) dünyanın ən böyük avtomobil sərgisidir. Beynəlxalq Automobil-Ausstellung hər iki ildən bir Almaniyanın Frankfurt şəhərində keçirilir IAA Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) tərəfindən tənzimlənir. 1989-cu ildən sonra sıx maraq səbəbindən yarmarka minik avtomobili və yük maşını/avtobus sərgiləri olaraq ikiyə bölündü: tək sayılı illərdə Hannoverdə kommersiya məqsədləri üçün nəzərdə tutulmuş olan nəqliyyat vasitələri, cüt saylı illərdə isə Frankfurtda minik avtomobilləri və motosikletlər üçün sərgi təşkil edilir. 2009-cu ildə ümumilikdə 100 dünya premyerası göstərilib. Onlardan 55-i alman avtomobil istehsalçılarının buraxdıqları məhsullar olmuşdurlar.
Kreditanştalt für Videraufbau, Frankfurt am Main
KfW (tam adı: Kreditanştalt für Videraufbau, Frankfurt am Main alm. Kreditanstalt für Wiederaufbau‎) — Almaniyanın dövlət bankı 1948-ci ildə yaranmışdır.